Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

153.3.Hakim  ərizəni  qəbul  etməkdən  imtina  barədə  əsaslandırılmış  qərardad  çıxarır.  İşə  
məhkəmə  qaydasında  baxılmalı  deyildirsə,  iddiaçının  hansı  orqana  müraciət  etməli  olmasını 
orada göstərir. 
153.4.  Ərizəni  qəbul  etməkdən  imtina  haqqında  qərardad  ərizəyə  əlavə  olunmuş  bütün 
sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 
68 
153.5.  Ərizəni  qəbul  etməkdən  imtina  edilməsi  ərizəçiyə  həmin  cavabdehə  qarşı,  həmin 
predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 
153.6.  İddia  ərizəsini  qəbul  etməkdən  imtina  barədə  qərardaddan  şikayət  verilə  bilər. 
Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab 
edilir. 
M a d d  ə  1 5 4 .  İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə 
154.1.  İşdə  iştirak  edən  şəxs  iddiaya  qarşı  etirazını  və  mülahizəsini  onlara  əlavə  olunmuş 
sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə 
sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə 
haqlıdır. 
154.2. Etirazda və ya mülahizədə göstərilir: 
154.2.1. mülahizənin göndərildiyi məhkəmənin adı; 
154.2.2. iddiaçının adı və işin nömrəsi; 
154.2.3. iddia tələbi rədd edildikdə qanuna və ya digər normativ‐hüquqi aktlara, həmçinin 
etirazın əsaslandırıldığı sübutlara istinad etməklə, iddiaçının tələbinin tam və ya qismən rədd 
edilməsinin motivləri; 
69 
154.2.4. etiraza və ya mülahizəyə əlavə edilən sənədlərin siyahısı. 
154.3. Etirazda  və  ya  mülahizədə  digər məlumatlar, həmçinin, cavabdehdə olan vəsatətlər 
də göstərilə bilər. 
154.4.  Mülahizə  işdə  iştirak  edən  şəxs  və  ya  onun  nümayəndəsi  tərəfindən  imzalanır. 
Nümayəndənin  imzaladığı  mülahizəyə  onun  işi  aparmağa səlahiyyətini  təsdiq  edən 
etibarnamə əlavə edilir. 
M a d d  ə  1 5 5 .  Qarşılıqlı_iddianın_verilməsi'>Qarşılıqlı iddianın verilməsi 
155.1.  Cavabdeh  ilk  iddia  ilə  birlikdə  baxılmaq  üçün  iddiaçıya  qarşılıqlı  iddia  verməyə 
haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.
70 
155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia  o halda  verilə bilər ki, onun verilməsi üçün 
əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 
155.3.  Qarşılıqlı  iddianın  verilməsi  iddia  verilməsinin  ümumi  qaydaları  əsasında  həyata 
keçirilir. 
M a d d  ə  1 5 6 .  Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri 
156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 
156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 
156.1.2.  qarşılıqlı  iddianın  təmin  edilməsi  ilk  iddianın  tam  və  ya  qismən təmin  edilməsini 
aradan qaldırırsa; 
156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması 
mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 


156.2.  Qarşılıqlı  iddianın  qəbul  edilməsi  məsələsinə  zəruri  hallarda  və  yaxud  iddia  verən 
şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla 
bilər. 
F ə s i l   1 3  
İDDİANIN TƏMİN EDİLMƏSİ 
M a d d  ə  1 5 7 .  İddianı təmin etmək üçün əsaslar 
157.1.  Hakim  işdə  iştirak  edən  şəxsin  ərizəsi  ilə  iddianı  təmin  etmək  üçün  tədbirlər  görə 
bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 
157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə 
hakimin  qəbul  etdiyi  qərardad  müvəqqəti  xarakter  daşıyır  və  işi  qabaqcadan  mahiyyəti  üzrə 
həll etmir. 
M a d d  ə  1 5 8 .  İddianı təmin etmək üçün tədbirlər 
158.1. İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 
158.1.1.  cavabdehdə  və  ya  digər  şəxslərdə  olan  cavabdehə  məxsus  əmlak  üzərinə  həbs 
qoymaq; 
158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 
158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan 
etmək; 
158.1.4.  əmlakı  həbsdən  azad  etmək  haqqında  iddia  təqdim  edildikdə  əmlakın  satılmasını 
dayandırmaq; 
158.1.5.  borclu  tərəfindən məhkəmə  qaydasında  qanuniliyi  mübahisə  edilən tələbin  icra 
sənədi üzrə alınmasını dayandırmaq; 
158.1.6.  icrası  mübahisəsiz  qaydada  aparılmalı  olan  tutulmalar  üzrə  qanuniliyi  iddiaçı 
tərəfindən məhkəmə  qaydasında  mübahisə  edilən tələbin  icra  sənədi  və  ya  digər sənəd  üzrə 
alınmasını dayandırmaq. 
158.2.  Məhkəmə  zəruri  hallarda  iddianı  təmin  etmək məqsədi  ilə  bu  Məcəllənin  müvafiq 
maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin 
bir neçə növünü tətbiq edə bilər. 
158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 
158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli 
kağızlar,  cavabdehin  hesabında  olan  pul  vəsaitləri,  valyuta  sərvətləri,  minik  avtonəqliyyatı, 
ofislərin dizayn predmetləri və sairə; 
158.3.2.  ikinci  növbədə  —  hazır  məhsul  (əmtəə),  habelə  bilavasitə  istehsalatda  istifadə 
edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 
158.3.3.  üçüncü  növbədə  —  daşınmaz  əmlak  obyektləri,  habelə  xammal  və  materiallar, 
dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 
158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə