Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə19/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   15   16   17   18   19   20   21   22   ...   189

M e rk u s io.  

Ah, o Rozalina, qəlbi daş gözəl 

Ona ki, bu qədər işgəncə verir

Biçarə, yəqin ki, dəli olacaq. 

Be nv ol io.  

Kapulettinin o qardaşı oğlu 

Tibalt Romeoya məktub göndərib. 

M e rk u s io.  Meydan oxumaqdır, bu, vicdan haqqı. 

Be nv ol io.  Romeo da ona cavab verəcək. 

M e rk u s io.  

Əli qələm tutan hər savadlı kəs 

Cavab verə bilər hər bir məktuba. 

Be nv ol io.  

Yox, o göstərəcək necə lazımsa, 

Hücuma hücumla cavab verəcək. 

M e rk u s io.  

Vay, yazıq Romeo, o artıq ölüb. 

Ağbəniz pərinin qara gözləri onu ağır yaralayıb. 

Eşqin nəğməsi onun qulaqlarını deşik-deşik eləyib. 

Məhəbbətin oxu onun ürəyinin düz ortasından 

keçib. 

O, Tibaltın qarşısında necə davam gətirəcək? 



Be nv ol io.  Hə üçün, axı, nədir bu Tibalt? 

M e rk u s io.   Səni  inandırıram  ki,  o,  nağıldakı  pişiklər  padşahı 

Tibaltdan daha amansızdır. Pis işlərdə başçıdır. Elə qılınc oynadır ki, 

elə  bil,  notla  mahnı  oxuyursan.  Ritmi,  məsafəni  və  ölçünü  çox  dəqiq 

bilir.  Bir,  iki,  üçüncüdə  qılıncı  köksünə  sancır.  Zərif  qönçələrin  əsl 

qənimidir.  Duel  ölüsüdür,  duel!  Yüksək  dərəcəli  zadəgandır.  Qılınc 

oynatmağın  əsl  bilicisidir.  Ah,  o  ölməz  passado!  O  punto  reserso!  O 

hay!


1

 

Be nv ol io.  O nə deməkdir? 



M e rk u s io.   Cəhənnəm  olsun  o  əzilib-büzülən  ədabazları,  yeni 

dil  quraşdıranları!  Elə  ancaq  bunu  eşidirsən:  “Həzrəti-İsa  haqqı,  ən 

yaxşı qılıncdır! Ən ucaboy kişidir! Ən gözəl qəhbədir!” Özün de, ulu 

babam,  bu  qan  qaraldan  əcnəbi  milçəklərin  qulağımıza  girməsi 

kədərli deyilmi? Bu xarici moda düşkünləri, bu pardon-nezmoisMər 

2



 

1

 Qılınc  oynatma  terminləri:  Hücum!  Dəf  et!  Dəydi! 



(

italyanca

). 

2

 Həmişə “bağışlayın” deyən nəzakətli adamlar 



{fransızca

). 

71 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

yeni dəbə elə aludə olublar ki, təzə tumanda köhnə skamyalarda rahat 



əyləşə bilmirlər. Ah, onların bon-ları, onların bon’-ları. 

Romeo daxil olur. 

Be nv ol io.  Romeo gəlir, Romeo gəlir! 

M e rk u s io. B ir  bax, qurudulmuş balığa oxşayır. Ah, insan bədə-

ni,  sən  necə  də  balıqlaşdın!  İndi  onun  başında  yalnız  Petrarkanın 

nəğmələri kimi gözəl şeirlər dolanır. Onun sevgilisinin yanında Lau- ra 

mətbəxdə qabyuyandan artıq bir şey deyil. Düzdür, Lauranın aşiqi ona 

daha  gözəl  nəğmələr  qoşmuşdur.  Başqalanna  gəldikdə  də  belədir. 

Didona  pintidir.  Kleopatra  isə  qaraçıdır.  Yelena  və  Hero  qəlibədirlər. 

Tizbanın qəşəng ala gözləri olsa da, gözəllikdə onunla müqayisə edilə 

bilməz.  Senyor  Romeo,  bonjur.  Bu  da  sənin  gen  fransız  şalvarına  bir 

fransız salamı. Sən dünən axşam bizə yaxşı kələk gəldin. 

Sabahınız xeyir, ikinizin də, 

Necə kələk gəldim axı mən sizə? 

M e r k u s i o. Aradan çıxdın, cənab, aradan çıxdın. Məgər bunu 

başa düşmürsən? 

R om e o.   Bağışla,  əziz  Merkusio,  işim  çox  vacib  idi.  Mənim  kimi 

işi olan adam ədəb qaydalarını poza bilər. 

M e rk u s io.  Sənin kimi işi olan adam dizi üstə çöküb, baş əyməyə 

məcbur olar desən, daha doğru çıxardı. 

R om e o.  Demək istəyirsən ki, salam verərdi. 

M e rk u s io.  Sən çox incəliklə hədəfə vurdun. 

R o m e o. Bu çox nəzakətli izahat oldu. 

M e rk u s io.  Hə də, mən əsl nəzakət çiçəyiyəm. 

R om e o.  Yəqin ki, qərənfilsən. 

M e rk u s io.  Tamamilə doğrudur. 

R om e o.   Deyirəm  axı,  mənim  rəqs  ayaqqabılarıma  taxılan  çiçək-

lər niyə belə qəşəngdir. 

M e rk u s io.   Yaxşı  dedin.  Bu  zarafatınla  ayaqqabıların  yırtılana 

kimi  arxamca  gəl.  Əgər  birinin  altı  deşilməyib,  salamat  qalsa,  sənə 

kömək eləyər. 

R om e o.   Ah,  bir  ayaqqabı  altı  qədər  dözümsüz  və  dəyanətsiz 

zarafat! O necə də deşilməyib - salamat qalsın. 

1

 

1



 Salam 

(fransızca

).

 

72 

downloaded from KitabYurdu.org




Mer  ku  si  o.  Əziz  Benvolio, aramıza  gir,  bizi ayır.  Mənim  hazır-

cavablığım kəsərdən düşür. 

R om e o.   Qamçıla,  mahmızla,  tənbəli  qamçıla,  mahmızla,  yoxsa, 

mən onu ötəcək və qışqıracağam: yarışı uddum! 

M  e  r  k  u  s  i  o.  Dayan  bir,  əgər  sənin  hazırcavablığın  ovda  çöl 

qazlarına bir şahin kimi cumubsa, mən, doğrudan da, uduzdum; ona 

görə ki, sənin hiss üzvlərinin birində olan alıcı quş mənim bütün beş 

hiss üzvümdəkindən çoxdur. Bəlkə, məni də qaz hesab edirsən? 

R om e o.   Sən  mənim  yanımda  qazdan  başqa  heç  vaxt  heç  şey 

olmamısan. 

M e rk u s io.  Bu zarafat üçün mən sənin qulağını qırparam. 

R om e o.  Yox, mənim mərhəmətli qazım, elə iş tutma. 

M e rk u s io.  Sənin hazırcavablığın çox acıdır, lap istiot kimidir. 

R om e o.  Yağlı bir qaz üçün acı istiot gözəl bir ədviyyə olmazmı? 

M e rk u s io.   Ah,  sənin  hazırcavablığın  yumşaq  dəriyə  bənzəyir. 

Onu uzununa da, eninə də çəkib uzatmaq olar. 

R om e o.   Mən  eninə  sözünü  dartıb,  o  qədər  uzadaram  ki,  qaz 

sözünə əlavə edəndə, sən dünyada ən böyük qaz olarsan. 

M e rk u s io.  Nə deyirəm ki? Bu, eşq ah-uflarından yaxşı deyilmi? 

Hə,  indi  səninlə  danışmaq  olar.  İndi  sən  Romeosan.  İndi  sən  tərbiyə 

və  təbiətin  etibarı  ilə  əvvəlki  adamsan.  Dostum,  sənin  bu  sarsaq 

məhəbbətin  əlindəki  ağacı  gizlətməyə  bir  deşik  tapmayıb,  ağzından 

köpük daşa-daşa o yan-bu yana qaçan dəliyə bənzəyir. 

Be nv ol io.  Burda kəs, burda kəs! 

M e rk u s io.  Sən istəyirsən ki, burda mən öz nitqimin quyruğunu 

kəsim?! 


Be nv ol io.  Belə olmasa, nitqin çox uzanar. 

M e rk u s io.   Ah!  Sən  yanılırsan.  Mən  onu  qısaltmaq  istəyirdim. 

Nitqim lap sonuna gəlib çatmışdı. Həqiqətən də, fikrim vardı ki, onu 

davam etdirməyim. 

R om e o.  Baxın, gözəl tamaşa buna deyərlər. 

Dayə və Piter daxil olurlar. 

M e rk u s io.  Yelkən, yelkən! 

Be nv ol io.  Özü də iki dənə: tuman və şalvar. 

Da y ə .  Piter! 

P i t e r. Nə buyurursunuz? 

73 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə