Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

M a d d  ə  5 0 .  Tərəflər 
50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli 
şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 
50.2.  Özünün  və  ya  başqasının  mənafeyi  naminə  iddia  qaldırmış  fiziki  və  hüquqi  şəxslər, 
təsisçisi  dövlət və  ya  dövlət  idarəsi,  yaxud  təşkilatı  olan  hüquqi  şəxslərin  müvafiq  müraciəti 
olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab 
edilirlər. 
50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 
50.4.  Qanunda  nəzərdə  tutulan  hallarda  hüquqi  şəxs  olmayan  təşkilatlar  da  tərəf  ola 
bilərlər. 
50.5.  Qanun  üzrə  başqasının  hüquq,  azadlıq  və  qanunla  qorunan  mənafeyinin  müdafiəsi 
üçün  məhkəməyə  müraciət  etmək  hüququ  olan  şəxsin  ərizəsi  ilə  mənafeyi  üçün  iddia 
qaldırılmış  şəxs,  başlanmış  proses  barədə  xəbərdar  edilir  və  məhkəmə  prosesində  iddiaçı 
qismində  iştirak  edir.  Tərəflər  prosessual  hüquqlardan  bərabər  istifadə  edirlər və  bərabər 
prosessual vəzifələr daşıyırlar. 
M a d d  ə  5 1 .  İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı 
51.1.  İddia  müştərək  qaydada  bir  neçə  iddiaçı  tərəfindən və  ya  bir  neçə  cavabdehə  qarşı 
qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış 
edir. 
51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 
51.3.  Başqa  cavabdehin  cəlb  edilməsi  zərurəti  olarsa,  məhkəmə  qətnamə  çıxarana  kimi 
iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. 
M a d d  ə  5 2 .  İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 
52.1.  İddiaçı  iddiadan  imtina  edə  bilər.  İddiadan  imtina  etmə  yazılı  formada  ifadə 
edilməlidir. 
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı 
verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 
52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 
52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı 
məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.
37 
52.5.  İddiaçının  iddiadan  imtina  etməsi,  iddianın  cavabdeh  tərəfindən  etiraf  edilməsi  və 
tərəflərin  barışıq  sazişi  qanuna  zidd  olarsa  və  ya  hər  hansı  bir  şəxsin  hüquqlarını  və  qanunla 
qorunan  mənafeyini  pozarsa,  məhkəmə  belə  hərəkətləri  qəbul  etmir.  Belə  hallarda  məhkəmə 
mübahisəyə mahiyyəti üzrə baxır. 
M a d d  ə  5 3 .  İddianın dəyişdirilməsi 
İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini 
dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 
M a d d  ə  5 4 .  Əsl olmayan tərəfin əvəz edilməsi 
54.1.  İddia  tələb  hüququ  olmayan  şəxs  tərəfindən  verildikdə  və  ya  iddiaya  cavab  verməli 
olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya 
cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 
38 


54.2.  İddiaçı  özünün  əsl  iddiaçı  ilə  və  ya  cavabdehin  əsl  cavabdehlə  əvəz  edilməsinə  razı 
olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 
39 
54.3.  İddiaçı  cavabdehin  başqa  şəxslə əvəz  edilməsinə  razı  olmadıqda,  məhkəmə  bu  şəxsi 
ikinci cavabdeh kimi işə cəlb edə bilər. 
40 
54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 
M a d d  ə  5 5 .  Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü 
şəxslər 
55.1.  Mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən  üçüncü  şəxslər məhkəmə 
qətnamə  çıxarana  qədər  bir  tərəfə  və  yaxud  hər  iki  tərəfə  qarşı  iddia  irəli  sürməklə  işə  qarışa 
bilərlər. 
55.2.  Onlar  həmin  kateqoriya  mübahisələr  üçün  qanunda  və  ya  müqavilələrdə  nəzərdə 
tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) 
qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir 
və onun bütün vəzifələrini daşıyırlar. 
M a d d  ə  5 6 .  İşə bərpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi 
56.1. Qanunsuz  olaraq işdən  çıxarılan və ya  başqa  işə keçirilən işçilərin  işə bərpa  edilməsi 
haqqında  işlər  üzrə  sərəncamı  ilə  işçini  işdən  çıxarmış  və  ya  başqa  işə  keçirmiş  vəzifəli  şəxsi 
məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər. 
56.2. Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar 
surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya 
aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş 
zərəri  və  ya  işçiyə  vurulmuş  mənəvi  zərəri  ödəmək vəzifəsini  təqsirli  vəzifəli  şəxsin  üzərinə 
qoya  bilər.  Belə  hallarda  vəzifəli  şəxslərdən  tutulmalı  olan  məbləğin  miqdarı  əmək 
qanunvericiliyi ilə müəyyən edilir. 
41 
M a d d  ə  5 7 .   Mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürməyən  üçüncü 
şəxslər 
57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə 
birinci  instansiya  məhkəməsi  tərəfindən qətnamə  çıxarılana  qədər,  bu  qətnamə  tərəflərdən 
birinə  münasibətdə  onların  hüquq  və  vəzifələrinə  təsir  edə  biləcəyi  təqdirdə,  prosesdə 
iddiaçının  və  ya  cavabdehin  tərəfində  iştirak  edə  bilərlər.  Onlar  işdə  iştirak  edən  şəxslərin 
vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 
57.2.  Müstəqil  tələblər  irəli  sürməyən  üçüncü  şəxslər  iddianın  əsasını  və  predmetini 
dəyişdirmək,  iddia  tələblərinin  miqdarını  artırmaq  və  ya  azaltmaq,  iddiadan  imtina  etmək, 
iddianı  etiraf  etmək və  ya  barışıq  sazişi  bağlamaq,  qarşılıqlı  iddia  vermək,  məhkəmə 
qətnaməsinin  məcburi  icrasını  tələb  etmək  hüquqları  istisna  olmaqla,  tərəfin  prosessual 
hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
42 
M a d d  ə  5 8 .  Prosessual hüquq varisliyi 
58.1.  Mübahisə  edilən  hüquq  münasibətində  və  ya  qətnamə  ilə  müəyyən  edilən  hüquq 
münasibətində  tərəflərdən  biri  sıradan  çıxdıqda  (şəxs  öldükdə,  hüquqi  şəxs  yenidən təşkil 
edildikdə, tələb  güzəşt  edildikdə,  borc  köçürüldükdə  və  maddi  hüquq  münasibətlərində 
şəxslərin  dəyişməsinin  digər  hallarında)  məhkəmə  həmin  tərəfi  onun  hüquq  varisi  ilə  əvəz 
etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə