Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə21/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   17   18   19   20   21   22   23   24   ...   189

Da y ə .  Siz necə də lağlağıçısınız! O, it hərfidir. Onu deyəndə, elə 

bil,  itlər  mırıldaşır:  Er  hərfi,  yox,  belə  deyil.  Mən  bilirəm  ki,  sizin 

adınız  başqa  hərflə  başlayır.  Xanım  sizin  adınızla  rozmarini  uyğun-

laşdırıb, elə gözəl sözlər danışır ki, eşitsəniz, xoşunuza gələr. 

R om e o.  Məndən xanımına salam söylə. 

Da y ə .   Baş  üstə,  lap  min  dəfə  salam  söylərəm.  [Romeo  gedir.) 

Piter! 

P i t e r. Nə buyurursunuz? 



Da y ə .  Yelpiyimi götür, düş qabağıma, cəld ol. 

Gedirlər. 

BEŞİNCİ SƏHNƏ

 

Kapulettinin bağı. 

Cülyetta gəlir. 

Cü ly e t t a .  

Dayəni göndərdim saat doqquzda, 

O, yanm saata qayıtmalıydı. 

Yəqin ki, tapmayıb. Yox, ola bilməz! 

Ah! Dayə ləng gedir, sanki, topaldır. 

Xəyal olmalıdır eşqin qasidi

Zülmət təpələrdə qara kölgəni 

Qovlayan Günəşin şəfəqlərindən On 

dəfə artıqdır onun sürəti. Göyərçinlər 

çəkir, qanad çalaraq, Gözəl 

Veneranın arabasını. 

Elə bunun üçün yel kimi uçan Tanrı 

Kupidonun qanadları var. Günorta 

yerinə yetişdi Günəş. 

Düz üç saat keçir indiyə kimi

O hələ də gəlib çıxmır ki, çıxmır. 

Onun ürəyində ülvi məhəbbət, 

Qanında gəncliyin odu, atəşi Olsaydı, 

ox kimi süzər, süzərdi. Mənim 

sözlərimi əziz yanma, 

77 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Onun sözlərini mənə deyərdi. 

Qocalarsa süstdür lap ölü təhər, 

Tutqundur, ağırdır qurğuşun qədər. 



Daye ve Piter gəlirlər. 

 

Ah, Allah, o gəlir. Ah, əziz dayə, 



Söylə, nə xəbər var, gördünmü onu? 

Göndər, getsin nökər. 

Da y ə .  Sən qapıda dur. 

Piter gedir. 

Cü ly e t t a .  

Mənim qəşəng dayəm! Aman, ilahi! 

Söylə, üzündəki bu kədər nədir? 

Xəbər qəmlidirsə, sən sevinclə de. 

Əgər yaxşıdırsa, yaxşı nəğməni 

Tutqun qaş-qabaqla bu cür korlama. 

Da y ə .  

Yorulmuşam, gözlə, dincəlim bir az. 

Sınır qılçalarım, uf, uf, ölürəm, 

Belə də üzücü qaçaqaç olar? 

Cü ly e t t a .  

Verərəm mən sənə qılçalanmı, 

Sən gəl əvəzində o xəbəri ver. 

Danış, yalvarıram, sevimli dayəm! 

Da y ə .  

Hara tələsirsən, nə olub axı? Gözləyə 

bilməzsən məgər bir azca? Görürsən 

nəfəsim kəsilir mənim. 

Cü ly e t t a .  

Necə kəsilir ki, sənin nəfəsin. 

Bu sözü deməyə nəfəsin vardır. Sənin 

üzrlərin, bəhanələrin tlzundur, ən 

uzun nağıldan belə. Qısa de, xəbərin 

xeyirdir, ya bəd? Qalan sözlərini sonra 

deyərsən. Aydın de, xəbərin xeyirdir, 

ya bəd? 

78 

downloaded from KitabYurdu.org




Da y ə .   Deməliyəm  ki,  sən  o  qədər  də  yaxşı  oğlan  tapmamısan. 

Əri  necə  tapmağı  bilmirsən,  axı.  Romeo!  Yox,  mən  ona  getməzdim. 

Doğrudur,  onun  üzü  başqa  kişilərin  üzündən  qəşəngdir,  qıçlan  da 

başqa  kişilərin  qıçlarından  düzdür.  Əllərinə,  ayaqlarına,  boy-buxu- 

nuna  söz  ola  bilməz.  Bütün  müqayisələrdən  daha  gözəldir.  Demək 

olmaz ki, o, nəzakət çiçəyidir. Ancaq səni inandırıram ki, o, quzu kimi 

mehribandır.  Öz  yolunla  get,  qızım!  Qəlbini  Allaha  bağla.  Necə,  sən 

nahar edibsən? 

Cü ly e t t a .  

Xeyr, xeyr! Bilirdim mən bunu əwəl. 

Toyumuz barədə o nə söylədi? 

Da y ə .  

İlahi! Necə də ağrıyır başım! 

Az qalır bölünsün iyirmi yerə. 

Bir yandan da belim. Ah, belim, belim! 

Tanrı günahını bağışlayarmı? 

Məni hey qovursan o yan-bu yana

Deyirsən üzülüm, ölüm yollarda? 

Cü ly e t t a .  

Bu əziyyət üçün bağışla məni, 

Sevimli, istəkli, mehriban dayəm, 

De görüm, sevgilim sənə nə dedi? 

Da y ə .  Sevgilin namuslu, ədəbli, mehriban, gözəl və ən ləyaqətli 

bir insan kimi dedi... Anan haradadır? 

Cü ly e t t a .  

Anam haradadır? Anam evdədir. 

Harda olmaüydı? Başa düşmürəm! 

Necə də qəribə cavab verirsən! 

“Sevgilin namuslu insantək dedi: 

Anan haradadır?” 

Da y ə .  

Ah, aman Allah, 

Belə hirslənirsən? Bir bu qalmışdı? 

Ağnyan belimə təpitmədir bu? 

Daha qasidliyə özün gedərsən. 

Cü ly e t t a .  

Qurtar işgəncəni. O nə dedi, nə? 

79 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Da y ə .  

Bu gün ibadətə gedə bilərsən? 

Cü İy et ta. Gedərəm. 

Da y ə .  

Rahibin hücrəsinə qaç. 

Bir ər səni orda arvad edəcək. 

Hə, qanın sıçradı yanaqlarına, 

Cİzün bu xəbərdən alışıb-yandı. 

Di, sən kilsəyə get, mənsə aparım Kəndir 

nərdivanı, yarın bu gecə Onunla yanına 

qalxar gizlicə. 

Sən kef çəkəcəksən, yük çəkim mən də. Gecə 

yük altına düşərsən sən də. 

Mən nahar edirəm, tez get, yaxşı yol. 

Cü ly e t t a .  Qovuşum bəxtimə, əzizim, sağ ol! 



Gedirlər. 

ALTINCI SƏHNƏ

 

Rahib Lorensonun hücrəsi. 

Rahib Lorenso ilə Romeo daxil olurlar. 

Lo re ns o.  

Bu müqəddəs işə yar olsun göylər, Sonra 

dərdlə bizə cəza verməsin. 

R om e o.  

Amin! Ancaq bu dərd dəhşət olsa da, 

Cülyettayla mənim görüşümüzün Bir anlıq 

sevinci önündə heçdir. Müqəddəs ayinlə, 

müqəddəs ata, Birləşdir sən bizim əllərimizi. 

Sonra ölüm gəlsin, yoxdu bir qorxum, O çiçək 

mənimdir desəm, bəsimdir. 

Lo re ns o.  

Odlu sevgilərin odlu sonu var; Öpüşüb məhv 

olan odtək, banttək Alışıb məhv olur zəfər 

çağında. 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə