Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   19   20   21   22   23   24   25   26   27

64 

 

beləliklə,  «Semiconductor  Research  Corporation»  və  «Software  Productivity 



Consortium» kimi iri araĢdırma konsorsiumları meydana çıxdı.  

Dünyanın  ən  iri  kompüter  Ģirkəti  olan  «Ġnternational  Business  Machines» 

1991-ci  ildə  ilk  fərdi  kompüter  istehsalçısı  «Apple  Computer»  Ģirkətiylə  müxtəlif 

kompüterlərdə istifadə oluna bilən yeni kompüter proqramı təminatı sistemi yaratmaq 

barədə razılığa gələndə qatı rəqiblər arasında faydalı əməkdaĢlıq nümunəsi meydana 

çıxdı.  ĠBM  və  «Microsoft»  Ģirkətləri  arasındakı  eyni  məqsədli  proqram  təminatı 

sistemi  barədə  razılaĢma  1980-ci  illərin  ortalarında  pozulmuĢdu  və  o  zaman 

«Microsoft»  özünün  bazarda  hökmranlıq  edən  «Windows»  sistemi  ilə  xeyli  önə 

sıçramıĢdı.  1999-cü  ildə  ĠBM  də  yeni  kompüter  texnologiyaları  inkiĢaf  etdirmək 

məqsədilə  «Dell  Computer»  Ģirkəti  ilə  razılığa  gəldi  və  beləliklə,  bazara  yeni  bir 

möhkəm  biznes  vahidi  daxil  oldu.  1960  və  1970-ci  illərdəki  birləĢmə  dalğası 

korporativ  yenidən  təĢkilatlanmalara  və  parçalanmalara  aparıb  çıxardığı  kimi,  son 

dövrlərdəki  yeni  birləĢmələrin  də  bir  çoxu  onların  öz  əməliyyatlarını  yenidən 

qurmaları  ilə  bağlı  korporativ  səylərlə  müĢayiət  olundu.  Belə  ki,  qlobal  rəqabətin 

güclənməsi Amerika Ģirkətlərini daha çevik və daha səmərəli ola bilmək üçün ciddi 

səylər  göstərməyə  məcbur  etdi.  Əksər  Ģirkətlər  ümidsiz  hesab  etdikləri  istehsal 

xətlərini  dayandırdı,  öz  filiallarını  və  digər  tərkib  hissələrini  ixtisar  etdi,  bir  sıra 

fabrik  və  zavodlarını,  topdan  və  pərakəndə  satıĢ  mağazalarını  birləĢdirdi  və  ya 

bağladı.  Kiçilmə  dalğasının  ən  qızğın  çağlarında  «Boeing»,  «AT&T»  və  «General 

Motors» kimi nəhənglər də daxil olmaqla, əksər Ģirkətlər bir çox menecerini və aĢağı 

səviyyəli  iĢçisini  iĢdən  azad  etdi.  Bir  çox  istehsal  Ģirkətlərindəki  iĢçi  ixtisarlarına 

baxmayaraq,  1990-cı  illərdəki  canlanma  dövründə  iqtisadiyyat  iĢsizlik  səviyyəsini 

aĢağı  hədlərdə  saxlaya  biləcək  qədər  çevikləĢmiĢdi.  Belə  ki,  iĢəgötürənlər  yüksək 

texnoloji  qabiliyyətə  malik  iĢçilər  tapmaq  uğrunda  mübarizə  aparır,  iĢ  yerlərinin 

durmadan  artdığı  xidmət  sahəsi  istehsal  məhsuldarlığının  yüksəlməsi  nəticəsində 

azad  olunmuĢ  iĢçi  qüvvəsini  özünə  cəlb  edirdi.  «Forçun»  jurnalının  statistik 

məlumatlarına  görə,  ABġ-ın  ən  iri  500  sənaye  Ģirkətində  iĢçilərin  sayı  1986-cı  ildə 

13,4 milyon nəfərdən 1994-cü ildə 11,6 milyon nəfərə düĢmüĢdü. Ancaq bu jurnal öz 




65 

 

 



 

təhlillərini sənaye deyil, xidmət sahəsi firmaları da daxil olmaqla, ümumiyyətlə 500 

ən iri Ģirkət üzərinə yönəltdikdə məlum oldu ki, 1994-cu ildə bu göstərici 20,2 milyon 

nəfər təĢkil etmiĢ, 1999-cu ildə isə 22,3 milyon nəfərə çatmıĢdır. Ġqtisadiyyatın uzun 

illər  ərzində  davamlı  olaraq  güclənməsi  və  Amerikanın  biznes  müəssisələrində  baĢ 

verən  bütün  bu  təmərküzləĢmələr  və  möhkəmlənmələr  sayəsində  orta  hesabla  bir 

Ģirkətin  iĢçi  qüvvəsinin  həcmi  1988-1996-cı  illər  arasında  17.730  iĢçidən  18.654 

iĢçiyə qədər artmıĢdır. BirləĢmələrin və yenidənqurulmaların ardınca baĢ verən iĢdən 

azadolunmalara baxmayaraq, bu, həqiqətən belədir və kiçik firmaların öz sayında və 

onların iĢçilərinin sayında baĢ verən artımları doğru-düzgün əks etdirir.  

19-cu  əsrin  sonlarında  amerikalılar  korporasiyaların  nəhəng  həcmdə  kapital 

toplayaraq  daha  kiçik  müəssisələri  uda  və  yaxud  digər  firmalarla  birləĢərək  və  ya 

sövdələĢərək  rəqabəti  öldürə  biləcəklərindən  ehtiyat  edirdilər.  Hər  halda  tənqidçilər 

deyirdilər  ki,  biznes  monopoliyaları  alıcıları  daha  baha  qiymətlər  ödəməyə  məcbur 

edəcək  və  onların  seçim  haqlarını  əllərindən  alacaq.  Bu  narahatlıq  monopoliyaları 

parçalamaq və ya onlardan qorunmaq məqsədini güdən iki mühüm qanunun - 1890-cı 

ildə  Ġnhisarçılıq  Əleyhinə  ġerman  Aktının  və  1914-cü  ildə  Ġnhisarçılıq  Əleyhinə 

Kleyton  Aktının  meydana  çıxmasına  səbəb  oldu.  Hökumət  monopoliyaları 

məhdudlaĢdırmaq üçün 20-ci əsr boyu bu qanunlardan istifadə etmiĢdir. 1984-cü ildə 

inhisarçılıq  əleyhinə  mübarizə  aparan  hökumət  məmurları  Amerika  Telefon  və 

Teleqraf  ġirkətinin  telefon  xidməti  sahəsində  yaratdığı  inhisarı  aradan  qaldırmaq 

üçün onu parçaladı. 1990-cı illərin sonunda isə Ədliyyə Nazirliyi bir neçə il ərzində 

böyüyərək  22.357  milyonluq  əmlaka  sahib  olan  «Microsoft»  korporasiyasının 

kompüter proqramları bazarında hökmranlığını məhdudlaĢdırmağa çalıĢdı.  

Ġnhisarçılıq  əleyhinə  qanunlar  rəqabəti  gücləndirsə  də,  ABġ  Ģirkətlərinin 

getdikcə böyüməsinə maneçilik törətmir. 1999-cu ildə ölkədə hər birinin 300 milyard 

dollar həcmində aktivi olan və əvvəlki dövrlərin iri Ģirkətlərini kölgədə qoyan yeddi 

nəhəng  korporativ  Ģirkət  vardı.  Bəzi  tənqidçilər  bir  neçə  iri  firma  tərəfindən  əsas 

sənaye  sahələrinə  nəzarətin  artmasından  narahat  olduqlarını  bildirir,  avtomobil  və 

polad  istehsalı  kimi  sənaye  sahələrinin  bir  neçə  iri  Ģirkətin  hökmranlıq  etdiyi 




66 

 

oliqopolisi xatırlatdığını iddia edirlər. Digərləri isə qeyd edirlər ki, bu iri Ģirkətlərin 



çoxu  dəhĢətli  qlobal  rəqabətlə  üz-üzə  qaldıqları  üçün  geniĢ  həcmlərinə  rəğmən  öz 

güclərini  azalda  bilməzlər.  Əgər  alıcılar  yerli  avtomobil  sənayeçilərindən 

narazıdırlarsa,  xarici  Ģirkətlərin  maĢınlarını  ala  bilərlər.  Bundan  əlavə,  alıcılar  və 

istehsalçılar bəzi hallarda əvəzləyici məhsullara, məsələn, alüminium, ĢüĢə, plastik və 

yaxud konkret olaraq poladı əvəz edən digər məhsullara üz tutaraq yaranmaqda olan 

inhisarların qarĢısını ala bilərlər. Biznes liderləri arasında korporativ böyümə ilə bağlı 

narahatlığa  münasibət  çox  müxtəlifdir.  1960-cı  illərin  sonlarında  və  1970-ci  illərin 

əvvəllərində ambisiyalı Ģirkətlərin çoxu ən möhkəm federal antiinhisar qanunlarının 

Ģirkət  birləĢmələrinin  eyni  sənaye  sahəsində  məhdudlaĢdırılmasını  tələb  etməsi 

səbəbindən kənar  biznes  sahələrinə  yiyələnərək öz fəaliyyətini  rəngarəngləĢdirməyə 

çalıĢırdı. Biznes liderlərinin təsəvvür etdikləri kimi, bir qayda olaraq holdinq Ģirkəti, 

neft hasilatı və kino istehsalı kimi bir-birindən fərqli fəaliyyətlərlə məĢğul olan filial 

firmalar  qrupundan  ibarət  biznes  təĢkilatlanması  tipi  olan  konqlomeratlara  stabillik 

daha çox xasdır. Əgər bir məhsula tələbat zəifləyərsə, bu nəzəriyyə iĢə düĢür, digər 

biznes  sahəsi  tarazlığı  təmin  edir.  Ancaq  bu  üstünlük  bəzi  hallarda  bir  məhsul 

istehsalı üzrə ixtisaslaĢmaya nisbətən müxtəlif fəaliyyət sahələrinin idarəolunmasında 

daha böyük çətinliklərin üzə çıxması səbəbindən öz əhəmiyyətini itirir. 

Dünya təcrübəsində antiinhisar qanun vericiliyinin iki sistemi vardır: 

 

Qadağanedici 



 

Tənzimləyici 



Qadağan  edici  sistem  inhisara  qaĢı  daha  radikal  davranan  bir  sistemdirki, 

burada inhisara qəti qadağa qoyulur. Bazarda rəqabətlə davranmayan inhisarı aradan 

çıxarır.  Bu  sistemə  missal  olaraq  biz  ABġ  və  Yaponiyanın  antiinhisar 

qanunvericiliyini  göstərə  bilərik.Tənzimləyici  sistem  daha  çox  Avropa  Ġttifaqı 

ölkələri  üçün  xasdır  və  daha  mülayim  bir  yanaĢma  göstərir,  inhisara  qarĢı  çıxmır 

lakin inhisar özünü birüzə verdikdə ona qarĢı tənzimləyici tədbirlər görür.  

Hazırda  rəqabət  münasıbətlərinin  ĢaxələnmıĢ  qanunvericilik  və  institusional 

tənzimləmə  bazası  formalaĢmiĢdır.  Bu  sahədə  beynəlxalq  və  regional  təĢkilatlar  və 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə