Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. 
158.5.  Bu  Məcəllənin  158.1.2‐ci  və  158.1.3‐cü  maddələrində  göstərilən  qadağaların 
pozulması  hallarında  fiziki  və  hüquqi  şəxslərdən  dövlətin  xeyrinə  aşağıdakı  miqdarda 
cərimələr tutulur: 
158.5.1. qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 % miqdarında; 
158.5.2. qiymətləndirilməyən iddialar üzrə — müəyyən edilmiş iki yüz iyirmi manat.
71 
158.6.  İddiaçı  iddianın  təmin  edilməsi  barədə  qərardadın  icra  edilməməsi  nəticəsində 
dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır. 
M a d d  ə  1 5 9 .  İddianı təmin etmək haqqında ərizəyə baxılması 
159.1. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil 
olduğu gündən sonra təxirə salınmadan baxılır. 
159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 
159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən 
şəxslərə dərhal xəbər verilir. 
M a d d  ə  1 6 0 .  İddianı təmin etmək haqqında qərardadın icra edilməsi 
160.1.  İddianı  təmin  etmək  haqqında  qərardad  məhkəmə  qətnamələrinin  icrası  üçün 
müəyyən edilmiş qaydada dərhal icra edilir.
72 
160.2. İddianı təmin etmək haqqında qərardada əsasən icra vərəqəsi verilir. 
M a d d  ə  1 6 1 .  İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi 
161.1.  İşdə  iştirak  edən  şəxsin  ərizəsinə  əsasən  iddianı  təmin  etmə  tədbirinin  bir  növünün 
digəri ilə əvəz edilməsinə yol verilir. 
161.2.  İddianı  təmin  etmənin  bir  növünün  digəri  ilə  əvəz  edilməsi  məsələsi  məhkəmə 
iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin 
onların  gəlməməsi  təmin  etmənin  növünün  əvəz  edilməsi  haqqında  məsələyə  baxmağa  mane 
olmur. 
161.3. Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin 
tədbirləri  əvəzinə  iddiaçı  tərəfindən tələb  olunan  məbləği məhkəmənin  depoziti  hesabına 
verməyə haqlıdır. 
M a d d  ə  1 6 2 .  İddianı təmin etmənin ləğv olunması 
162.1. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin 
məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 
162.2.  İddianı  təmin  etmənin  ləğv  olunması  məsələsi  məhkəmə  iclasında  həll  edilir.  İşdə 
iştirak  edən  şəxslər  iclasın  vaxtı  və  yeri  barədə  xəbərdar  edilirlər.  Lakin  həmin  şəxslərin 
gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 
162.3.  İddia  rədd  edildikdə, məhkəmənin  qəbul  etdiyi  iddianı  təmin  etmə  tədbirləri 
qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda 
və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad 
çıxara bilər. 
162.4.  İddia  təmin  edildikdə  onun  təmin  edilməsi  üçün  görülmüş  tədbirlər məhkəmə 
aktının icrasına qədər öz qüvvəsini saxlayır. 


M a d d  ə  1 6 3 .  İddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi 
163.1. İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 
163.2.  İddianı  təmin  etmək  haqqında  qərardad  şikayət  verən  şəxsə  xəbər  verilmədən 
çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 
163.3.  İddianın  təmin  edilməsi haqqında  qərardaddan  şikayət  verilməsi həmin  qərardadın 
icrasını dayandırmır. 
163.4.  İddianı  təmin  etməni ləğv  etmək  haqqında  və  yaxud  iddianın  bir  növünü  digəri  ilə 
əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. 
M a d d  ə  1 6 4 .  İddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə 
ödənilməsi 
İddianın  rədd  edilməsi  haqqında  qətnamə  qanuni  qüvvəyə  mindikdən  sonra  cavabdeh 
iddianın  təmin  edilməsi  ilə  əlaqədar  məhkəmə  tərəfindən tədbirlərin  görülməsi  nəticəsində 
vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. 
F ə s i l   1 4  
İŞLƏRİN MƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI 
M a d d  ə  1 6 5 .  İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi 
Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları 
aparılması,  mahiyyəti  üzrə  işə  baxılıb  qətnamə  qəbul  edilməsinə  yönələn  bütün  lazım  olan 
hərəkətləri etməlidir. 
M a d d  ə  1 6 6 .  İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad 
166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır. 
166.2.  Qərardadda  işin  hazırlanması  barədə  ediləcək hərəkətlər,  işin  məhkəmə  iclasında 
baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir. 
M a d d  ə  1 6 7 .  İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri 
167.1.  Hakim  çəkişmə  prinsipinə  əməl  etməklə, işi məhkəmədə  baxılmağa  hazırlamaq 
qaydasında aşağıdakı hərəkətləri edir: 
167.1.1.  işdə  iştirak  edən  şəxslərə  işin  icraatı  barədə  məlumat  verir,  onların  iştirakı  ilə 
iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir; 
167.1.2.  cavabdehin  və  ya  cavabdehlərin  iştirakı  ilə  iddia  tələbinin  mahiyyəti  barəsində 
iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan 
hallarda  əlavə  sübutların  təqdim  edilməsini  təklif  edir,  prosessual  hüquq  və  vəzifələrini  ona 
izah edir; 
167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya 
qarşı nə  kimi  etirazlar  olduğunu  və  həmin  etirazların  hansı  sübutlarla  təsdiq  edilə  biləcəyini 
aydınlaşdırır,  xüsusilə  mürəkkəb işlər  üzrə  işə  dair  yazılı  sübutları  müəyyən  olunmuş 
müddətdə  və surəti  iddiaçıya  verilməklə  təqdim  etməyi cavabdehə təklif edir, ona  prosessual 
hüquq və vəzifələrini izah edir; 
167.1.4.  birgə  cavabdehlərin  və  birgə  iddiaçıların  və  ya  üçüncü  şəxslərin  işə  daxil  olması 
məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə