Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

M a d d  ə  1 8 4 .  İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən 
şəxslərin vəsatətlərinin həlli 
184.1.  Hakim  tərəflərlə  işin  və  mübahisənin  vəziyyətini  müzakirə  edir,  onların  bütün 
sübutları təqdim edib‐etməmələrini, iş materialları ilə tanış olub‐olmamalarını aydınlaşdırır. 
184.2.  Hakimin  işdə  iştirak  edən  şəxslərə  təklif  etməsinə  baxmayaraq,  onların  iddia 
ərizəsinə  dair  rəyi  (etirazı)  və  ya  əlavə  sübutları  təqdim  etməməsi,  işdə  olan  mövcud 
materiallar əsasında işə baxılmasına mane olmur. 
184.3.  Hakim  yeni  sübut  təqdim  edilməsi  üçün  işin  təxirə  salınması  haqqında  verilmiş 
vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud 
səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər. 
184.4. İşə baxılması  ilə əlaqədar olan  məsələlərə dair  işdə iştirak edən şəxslərin  vəsatətləri 
işdə  iştirak  edən  digər  şəxslərin  fikirləri  dinlənildikdən  sonra  məhkəmə  qərardadları  ilə  həll 
olunur. 
M a d d  ə  1 8 5 .   İşdə  iştirak  edən  şəxslərin  və  nümayəndələrin  məhkəmə  iclasına 
gəlməməsinin nəticələri 
185.1.  İşdə  iştirak  edən  şəxslər,  məhkəməyə  gəlməyə  və  ya  gəlməməyin  səbəbini  və  ya 
mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə 
borcludurlar. 
185.2.  İşdə  iştirak  edən  şəxslərdən hər  hansı  biri  məhkəmə  iclasına  gəlmədikdə,  onlara 
məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 
83 
185.3.  Əgər işdə  iştirak  edən  şəxslər məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  lazımi 
qaydada  xəbərdar  ediliblərsə, məhkəmə  gəlməməyin  səbəblərini  üzürlü  hesab  etdikdə  işə 
baxılmasını təxirə salır. 
185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada 
xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa 
haqlıdır. 
Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6‐cı və 259.0.7‐ci maddələri tətbiq edilir. 
185.5.  Məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar  edilmiş 
cavabdehin  gəlməməsinin  səbəbləri  haqqında  məlumat  olmadıqda  və  ya  məhkəmə 
gəlməməyin  səbəblərini  üzürsüz  hesab  etdikdə,  yaxud  məhkəmə  cavabdehin  icraatı  qəsdən 
yubandırdığını  aşkar  etdikdə, işə  baxmağa  haqlıdır.  Bu  halda  qətnamə  çəkişmə  şəraitində 
qəbul  edilmiş  kimi  qiymətləndirilərək  cavabdehə  apellyasiya  qaydasında  şikayət  etmək 
hüququ verilir. 
185.6.  İşdə  iştirak  edən  şəxsin  nümayəndəsinin  gəlməməsi  işə  baxılmasına  mane  olmur. 
Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin üzürlü səbəbdən gəlməməsi 
ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. 
185.7.  Tərəflər məhkəmədən işə  onların  iştirakı  olmadan  baxılmasını  xahiş  etməkdə  haqlı 
olsalar da, məhkəmə onların gəlməsini məcburi hesab edə bilər. 
84 
M a d d  ə  1 8 6 .  Şahidlərin, ekspertin və mütəxəssisin məhkəmə iclasına gəlməməsinin 
nəticələri 
186.1.  Şahidlər,  ekspertlər və  ya  mütəxəssislər məhkəmə  iclasına  gəlmədikdə, məhkəmə 
onların  iştirakı  olmadan  işə  baxmağın  mümkün  olması  haqqında  işdə  iştirak  edən  şəxslərin 
mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə 
salmaq haqqında qərardad çıxarır. 


186.2. Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən 
səbəblərə  görə  məhkəmə  iclasına  gəlmədikdə,  o,  yüz  on  manatadək cərimə  edilə  bilər.  Şahid 
üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər.
85 
M a d d  ə  1 8 7 .  Ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrinin izah edilməsi 
Sədrlik  edən  ekspertə  və  mütəxəssisə  onların  hüquq  və  vəzifələrini  izah  edir,  habelə 
eksperti  bilə‐bilə  yalan  rəy  verməyə  görə  cinayət məsuliyyəti  daşıması  barədə  xəbərdar  edir. 
Ekspertdən məsuliyyət və  vəzifələrinin  izah  edilməsi  barədə  iltizam  alınır.  İltizam  məhkəmə 
iclasının protokoluna əlavə edilir.
86 
M a d d  ə  1 8 8 .  İşə baxılmasının təxirə salınması 
188.1. İşə baxılmasının təxirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda, habelə 
əgər hakim həmin məhkəmə iclasında işə baxılmasını qeyri‐mümkün hesab edərsə, işdə iştirak 
edən  şəxslərdən hər  hansı  biri  gəlmədiyinə,  qarşılıqlı  iddia  verildiyinə,  əlavə  sübutlar  təqdim 
və tələb etmək zərurəti olduğuna, işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə, hər hansı digər 
prosessual hərəkətlər edilməyə görə yol verilir. 
188.2.  İşə  baxılması  təxirə  salındıqda,  proses  iştirakçılarını  çağırmaq  və  ya  sübutlar  tələb 
etmək  üçün  zəruri  olan  vaxt  nəzərə  alınmaqla,  məhkəmə  iclasının  yeni  günü  təyin  edilərək, 
gəlmiş  şəxslərə  imzalatmaqla,  bu  barədə  xəbər  verilir.  Gəlməmiş  və  işdə  iştirak  etməyə  yeni 
cəlb  edilmiş  şəxslərə  yeni  məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  müəyyən  olunmuş 
qaydada xəbər verilir. 
M a d d  ə  1 8 9 .   İşə  baxılması  təxirə  salındıqda  şahidin  dindirilməsi  və  prosessual 
hərəkətlərin edilməsi 
Tərəflər məhkəmə  iclasında  olarsa,  işə  baxılması  təxirə  salındıqda  məhkəmə  gəlmiş 
şahidləri  dindirə  və  prosessual  hərəkətlər  edə  bilər.  Həmin  şahidlərin  yeni  məhkəmə  iclasına 
ikinci dəfə çağırılması və ya təkrar prosessual hərəkətlərin edilməsinə yalnız zəruri hallarda yol 
verilir. 
M a d d  ə  1 9 0 .  İşə mahiyyəti üzrə baxılmağa başlanması 
İşə  mahiyyəti  üzrə  baxılması  sədrlik  edənin  məruzəsi  ilə  başlanır.  Bundan  sonra  sədrlik 
edən irəli sürülmüş tələblər üzrə tərəflərin və üçüncü şəxslərin mülahizəsini aydınlaşdırır. 
M a d d  ə  1 9 1 .  İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və 
tərəflərin barışıq sazişi 
191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı 
etiraf  etməsi  və  ya  tərəflərin  barışıq  sazişi  şərtləri  məhkəmə  iclasının  protokoluna  yazılır  və 
protokolu  müvafiq  surətdə  iddiaçı,  cavabdeh  və  ya  hər  iki  tərəf  imzalayır.  İddiadan  imtina 
etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu 
hərəkətlərin  nəticəsi  aydın  surətdə  şərh  olunan,  məhkəməyə  göndərilən  yazılı  ərizələrdə  də 
ifadə oluna bilər. 
87 
191.2.  Hakim  iddiaçının  iddiadan  imtina  etməsini,  cavabdehin  iddianı  etiraf  etməsini  və 
tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini 
izah  edir.  İddiaçı  iddiadan  imtina  etdikdə  və  bu,  məhkəmə  tərəfindən təsdiq  edildikdə  və  ya 
tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə