Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


Ġdarəetmə qərarlarının qəbulunda istifadə edilən



Yüklə 339,57 Kb.
səhifə34/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
704-converted

Ġdarəetmə qərarlarının qəbulunda istifadə edilən


modellər


Ġdarəetmə qərarlarının qəbulunda aĢağıdakı modellərdən istifadə olunur:

  1. Oyunlar nəzəriyyəsi modeli.TəĢkilatın müvəffəqiyyətinin asılı olduğu mühüm dəyiĢənlərdən biri də rəqabətqabiliyyətidir. Məlumdur ki, rəqiblərin iĢini proqnozlaĢdırma qabiliyyəti istənilən təĢkilat üçün üstünlük deməkdir. Bu baxımdan oyunlar nəzəriyyəsi modeli qəbul edilən qərarın rəqiblərə təsirinin qiymətləndirilməsi- nin, modelləĢdirilməsinin bir metodudur. Oyunlar nəzəriyyəsindən ilk dəfə hərbçilər istifadə etmiĢlər. Onlar bu modeli rəqibin müm- kün hərəkətini əvvəlcədən nəzərə almaq məqsədilə yaratmıĢlar. Biznesdə isə oyunlar nəzəriyyəsinin modelləri rəqiblərin qiymət də- yiĢməsinə, satıĢın yeni kompaniyasına, əlavə xidmət təklif edilmə- sinə, yeni məhsulun mənimsənilməsinə və Ģəklinin dəyiĢilməsini reaksiyalarını proqnozlaĢdırmaq üçün istifadə olunur.

  2. Növbələr nəzəriyyəsi modeli. Bu modeldən müəssisəyə qarĢı olan tələbata dair xidmət materiallarının optimal sayını müəy- yən etmək üçün istifadə olunur. Növbələr nəzəriyyəsi modeli bir çox situasiyalar üçün faydalı ola bilər. Bu situasiyalara aĢağıdakılar aid ola bilər:

    1. Ġnformasiya almaq və ya yer sifariĢ etmək üçün adamların avia kompaniyalara etdikləri zənglər;

    2. Anbara boĢaltmaq üçün yük maĢınlarının gözlədiyi növ-

bələr;



    1. Bankın müĢtərisinin kassiri gözləməsi və s.

Bütün bunlardan belə aydın olur ki, əgər müĢtərilər kassiri

çox gözləməli olurlarsa, onlar öz hesablarını digər banka köçürmə- yi qərar ala, həmçinin, hər hansı bir avia kompaniyaya zəng edib məlumat ala bilmədikdə, digər avia kompaniyaların xidmətindən

istifadə edə bilərlər. Bu kimi hallar isə müəssisənin iĢinə mənfi təsir göstərə bilər. Belə halların olmaması üçün istənilən müəssisə növ- bələr nəzəriyyəsi modelindən istifadə etməlidir. Çünki, bu modelin köməyilə müəssisə müĢtərilərə xidmət edən kanalların optimal sa- yını müəyyənləĢdirə bilər. BaĢqa sözlə desək, növbələr nəzəriyyəsi modeli rəhbərliyi xərclərin miqdarı həddən artıq çox və ya həddən artıq az olduqda onları balanslaĢdırmaq üçün lazım olan xidmət ka- nallarının optimal sayını müəyyən edən alətlər təchiz edir.

  1. Ehtiyatların idarə edilməsi modeli.Ehtiyatların idarə edil- məsi modelindən resurslara qarĢı olan sifariĢlərin bölüĢdürülməsi, resurslardan istifadə vaxtını, onların sayını, həmçinin anbarlarda hazır məhsul kütləsinin həcmini müəyyən etmək üçün istifadə olu- nur. Belə ki, hər bir təĢkilat satıĢda və istehsalda ləngimələrə yol v- erməmək üçün müəyyən qədər ehtiyat saxlamalıdır. Həmçinin, belə ehtiyatın həddən artıq çox olması da onun zay olmasına gətirib çıxara bilər. Ona görə də, hər bir təĢkilat ehtiyatların idarə edilməsi- nə diqqətlə yanaĢmalı və bu sahədə ehtiyatların idarə edilməsi mo- delindən yanaĢmalıdır.

  2. Xətti proqramlaĢdırma modeli.Xətti proqramlaĢdırma mo- deli rəqabət Ģəraitində qıt olan resursların bölüĢdürülməsinin opti- mal üsulunu müəyyən etmək üçün tətbiq olunur. Bu modeli daha çox yüksək səviyyəli rəhbərlər tətbiq edirlər. Yəni, bu modeli qərar- gah bölmələrinin rəhbər mütəxəssisləri istehsal çətinliklərini həll et- mək üçün istifadə edirlər. Belə ki, defisit resurslardan elə istifadə etmək lazımdır ki, belə resurların çatıĢmazlığı səbəbindən müəssi- sənin istehsal, tədarük və maliyyə fəaliyyəti pozulmasın. Buna görə də, defisit resursların istifadəsini xətti ardıcıllıqla proqramlaĢdırmaq vacibdir. Bu baxımdan xətti proqramlaĢdırma modeli əvəz olun- mazdır.

  3. Ġqtisadi təhlil modeli.Bu modeli çox vaxt iqtisadi imitasi- yanın modelləĢdirilməsi kimi də qəbul edirlər. Belə ki, iqtisadi təh- lil modeli xərcləri və iqtisadi mənfəəti, habelə müəssisənin fəaliy- yətinin nisbi rentabelliyinin qiymətləndirilməsinin bütün metodla- rını özündə birləĢdirir. Həmçinin, iqtisadi təhlil modeli itkisizliyin

təhlilinə, yəni, ümumi gəlirin məcmu xərclərə bərabər olduğu nöqtəni, o cümlədən, müəssisənin mənfəətli olduğu nöqtəni müəyyənləĢdirməkdə rəhbərə yaxından kömək edir. Bildiyimiz kimi itkisizlik nöqtəsinin müəyyənləĢdirilməsi çox vacibdir:

  1. Bir məhsul vahidinin satıĢ qiymətini;

  2. Hər bir məhsul vahidinə çəkilən dəyiĢən xərcləri;

  3. Hər bir məhsul vahidinə çəkilən ümumi və daimi xərcləri. Məlumdur ki, məhsulun satıĢ qiyməti rəqiblərinin və ya maya dəyərinin təsiri altında bazarda formalaĢır. Məhsul vahi- dinə çəkiləndəyiĢən xərclər isə məhsulun hər bir vahidinin ha- zırlanmasına birbaĢa aid olan faktiki xərclərdir. Daimi xərclərə isə, ən azı yaxın gələcəkdə istehsalın həcmindən asılı olmaya- raq dəyiĢməz qalan ümumi xərclərdir. Hər üç göstəricinin vax- tında və dəqiq müəyyənləĢdirilməsi müəssisənin itkisizlik nöq- təsinin, o cümlədən mənfəətli olduğu nöqtənin dəqiq təyin olunmasında vacib rol oynayır. Belə ki, hər üç göstərici müəy- yənləĢdirildikdən sonra təhlil aparmaq üçün iqtisadi təhlil mo-

delindən istifadə olunur.

  1. Fiziki model. Fiziki model obyektin və sistemin kiçildilmiĢ və böyüdülmüĢ təsvirinin yaradılmasıdır. Fiziki mo- del zavodun cizgi kağızının müəssisənin faktiki modelini, layi- hənin müəyyən miqyasda kiçildilmiĢ çertyojunu aid etmək olar. Fiziki modelin tətbiqi vizual mənimsəməni sadələĢdirir. Belə ki, bu modelin tətbiqi ilə layihənin həyata keçirilməsini, yeni bölmələrin açılmasını, yeni qurğuların yerləĢdirilməsini və di- gər dəyiĢikliklərinin həyata keçirilməsini müəyyən edir.

  2. Analoji model. Analoji model real olmayan, lakin, dəqiq tədqiq olunan obyekti analoq kimi əks etdirir. Məsələn, istehsalın həcmi ilə xərclər arasındakı gələcəkdə dəyiĢmək nis- bətini özündə əks etdirən qrafik analoji modeldir. Həmçinin, təĢkilati sxem də bura daxildir. Çünki, təĢkilatın sxemi olan analoji model iri təĢkilatın strukturunun mürəkkəb qarĢılıqlı əlaqəsini ifadə etməyin və baĢa düĢməyin ən sadə və səmərəli üsuludur.

  3. Riyazi model. Bu model müəssisənin göstəricilərinin ri- yazi dəyiĢən və simvollarla ifadə olunaraq tənliklərin, matrislərin və modellərinin qurulmasını nəzərdə tutur. Belə ki, qurulmuĢ tənlik və modelləri həll etməklə, yəni məchulları tapmaq yolu ilə müəssi- sənin göstəriciləri (maliyyə, istehsal, iqtisadi, resurs) haqqında mə- lumat almaq mümkündür. Bu baxımdan riyazi model digər model- lər içərisində daha çox tətbiq olunanıdır.Çünki, riyazi modelin isti- fadəsində kompyuter texnologiyasının tətbiqinə real Ģərait yaradılır. Bütün yuxarıda qeyd olunan modellər içərisində tətbiq dərə-

cəsinə və əhəmiyyətinə görə 3 əsas model baza kimi çıxıĢ edir. Bunlar fiziki, analoji və riyazi modellərdir. Çünki, digər modellərin yaradılmasında da bu 3 modeldən istifadə olunur.



      1. Yüklə 339,57 Kb.

        Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə