Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix12.10.2018
ölçüsü0,56 Mb.
#73276
1   2   3   4   5   6   7   8

 

3

Ana südü körpələr üçün optimal qida mənbəyidir. Yenidoğulmuşların ana südü ilə 



qidalandırılması  həm ana, həm uşaq üçün vacibdir.

viii


 Döşlə qidalandırmanı süni 

immunlaşdırmadan fərqli və daha yaxşı olan təbii immunlaşdırma hesab etmək olar.

ix

 Ana 


südündə olan hüceyrələr körpədə immun cavabı nizamlayaraq, bağırsaq və respirator 

infeksiyalardan, ananın keçirdiyi infeksiyalara qarşı ifraz olunan anticismlər isə uşağı infeksion 

xəstəliklərdən qoruyur. Həmçinin südün tərkibində olan maddələr uşağın inkişafını, immun 

sistemi, mərkəzi sinir sisteminin yetişməsini təmin edir. Döşlə qidalandırma uşaqda aşağı tənəffüs 

yollarının xəstəlikləri riskini azaldır.

x

 Erkən döşə qoyulma anada laktasiyanı stimullaşdırır, həm 



də sonradan müntəzəm döşlə  əmizdirmə üçün stimuldur. Döşlə qidalandırma anaya və  uşağa 

müsbət psixoemosional təsir göstərir, bununla bərabər erkən zahılıq dövründə  uşaqlığın tez və 

yaxşı yığılmasına səbəb olur. 

 

Döşlə qidalandırma ovulyasiya və menstruasiyanın qarşısını alır. Bu da təbii fizioloji qorunma 



üsuludur. Bu üsulun effektivliyi o zaman yüksək olur ki, ana uşağı ehtiyac olduqda gecə və gündüz, 

gündə 8-10 dəfədən az olmadan və 5 saatdan çox olmayan intervallarla yalnız döşlə qidalandırır.

 xi

 

 



Doğuşa yardım tibb müəssisələri yenicə ana olmuş qadınlar üçün əsas və  ən yaxşı nümunə 

mənbəyidir. UNİCEF və Ümumdünya Səhiyyə  Təşkilatının səyləri nəticəsində bütün doğuşa 

yardım müəssisələrinin döşlə qidalanmanı dəstəkləyən mərkəzlərə çevrilməsini təmin etmək üçün 

Körpə Dostu Klinikası  Təşəbbüsü 1991-ci ildən irəli sürüşmüşdür.  Doğuşa yardım tibb 

müəssisəsi pulsuz və ucuz ana südü əvəzedicilərini və əmzik, əmzikli qabları qəbul etməzsə və 

uğurlu döşlə qidalandırmanı təmin edən 10 spesifik addımı tətbiq edərsə, o zaman həmin müəssisə 

“körpə dostu” statusunu ala bilər.  Körpə Dostu Klinikası tərəfindən həyata keçirilməli olan  bu on 

addımdan biri də   yeni doğulan körpənin ana ilə eyni otaqda qalmasını təmin etməkdir.

xii

 

 



Səhiyyə Nazirliyi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında imzalanmış 2010-cu il üzrə 

İllik İş Planına əsasən “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsinin 

keçirilməsi planlaşdırılmışdır. Bu layihənin icrası İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə 

olunmuşdur. 



 

Qiymətləndirmənin məqsədi. Ana və tibb işçilərinin körpə və azyaşlı uşaqların qidalandırılması 

haqqında bilik, yanaşma və təcrübələrinin qiymətləndirilməsi vasitəsilə uşaqların qidalandırılması 

sahəsində mövcud vəziyyətin, eləcə də marketlərdə satılan uşaq qidalarının mövcudluğunu və bu 

qidanın üzərindəki informasiyanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun 

öyrənilməsi. 



 

4

Qiymətləndirmənin vəzifələri 

 

1.  Uşaqların döşlə qidalandırılması, əlavə qidanın verilməsi və qidalandırma zamanı yaranan 



çətinliklərin həlli haqqında  şəhərlərdə yaşayan, 0-dan 2 yaşa qədər uşaqların analarının 

bilik və təcrübələrinin öyrənilməsi.  

2.  Körpə və azyaşlı uşaqların döşlə qidalandırılması, əlavə qidanın verilməsi və qidalandırma 

zamanı yaranan çətinliklərin həlli haqqında bütün səviyyəli tibb müəssisələrində işləyən və 

qadınlara doğuşdan  əvvəl və sonrakı dövrlərdə  məsləhət xidmətlərini göstərən tibb 

işçilərinin bilik və yanaşmalarının öyrənilməsi. 

3.  Marketlərdə  uşaq qidalarının mövcudluğunu və bu qidanın üzərindəki informasiyanın 

“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının 

Qanununa uyğunluğunun araşdırılması.  

 

Qiymətləndirmənin hədəf qrupları 

 

A)  2009-cu ilin yanvar ayından 2010-cu ilin dekabr ayınadək (dekabr ayı daxil olmaq şərti ilə) 

doğulan uşaqların anaları; 

B)  doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı dövrlərdə qadınlara məsləhət xidməti 

göstərən tibb müəssisələrinin (qadın məsləhətxanaları, uşaq poliklinikaları, feldşer mama 

məntəqələri, həkim məntəqələri, doğum evləri, perinatal mərkəzlər, MRX-lərin doğum 

şöbələri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və 

Ginekologiya  İnstitutu və Respublika Perinatal Mərkəzi daxil olmaq şərti ilə) işçiləri 

(ginekoloqlar, pediatrlar, neonatoloqlar, feldşerlər, mamalar və sahə/patronaj tibb 

bacıları); 

C)  uşaq qidasının satışı ilə məşğul olan marketlər. 

 

Araşdırma üsulları 

 

Araşdırma sorğu və müşahidə vasitəsilə aparılıb.  



 

Sorğu: 

Sorğu 0-dan 2 yaşa qədər uşaqları olan analar və qadınlara/analara məsləhət xidmətini göstərən 

tibb işçiləri arasında aparılmışdır. Analar və tibb işçiləri üçün fərqli sorğu anketləri tərtib 

olunmuşdur. 




 

5

Tibb işçilərinin işini qiymətləndirmək üçün doğum evlərində/şöbələrində zahı qadınlar arasında 



da sorğu aparılmışdır. Zahı qadınların sorğusu üçün suallar tibb işçilərinin anketlərinə  əlavə 

olunmuşdur. Analar üçün nəzərdə tutulmuş anketlərə yaşayış şəraitinin qiymətləndirilməsi üçün 

də suallar əlavə olunmuşdur.  

 

Müşahidə: 

Marketlər üçün müşahidə vərəqəsi hazırlanmışdır. 



 

Seçim 

 

Sorğunun keçirilməsi üçün ölkə ərazisini şərti olaraq 5 klasterə bölmək qərara alınmışdır: Bakı, 

şimal-şərq, şimal-qərb, cənub-qərb, cənub-şərq.  

 

Bakıda yaşayan əhalinin 2 064 900 nəfər (Dövlət Statistika Komitəsi, 2009 il), yəni ölkə əhalisinin 



təxminən 23% təşkil etdiyini, respublikamızda doğulan uşaqların təxminən 27% Bakıya təsadüf 

etdiyini və ET Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına ET Pediatriya İnstitutu, 

Respublika Perinatal Mərkəzi, 5 şəhər klinik xəstəxanası, 14 birləşmiş  şəhər xəstəxanası  və 6 

doğum evinin Bakıda yerləşməsini nəzərə alaraq Bakı ayrı bir klaster kimi götürülmüşdür.  

 

Şimal-şərq, şimal-qərb, cənub-qərb, cənub-şərq klasterlərinin hər birindən 1 şəhər (uyğun olaraq 



Quba, Gəncə, İmişli, Lənkəran) məqsədli seçim (purposive sampling) üsulu ilə götürülmüşdür. Bu 

şəhərlərdən üçündə Perinatal Mərkəz yerləşir və ətraf şəhər və kəndlərdən pasiyent axını məhz bu 

regionlara təsadüf edir. 

 

Bakının 11 inzibati rayonundan 3 rayon seçilmişdir. Bakıda sorğu aparılan tibb müəssisələrinin 



siyahısına K.Fərəcova adına ET Pediatriya İnstitutu, ET Mamalıq və Ginekologiya İnstitutu və 

Respublika Perinatal Mərkəzi də əlavə olunmuşdur. 

 

Statistik hesablama nəticəsində, 2009-2010-cu illərdə doğulan uşaqlardan 384 nəfər seçilmişdir. 



Bu da confidence level 95% təşkil edir. Cavab verməyənlərin sayını nəzərə alaraq bu rəqəmə 20% 

respondent əlavə olunmuşdur.  

 

Uşaqların mərkəzi rayon xəstəxanalarından götürülmüş siyahıları  əsasında  Excel-in  random 



funksiyası ilə təsadüfi seçim əsasında sorğu üçün hər bir yaş qrupu üzrə ayrıca siyahılar tərtib 

olunmuşdur.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə