Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə27/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   23   24   25   26   27   28   29   30   ...   189

Həm də ən dəhşətli bir yırtıcısan! 

Sənə mat qalmışam, din haqqı, səni 

Mən ruhən ən möhkəm insan bilirdim. 

Tibaltı öldürdün? Onun dalınca İndi də 

özünü öldürəcəksən? 

Bununla dünyada yalnız səninçün 

Yaşayan zövcəni məhv edəcəksən? 

Niyə öz nəslinə, bu yerə, göyə Nifrət 

yağdırırsan, sonsuz bir nifrət? Axı, öz 

nəslin də, bu yer də, göy də Səndə 

birləşərək həyat tapıbdır. 

Onları bir yerdə itirəcəksən. 

Tfu, tfu! Sən ki, öz surətini, 

Eşqini, ağlını ləkələyirsən. 

Həm zəngin, həm xəsis bir sələmçitək 

Varından xərcləyib öz surətinə, 

Eşqinə, ağlına zinət vurmusan. 

Sənin alicənab, gözəl surətin İtirib 

insanlıq ləyaqətini, 

Mumdan hazırlanmış kuklaya dönüb. 

Sənin büllur eşqin bir xəyanətmiş, 

And içib, söz verib qoruyacağın Eşqini 

sən özün məhv eləyirsən. 

Sənin kəskin ağbn surəti, eşqi Bəzəməli 

ikən çirkinləşdirir. 

Gör, nə avamsan ki, başında ağlın Naşı 

bir əsgərin barıt qabında Alışıb 

partlayan barıt kimidir. 

Səni parçalayır öz himayəçin. 

Di bəsdir, di bəsdir! Yerdən qalx, kişi! 

Dərdindən öldüyün dünənə kimi 

Cülyetta ki, sağdır, bu bir xoşbəxtlik. 

Tibalt istədi ki, səni öldürsün, 

Sən onu öldürdün, yenə xoşbəxtlik. 

Ölümü sürgünlə əvəz elədi Qanun sənə 

görə, bu da xoşbəxtlik. Görürsən, nə 

qədər uğurlann var

101 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səadət ki gülür sənin üzünə. 

Sənsə qaşqabaqlı, tərs bir qız kimi 

Bəxtindən, eşqindən üz döndərirsən. 

Bir düşün, bir düşün, belə bir ölüm 

Müdhiş bədbəxtlikdir, rəzil miskinlik. 

Di dur, sevgilinin görüşünə get, 

Ona təsəlli ver dediyimiztək. 

Geri dön gəlməmiş qarovulçular

Yoxsa Mantuyaya gedə bilməzsən. 

Sən orda qalmalı, yaşamalısan, 

Biz burda bir imkan, bir fürsət tapıb 

Sizin ailəni barışdırarıq. 

Xahiş eləyərik o vaxt hersoqdan

Sənin gəlməyinə icazə verər. 

O zaman sevincin indiki qəmdən Yüz 

dəfə, min dəfə artıq olacaq. 

Dayə, get, xanıma məndən salam de. 

Qoy hamı tez girsin bu gün yatağa, 

Ağır dərd bağlayar göz qapağını. 

Di get, Romeo da gəlir bir azdan. 

Da y ə .  

Ya rəbb! Nə olaydı bütün gecəni 

Burda dayanaydım, qulaq asaydım 

Gözəl hikmətlərə. Elm, gör nə imiş! 

Cənab, deyəcəyəm, siz gəlirsiniz. 

R om e o.  

Elə de, xahiş et, mənim sevgilim Məni 

danlamağa qoy hazırlaşsın. 

Da y ə .  

Xanım bu üzüyü sizə göndərdi, 

Tələsin, tez gəlin, sonra gec olar. 



Gedir. 

R om e o.  Bu mənə ən yaxşı təsəlli oldu. 

Lo re ns o.  

Get, sənə yaxşı yol. Ancaq düşün ki, 

Bundan asılıdır bütün işlərin: 

 

102 

downloaded from KitabYurdu.org



Sən ya gəlməmişkən qarovulçular Bu 

gecə buradan çıxıb getməli, 

Ya da paltarını dəyişib, səhər Gizlicə 

aradan sovuşmalısan. 

Gözlə Mantuyada. Səbir elə, oğlum. 

Sənə xidmətçinlə işin barədə Vaxtaşırı 

xəbər göndərərəm mən. Gecdir, ver 

əlini. Sənə yaxşı yol. 

R om e o.  

Olmasaydı yann vüsalı əgər, 

Dostun həsrətinə dözərdim, məgər?! 

Sağlıqla qal, ata! 



Gedirlər. 

DÖRDÜNCÜ SƏHNƏ

 

Kapulettinin evində bir otaq. 

Kapuletti, ledi Kapuletti ve Paris daxil olurlar. 

Ka pu le t t i.  

İşlər bəd gətirdi, qraf, biz hələ Vaxt 

tapıb qız ilə danışmamışıq. Cülyetta 

Tibaltı çox istəyirdi, 

Elə mən özüm də. Fəqət, nə etmək? 

Yalnız ölmək üçün doğuluruq biz! 

Vaxt gecdir, o daha aşağı düşməz. Siz 

gəlməsəydiniz, inanın, mən də Yatağa 

girmişdim bir saat əvvəl. 

P a ri s.  

Matəm günü deyil elçilik günü. 

Senyora, gecəniz xeyrə qalsın, Məndən qızınıza 

salam söyləyin. Le d i  Ka p u le t t i.  

Onun ürəyini bilərəm səhər, 

O indi qərq olub qəm dəryasına. 



103 

downloaded from KitabYurdu.org




Uılyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ka pu le t t i.  

Qraf, qızım sizi sevəcək, yəqin. 

O mənim heç zaman sözümdən çıxmaz, 

Buna şübhəm yoxdur. Arvad, yatmamış 

Qızın yanına get, söz açıb, ona Oğlumuz 

Parisin eşqini bildir. 

Qoy o hazırlaşsın, gələn çərşənbə... 

Bu gün nə günüdür? 

P a ri s.  Bazar ertəsi. 

Ka pu le t t i.  

Bazar ertəsi! Yox, çərşənbə tezdir. 

Yaxşı, onda olsun cümə axşamı. 

Hə, cümə axşamı, qızına de ki, 

Parislə kəbini kəsiləcəkdir. 

Buna hazırsınız? Razısınızmı? 

Mərasim keçəcək səssiz-səmirsiz, 

Bir-iki dostumuz gələcək ancaq. 

Tibalt öldürülüb axı yenicə, 

Biz şadlıq eləsək, bu, yaxşı düşməz, 

Deyərlər, qohuma etinasızıq. 

Odur ki, az adam dəvət edərik. 

Bununla qurtarar. Nə deyirsiniz? 

Sizə əl verirmi cümə axşamı? 

P a ri s.  Kaş cümə axşamı sabah olaydı! 

Ka pu le t t i.  

Yaxşı, gedin. Demək, cümə axşamı. 

Arvad, Cülyettanın yanına birbaş, 

Onu hazırlaşdır toy gününə sən. 

Xudahafiz, milord! Ey, ey, cəld olun, 

Mənim otağıma çıraq gətirin. 

Çox gecdir, bir azdan səhər olacaq. 

Gecəniz xeyrə qalsın! 

Gedirlər. 

 

104 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə