Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

141.4.  İddiaçıya  ünvanlanmış  çağırış  vərəqəsi ilə birlikdə hakim o halda  cavabdehin  yazılı 
izahatlarının  surətini  və  onlara  əlavə  olunmuş  sənədlərin  surətlərini  göndərir  ki,  onlar 
məhkəməyə daxil olmuş olsun. 
M a d d  ə  1 4 2 .  Çağırış vərəqələrinin çatdırılması 
142.1. Çağırış vərəqəsi poçt vasitəsi ilə və ya hakimin tapşırdığı şəxslər tərəfindən çatdırılır. 
Ünvan sahibinə çağırış vərəqəsinin verilməsi vaxtı çağırış vərəqəsinin məhkəməyə qaytarılmalı 
olan kötüyündə qeyd edilir. 
142.2.  Hakim  işdə  iştirak  edən  şəxsin  razılığı  ilə  ona  iş  üzrə  çağırılan  və  ya  xəbər  verilən 
digər şəxsə çatdırmaq üçün çağırış vərəqəsi verə bilər. 
142.3.  Çağırış  vərəqələrini  çatdırmağa  borclu  olan  orqanlar,  yaxud  onların  çatdırılması 
tapşırılmış  şəxs,  çağırış  vərəqəsini  aldıqları  günün  sonrakı  günündən  gec  olmayaraq  bu 
hərəkəti etməyə borcludurlar. 
142.4.  Səhlənkarlıq  nəticəsində  çağırış  vərəqəsini  çatdırmayan  orqanlar  yaxud  vəzifəli 
şəxslər,  eləcə  də  çağırış  vərəqəsini  çatdırmaq  tapşırılmış  şəxs  məhkəməyə  hörmətsizlik 
göstərdiyinə görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
142.5. Çağırış vərəqəsini çatdırmağa borclu olan orqan, yaxud çağırış vərəqəsini çatdırmaq 
tapşırılmış  şəxs,  çağırış  vərəqəsinin  çatdırılmalı  olduğu  günün  sonrakı  günündən  gec 
olmayaraq çağırış vərəqəsinin çatdırılmaması barədə məhkəməyə məlumat verməlidirlər. 
M a d d  ə  1 4 3 .  Çağırış vərəqəsinin verilməsi 
143.1.  Çağırış  vərəqəsi  onun  məhkəməyə  qaytarılmalı  olan  kötüyünün  imzalanması  ilə 
ünvanlanan şəxsin özünə verilir. Təşkilata ünvanlanmış çağırış vərəqəsi müvafiq vəzifəli şəxsə 
çağırış vərəqəsinin kötüyünü imzalatmaqla verilir. 
143.2.  Çağırış  vərəqəsini  aparan  şəxs  xəbər  verilən və  ya  çağırılan  şəxsin  ünvanının 
dəqiqliyini  yoxladıqdan  sonra  iş  üzrə  xəbər  verilən və  ya  çağırılan  fiziki  şəxsi  yaşadığı və  ya 
işlədiyi  yerdə  tapmazsa,  çağırış  vərəqəsi  xəbər  verilənlə  və  ya  çağıranla  bir  yerdə  yaşayan 
böyük yaşlı ailə üzvlərindən birinə onların razılığı ilə verilir, onlar olmadıqda isə müvafiq icra 
hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yerin yerli özünüidarə orqanına və ya onun iş 
yerinin  müdiriyyətinə  verilir.  Göstərilən  hallarda  çağırış  vərəqəsini  qəbul  edən  şəxs  çağırış 
vərəqəsinin  kötüyündə  soyadını,  adını  və  atasının  adını,  eləcə  də  tutduğu vəzifəsini,  ünvan 
sahibinə  münasibətini  göstərməlidir.  Çağırış  vərəqəsini  qəbul  edən  şəxs  imkanı  olan  kimi 
yubatmadan onu ünvan sahibinə verməlidir. 
143.3. Ünvan sahibi müvəqqəti olmadığı təqdirdə, çağırış vərəqəsini aparan şəxs onun hara 
getdiyini  və  nə  vaxt  qayıdacağını  çağırış  vərəqəsinin  kötüyündə  qeyd  etməlidir.  Bu  hal 
müvafiq  icra  hakimiyyəti  orqanı,  onun  yaşadığı  yer  üzrə  orqan  və  ya  iş  yerinin  müdiriyyəti 
tərəfindən yəqin  edilməli,  təsdiq  edilməli  və  bu  barədə  dərhal  məhkəməyə  məlumat 
verilməlidir. 
M a d d  ə  1 4 4 .  Məhkəməyə gəlmənin məcburiliyi 
144.1. Çağırış vərəqəsini alan ünvan sahibi göstərilən vaxtda məhkəməyə gəlməlidir. 
144.2.  Ünvan  sahibi  məhkəməyə  gələ  bilmədiyi  halda  bu  barədə  məhkəməyə  məlumat 
verməlidir. 
144.3. Şəxsin özünün və ya nümayəndəsi vasitəsi ilə üzürlü səbəblər olmadan məhkəmənin 
çağırışına  gəlməməsi  onun  irəli  sürülən tələblərlə  sözsüz  razı  olduğunu  göstərir  və  işə 
baxılması üçün maneə deyildir. 


144.4. Müstəsna hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə cavabdehin 
məhkəməyə gətirilməsini təmin edə bilər. 
M a d d  ə  1 4 5 .  Çağırış vərəqəsini  ya bildirişi qəbul etməkdən imtina edilməsinin 
nəticələri 
145.1.  Ünvan  sahibi  və  ya  digər  şəxs  çağırış  vərəqəsini  və  ya  bildirişi  almaqdan  imtina 
etdikdə,  onları  gətirən,  yaxud  təqdim  edən  şəxs  çağırış  vərəqəsində  və  ya  bildirişdə  müvafiq 
qeydlər etdikdən sonra onları məhkəməyə qaytarır. 
145.2. Çağırış vərəqəsi, yaxud bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina 
barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı 
və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. 
145.3. Ünvan sahibinin çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina etməsi ona 
qarşı irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün və ya ayrı‐ayrı 
prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. 
145.4.  Şəxsin  çağırış  vərəqəsini  ünvan  sahibinə  çatdırmaq  üçün  qəbul  etməkdən  imtina 
etməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilir və on bir manat cərimə olunur.
64 
M a d d  ə  1 4 6 .  İş üzrə icraat zamanı ünvanın dəyişməsi 
Məhkəmədə  iştirak  edən  şəxslər və  nümayəndələr iş  üzrə  icraat  zamanı  öz  ünvanlarını 
dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə 
bildirişləri  məhkəməyə  məlum  olan  axırıncı  ünvana  çatdırılır  və  çağırılan  şəxs  artıq  həmin 
ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
65 
M a d d  ə  1 4 7 .  Cavabdehin olduğu yerin məlum olmaması 
66 
Cavabdehin  faktiki  olduğu  yer  məlum  olmadıqda,  məhkəmə  cavabdehin  məlum  olan 
axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya 
cavabdehin  məlum  olan axırıncı iş  yeri üzrə müdiriyyətin  məhkəmə bildirişini aldığını təsdiq 
edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 
M a d d  ə  1 4 8 .  Cavabdehin axtarışı 
148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya 
səhhəti  zədələmə,  yaxud  ailəni  dolandıranın  ölümü  ilə  vurulan  ziyanın  ödənilməsi  haqqında 
tələblər  üzrə  cavabdehin  olduğu  yer  məlum  olmadıqda,  məhkəmə  polis  orqanları  vasitəsilə 
cavabdehin axtarışını elan etməyə borcludur. 
148.2.  Cavabdehin  axtarışı  ilə  əlaqədar  xərclərin  tutulması  axtarışın  aparılması  həvalə 
edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir. 
İKİNCİ BÖLMƏ 
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT  
BİRİNCİ YARIMBÖLMƏ 
İDDİA İCRAATI  
F ə s i l   1 2  


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə