Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix12.10.2018
ölçüsü0,56 Mb.
#73276
1   2   3   4   5   6   7   8

 

6

Vaxt və resursların məhdudiyyəti nəzərə alınaraq, tədqiqata 132 tibb işçisi cəlb olunmuşdur. Hər 



bir klaster üçün ən azı 20 nəfər tibb işçisi nəzərdə tutulmuşdur. Bu rəqəm ölkə üzrə reprezentativ 

rəqəm olmamasına baxmayaraq imkan verir ki, tibb işçilərinin fərqli fikirləri hazırkı tədqiqatın 

nəticələrində öz əksini tapsın. 

  

Müəssislərdə tibb işçilərinin sayı əlçatanlıq (reliance on available subjects) üsulu ilə seçilib. 



   

Hər bir seçilmiş şəhərdə təsadüfi seçim yolu ilə 3 market götürülmüşdür. 



 

Sorğu üçün seçilmiş 0-dan 2 yaşa qədər uşaqların və tibb işçilərinin şəhərlər üzrə bölgüsü 

 

Daxil etmə meyarları:  

1. diri uşaqlar; 2. doğma uşaqlar 



İstisna meyarları:    

1. ölü uşaqlar; 2. ögey uşaqlar 



 

Sorğu anketləri 

 

Analar üçün sorğu anketləri ÜST-nin yenidoğulmuş  və körpə  uşaqların qidalandırılmasının 

qiymətləndirmə indikatorları  (Indicators for assessing infant and young child feeding 

practices-WHO, 2007), eləcə də A. Kornelinin (A. Corneli, Adapted from question guides from the 

formative research study on factors influencing iron supplementation, breastfeeding, and dietary 

practices of internally displaced populations in Azerjaijan, 1998) sual nümunələri  əsasında 

qurulmuş və DSS-2006 sualları ilə uyğunlaşdırılmışdır. 

  

Analar üçün anket respondent haqqında məlumat, ananın bilikləri və bilik mənbəyi, uşaq haqqında 



məlumat, ananın təcrübəsi və ev şəraitinin qiymətləndirilməsi hissələrindən ibarətdir. Anket 70 

 

Şəhərin 



adı 

 

Ana/uşaqların 

sayı 

Tibb işçilərinin 



sayı 

A. Sabunçu rayonu 

87 

13 


B. Nizami rayonu 

51 


C. Nəsimi rayonu 

55 



1. Bakı 



D. Respublika Perinatal Mərkəzi,              

 ET 


Mamalıq və Ginekologiya İnstitutu, 

 ET 


Pediatriya 

İnstitutu 

 20 

2. Gəncə  



81 

22 


3. Quba 

 

53 



22 

4. Lənkəran  

82 

21 


5.  İmişli  

47 


22 

 

Cəmi  



456 

132 



 

7

sualdan ibarətdir.  



 

Tibb işçiləri üçün anket A. Kornelinin (A. Corneli, Adapted from question guides from the 



formative research study on factors influencing iron supplementation, breastfeeding, and dietary 

practices of internally displaced populations in Azerjaijan, 1998) sual nümunələri  əsasında 

qurulmuşdur. Tibb işçilərinin işinin qiymətləndirilməsi məqsədi ilə anketə suallar əlavə 

olunmuşdur. Bu suallar həmin müəssisədə yatan zahı qadınların sorğusu üçün nəzərdə 

tutulmuşdur. Anket 57 sualdan ibarətdir.  

 

Marketlərin müşahidəsi üçün suallar “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” 



Azərbaycan Respublikasının Qanunu əsasında hazırlanmışdır. Anket 10 sualdan ibarətdir.  

 

Sual forması açıq və ya bağlı suallardan ibarət olmasına baxmayaraq yığılan məlumatın SPSS 



proqramına rahat daxil edilməsini təmin etmək üçün anketlərdəki cavablar kodlaşdırılmış 

formatda hazırlanmışdır. 

 

İntervüyerlərin təlimi, pilot testi və sahə işləri 

 

İntervüyerlərin təlimi üçün təqdimat hazırlanmış, sahəyə  çıxmamışdan  əvvəl layihə 

intervüyerlərinə layihə koordinatoru tərəfindən bir günlük təlim keçirilmiş, sorğunun keçirilmə 

qaydaları və anketlərdəki suallar izah edilmişdir. 

 

İntervüyerlər  əvvəlcə Bakı  şəhərində layihə koordinatorunun nəzarəti altında sorğu anketlərinin 



pilot testini keçirmişlər. Pilotun əsasında sual anketlərinə yenidən baxılmış və onlara lazımi redaktə 

edilmişdir. Sual nümunələrinə edilən dəyişikliklər və düzəlişlər əsasən söz düzülüşünə, dizayn və 

formata aid idi. Dəyişikliklər K.Fərəcova adına ET Pediatriya İnstitutu və  İctimai Səhiyyə  və 

İslahatlar Mərkəzinin ekspertləri və Səhiyyə Nazirliyinin baş pediatrı tərəfindən razılaşdırılmışdır. 

 

Sonda ekspertlərin sorğu aparacaqları regionlar üzrə bölgüsü təyin olunmuşdur. 



 

Sahə  işləri on gün ərzində aparılmışdır. 7 nəfər intervüyer 3 marşrut üzrə bölünmüşdür: 

Quba-Gəncə, İmişli-Lənkəran və Bakı. 3 nəfər Bakıda, 4 nəfər isə digər şəhərlərdə sorğu aparmışlar. 

Sahə işləri bitdikdən sonra anketlərin qəbulu aktlaşdırılmışdır. İntervüyerlərlə yekun görüş zamanı 

fikir mübadiləsi aparılmışdır. 

 



 

8

Məlumatların daxil edilməsi 

 

Respondentlərdən toplanan məlumatlar kompüter məlumat bazasına, SPSS 17 proqramına daxil 



edilmişdir. 4 operator 7 gün ərzində  məlumatları proqrama daxil etdilər. Səhv ehtimalının 

azaltmaq məqsədi ilə məlumatlar proqrama 2 dəfə daxil edildi.  

 

MƏLUMATLARIN TƏHLİLİ 

 

Anaların sorğusu 

 

Respondent haqqında məlumat 

 

456 nəfər cəmi sorğu olunmuş anadan əksəriyyəti evlidir (98.2%) və 18-52 yaşlar arasında olan 

qadınlardır. Qadınların 1.5%-i boşanıb/ayrılıb, 0.2%-i isə duldur.  

 

Uşaq və özü də daxil olmaqla anaların 25.7%-nin ailəsi 5 nəfər, 25.4% - 4 nəfər, 18.2% - 6 nəfər, 12.3% 



- 3 nəfər, 8.6% - 7 nəfər, 4.6% - 8 nəfər, 3.9% - 10 və daha artıq, 1.1% - 9 nəfər, 0.2% isə 2 nəfərdən 

ibarətdir. Anaların 45%-də 1 uşaq, 40.4%-də 2 uşaq, 12.1%-də 3 uşaq, 2.6%-də isə 4 və daha artıq uşaq 

var. Uşağa qulluq etməkdə anaların 28.3% qayınana, 7% həyat yoldaşı, 5.9% ana, 4.8% qayınana və 

həyat yoldaşı, 3.5% qayınana və ana, 2.9% qayınana və baldız, 2.4% qayınana və qayınata, 1.8% baldız, 

1.1% qayınana və qaynın yoldaşı, 0.7% uşaqlar, 0.4% qayınata, 0.4% qayınana və uşaqlar, 0.2% qayının 

yoldaşı kömək edir, 23% isə heç kim kömək etmir. Digərləri isə müxtəlif variantlar söyləmişlər. 



 

Cədvəl 1. Respondentlərin yaşı (sayla) 

0

71



50

62

4



6

0

0



0

30

4



2

11

0



0

0

0



23

25

15



14

1

1



1

0

8



73

0

0



0

0

0



0

15

30

45

60

75

18-19

yaş

20-24

yaş

25-29

yaş

30-34

yaş

35-39

yaş

40-44

yaş

45-49

yaş

50-54

yaş

Bakı


İmişli

Lənkəran


Gəncə

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə