Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


I FƏSĠL. ĠDARƏETMƏ QƏRARI – MƏQSƏDYÖNLÜ FƏALĠYYƏTĠN BAġLANĞIC NÖQTƏSĠ KĠMĠ



Yüklə 339,57 Kb.
səhifə4/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   51
704-converted

I FƏSĠL. ĠDARƏETMƏ QƏRARI – MƏQSƏDYÖNLÜ FƏALĠYYƏTĠN BAġLANĞIC NÖQTƏSĠ KĠMĠ




1.1 Ġdarəetmə qərarının zəruriliyi, məzmunu mahiyyəti

Menecment üzrə məĢhur tədqiqatcı Çaster Bernard me- necmentə - idarəetmə qərarının hazırlanması kimi baxmıĢdır.


Qərarların qəbulu informasiya mübadiləsi kimi istənilən idarəetmə funksiyasının tərkib hissəsidir. Ġdarəetmə qərarlarının qəbuluna ehtiyac idarəetmə prosesinin bütün mərhələlərində ya- ranır və idarəetmə fəaliyyətinin istənilən aspekti ilə əlaqədardır. Qərarların qəbulu prosesi təĢkilatda olan real problemləri, müna- sibətləri və əlaqələri dəqiq əks etdirərək, öz fasiləsizliyi ilə idarə- etmə fəaliyyətinin fasiləsizliyini təsdiq edir. Bundan baĢqa, qə- rarların hazırlanması və reallaĢdırılması prosesinin öyrənilməsi idarəetmənin məzmununu öyrənməyə imkan verir. Çünki idarə- etmənin məzmunu qəbul edilən qərarların məzmununda öz əksini tapır. Buna görə qərarların mahiyyətini və əhəmiyyətini baĢa düĢmək vacibdir.
Ġstənilən sivilizasiyanın inkiĢafı müxtəlif növ qərarların hazırlanması və reallaĢdırılmasına əsaslanır. Bütün qərarlar in- sanla və ya təĢkilatla əlaqələndirilir. Qərarlar müxtəlif peĢəkar insanlar tərəfindən hazırlanır və qəbul edilərək reallaĢdırılır. Qərarlarda buna uyğun olaraq tam formalaĢmamıĢdan dəqiq hesablanmıĢ xüsusiyyətli ola bilər.
Qərar - insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, hər hansı bir nəticəyə və ya tələb edilən fəaliyyətə gətirib çıxarır. Belə ki, qərar həm müəyyən çıxarıĢ ola bilər ki, insanlar onu sonrakı addımları hesablamadan, həm də fəaliyyətin hazırlan- ması alternativlərdən birinin seçilməsi və onun reallaĢdırılması kimi qəbul edilə bilər.Təfəkkür fəaliyyətinin bütün nəticələri qərar ilə nəticələnmir. Sadə qərarlar eyni bir insan tərəfindən həm hazırlanır, həm də real- laĢdırılır. Daha mürəkkəb qərarlar
əmək bölgüsü vasitəsilə insanlar qrupunun cəlb edilməsini tə- ləb edir.
Hər hansı rəhbərin fəaliyyəti təĢkilatda icra etdiyi vəzifə öhdəlikləri çərçivəsində qərarların qəbulu və reallaĢdırılması ilə əlaqədardır. H.Saymon öz klassik əsərində idarəetmə qərar- ları prosesini rəhbərlik prosesinə sinonim kimi qəbul edir. Öz öhdəliklərini icra edərkən menecerlər qərarlar qəbul edir və bu zaman uğur gözləyirlər. Rəhbərlər effektiv qərarların qəbulu üçün bu və ya digər formada mükafatlandırılır və əksinə, səhv qərarlara görə cəzalandırılırlar. Effektiv idarəetmənin əsas atri- butu kimi qərarların qəbulu sahəsində əldə olunmuĢ uğurları qeyd etmək olar. Bunlar idarəetmə səriĢtəliliyinin və qabiliy- yətlərinin ən effektiv göstəriciləridir. Eyni zamanda, bunlar hər bir idarəedicinin istənilən tip peĢəkar təĢkilata köməyi ilə yara- dılmıĢdır.
Qərar - insanın və ya qrupun formalaĢmıĢ situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir. Bu seçimin nəticəsi idarəetmə qərarlarıdır. Beləliklə, qərar alterna- tivin seçilməsidir. Hər hansı individin və ya kollektivin hərəkət fəaliyyətinə əvvəlcədən qəbul edilmiĢ qərar əsas verir. Qərarlar ayrı-ayrı fərdlərin, həm də sosial qrupların davranıĢının univer- sal formasıdır. Bu universallıq insan fəaliyyətinin Ģüurluluğu və məqsədyönlülüyü ilə izah edilir. Lakin qərarların universal- lığına baxmayaraq təĢkilatın idarə edilməsi prosesində qəbul edilən qərarlar Ģəxsi həyatda qəbul edilən qərarlardan fərqlənir. Ġdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri aĢağıda- kılardır.

    • Məqsəd – idarəetmə subyekti təkcə öz ehtiyac və tələ- batlarından çıxıĢ etmir, konkret təĢkilatın problemini həll et- mək məqsədinə nail olmaq istəyir;

    • Nəticələr - Ģəxsi seçim insanın həyatında və yaxın adamlarında əks olunur. Yüksək səviyyəli rəhbər təkcə özü üçün deyil, bütün təĢkilat və onun iĢçiləri üçün fəaliyyət istiqa-

mətini seçir. Əgər təĢkilat böyükdürsə, qəbul edilmiĢ qərar re- gionların sosial-iqtisadi vəziyyətinə təsir edə bilər;

    • Əmək bölgüsü - Ģəxsi həyatında insan əgər qərarı qəbul edərək özü reallaĢdırırsa, təĢkilatda əməyin bölgüsü mövcud- dur: bir qrup rəhbərlər yaranan problemlərin həlli və qərarların qəbulu ilə, digərləri (icraçılar) isə qəbul edilmiĢ qərarların real- laĢdırılması ilə məĢğul olurlar;

    • PeĢəkarlıq – hər bir Ģəxsin öz həyatında qəbul etdiyi qə- rar onun savadına və təcrübəsinə əsaslanır. TəĢkilatların idarə- etmədə qəbul etdiyi qərarlar peĢəkar hazırlığı tələb edən - çətin, məsuliyyətli və formal bir prosesdir. TəĢkilatlarda qərarların qəbulu sahəsində müəyyən peĢəkar bilik və təcrübəyə malik olan Ģəxslər öz səlahiyyətləri çərçivəsində müstəqil olaraq qə- rarlar verə bilərlər.

TəĢkilatlarda qəbul olunmuĢ qərarların bu fərqli xüsusiy- yətlərinə baxaraq idarəetmə qərarına belə tərif vermək olar: idarəetmə qərarı, rəhbərlərin öz vəzifə və səlahiyyətləri çərçi- vəsində təĢkilatın məqsədinə çatması üçün alternativlərin içəri- sindən qənaətbəxĢ olanının seçilməsidir.
Ġdarəetmə qərarlarının hazırlanması və reallaĢdırılması prosesi məsuliyyətlidir, milli və xarici amillərin nəzəri, meto- doloji hazırlamalarının tətbiqini tələb edir və sistemləĢdirilmiĢ təcrübənin yoxlanılmasına əsaslanır. Ġdarəetmə qərarları - idarə olunan sistemin fəaliyyətinin obyektiv qanunlarının öyrənilmə- sinə və onun fəaliyyəti haqqında informasiyaların təhlilinə əsaslanaraq idarəetmə subyektinin yaradıcı və iradi fəaliyyətinə təsiridir. О məqsədin, proqramın və fəaliyyət üsullarının seçil- məsindən ibarətdir. Bu seçimlər problemlərin həllini və ya mövcud məqsədlərin dəyiĢilməsini təmin edir. Ġdarəetmə qərar- ları idarəetmə prosesinin əsasıdır. Ġdarəetmə qərarları hər bir idarəetmə funksiyaları - planlaĢdırma, təĢkiletmə, koordinasiya, motivasiya və nəzarət ilə əlaqəlidir.
Qərarlar - təĢkilatda baĢ verən əsas əməliyyatlardır. Uğur qazanan və effektiv iĢləyən təĢkilatlar öz rəqiblərini 3 aspektdə üstəliyir:

    • düzgün və əsaslandırılmıĢ qərarlar qəbul edirlər;

    • qərarları daha tez qəbul edirlər;

    • qəbul edilmiĢ qərarları daha tez uğurla reallaĢdırır. Qərarların qəbulu menecerlər tərəfindən istənilən növ iĢ-

güzar təĢkilatda və səviyyədə həyata keçirilən ən vacib fəaliy- yət növüdür. Bu elə bir fəaliyyət növüdür ki, idarəetməni insa- nın digər sosial fəaliyyətindən fərqləndirir. P. Druker qeyd edir ki, qərarların qəbulu rəhbərin öhdəliklərindən yalnız biridir. Bu onun vaxtının kiçik bir hissəsini təĢkil edir. Lakin vacib qərar- ların qəbulu rəhbərin konkret öhdəliyidir.
Digər tədqiqatçılardan Kornell müəyyən etmiĢdir ki, rəhbər- lər tərəfindən icra edilən idarəetmə öhdəliкlərindən qərarların qəbulu, vacibliyinə görə ən yüksəkdədir və qərarların qəbulu insan, maĢın, material və texnologiyaların qarĢılıqlı əlaqələrinin ifadəsinin ayrılmaz xüsusiyyətidir. Kelvin qeyd edir ki, hər bir idarəedicinin ən vacib keyfiyyəti, onun vacib, çox zaman çətin qərarlar qəbul etmək istəyi və razılığıdır. Daha bir nöqteyi-nəzər mövcuddur ki, idarəetmənin vəzifəsi - qərarın qəbuludur. Ġdarəet- mədə qərar qəbuluna yüksək qiymət verilməsi onunla əsaslandırı- lır ki, о formal təĢkilatın bütün idarəetmə funksiyalarına təsir edir. Ġdarəedicinin iĢ göstəriciləri onun qəbul etdiyi qərarların effek- tivliyi ilə əlaqədardır. Ġdarəedici davranıĢ özü-özündə ancaq idarə- etmə qərarı kontekstində qiymətləndirilə və izah oluna bilər. Ġdarəetmənin əsl mahiyyəti müəyyən vaxt keçdikdən sonra qəbul edilmiĢ qərarların uğurlu nəticələri ilə müəyyən edilə bilər.
Lakin idarəetmə qərarlarının məzmun və mahiyyətinə alter- nativsiz yanaĢmaq olmaz. Belə ki, müxtəlif cür müəlliflər və elmi istiqamətlər bu anlayıĢa müxtəlif məzmun verirlər:

  • fəaliyyət məqsədinin və ona nailolma üsullarının seçil- məsindən ibarət iradi fəaliyyət anlarından biridir;

  • insan davranıĢında variantların seçilməsindən ibarət idarə edilən aktdır;

  • fəaliyyət alternativinin və ya fəaliyyət istiqamətinin seçilməsidir;

  • ziddiyyətlərin aradan qaldırılması və situasiyanın dəyiĢdirilməsinə istiqamətlənmiĢ rəhbərliyin fəaliyyətidir;

  • situasiyanın məqsədəuyğun dəyiĢdirilməsi, həll edilməsi ilə əlaqədar aktdır, fəaliyyət formulu, təsir variantıdır;

  • idarəetmə sisteminin konkret məqsədlərinə nail olunması üçün alternativlərin təhlili, proqnozlaĢdırılması, optimallaĢdırıl- ması, iqtisadi əsaslandırılması və seçilməsinin nəticəsidir;

  • idarəetmə obyektinin fəaliyyət Ģəraiti və vəziyyəti haqqında ilkin informasiyanın gələcəkdə arzuedilən vəziyyətə nail olmaq üçün məqsədəuyğun dəyiĢdirilməsi prosesidir;

  • təĢkilatın idarə edilməsi proseslərinin mərkəzi olub, həm təĢkilati-akt, həm idarətmə prosesinin bir mərhələsi kimi, həm də intellektual məsələ, idarəedicinin idarəolunan sistemə təsirini leqallaĢdıran proses kimi müəyyən etmək olar;

  • xərclərin qiymətləndirilməsinə əsaslanan alternativlərdən birinin seçilməsidir.

Gündəlik praktikada rəhbərlər baĢçılıq etdikləri kollektivlə- rin maraqlarına cavab verən və müxtəlif amilləri, bir çox hallarda isə bir-birinə zidd olan amilləri nəzərə alan qərarlar axtarılmasının qəbul edilməsi və reallaĢdırılmasını həyata keçirməli olurlar.
Bu gün təsərrüfat fəaliyyəti səmərəliliyini yüksəldilməsinin mühüm ehtiyat mənbəyi təsərrüfat rəhbərləri tərəfindən qəbul edi- lən qərarların keyfiyyətinin yüksəldilməsidir.
«Qərar» anlayıĢı elmi ədəbiyyatlarda müxtəlif cür təsvir edilir. O, həm proses, həm seçim aktı və həm də seçimin nəticəsi kimi baĢa düĢülür. «Qərar» anlayıĢının birmənalı təsvir edilməsi- nin əsas səbəbi ondan ibarətdir ki, hər dəfə bu anlayıĢ konkret tədqiqat istiqamətinə müvafiq olaraq iĢlənib hazırlanır, qəbul edilir və həyata keçirilir.
Qərarın proses kimi xarakterizə olunması onun vaxt etiba- rilə bir neçə mərhələdə həyata keçirilməsindən irəli gəlir. Bu mər- hələlər qərarların iĢlənib hazırlanması, qəbul edilməsi və real- laĢdırılmasıdır. Qərarın qəbul edilməsi mərhələsini müəyyən qaydaların köməyi ilə qərar qəbul edən ayrı-ayrı Ģəxslərin və ya Ģəxslər qrupunun həyata keçirdiyi seçim aktı kimi təsvir etmək olar.
Seçimin nəticəsi kimi qərar özündə fəaliyyət planının ele- mentlərini əks etdirir.
Qərar insanların fəaliyyətinin və iradələrinin büruzə veril- məsi növü kimi çıxıĢ edir. Onu xarakterizə edən əsas əlamətlər aĢaqıdakılardır:

  • Çoxlu alternativ variantlardan bu və ya digərinin seçil- məsi. Əgər alternativ yoxdursa, demək seçmə də yoxdur və belə- liklə qərar da yoxdur;

  • Məqsədlərin mövcudluğu. Məqsədsiz seçimə qərar kimi baxmaq olmaz;

  • Qərar seçərkən onu qəbul edən Ģəxsin iradi aktının möv- cudluğu və s.

Ġnsanı o zaman menecer adlandırmaq olar ki, o, təĢkilati qə- rar qəbul etsin və ya onları digər adamlar vasitəsilə reallaĢdırsın. Ġnformasiya mübadiləsi kimi qərarların qəbul edilməsi də - istəni- lən idarəetmə funksiyasının tərkib hissəsidir. Qərarın qəbul edil- məsinin zəruriliyi rəhbər məqsədi formalaĢdıran və onun nail olunmasına zaman etdiyi hər Ģeydən keçir. Buna görə də, qərarların qəbul edilməsinin təbiətini baĢa düĢmək, idarəetmə mədəniyyətində müvəffəqiyyət qazanmaq istəyən hər kəs üçün fövqəladə əhəmiyyət kəsb edir.
Hər bir kəs yaĢa dolduqca qərarların qəbul edilməsi prosesi- ni təcrübədə dərk etməyə bilməz. Kommunikasiya qabiliyyəti ki- mi qərar qəbul etmək qabiliyyəti də təcrübə əsasında inkiĢaf etmiĢ bacarıqdır. Hər birimiz gün ərzində yüzlərlə, yaĢadığımız dövr ərzində isə minlərlə qərar qəbul edirik.
Qərar - alternativlərin seçilməsidir. Az əhəmiyyətli olan, iĢ paltarı və ya qəlyanaltı menyusu seçmək kimi, iĢ yeri və ya arvad seçmək də qərarlara aid edilir. Alternativlərin (adətən, tez-tez) çox olmasına baxmayaraq, menyuda 50 adda yemək, universitetdə 100-dən çox əsas ixtisas ola bilər - biz, demək olar ki, bütün gün- dəlik qərarları sistematik ölçüb-biçmədən qəbul edirik. Məktəbi bitirdikdən sonra yaĢamaq üçün hara getmək və ya bizi hansı hə- yat tərzinin təmin etməsi kimi digər qərarları günlər, aylar, illərlə uzanan götür-qoylardan sonra qəbul edirik.
Bəzən anlaĢılma psixoloji amillərin təsiri nəticəsində, müəyyən qərarlara qeyri-proporsional olaraq çox vaxt ayırırıq. Məsələn, bəzi adamlar, bir cüt ayaqqabı almaq üçün həftələrlə əziyyət çəkir və 15 min doll. qiymətində avtomobil alarkən im- pulsiv (qeyri-iradi) hərəkət edirlər.
Lakin idarəetmədə qərarın qəbul edilməsi, Ģəxsi həyatda- kına nisbətən daha sistematikləĢdirilmiĢ prosesdir. Burada qarĢıya bir çox qoyulur. Fərdin (Ģəxsin) xüsusi seçdiyi, hər Ģeydən əvvəl, onun öz həyatına və onunla bağlı olan az sayda adama təsir edir. Menecer isə fəaliyyət istiqamətini təkcə özü üçün deyil, həm də təĢkilat və digər iĢçilər üçün seçir. Ġri təĢkilatın mərtəbələrində çalıĢan insanlar, bəzən milyon dollarlarla əlaqədar olan qərarlar qəbul edirlər. Hər Ģeydən əhəmiyyətli odur ki, idarəetmə qərarları çox adamın həyatına güclü təsir edə bilər. Ən aĢağı, qərarı qəbul edən rəhbərlə iĢləyənlərə və ola bilər ki, təĢkilatda hər kəsə təsir edə bilsin. Məsələn, menecer çay içmək vaxtını 10 dəqiqə uzadan və ya iĢdə ictimai fəaliyyətlə məĢğul olan hər-bir iĢçini cərimə et- mək haqqında qərar qəbul edə bilər. Digər rəhbər, belə məsələlər- də həddən artıq ciddiliyin, mənəvi problemlərin yaranmasına sə- bəb alması qərarına gələ bilər ki, bunun da nəticəsidə proqulların sayı, kadrların axıcılığı arta bilər və istehlakçılar xidmətin pisləĢ- məsi, məhsuldarlığın və məhsulun keyfiyyətinin aĢağı düĢməsi mümkün ola bilər.
Ġnzibati cəzalardan əl çəkməklə rəhbər qərara alır ki, iĢçi ilə birbaĢa, lakin qətiyyətli söhbətin xeyri çox ola bilər. Lakin vaxt
keçdikcə iĢə geçikmə hallarının təkrar olunması və qızğın icti- mai fəaliyyət üzündən aktivliyin aĢağı düĢməsi, rəhbəri iĢçini qovmaq haqqında qərar qəbul etməyə məcbur edə bilər. Əgər təĢkilat böyük və təsirlidirsə, onda onun baĢ rəhbərliyinin qə- rarları yerli Ģəraiti təsirli dərəcədə dəyiĢə bilər. (məsələn, bir vaxtlar Yeni Ġngiltərənin çiçəklənən Ģəhərləri, firavanlığı saxla- yan toxuculuq və ayaqqabı müəssisələri cənuba və ya digər öl- kələrə keçdikdən sonra, demək olar ki, boĢalmıĢdı). Bəzi idarə- etmə qərarları tarixin gediĢini tam mənası ilə dəyiĢir. Mühüm dövlət qərarları, məsələn, atom bombasını tətbiq etmək haqqın- da prezident trumenin qərarı bu kateqoriyaya daxildir.
Mühüm təĢkilati qərarların qəbul edilməsi üçün məsuliyyət

  • ağır mənəvi yükdür ki, bu da əsasən idarəetmənin yuxarı səviy- yələrində təzahür olunur. Lakin istənilən səviyyəli rəhbərlər, digər adamlara məxsus olan mülkiyyətlə iĢ görürlər və onun vasitəsilə adamların həyatına təsir göstərirlər. Əkər pis iĢçinin qarĢısını almasalar, təĢkilat ziyan çəkər ki, bu da onun sahiblərinə və bütün əməkdaĢlarına mənfi təsir göstərə bilər. Buna görə rəhbər, bir qayda olaraq, düĢünülməmiĢ qərarlar qəbul edə bilməz. Rəhbərin necə sistematik və rasional fəaliyyət göstərə bilməsini baĢa düĢməzdən qabaq, gəlin, qərarların qəbul edilməsinin ümumiliyi onun idarəetmə prosesi, üzvi qarĢılıqlı əlaqəsi və təĢkilati qərarların bəzi xarakteristikaları ilə ətraflı tanıĢ olaq.

Qərarların səmərəli qəbul edilməsi idarəetmə funksiyala- rını yerinə yetirmək üçün son dərəcə vacibdir. Ona görə də tə- əccüblü deyil ki, qərarların qəbul edilməsi prosesi - idarəetmə nəzəriyyəsinin mərkəzi nöqtəsidir. Ġdarəetmə elmi, müstəsna dərəcədə mürəkkəb situasiyalarda rəhbərin model və kəmiyyət metodlarının köməyi ilə əsaslandırılmıĢ obyektiv qərar qəbul etmək bacarığını artırmaq yolu ilə təĢkilatın səmərəliliyini yük- səltməyə çalıĢır. Biz modelləĢdirmənin xüsusiyyətlərini, istifa- də edilən modellərin növlərini, qərarların qəbul edilməsinin ge- niĢ istifadə olunan bəzi metodlarını və həm də idarəetmə elmi hüduduna tətbiq olunan proqnozlaĢdırma metodlarını müzakirə
edəcəyik. Bizim məqsədimiz bu metodların necə tətbiq olun- masını göstərmək deyil (bu movzu ayrıca kursa layiqdir), hər Ģeydən əvvəl, idarəetmə elminin imkanları haqqında sizə məlu- mat vermək istəyindəyik.



    1. Yüklə 339,57 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə