2
AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ
MAGĠSTRATURA MƏRKƏZĠ
Əlyazması hüququnda
ƏLĠYEVA NƏRMĠN MUXTAR qızı
«AZƏRBAYCAN RESPUBLĠKASINDA ĠNHĠSARÇILIĞA QARġI
MÜBARĠZƏNĠN VƏ RƏQABƏT MÜHĠTĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠNĠN
NORMATĠV-HÜQUQĠ TƏMĠNATI MƏSƏLƏLƏRĠ» mövzusunda
MAGİSTR DİSSERTASİYASI
Ġxtisasın Ģifri və adı: 060404 - ―Ġqtisadiyyat‖
ĠxtisaslaĢma:
―Ġqtisadiyyatın hüquqi tənzimlənməsi‖
Elmi rəhbər:
Magistr proqramının rəhbəri
Ġqtisad üzrə fəlsəfə doktoru
iqtisad üzrə fəlsəfə doktoru,
V.M. QULĠYEV
dosent S.Z. ĠSAYEV
Kafedra müdiri:
Ġqtisad elmləri doktoru,
Professor F.P. RƏHMANOV
BAKI-2016
3
MÜNDƏRĠCAT
GĠRĠġ...............................................................................................................................3
FƏSĠL I. ĠNHĠSARÇILIQ VƏ ONUN NƏZƏRĠ METODOLOJĠ ƏSASLARI…….7
1.1 Rəqabət, inhisar, onun formaları və antiinhisar tənzimlənməsi.................7
1.2 Hüququn iqtisadi analizi çərçivəsində rəqabət hüququ............................21
FƏSĠL II. RESPUBLĠKADA ĠNHĠSARÇILIQ FƏALĠYYƏTĠNĠN VƏ ANTĠĠNHĠSAR
TƏNZĠMLƏNMƏSĠNĠN MÜASĠR VƏZĠYYƏTĠ………………………..30
2.1 Azərbaycanda və xarici dövlətlərdə inhisarçılıq fəaliyyətinin
müasir vəziyyəti………………………………………………………....30
2.2 Azərbaycanda təbii inhisar sahələrinin müasir vəziyyətinin
müqayisəli təhlil......................................................................................42
FƏSĠL III. AZƏRBAYCAN RESPUBLĠKASINDA ĠNHĠSARÇILIĞA
QARġI MÜBARĠZƏNĠN FORMALAġDIRILMASI VƏ HÜQUQĠ
BAZASI........................................................................................................53
3.1 Azərbaycanda rəqabət hüququnun yaranması və mənbələri.....................53
3.2 Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi və hazırki
vəziyyəti..................................................................................................61
NƏTĠCƏ VƏ TƏKLĠFLƏR……………………………………………………….…..79
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT SĠYAHISI………………………………….81
3
GĠRĠġ
Mövzunun aktuallığı. Ölkənin iqtisadi təhlükəsizliyi iqtisadi rəqabət qabiliyyətlilk ilə
sıx bağlıdır. Effektiv iqtisadi rəqabətqabiliyyətliliyi iqtisadi təhlükəsizliyi inkiĢaf
etdirir, həmcinin subyektə iqtisadi təhlükəsizliyin əhəmiyyətini, onun hüquqi
səlahiyyətini və faydalılığını yenidən qiymətləndirməyə imkan verir. Beləliklə,
müasir dünyanın iqtisadi inkiĢafının dinamikliyi rəqabətqabiliyyətliliyini Ģərtləndirir
ki, bu da hökuməti milli prioritetlərin sərt prinsiplərini rəhbər tutaraq çevik iqtisadi
siyasətin köməyi ilə yorulmadan rəqabətqabiliyyətliliyinin yüksəldilməsi qayğısına
qalmağa məcbur edir. Dövlətin iqtisadi təhlükəsizliyini təmin edən əsas amillər, milli
iqtisadiyyatın vəziyyəti, onun rəqabətqabiliyyətliliyinin səviyyəsidir və dünya
təsərrüfatında rəqabətin qızıĢması, dünya iqtisadi tabelində mövcud yer uğrunda
mübarizədir. Dövlətin rəqabət qabiliyyətliliyinin artımı və bu zaman baĢ verən bütün
qlobal miqyaslı dəyiĢikliklər dünya iqtisadiyyatının qarĢılaĢmaqdan yan keçə
bilməyəcəyi çoxlu sayda mürəkkəb çağırıĢlar olmadan baĢa gəlmir. Və hər bir ölkə
bu çağırıĢlara öz güc və imkanlarından, xüsusilə də nail olduğu inkiĢaf səviyyəsindən,
malik olduğu resurslardan irəli gələrək cavab vermək məcburiyyətində qalır. Bu gun
innovasiyaların, texnoloji prosesin və azad sahibkarlığın inkiĢafı ilə bağlı qlobal
dəyiĢikliklər çoxlu sayda qlobal çağırıĢ doğurmuĢdur ki, dünyanın bütün ölkələrinin
iqtisadiyyatları bunlarla qarĢılaĢmıĢdır. Azərbaycan da, mühüm geostrateji əhəmiyyət
kəsb edən təbii resursların çoxlu sayda növlərinin böyük ehtiyatlarına malik olan ölkə
olaraq, bu və ya digər dərəcədə bu çağırıĢlarla üz-üzə gəlir. Məhz bu səbəbdən bu
sahədə nəzarəti daha asan və uğurlu həyata keçirmək üçün rəqabət, inhisarçılığa qarĢı
mübarizə sahəsində qanunvericilik yaradılıb, müxtəlif normativ hüquqi aktlar tərtib
edilib. Yuxarıda qeyd etdiyimiz kimi rəqabat artıq iqtisadiyyatın inkisaf amilinə
çevrilmiĢdir məhz mövzunun aktual xarakter daĢımasıda yuxarıda qeyd etdiyim
amillərlə bağlıdır.
Öyrənilmə səviyyəsi. Hazirda dünyada rəqabət münasibətlərinin ĢaxələnmiĢ
qanunvericilik və institusional tənzimləmə bazası formalaĢmıĢdır. Bu sahədə regional
və beynəlxalq təĢkilatların və inkiĢaf etmiĢ ölkələrin prinsipləri, model qanunları