Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə17/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   13   14   15   16   17   18   19   20   ...   189

Mən daha təmkinli ola bilərdim, 

Lakin sən eşitdin etirafımı. 

Bu işimə görə bağışla məni. 

Qaranlıq gecənin açdığı bu saf, 

Bu coşqun sevgimi yüngüllük sayma. 

R o m e o .  

Barlı ağacların başına göydən Gümüş 

səpən xoşbəxt Aya and olsun. 

C ü l y e t t a .  

Ah, hər ay şəklini bir yol dəyişən Sən o 

etibarsız Aya and içmə, 

Etibarsız olar məhəbbətin də. R o m e o .  

Bəs nəyə and içim? 

C ü l y e t t a .  

Heç nəyə heç vaxt; 

Ya da istəyirsən, Allah bildiyim, 

Bakir varlığına - özünə and iç. 

Onda inanaram sənə ürəkdən. 

R o m e o .  Əgər ülvi sevgim... 

C ü l y e t t a .  

Dayan, and içmə! 

Səni gördüyümə şad olsam da mən, Bu 

gecə bu əhddən könlüm şad deyil. O 

çox tez, çox ani, çox nagahandır - Biz 

şimşək sözünü hələ deməmiş Çaxan bir 

şimşəyə yaman bənzəyir. Gecən xeyrə 

qalsın, mənim əzizim. 

Biz bir də yenidən görüşən zaman Qoy 

yayın bu həyat nəfəsi ilə Bu eşq tumurcuğu qəşəng 

gül olsun. Gecən xeyrə qalsın, xeyrə qalsın. Mənim 

könlümdəki dinclik, rahatlıq Sənin də könlündə 

hökm etsin artıq! R o m e o .  Ah, məni beləcə qoyub 

gedirsən? C ü l y e t t a .  Əzizim, bu gecə nə istəyirsən? 

R o m e o .  Sevgi, vəfa andı andıma qarşı. 



63 

downloaded from KitabYurdu.org




Uilyant Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

C ü l y e t t a .  

Bu andı içmişəm mən səndən əvvəl. 

Heyif, olan oldu - keçən də keçdi. 

R o m e o .  

Götürmək istərdin andını geri? 

Bəs bunun səbəbi nədir, sevgilim? 

C ü l y e t t a .  

Sənə bildirməkçin sədaqətimi İstərdim 

təzədən and içim sənə. 

Mənim nəyim varsa, nə arzum varsa, 

Səndən də tək onu istəyirəm mən. 

Mənim səxavətim sahilsiz dəniz, 

Mənim məhəbbətim dəryatək dərin. 

Nə qədər bəxş etsəm sənə eşqimi

O qədər çoxalır ümmanlar kimi. 



Dayə içəridən çağırır. 

Evdən səs-küy gəlir; di get, yaxşı yol. 

Sevimli Montekkim, əhdə sadiq ol! 

Gəldim, əziz dayə! Mənim sevgilim, 

İndi qayıdıram, dayan bir azca. 

(Gedir.)

 

R o m e o .  



Oh, müqəddəs gecə, müqəddəs gecə! 

Qorxuram, gördüyüm bir yuxu ola. Belə 

həddən artıq şirin əfsanə, 

Belə bir möcüzə həqiqət olmaz. 



Cülyetta eyvana qayıdır. 

C ü l y e t t a .  

Cİç kəlmə söz deyim, sonra gedərsən. 

Əzizim Romeo, əgər, doğrudan, 

Mənimlə evlənmək istəyirsənsə, 

Sübh tezdən yanına göndərəcəyim 

Adama bildir ki, harda, nə zaman Sən 

kəbin kəsdirmək niyyətindəsən. Ayağın 

altına atıb bəxtimi, 

Arxanca gəzərəm bütün dünyanı. D a y ə  



(içəridən).

 Göyərçin! 

 

64 

downloaded from KitabYurdu.org




C ü l y e t t a .  

Gəlirəm, gəlirəm indi. - Yox, əgər 

niyyətin yaxşı deyilsə, Xahiş eləyirəm 

səndən... 

Da y ə  

{içəridən).

 

Göyərçin! 

Cü ly e t t a .  

Bu saat, bu saat. - Gəlmə bir daha, Məni 

öz dərdimlə sən yalqız burax. Sabah mütləq adam 

göndərəcəyəm. R om e o.  O zaman könlümdə arzular 

çiçək... Cü lye t t a .  Gecən xeyrə qalsın sənin min kərə! 

R om e o.  

Min yol bu həsrətdir nurlu gözlərə. 

Görüşə gedirik üzügülər, şən, 

Elə bil, məktəbli qayıdır dərsdən. 

Görüşdən gəlirik kədərlə ancaq

Elə bil, məktəbə gedir bir uşaq. 

(Yavaş-yavaş getməyə başlayır.) 

Cülyetta yenidən eyvana qayıdır. 

Cü ly e t t a .  

Sss, Romeo, sss! Ah, sən hardasan? Əgər 

ovçu səsi olsaydı məndə, Səsləyərdim 

geri öz tərlanımı. 

Köləlik tutqun səs, bağıra bilməz. Mən 

azad olsaydım, dönə-dönə hey Elə 

qışqırardım, Romeo adı Yayılardı bütün 

bu kainata Dünyanın ən böyük əks-

sədasıtək. 

R om e o.  

Yenə mənim ruhum məni çağınr. 

Aşiqlərin səsi gecə saf, şirin, 

Səslənir ən incə musiqi kimi. Cü lye t t a .  

Romeo! 

R om e o.  Əzizim! 



Cü ly e t t a .  

Saat neçədə 

Sabah mən yanına adam göndərim? 

65 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

R om e o.  Düz saat doqquzda. 

Cü ly e t t a .  

Mütləq, əzizim! 

Ah, o vaxta kimi dözmək dəhşətdir, 

İyirmi il qədər görünər mənə, tlnutdum, nə üçün 

çağırdım səni?! R om e o.  Yaxşı, yadına sal, mən 

durum burda. Cü lye t t a .  

Sən burda yenə də durasan deyə, Yenə 

də hər şeyi unudacağam. Yadımda, 

fikrimdə tək bu qalacaq - Necə də 

gözəldir səninlə olmaq. 

R om e o.  

Gülüm, sən hər şeyi unutmaq üçün Hər 

şeyi unudub qalaram burda. 

Cü ly e t t a .  

İşıqlaşır. Kaş ki, sevimli quştək tlzaq 

getməyəydin yanımdan heç vaxt. Elə 

quş kimi ki, qızcığaz onun Ayağını ipək 

sapla bağlayıb, 

Əlində saxlayır onu hər zaman. 

Ayağı zəncirli bədbəxt dustağı Əlindən 

buraxır azca kənara, Qısqanaraq onun 

azadlığına Yenə ipək sapı çəkir geriyə. 

R om e o.   Sənin  quşun  olmaq  istərdim,  gülüm. 

Cü ly e t t a .  

Mən də sənin quşun, ancaq, sevgilim, 

Səni öldürərdim nəvazişimlə. 

Hələlik, hələlik, di get, yaxşı yol! 

Aynlıq - şirin qəm, qəmlə yaşardım. 

Səninlə sübhəcən vidalaşardım. 

Gedir. 

R om e o.  

Sənə şirin yuxu, dinclik, əzizim! 

Kaş yuxun, dincliyin olaydım özüm! 

 

66 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə