Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix12.10.2018
ölçüsü0,56 Mb.
#73276
1   2   3   4   5   6   7   8

 

12

Anaların 40% hesab edir ki, əlavə qida dedikdə süni qida nəzərdə tutulur. 



 

Qadınların 69.1% hesab edir ki, körpə uşağa əlavə qida 6 ayından, 26% isə - ilk 5 ayı ərzində 

verilməlidir. Digərləri müxtəlif  fikirlər söyləmişlər. 

 

Uşaq haqqında məlumat  

 

Sorğu olunan anaların uşaqları 52.2% oğlan, 47.8% isə qızdır. Bu uşaqların 86.8% fizioloji 



doğuşla dünyaya gəlib, 12.8% - keysəriyyə kəsiyi əməliyyatı, 0.4% isə maşa və vakuum  vasitəsi 

köməyi ilə doğulub.  

Uşaqların əksəriyyəti (92.9%) dövlət xəstəxanalarında, 4.4% özəl xəstəxanalarda, 2.7% isə evdə 

doğulmuşlar.  

 

Doğulan uşaqların 64.5% ana ilə fərqli otaqlarda, 34.3% - ana ilə eyni otaqda, 1.1% isə intensiv 



terapiya palatasında yerləşdirilmişdir. 

 

Cədvəl 5. Uşaqların doğum evində harada yerləşdirilməsi 

64,5%

34,3%

1,1%

0%

10%



20%

30%


40%

50%


60%

70%


Fərqli otaqlarda

Ana ilə eyni otaqda

Reanimasiyada

 

Uşağın qidalandırılması haqqında məlumat və ananın bu sahədə təcrübəsi 



 

2 yaşa qədər olan uşaqlar arasında 95.1% nə vaxtsa döşlə əmizdirilib, 4.9% (21 nəfər) isə heç bir 

zaman döşlə əmizdirilməyib. 

 

Heç bir zaman uşağı döşlə  əmizdirməyən anaların 37.5% (9 nəfər) bunu südünün az olması/ 



olmaması ilə, 12.5% (3 nəfər) süddə infeksiyanın olması, 12.5%  (3 nəfər) uşaq imtina etməsi 


 

13

səbəbləri, 8.4%   (2 nəfər) anada xəstəliyin ( vərəm, İİV ) olması, 29.1%  (7 nəfər) isə müxtəlif 



mülahizələr ilə izah etdilər.  

 

Heç bir zaman döşlə əmizdirməyən anaların 50% (12 nəfər) hal-hazırda uşağa süni qida (bunların 



41.7% 0-5 aylıq uşaqlardır), 20.8% ailənin süfrə xörəkləri (bunların 57.1% 16-23 aylıq uşaqlardır), 

12.5% süni qida və əlavə qida, 8.3% süni qida və ailənin süfrə xörəkləri verirlər. Digərləri müxtəlif 

fikirlər söyləmişlər.  

 

Uşaqların 21.2% doğulduqdan dərhal sonra və ya 1 saat ərzində döşlə əmizdirilib.  



 

Cədvəl 6. Uşaq doğulduqdan neçə müddət sonra ilk dəfə döşlə əmizdirilib 

21,2%

0,5%

37,3%

41,0%

Dərhal və ya 1 saat

ərzində

1 saatdan sonra/gün

ərzində

1 gündən sonra

Yadında deyil

 

2 yaşa qədər uşaqların 48.4% analarla müsahibə aparılan zaman döşlə  əmizdirilirdi, bunlardan 



47.2% 0-dan 6 aya qədər olan uşaqlardır. 0-5 aylıq uşaqların 75.8% analarla müsahibə aparılan 

zaman döşlə  əmizdirilirdi. Döşlə  əmizdirməyən anaların 75.4%-nin dediklərinə görə, südün 

olmaması  və ya az olması  və  uşağın imtina etməsi  səbəblərinə görə döşlə  əmizdirməyi 

dayandırıblar.  

 

Anaların 209 nəfərindən 65.6% uşaqlarını 6 ay, 29.1% 12 ay, 5.3% 18 ay döşlə qidalandırıblar. 



Həmin uşaqların 31.9% bir neçə gün , 15.7% - 1 ay, 11.4% - 2 ay, 12.9% - 3 ay, 8.1% - 4 ay, 3.8% 

- 5 ay, 11.4% - 6 ay yalnız döşlə əmizdirilib. 

 

Tədqiqat zamanı  məlum olmuşdur ki, hal-hazırda döşlə  əmizdirməyən anaların 85.6% uşaqları 



gecələr döşlə  əmizdirib. Hal-hazırda döşlə  əmizdirən anaların 92.3% uşaqlarını gecələr döşlə 

əmizdirir. Gecələr döşlə əmizdirməyən anaların 31.3%-nin uşaqları 0-5 aylıq uşaqlardır. 




 

14

Hal-hazırda döşlə qidalandırmayan analardan 40.4% uşaqlarına ana südünü uşaq nə vaxt istəsə 



vermişlər. 

 

Hal-hazırda döşlə qidalanmayan uşaqların 20.2% ailənin süfrə xörəkləri ilə (bunların 90.9% 12-23 



ay, 9.1% isə 6-11 aylıq uşaqlardır), 14.7% - əlavə qida və ailənin süfrə xörəkləri ilə (bunların 

90.6% 12-23 ay, 9.4% 6-11 aylıq uşaqlardır), 13.8% süni qida ilə (bunların 80% 0-5 ay , 20% isə 

6-11 aylıq uşaqlardır), 10.1% - əlavə qida və hər hansı bir süd ilə (bunların 54.5% 6-11 ay, 45.5% 

12-23 aylıq uşaqlardır), 7.8% əlavə qida, hər hansı bir süd və ailənin süfrə xörəkləri ilə (bunların 

82.3% 12-23 ay, 17.7% 6-11 aylıq uşaqlardır) ilə qidalanırlar. 

 

Ötən gün ərzində uşağa neçə dəfə süd vermisiniz sualına



 

döşlə qidalandırmayan anaların 44.6% 

1-2 dəfə (bunların 54.7% 16-23 ay, 24.4% 6-11 ay, 17.4% 12-15 ay, 3.5% 0-5 aylıq uşaqlardır), 

20.7% 3-4 dəfə (bunların 32.5% 6-8 ay, 30% 16-23 ay, 17.5% 9-11 ay, 15% 12-15 ay, 5% 0-5  

aylıq uşaqlardır), 11.9% 5-6 dəfə (bunların 60.9% 0-5 ay, 26.1% 6-8 ay, 8.7% 9-11 ay, 4.3% 16-23 

aylıq uşaqlardır), 6.2% 7-10 dəfə (bu uşaqların 91.7% 0-5 ay, 8.3% 6-8 aylıq uşaqlardır) cavabları 

söyləmişlər. Anaların 16.6% uşaqlarına ötən gün ərzində heç bir süd verməmişlər. Bunların 50% 

16-23 ay, 28.1% 12-15 ay, 18.8% 6-11 ay, 3.1% 0-5 aylıq uşaqlardır. 

 

Ötən gün ərzində  uşağı neçə  dəfə döşlə qidalandırmısınız sualına anaların 31.5% 5-6 dəfə 



(bunların  43.8% 0-5 ay, 23.4% 9-11 ay, 17.2% 6-8 ay, 7.8% 12-15ay, 7.8% 16-23 aylıq 

uşaqlardır), 25.6% gündə 3-4 dəfə (bunların  36.5% 0-5 ay, 23.1% 6-8 ay, 19.2% 9-11 ay, 13.5% 

12-15 ay, 7.7% 16-23 aylıq uşaqlardır), 22.7% gündə 7-8 dəfə (bunların  65.2% 0-5 ay, 19.6% 6-8 

ay, 10.9% 9-11 ay, 4.3% 12-15 aylıq uşaqlardır), 10.3% 9 dəfən artıq (bunların 61.9% 0-5 aylıq 

uşaqlardır), 8.9% gündə 1-2 dəfə (bunların 32.2% 0-5 aylıq uşaqlardır) demişlər. Bu anaların 1% 

isə ötən gün ərzində uşağına süd verməyib (12-19 aylıq uşaqlardır). 

 

Analardan 202 nəfəri südü uşağına kifayət edirmi sualına 52% bəli, 48% isə xeyr cavabı vermişlər. 



Mənfi cavab vermiş anaların 37.1% 0-5 aylıq uşaqları olan analardır. 

 

Südün uşaq üçün yetərli olmadığını necə  təyin edirsiniz sualını anaların 86.6% uşağın tez-tez 



ağlaması, uşağın zəif, yuxulu, yorğun və arıq olması ilə izah etmişlər. 

 

2 yaşa qədər uşaqların 78%-nə  əlavə qida verilir, bunlardan 13.1% 0-5 aylıq uşaqlardır. 6 aya 



qədər uşaqlar arasında əlavə qida alan uşaqlar 34.4% təşkil edir. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə