Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə24/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   20   21   22   23   24   25   26   27   ...   189

İşi belə görüb qaçdı Romeo. 

Mənim bu sözlərim doğrudur tamam, 

Tanrı qənim olsun yalan danışsam. Le di 

Ka pu le t t i.  

Yaxın qohumudur o, Montekkinin, 

Qanı məcbur edir, düz demir, yəqin. 

Yığılıb bir yerə iyirmi nəfər

Yalqız bir adama qəsd eləyiblər. 

Hökmdar, siz haqqa eyləyin kömək, 

Romeo canidir, o ölsün gərək. 

H e r s oq.  

Romeo Tibaltı, Tibaltsa onu - Öldürüb 

əzizim Merkusionu. 

Onun necə çəkim ağır yasını, 

Onun kim verəcək qan bahasını! 

M ont e kk i.  

Romeo suçsuzdur, unutmaq olmaz, O 

öz dostu üçün alıbdır qisas. 

Bu ki qanunladır. 

H e r s oq.  

Bu günah üçün 

Mən onu təcili edirəm sürgün. 

Sizi dərdə salan kinli ədavət Mənim də 

qanımı tökdü, nəhayət. 

İki ailənin qanlı savaşı Mənim də 

evimə saldı göz yaşı. 

Elə bir cərimə kəsim ki sizə, 

Ədəbi dərs olsun hər ikinizə. 

Qəlbimi yumşaltmaz nə ağı-sızı, 

Yumaz göz yaşınız günahınızı. 

Kəsin yalvarışı! Getsin Romeo. 

Əgər burda qalsa, öləcəkdir o. Qaldırın 

cəsədi, bu müsibətdir, 

Qatili əfv etmək bir cinayətdir. 



Gedirlər. 

89 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

İKİNCİ SƏHNƏ



 

Kapulettinin bağı. 

Cülyetta daxil olur. 

Cü ly e t t a .  

Siz ey ayaqları od saçan atlar, 

Qərbə - günbatana çapın dördnala 

Febin oğlu Faston sürsəydi sizi

Qızıl arabanı aparmışdınız, 

Aləmi qaranlıq tutmuşdu çoxdan. 

Gəl, gəl, aşiqlərin sirdaşı gecə, 

Gəl, çək hər tərəfə qara pərdəni. 

Kənar gözdən uzaq, yad dildən uzaq 

Romeo gizlicə gəlsin yanıma. Dünyanı 

aydınca görür aşiqlər, Dünyaya nur 

saçır onların hüsnü. Əgər məhəbbətin 

korsa gözləri, Onun ən sevimli dostu 

gecədir. 

Ey ədəbli gecə, ey qara donlu, Zabitəli 

gözəl, gəl, gəl, sən mənə İki təmiz 

qəlbin saf oyununda CIduzaraq qalib 

gəlməyi öyrət. CJtancaq, pak eşqim 

cürətlənincə Qara örpəyinlə 

yanaqlarımda Həyadan alışan qanımı 

gizlət. 


Gəl, gecə, bir tələs! Tez ol, Romeo, 

Gəl, zülmət gecədə nurlu gündüzüm, 

üç gəl sən gecənin qanadlarında, 

Qarğanın belinə yenicə yağmış 

Qardan sən şəfəqli, sən ağ olarsan. 

Gəl, sevimli gecə, ey qaraqaşlım, 

Mənim Romeomu sən gətir mənə. 

O öləndə onu götür özünlə, 

Kəs doğra balaca ulduzlar kimi. 

Bundan göylər elə gözəlləşər ki



90 

downloaded from KitabYurdu.org




Mat qalar gecəyə bütün yer üzü, 

Pərəstiş eyləməz Günəşə heç vaxt. 

Bir sevgi sarayı satın aldım mən, 

Fəqət, o saraya sahib deyiləm. 

Mənim özümü də satın aldılar, 

Fəqət nə yiyəm var, nə sahibim var. 

Ah, necə əzablı, qəmlidir bu gün, 

Təzə paltarını geyə bilməyən Səbirsiz uşağın 

bayramqabağı Keçirdiyi qəmli bir gecə kimi! 

Ah, ah, dayəm gəlir, xəbər gətirir. 

Romeo adını deyən hər bir dil Göylərtək 

gözəldir, heyrətamizdir. 



(Dayə əlində kəndir nərdivan daxil olur.) 

Dayə, nə xəbər var? O nədir elə? 

Kəndir nərdivandır Romeo üçün? 

Da y ə .  Hə, hə, nərdivandır. 



(Kəndir nərdivanı yerə atır.) 

Cü ly e t t a .  

Axı, nə olub? 

Niyə pərişansan, məyussan belə? 

Da y ə .  

Fəlakət, fəlakət! O öldü, öldü! 

Məhv olduq biz, xanım, bu gün məhv olduq. 

Onu öldürdülər, o yoxdur, öldü! 

Cü ly e t t a .  Göylər belə qəddar ola bilərmi? 

Da y ə .  

Göylər ola bilməz, Romeo olar. 

Romeo, Romeo, ah-ah, Romeo! 

Bu kimin ağlına gələrdi, kimin? 

Cü ly e t t a .  

Sən necə daşürək ifritəsən ki, 

Belə bir işgəncə verirsən mənə? 

Zülmət cəhənnəmin ağır zilləti Bu sonsuz 

əzabın yanında heçdir. 

Romeo özünü öldürdümü, de? 

Sən təkcə “bəli” de, bu “bəli” sözü 



91 

downloaded from KitabYurdu.org




Ullyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Əjdahanın ölümsaçan gözündən Məni 

daha kəskin zəhərləyəcək. 

Əgər “bəli” desən, mən mən deyiləm. 

Gözlərim əbədi qapanacaqdır. 

O ölüb - “bəli” de, sağdır - “yox” söylə, 

Bir sözlə, ya öldür, ya xoşbəxt eylə. 

Da y ə .  

Gördüm yarasını gözlərimlə mən. 

Burda - köksündəydi. Allah, sən saxla. 

Al-qana batmışdı bütün cəsədi, 

Rəngi ağarmışdı ağ kətan kimi, 

Huşumu itirdim mən bu dəhşətdən. 

Cü ly e t t a .  

Parçalan, ey qəlbimi Ey bədbəxt müflis, Parçalan 

bu saat, itdi saf incin. 

Ey mənim gözlərim, girin zindana, 

Heç zaman görməyin azadlığı siz. 

Dayan, ey əclaf yer, dolanma belə, 

Məni bir qəbrə qoy Romeo ilə! 

Da y ə .  

Aman, Tibalt, Tibalt! Sevimli dostum! 

Nəzakətli Tibalt, ah, nəcib insan, 

Sənin ölümünü mən niyə gördüm?! 

Cü ly e t t a .  

İki yandan qopan bu tufan nədir? 

Romeomu ölüb, Tibaltmı ölüb? 

Əziz qardaşımını, əziz ərimmi? 

Sən ey İsrafilin qorxunc şeypuru, 

Xəbər ver, gəlibdir qiyamət günü! 

Onlar ölüblərsə, kim sağ qalıb bəs? 

Da y ə .  

Təkcə Tibalt ölüb, Romeo onu Öldürüb, 

bununçün sürgün edilib. 

Cü ly e t t a .  

İlahi, belə də müsibət olar? 

Romeo Tibaltın tökdü qanını? 

Da y ə .  

O tökdü, o tökdü. Lənət bu günə! 

 

92 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə