Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

müddət  üçün  orta  əmək  haqları  saxlanılır.  Əmək  münasibətlərində  olmayan  şahidlər  adi 
məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün 
müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmaqla əvəz alırlar. 
M a d d  ə  1 1 7 .  Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğin tərəflərdən 
alınması 
117.1.  Şahidlərə,  ekspertlərə  və  mütəxəssislərə  verilməli  məbləği və  iş  üzrə  digər zəruri 
xərcləri  xahiş  etmiş  tərəf  əvvəlcədən məhkəmənin  depozit  hesabına  keçirir.  Həmin  xahişi 
tərəflərin  hər  ikisi  etdikdə,  yaxud  şahidlərin  çağırılması,  ekspertlərin  təyin  edilməsi, 
mütəxəssislərin  cəlb  edilməsi  və  ödənilməli  olan  digər hərəkətlər məhkəmənin  təşəbbüsü  ilə 
edildikdə, tələb  olunan  məbləği tərəflərin  hər  ikisi  bərabər  qaydada  məhkəmənin  depozitinə 
keçirirlər. 
117.2.  Bu  Məcəllənin  117.1‐ci  maddəsində  göstərilən məbləği məhkəmə  xərclərindən  azad 
edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.
56 
M a d d  ə  1 1 8 .  Şahidlərə,  ekspertlərə,  mütəxəssislərə  və  tərcüməçilərə  məbləğin 
verilməsi 
118.1.  Şahidlərə,  ekspertlərə,  mütəxəssislərə  və  tərcüməçilərə  məbləğ,  onlar öz  vəzifələrini 
yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. 
118.2.  Ödənilməli  olan  məbləğlərin  miqdarı  və  verilməsi  qaydası  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
M a d d  ə  1 1 9 .  Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 
119.1.  Məhkəmə  xərcləri  ödənilmiş  tələblərin  məbləğinə  münasib  olaraq  işdə  iştirak  edən 
şəxslərə aid edilir. 
119.2.  İddiaçı  müəyyən  olunmuş  qaydada  dövlət  rüsumunu  ödəməkdən  azad  edilmişsə, 
dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət 
gəlirlərinə alınır. 
119.3.  İş, işdə  iştirak  edən  şəxslər tərəfindən həmin  kateqoriyadan  olan  mübahisələrin 
qanunla  nəzərdə  tutulmuş  məhkəməyə  qədər həlli  qaydalarının  və  müqavilə  qaydalarının 
(tələbi  cavabsız  qoymaq,  tələb  olunan  sənədləri  göndərməmək)  pozulması  nəticəsində 
meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə 
bilər. 
119.4.  İşdə  iştirak  edən  şəxslər məhkəmə  xərclərinin  bölüşdürülməsi  barədə  razılığa 
gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 
119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin 
çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1‐119.4‐cü maddələrində göstərilən qaydaya 
uyğun bölüşdürülür. 
57 
119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və 
ya  yeni  qətnamə  çıxarırsa,  o,  müvafiq  olaraq  məhkəmə  xərclərinin  bölüşdürülməsini  də 
dəyişdirir. 
M a d d  ə  1 2 0 .  İş vaxtını itirməyə görə məbləğin tutulması 
Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud 
işə düzgün  və tezliklə baxılmasına və onun  həll edilməsinə  ardıcıl surətdə maneçilik  törətmiş 
tərəfdən,  iş  vaxtının  itirilməsi  üçün  digər tərəfin  və  ya  dövlətin  xeyrinə  məbləğ  tuta  bilər. 


Həmin  məbləğ  məhkəmə  tərəfindən  konkret  hallar  nəzərə  alınmaqla  ağlabatan  miqdarda 
müəyyən edilir. 
M a d d  ə  1 2 1 .  Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 
121.1.  Məhkəmə  nümayəndənin  və  ya  vəkilin  göstərdiyi  yardıma  görə  xərclərin,  konkret 
hallar  və  çıxış  üçün  təqdim  olunmuş  hesab  nəzərə  alınmaqla,  digər tərəfdən ağlabatan 
məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 
121.2.  Bu  Məcəllənin  67‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslarla  işdə  iştirak  edən vəkil 
maddi  vəziyyətinə  görə  öz  hesabına  vəkil  tutmaq  imkanı  olmayan  şəxslərə  hüquqi  yardımı 
məhkəmənin  qərarı  ilə  pulsuz,  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
göstərir.  Qanunvericiliklə  müəyyən  edilmiş  məbləğdə  ödənilmiş  bu  vəsait  iddianın  təmin 
edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət 
büdcəsinə ödənilə bilər. 
58 
M a d d  ə  1 2 2 .  İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə 
xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 
122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 
122.2.  İddia  verildikdən  sonra  iddia  tələblərinin  cavabdeh  tərəfdən  könüllü  surətdə  təmin 
edilməsi  nəticəsində  iddiaçı  öz  tələblərini  müdafiə  etməzsə,  iddiaçının  xahişi  ilə  məhkəmə 
onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. 
122.3.  Tərəflər  barışıq  sazişi  bağladıqda  məhkəmə  xərcləri  və  yardım  göstərməyə  görə 
nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 
M a d d  ə  1 2 3 .  İddiadan imtina edildikdə məhkəmə xərclərinin cavabdehə ödənilməsi 
Qanunla müəyyən edilmiş qaydada başqa şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan 
mənafeyinin  müdafiəsi  üçün  ərizə  ilə  məhkəməyə  müraciət  edən  şəxs  iddiadan  tam  və  ya 
qismən  imtina  etdikdə,  cavabdehə  onun  işə  baxılması  üçün  çəkdiyi  xərc  tam  və  ya  iddianın 
imtina edilmiş hissəsinə mütənasib olaraq dövlət büdcəsi hesabına ödənilir. 
M a d d  ə  1 2 4 .  İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 
124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad 
edildiyi  dövlət  rüsumu,  iddia  tələblərinin  təmin  edilmiş  hissəsinə  mütənasib  olaraq  dövlət 
mədaxilinə cavabdehdən alınır. 
124.2.  İddia  rədd  edildikdə  işə  baxılması  ilə  əlaqədar  məhkəmənin  çəkdiyi  xərclər  dövlət 
mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 
124.3.  İddia  qismən təmin  edilmişsə,  cavabdeh  isə  məhkəmə  xərclərini  ödəməkdən  azad 
olunmuşsa,  işə  baxılması  ilə  əlaqədar  məhkəmənin  çəkdiyi  xərclər məhkəmə  xərclərini 
ödəməkdən  azad  edilmiş  iddiaçıdan  tutularaq,  iddia  tələblərinin  təmini  rədd  edilmiş  hissəyə 
münasib olaraq dövlət mədaxilinə alınır. 
M a d d  ə  1 2 5 .   Məhkəmə  xərcləri  ilə  əlaqədar  məsələlər  üzrə  qərardaddan  şikayət 
verilməsi 
Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. 
F ə s i l   9 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə