Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə20/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   16   17   18   19   20   21   22   23   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Da y ə .  Mənim yelpiyimi ver, Piter. 

M  e  r  k  u  s  i  o.  Mərhəmətli  Piter,  tez  elə,  qoy  üzünü  gizlətsin. 

Yelpiyi üzündən gözəldir. 

Da y ə .  Sabahınız xeyir, xeyirxah cənablar! 

M e rk u s io.  Axşamınız xeyir, qəşəng xanım! 

Da y ə .  Məgər axşamdır? 

M e rk u s io.   Sənə  deyirəm,  az  olmaz,  çünki  saatın  ədəbsiz  əli 

indi günortanın qamçısının düz üstündədir. 

Da y ə .  Ayıb deyil? Sən necə adamsan? 

R  o  m  e  o.  Elə  adamdır ki, xanım,  Allah-taala  onu  öz-özünü ələ 

salmaq üçün yaradıb. 

Da y ə .  Doğrudan, yaxşı dediniz: öz-özünü ələ salmaq üçün- belə 

dediniz,  hə?  Cənablar,  kim  mənə  deyə  bilər,  gənc  Romeonu  harada 

tapmaq olar? 

R om e o.  Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc Romeo 

indi axtardığınızdan bir az yaşlı olacaq. Əgər pis düşməsə, deyərdim 

ki, bu adı daşıyan insanların ən cavanı mənəm. 

Da y ə .  Yaxşı dediniz. 

M e rk u s io.   Necə?  Heç  pis  yaxşı  olarmı?  Doğrusu,  yaxşı  yerinə 

düşdü. Ağıllı sözdür, ağıllı sözdür. 

Da y ə .   Cənab,  Romeo  sizsinizsə,  mənim  sizə  deməyə  bir  neçə 

gizli sözüm var. 

Be nv ol io.  Görərsən, onu bişirib, şama dəvət edəcək. 

M e rk u s io.  Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap onu. 

R om e o.  Nədir, nə tapmısan? 

M e rk u s io.   Dovşan  deyil,  cənab.  Yox,  bu  elə  dovşandır  ki, 

qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb. 



Oxuyur. 

Qoca, boz dovşan Kifsənib yaman, 

Nə yaxşı yeməkdir, pəhriz zamanı. 

Kifsənməsəydi, 

Qırx nəfər nəydi, 

Yəqin, doydurardı bütün dünyanı. 

Romeo, evə getmirsən? 

Biz sizə nahar etməyə gedirik. 

 

74 

downloaded from KitabYurdu.org




R om e o.  Bu saat, gəlirəm. 

M e rk u s io.  

Əlvida, Nuhu gəmidə görən xanım, əlvida! 

Xanım, xanım, xanım... 



Merkusio ile Benvolio gedirlər. 

Da y ə .  Buna bax bir, əlvida! Deyin görüm, cənab, bu sırtıq çərçi 

kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolub-daşır. 

R om e o.   Dayə,  bu  özü  deyib,  özü  eşitməyi  sevən  adamdır.  Bir 

dəqiqədə  bir  ayda  deyəcəyindən  daha  çox  cəfəngiyat  üyüdüb  tökə 

bilər. 


Da y ə .   Əgər  mənim  haqqımda  pis  bir  söz  desə,  onun  canını 

alaram.  Mən  onun  kimi  iyirmi  belə  sırtıq  bambılıya  cavab  verərəm. 

Hərgah  özüm  bacarmasam,  məni  müdafiə  edənlər  tapılar.  Alçaq 

haramzadə!  Mən  onun  üçün  əzilib-büzülən  qızlardan  deyiləm.  Mən 

onun  üçün  əyyaş,  pozğun  qadınlardan  deyiləm. 

(Piterə)

 

Sən  də 


yanımda  müqəvva  kimi  durub  gözünü  döyürsən.  Hər  yetən  əclafın 

özü istədiyi kimi məni ələ salmağına dözürsən. 

P i t e r. Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ saldığını 

görməmişəm.  İnanın,  belə  olsaydı,  cəld  qılıncımı  sıyırardım.  Elə  ki, 

görürəm  yaxşı  döyüş  üçün  bir  səbəb  var,  qanun  da  mənim  tərəfim- 

dədir, mən də başqalan kimi heç nədən çəkinmədən tez qılıncımı işə 

salıram. 

Da y ə .  Bir Allah şahiddir ki, hələ də hirsimdən özümə gəlməmi-

şəm,  bütün  bədənim  əsir.  Alçaq  haramzadə!  Ah,  cənab,  axı  mənim 

sizə  bir  sözüm  vardı.  Dediyim,  gənc  xanımım  sizi  axtarıb  tapmağı 

xahiş  etmişdi.  Onun  xahiş  edib  tapşırdığı  sözləri  hələlik  özümdə  bir 

sirr  kimi  saxlayıram.  Əvvəlcə,  icazə  verin,  sizə  deyim,  əgər  siz  onu 

yoldan  çıxarmaq  istəyirsinizsə,  necə  deyərlər,  bu  kobud  bir  hərəkət 

olardı. Çünki xanımım çox gəncdir, buna görə də onu aldadırsınızsa, 

bu, doğrudan da, pis və eybəcər bir işdir. 

R om e o.   Mehriban  dayə,  məndən  xanımına  salam  söylə.  Mən 

sənə söz verirəm ki... 

Da y ə .   Safqəlbli  oğlan,  mən  ona  elə  beləcə  də  deyəcəyəm.  İlahi, 

ilahi, o necə də sevinəcək! 

R om e o.   Sən  ona  nə  deyəcəksən,  mehriban  dayə?  Mən hələ  heç 

nə deməmişəm. 

75 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Da y ə .   Mən  ona  deyəcəyəm  ki,  cənab,  siz  söz  verdiniz.  Belə  işi, 



mənim anladığıma görə, ancaq nəcib bir adam görə bilər. 

R om e o.   Ona  de,  bu  axşam  bir bəhanə  ilə  ibadət  etməyə  kilsəyə 

gəlsin. 

Orda, hücrəsində rahib Lorenso 

Kəsəcəkdir bizim nikahımızı. 

Al, zəhmət haqqıdır bu da səninçün. 

Da y ə .  Yox, yox, götürmərəm bircə peni də. 

R om e o.  Di yaxşı, di götür verilən payı. 

Da y ə .  Bu axşam dediniz? Yaxşı, gələcək. 

R om e o.  

Dayan monastırın arxasında sən, 

Yanına gələcək mənim xidmətçim. Bir 

kəndir nərdivan verəcək sənə. Həmin 

nərdivanla bu gecəyarı, Çıxacam 

səadət zirvəsinə mən. 

Yaxşı yol! Xidmətin əvəzsiz qalmaz. 

Yaxşı yol! Salam de xanımına sən. Da y ə .  AUah 

xoşbəxt etsin sizi, fəqət, ser... R om e o.  Söylə, 

sözün nədir, mehriban dayə? Da y ə .  

Sizin xidmətçiniz etibarlıdır? 

Yəqin, eşitmisiz?! Belə deyirlər: 

Şaxlar iki adam sirri o zaman 

Onlardan birisi çıxsın aradan. 

R om e o.  İnanın, möhkəmdir, o, polad kimi. 

Da y ə .  Yaxşı, ser... Mənim xanımım dünyanın ən gözəl qızıdır. 

İlahi, ilahi!.. O, balaca uşaq olanda... Ah, bu şəhərdə Paris adlı zadə- 

gan bir oğlan var. Senyoram almaq üçün dəridən-qabıqdan çıxır. 

Ancaq qız, o gözəl qəlbli maral, onu görməkdənsə qurbağanı, əsl 

qurbağam görməyi daha üstün tutur. Mən arabir xanımı acıqlandınb 

deyirəm: Paris sənə daha çox yaraşan ərdir. Sizi inandırıram, mən 

belə deyəndə, o, kətan kimi ağarır. Məni bir başa salın, cənab, saf 

məhəbbət çiçəyi rozmarinlə Romeo sözü eyni hərflə başlamır ki? 

R om e o.  Bəli, mehriban dayə. Burda nə var? Hər iki söz “er” 

hərfi ilə başlayır. 



76 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə