Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix12.10.2018
ölçüsü0,56 Mb.
#73276
1   2   3   4   5   6   7   8

 

21

38.1% tibb işçisi uşaqlara 3 növ ərzaq məhsulu, 30.2% tibb işçisi – 1 və ya 2 növ ərzaq məhsulu, 



24.6% tibb işçisi – 4 növ ərzaq məhsulu, 7.1% tibb işçisi isə 5 növ ərzaq məhsulu verilməsini 

məsləhət görürlər. Buna əlavə olaraq 7.9% tibb işçisi uşaqlara  şirin yeməklərin verilməsini də 

məsləhət görür. 

 

72.1% tibb işçisi hesab edir ki, heç bir əks göstəriş olmadıqda 6 aydan 1 yaşa qədər uşaq döşlə və 



əlavə qida ilə qidalanmalıdır. Digər 27.9% müxtəlif cavablar vermişdir. 6 aydan 1 yaşa kimi olan 

uşaqları gündə 4-6 dəfəyə kimi döşlə qidalandırmaq lazımdır hesab edənlər 42.6%, uşaq nə vaxt 

istəsə - 35.7 %, 3 dəfəyə kimi 18.6%, digər - 2.3%, bilmir – 0.8% təşkil edir. 

 

68% tibb işçisinin fikrinə görə 6 aydan 1 yaşa kimi olan və döşlə qidalanan uşaqlar gündə 2-3 



dəfəyə kimi, 23.4% fikrinə görə - 4-5 dəfəyə kimi, 3.9% - nə vaxt istəsə, 0.8% - 3 saatdan bir əlavə 

qida qəbul etməlidir. 2.3% tibb işçisi bilmədiklərini, 1.6% isə fərqli cavablar söyləmişlər.  

 

Tibb işçilərinin 41.1%-nin fikrinə görə 6 aydan 1 yaşa kimi olan və döşlə qidalanmayan uşaqlar 



gündə 3 dəfəyə kimi, 41.1%-nin - 4-6 dəfəyə kimi, 4.7%-nin - uşaq nə vaxt istəsə, 3.1%-nin 3 

saatdan bir, 2.3%-nin – 7-10 dəfəyə kimi süd qəbul etməlidirlər. 22.7% hesab edir ki, 6 aydan 1 

yaşa kimi olan və döşlə qidalanmayan uşaqlara süd verilmir. 

 

48.8% tibb işçisinin fikrinə görə 6 aydan 1 yaşa kimi olan və döşlə qidalanmayan uşaqlar gündə 



4-6 dəfəyə kimi, 47.3%-nin fikrinə görə - 3 dəfəyə kimi, 1.6% - nə vaxt istəsə, 0.8% - 3 saatdan bir 

əlavə qida qəbul etməlidir. 0.8% tibb işçisi bilmədiklərini, 0.8% isə fərqli cavablar söyləmişlər.  

 

Heç bir əks göstəriş olmadıqda 1 yaşdan 2 yaşa kimi uşaqları tibb işçilərinin 27.9% hesab edir ki, 



döşlə və əlavə qida, 25.6% döşlə və ailənin süfrə xörəkləri, 14.7% ancaq ailənin süfrə xörəkləri və 

meyvə, tərəvəzlə, 12.4% döşlə,  əlavə qida və ailənin süfrə xörəkləri, 11.6% - ailənin süfrə 

xörəkləri ilə qidalandırmaq lazımdır. 

 

Zənginləşdirilmiş qida haqqında hansı məlumatınız var sualına 18.2% tibb işçisi bilmədiklərini, 



digər tibb işçiləri müxtəlif fikirlər söyləmişlər. 

 

Tibb işçilərinin 64.1% onların ərazisində ən çox rast gələn problemin analarda südün az olması/ 



olmaması və ya anada döş infeksiyası/ mastitin olmasını göstərmişdir.  

 

28.6% tibb işçisi döşlərin qızarması, döş gilələrinin çatları, absesi və anada südün az olması 




 

22

zamanı qadınlara döşlə qidalandırmağın davam etdirilməsini məsləhət görür.  



 

63.1% tibb işçisi (20.3% - döş absesi, 9.4% - ananın hamilə olması, 21.9% - həm hamilə olması, 

həm döşdə absesin olması) döş absesi və ananın hamilə olduğu zamanı qadınlara döşlə 

qidalandırmağı məsləhət görmür.  

 

Tibb işçilərinin 38.2% hesab edir ki, döşlə qidalandırmağa dair mütləq  əks göstərişlər anada 



vərəmin açıq forması, döş xərçəngi, insan immunodefisiti virusu, B və C virus hepatitlərinin (İİV) 

olmasıdır. 

Tibb işçilərinin 66.9% uşaqların qidalanmasına dair analara məsləhət üçün vəsait var. 

 

Tibb işçilərinin 55.8% yenidoğulmuş  və körpə  uşaqların qidalanmasına aid təlimlər keçmişlər. 



Onlar əsasən Quba, Gəncə və Bakı şəhərindəndirlər.  

 

Tibb işçisi işlədiyi müəssisədə zahı qadının sorğusu 



 

Cəmi 45 nəfər zahı qadınla sorğu aparıldı. Zahı qadınların 73.3% fizioloji yolla, 26.7% keysəriyyə 

əməliyyatı vasitəsilə uşaqları doğublar. Uşaqların 57.8% ana ilə eyni otaqda, 37.8% ana ilə fərqli 

otaqda, 4.4% reanimasiyada yerləşdirmişlər.  

 

Qadınların 88.9%-nə tibb işçisi uşağı döşə qoymaq qaydalarını öyrətmişdir. 40 nəfər anadan 



91.1%-nə uşağın qidalandırılması haqqında məlumat verilmişdir. Anaların 95 %-nə bu məlumat 

tibb işçisi tərəfindən 20%-nə doğuşdan  əvvəl, 77.5%-nə doğuşdan dərhal sonra, 2.5%-nə evdə 

verilmişdir. 

Anaların 42.2%-nin uşaqları ilk bir saat ərzində döşlə əmizdirilib. 44 uşaqdan 50%-nə ilk 3 gün 

ərzində heç bir maye verilməmişdir. 44 ananın 84.1%-nə 6 aya kimi uşağı yalnız ana südü ilə

9.1%-nə ana südü, su və çayla qidalandırmaq məsləhət görülüb.  

 

Anaların 11.1%-nin fikrinə görə uşağı 6 aya qədər, 33.3%-nin 1 yaşa qədər, 44.4-nin 2-3 yaşa 



qədər, 8.9%-nin süd kəsilənə qədər qidalandırmaq lazımdır. 

 

Heç bir maye vermədən uşağın 6 ayına qədər yalnız döşlə qidalandırılmasının anaların 73.3% 



kifayət olduğunu, 26.7% - kifayət olmadığını söyləmişlər. 

 

 




 

23

MARKETLƏRDƏ SATILAN UŞAQ QİDALARININ TƏHLİLİ 



 

Cəmi 21 market əhatə olunmuşdur. 

 

Bütün regionlarda mövcud uşaq qida məhsullarının adları və mövcud olub-olmaması aşağıdakı 



cədvəldə göstərilmişdir. 

 



Məhsulun 

adı 

Bakı, 

Nəsimi 

Bakı, 

Nizami 

Bakı, 

Sabunçu 

Lənkəran 

İmişli Quba Gəncə 

1.   Nestle 

   


   


   


   


   


   


   


2.   Sahha 

   


   


   


   

   



   


   


3.   Nutricia 

   



   


   


   

   


   


   


4.   Friso 

   


   

   



   


   

   



   


5.   Nutrilak 

   



   


   


   


   

   



   


6.   Vinni 

   



   


   


   


   

   


   


7.   Aquşa 

   



   


   


   


   

   



   


8.   Bebi 

   



   


   


   


   

   



   


9.   Humana 

   



   


   


   


   


   


   


10.  Heinz 

   



   


   


   


   


   


   


11.  Digər 

   



   


   


   


   


   


   


 

  - Var 



  - Yox 

 

“Bebi” süni qida məhsuluna yalnız Gəncədə, “Heinz” süni qidasına isə Bakıda  rast gəlinib. 



 

“Nestle”, “Sahha”, “Nutricia”, “Friso”, “Nutrilak”, “Humana” süni qida məhsulları “Körpələrin və 

erkən yaşlı  uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunundan 

götürülmüş 10 meyardan əksəriyyətinə uyğundurlar. Yalnız “Aquşa” süni qida məhsulunun 

üzərində Azərbaycan dilində yazı yox idi.  

 

 

 



 

24

YEKUN NƏTİCƏ 



  

Sorğu olunmuş anaların əksəriyyəti (98,2%) evlidir. Ailələr əsasən (51,1%) 4-5 nəfərdən ibarətdir. 

Anaların əksəriyyətində (89,2%) yaşadığı ev şəxsi və ya hökumət evidir. Evlər əsasən (74,4%) qaz 

və elektrik soba ilə qızdırılır. Axar su, elektrik enerjisi, telefon, soyuducu, televizor və paltaryuyan 

maşın evlərin əksəriyyətində vardır.  

 

Analar körpə  uşaqların qidalandırılması haqında məlumatı ilk dəfə  əksər hallarda (84%) tibb 



işçilərindən alırlar. Analar körpənin qidalandırılması haqqında (84%), uşaqların sağlamlığına aid 

məlumatları (77,1%) tibb işçilərindən alırlar. Əksər hallarda bu məlumat analara doğuşdan dərhal 

sonra (65,9%) və doğuşdan sonra (19%) doğuşa yardım tibb müəssisələrində verilir. Qadın 

məsləhətxanalarında hamilə qadınlara körpələrin qidalandırılması haqqında məlumat nadir 

hallarda (9,4%) verilir. 

 

Anaların uşağın qidalandırılması haqqında bilikləri kifayət qədər deyil. Belə ki, anaların 44,3%-i 



hesab edir ki, uşağı 1 yaşa kimi döşlə qidalandırmaq lazımdır. Anaların 50,3%-i düşünür ki, uşağı 

6 aya qədər heç bir maye vermədən qidalandırmaq mümkün deyil. Anaların 40%-i hesab edir ki, 

əlavə qida süni qida deməkdir. Anaların təxminən 1/4 səfhən hesab edir ki, əlavə qida uşağa ilk 5 

ayında verilməlidir. Uşaqları neçə müddət  ərzində döşlə qidalandırmaq lazım olduğunu Bakı 

şəhərindəki analar respublikanın sorğu üçün seçilmiş digər yerlərindəki qadınlarla müqayisədə 

daha zəif bilirlər. 

 

Sorğu olunmuş anaların uşaqlarının əksəriyyəti (97,3%) tibb müəssisələrində doğulub və 



əksəriyyəti (95.1%) nə vaxtsa döşlə əmizdirilib. Heç bir zaman uşağını əmizdirməyən analar bunu 

subyektiv səbəblərlə izah ediblər. 

 

Sorğuda iştirak edən qadınların uşaqlarının  əksəriyyətinin (97,3%) tibb müəssisələrində 



doğulması  və 77 doğuşa yardım tibb müəssisələrindən 67-si Körpə Dostu Klinikası statusunu 

almasına baxmayaraq, uşaqlar əksər hallarda (64,5%) ana ilə fərqli otaqlarda yerləşdirilirlər.  

 

Uşaqların yalnız təxminən 1/5 doğulduqdan dərhal sonra və ya 1 saat ərzində döşlə əmizdirilib. 



Doğulandan sonra ilk bir saat ərzində döşlə əmizdirilən uşaqların faizi respublikanın sorğu üçün 

seçilmiş digər yerlərində Bakı ilə müqayisədə daha çoxdur.

 

 

Uşaqların 83%-nə maye doğulan günü və ya ilk 3 gün ərzində verilmişdir. Bunun səbəbini anaların 




 

25

37.1% xəstəxanada uşağa maye verilməsi, 33.9% tibb işçisinin onlara öyrətməsi, 19.6% isə 



ailənin, yaxınlarının məsləhət görməsi ilə izah ediblər. 

 

2 yaşa qədər uşaqların təxminən yarısı (48,4%) sorğu aparılan zamanı döşlə  əmizdirilirdi. 0-5 



aylıq uşaqların təxminən 3/4 döşlə əmizdirilir. Eyni zamanda, 6 aya qədər uşaqlar arasında əlavə 

qida alan uşaqlar 34.4% təşkil edir. 

 

Hal-hazırda döşlə  əmizdirməyən anaların  əksəriyyəti (85,6%) və hal-hazırda döşlə  əmizdirən 



anaların əksəriyyəti (92,3%) gecələr uşaqlarını döşlə əmizdiriblər. 

Ötən gün ərzində uşaqların 30.3% 3 növ, 27.5% 4 növ qida məhsulu ilə qidalanmışlar. Bu qida 

uşaqlara əsasən (53,9%) qaşıqla verilir.  

 

Uşaqların yarısından çoxuna (55,3%) əlavə qida 6 ayından, digərlərinə (43,5%) isə ilk 5 ayından 



verilib. Əlavə qidanın bu yaşda verilməsini anaların yarısı həkimin məsləhət görməsi ilə izah ediblər. 

 

6 aya qədər uşaqların yalnız 10.2% maye verilmir. 



 

Uşaqların 70.8%-nə ötən gün ərzində əmzikli qabda nə isə içizdirilib. Bunların əksəriyyəti 1 yaşa 

qədər uşaqlardır. 

 

Sorğu olunmuş tibb işçilərinin iş stajı əsasən (81,3%) 20-40 il arasıdır. Tibb işçiləri analara əsasən 



(51,2%) döşlə qidalandırmanın başlanması haqqında məlumat verirlər. Bunların çoxu təlim 

keçmiş tibb işçiləridir. 

 

Eksklyuziv döşlə qidalandırma tərifini sorğu olunmuş tibb işçilərinin yalnız üçdə biri bilirdi. Buna 



baxmayaraq tibb işçiləri (84,5%) hesab edir ki, 0-dan 6 aya qədər uşaqlar yalnız döşlə 

qidalanmalıdır. Altı ay ərzində  uşağın yalnız döşlə qidalandırılmağının tərəfdarı olan tibb 

işçilərinin 60,6%-i bu haqda təlim keçmişdir.  

 

Buna əlavə olaraq tibb işçilərinin çoxu (82,9%) hesab edir ki, su, çay və ya heç bir başqa maye 



verilməməsi şərti ilə körpənin ilk 6 ayına kimi yalnız ana südü ilə qidalandırılması kifayət edər. 

Belə düşünən tibb işçilərinin 58,9%-i bu haqda təlim keçmişdir. 

 

Körpə uşaqların qidalandırılması haqda tibb işçilərinin analara/gələcək analara verdiyi 



məsləhətləri əksər hallarda natamamdır. 


 

26

Tibb işçilərinin yarısından çoxu (62,8%) hesab edir ki, uşaq nə vaxt istəsə döşlə 



qidalandırılmalıdır. Tibb işçilərinin əksəriyyətinin (81,4%) fikrinə görə, uşaq doğulandan dərhal 

və ya 1 saat ərzində döşə qoyulmalıdır. Belə düşünən tibb işçilərinin yarısından çoxu (60%) təlim 

keçmiş tibb işçiləridir. Gecələr uşağı döşlə qidalandırmaq lazım olmadığını düşünən tibb 

işçilərinin sayı 40,3% təşkil edir. Uşağın gecə saatlarında döşlə əmizdirilməsinin, iki il ərzində 

döşlə qidalandırmağın zəruriliyini 40%-dən artıq tibb işçisi bilmir. 

 

Tibb işçisinin (80,6%) fikrincə ana uşağa döş südü verə bilmirsə, o zaman uşağa süni qida 



verilməlidir. Tibb işçilərinin 70,6%-i düşünür ki, bu qida uşaqlara əmzikli qabda verilməlidir. 

 

Tibb işçilərinin əksəriyyəti (82,9%) düşünür ki, əlavə qida uşaqlara 6 ayından sonra verilməlidir. 



Onların düşündüklərinə görə uşaqlara 3 növ qida məhsulu verilməlidir. 7,9%-i şirin yeməklərin 

uşaqlara verilməsini də məsləhət görür.  

 

Tibb işçilərinin əksəriyyəti (72,1%) düşünür ki, 6 aydan 1 yaşa kimi uşaqlar döşlə və əlavə qida ilə 



qidalandırılmalıdırlar.  

 

Zənginləşdirilmiş qida haqqında tibb işçilərinin məlumatı yoxdur.  



 

Ən çox rast gəlinən (64,1%) problem kimi tibb işçiləri xidmət göstərdikləri analarda südün az 

olması və ya olmaması və anada döş infeksiyası/mastitin olmasını göstərmişlər. 

 

Döşlərin qızarması, döş gilələrinin çatları, absesi və anada südün az olması zamanı tibb işçilərinin 



28,6%-i qadınlara döşlə qidalandırmağı məsləhət görür. 

 

Tibb işçiləri (63,1%) ananın hamilə olması və döş absesi zamanı qadınlara döşlə qidalandırmağı 



məsləhət görmürlər. 

 

Tibb işçilərinin (38,2%) fikrincə  anada vərəmin, döş  xərçənginin, insan immunodefisiti 



virusunun, B və C virus hepatitlərinin olması döşlə qidalandırmağa dair mütləq əks göstərişlərdir. 

 

Təlim keçmiş tibb işçilərinin arasında bilikləri yüksək olanlar çoxluq təşkil edir.   



 

Müşahidə zamanı məlum olmuşdur ki, Bakı və Gəncə şəhərlərində, demək olar ki, bütün növ süni 

qida məhsullarını əldə etmək olar. İmişlidə və Lənkəranda uşaq qidaları əsasən apteklərdə satılır. 



 

27

“Nestle”, “Sahha”, “Nutricia”, “Friso”, “Nutrilak”, “Humana” süni qida məhsulları “Körpələrin və 



erkən yaşlı  uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunundan 

götürülmüş 10 meyardan əksəriyyətinə uyğundurlar. Yalnız “Aquşa” süni qida məhsulunun 

üzərində Azərbaycan dilində yazı yox idi.  

 

“Vinni”, “Bebi”, “Heinz” süni qida məhsulları təyin olunmuş 10 meyardan bir neçəsinə uyğun 



deyildi. 

 

Qiymətləndirmənin zəif tərəfləri 

 

Bəzi suallar xatırlama ilə bağlı olduğuna görə, burada səhv ehtimalı da var.  

 

Ölmüş uşaqların analarının sorğusu mənəvi cəhətdən çətin olduğuna görə, onlar qiymətləndirməyə 



daxil edilməyiblər.   

 

Anaların sorğusu zamanı qayınananın yaxınlıqda olması bəzi sualların nəticələrinə təsir göstərib. 



Misal üçün, uşağa qulluq etməkdə anaya kim kömək edir sualına anaların əksəriyyəti qayınananın 

da kömək etdiyini söyləyiblər. 

 

Rayonlarda uşaq qidalarının marketlərdən  əlavə  əsasən apteklərdə satıldığına görə apteklər də 



müşahidəyə cəlb olunmuşdur. 

 

TÖVSİYƏLƏR 



 

1.  Körpə uşaqların sağlamlığı, o cümlədən döşlə qidalandırılması, bu haqda qadınlara məsləhət 

verilməsinə dair tibb işçilərinin biliklərinin artırılması üçün uşaq qidalandırılmasına dair 

təlimlərin təşkili. 

2.  Uşaq qidalandırılmasına dair tibb işçiləri üçün mövcud olan təlim/tədris materialları  və 

metodikasının müasir standartlara uyğun təkmilləşdirilməsi.  

3.  Uşaq qidalandırılmasına aid klinik protokolun hazırlanması və bu protokol üzrə tibb işçiləri 

üçün təlimlərin təşkili. 

4.  Körpə uşaqların sağlamlığı, o cümlədən döşlə qidalandırılması haqda məsləhətlərin antenatal 

xidmətlərin ayrılmaz tərkib hissəsinə çevrilməsi. 

5.  Tibb işçilərinin uşaqların qidalandırılması haqqında qadınlara məsləhət verməsi üzrə 

monitorinq sisteminin yaradılması. 




 

28

6.  Uşaqların qidalandırılması sahəsində geniş miqyaslı kommunikasiya/maarifləndirmə 



strategiyasının hazırlanması və tətbiqi. 

7.  Uşaq qidalarının üzərindəki düzgün informasiyanın verilməsi üzrə monitorinqin 

gücləndirilməsi. 

8.  “Körpə dostu klinikası” statusunun verilməsi meyarlarının yüksəldilməsi. 



 

İSTİNADLAR 

                         

i

 

http://www.undp.org/mdg/goal4.shtml



  

 

ii



 

http://www.who.int/whosis/whostat/RU_WHS09_Full.pdf

  

 

iii



 

http://www.unicef.org/socialpolicy/files/ChildrenUnderSix.pdf

  

 

iv



 

http://www.meclis.gov.az/?/az/legislation/view/626

  

 

v



 

http://www.gender-az.org/Files/Report%202003az.doc

  

 

vi



 

http://e-qanun.az/files/framework/data/12/c_f_12097.htm

  

 

vii



 

http://www.health.gov.az/news.php?id=691

  

 

viii



 Базовая помощь новорожденному - международный опыт, Москва, 2008 г.- акад.РАМН 

Н.Н.Володин, акад. РАМН Г.Т.Сухих 

 

ix

 



http://www.righttofoodindia.org/data/joint_statement_26march.pdf

 

 



x

 

http://guidelines.gov/content.aspx?id=9847



   

 

xi



 Базовая помощь новорожденному - международный опыт, Москва, 2008 г.- акад.РАМН 

Н.Н.Володин, акад. РАМН Г.Т.Сухих 

 

xii


 

http://www.unicef.org/programme/breastfeeding/baby.htm



 

 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə