Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   2   3   4   5   6   7   8   9   ...   27

13 

 

 



 

rəqabətin  əksidir.  Ġnhisarlar  istehsal  qüvvələrinin  inkiĢafinin  müəyyən  səviyyəsində 

yaranir. Onlarin yaranmasinin əsas səbəbi istehsalin təmərküzləĢməsidir. Mükəmməl 

texnikani  tətbiq  etmək  böyük  pul  vəsaiti  tələb  edir.  Sahibkar  müasir  elmi,texniki 

yenilikləri  istehsala  tətbiq  etməsə  və  yaxud  geciksə  rəqabətdə  məğlub  ola  bilər. 

Bundan  xilas  olmaq  məqsədilə  mənfəətin  daha  çox  hissəsini  istehsalin 

geniĢləndirilməsinə yönəldirlər. Bunun nəticəsində iri müəssisələr yaranir. Bir qayda 

olaraq,  iri  müəssisələrin  manevr  etmək  qabiliyyəti  aĢaği  olur.Yəni  kapitali  bir 

sahədən digər sahəyə çətinliklə keçirirlər. Bu zaman onlar böyük itkilər verə bilərlər. 

Digər  tərəfdən  bu  və  ya  digər  məhsulun  istehsalinin  əsas  hissəsi  bir  neçə  iri 

sahibkarin  əlində  toplandiği  üçün  istehsalin  həcmi  qiymət,  xammal  mənbələri,  satiĢ 

bazarlarini  bölmək  haqqinda  raziliğa  gəlməyə  imkan  yaranir.  Beləliklə  istehsalda 

inhisar  bir  qrup  ən  iri  müəssisələr  firmalar  birliklər  tərəfindən  bu  və  ya  digər 

məhsulun istehsali və satiĢinin böyük hissəsini öz əlində birləĢdirməsidir. Bununla da 

onlar bazarda hökmranliği əldə edirlər və qiymətlə təsir etmək yolu ilə yüksək inhisar 

mənfəətin  götürülməsinə  nail  olurlar.Ġnhisarlarin  meydana  gəlməsi  əmək 

məhsuldarliğinin  yüksəlməsinə  mənfi  təsir  göstərən  amillərdən  biridir.  Əgər  azad 

sahibkarliğin  ilk  dövründə  üstəlik  mənfəət  əldə  etmək  və  rəqabətdə  məğlub  olmaq 

təhlükəsi sahibkarlari elmin və texnikanin nailiyyətlərini istehsala tətbiq etməyə sövq 

edilirsə,  azad  sahibkarliğin  inhisarçi  dövründə  elmin,  texnikanin  son  nailiyyətlərini 

texnikaya  tətbiq  etmedən  qiymətləri  artirmaq  yolu  ilə  yüksək  inhisar  mənfəəti  əldə 

etmək  mümkün  olur.  Beləliklə  inhisarçiliq  –təsərrüfat  subyektlərinin  fəaliyyəti  daha 

yüksək  mənfəət  əldə  etmək  məqsədilə  sərbəst  rəqabətə  yol  verməmələri,  onun 

məhdudlaĢdırılması və aradan qaldırılması fəaliyyətidir.  

 

Azad  rəqabətin  məhdudlaĢdırılmasına  və  aradan  qaldırılmasına  yönəldilmiĢ 



inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar: 

 

1.  Ġnhisarların  inkiĢafının  ilkin  mərhələsində  inhisara  daxil  olan  təsərrüfat 



subyektləri  üçün  qiymət  qoymanın  razılaĢdırılması,  xammal  və  satıĢ  bazarlarının 

bölüĢdürülməsi  və  mənfəət  götürmək  üçün  əlveriĢli  Ģərait  yarada  biləcək  digər 

məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər; 



14 

 

2. Bazardakı  hakim  mövqelərindən istifadə edərək inhisar qiyməti aləti (aĢağı 



inhisar  qiyməti,  yuxarı  inhisar  qiyməti)  vasitəsi  ilə  rəqibin  sıxıĢdırılmasına 

yönəldilmiĢ  fəaliyyətlər.  Bu  fəaliyyəti  nəticəsində  inhisarçı  müəssisə  istehsalda  və 

satıĢda əsassız surətdə üstünlüyə malik olur. Bu cür üstünlük Ģəraitində müəssisənin 

davranıĢı  inhisar  nəzəriyyəsi  ilə  izah  olunur.  Ġnhisarçı  müəssisənin  istehsal 

xərclərinin formalaĢdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal 

həcminin  müəyyən  edilməsi  inhisar  nəzəriyyəsinin  məğzini  təĢkil  edir.  Ġnhisar 

nəzəriyyəsinə  görə  inhisarın  maksimum  mənfəət  götürməsini  təmin  edən  məhsul 

buraxılıĢının həcmi rəqabət Ģəraitndə mövcud olan prinsipə, son hədd gəlirlərinin və 

son hədd xərclərinin bərabərliyinə əsaslanır. 

Ġqtisadiyyatda inhisarçılığı əhatəliyi baxımından aĢağıdakı kimi qruplaĢdırmaq 

olar: 

1. Ġstehsal inhisarçılığı: Ġstehsal inhisarçılığı inhisarçılığın elə formasıdır ki, bu 



zaman  hər  hansı  məhsulun istehsalının  və realizəsinin  əsas  çəkisi  məhdud  miqdarda 

istehsalçının sərəncamına keçir. Buna müxtəlif yollarla nail olunur. Birinci yol ondan 

ibarıtdir  ki,  müəyyən  növ  məhsul  istehsalçıları  məqsədyönlü  Ģəkildə  inhisarçılığa 

meyl etməyə baĢlayır və yekunda bu meyl hər-hansı bir inhisarçı ittifaqın yaranması 

ilə  nəticələnir.  Ġkinci  yol  isə  bunun  əksinə  olaraq  kapitalın  öz-özünə  artması 

nəticəsində  istehsalçı  müəssisənin  istehsal  inhisarçılığına  nail  olmasından  ibarətdir. 

Ġnhisarçılığın  nəzərdən  keçirilən  bu  forması  çox  zaman  iqtisadi  inkiĢafın  məntiqi 

nəticəsi  kimi  səciyyələnir.  Ġqtisadi  ədəbiyyatda  istehsalda  inhisarçılığın  mahiyyətini 

üç  baĢlıca  cəhətlə  səciyyələndirirlər:  a)  Ġstehsalın  əhəmiyyətli  hissəsinin 

təmərküzləĢməsi sayəsində təsərrüfatın bir  yaxud  bir neçə sahəsində hökmranlığının 

təmin edilməsi; b) Bazar qiymətlərini diktə etmək imkanına malik olması;c) Yüksək 

inhisar  mənfəətinin  mənimsənilməsi.  Ġstehsal  inhisarçılığının  aĢağıdakı  formaları 

vardır: 

Kartel–bir  qrup  sahibkarın  inhisarçı  saziĢi  və  uyğun  birlik  formasıdır.  Bu 

bazarın  inhisarlaĢması  haqqında  əsas  sövdələĢmələrdən  biridir.  Bir  qayda  olaraq, 

təsərrüfatın  sahəsində,  əsasən  xammal  mənbələrinin,  satıĢ  bazarının  bölüĢdürülməsi, 




15 

 

 



 

satıĢın,  iĢə  götürmənin  Ģərtləri,  ödəmələrin  müddəti,  inhisar  qiymətlərinin 

müəyyənləĢdirilməsi, patentlərin istifadəsi üzrə meydana gəlir. Konsern və trestlədən 

fərqli  olaraq  kartellər  öz  iĢtirakçılarının  istehsal  və  kommersiya  müstəqilliyinə 

toxunmur. Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir : 

Birincisi, kartel qiyməti qaldıran zaman hər bir iĢtirakçı müəssisənin marginal 

gəliri onun marginal xərclərini üstələyir. Bu isə firmalar üçün sövdələĢməni pozmaq 

üçün  güclü  stimul  rolunu  oynayaraq,  hər-hansı  firmanın  saziĢə  zidd  olaraq  öz 

məhsullarının  qiymətini  azaltmaqla  nəticələnir.  Sözsüz  ki,  göstərilən  vəziyyətdə  bu 

firmanın həm satıĢ həcmi, həm də gəliri artmıĢ olacaq. Ona görə də yaxĢı kartel bu 

cür pozuntuları müəyyən edən və cəzalandıran effektiv mexanizmə malik olmalıdır. 

Ġkinci:  kartelin  müvəffəqiyyətli  digır  formaları  bu  sahəyə  daxil  olmağa 

stimullaĢdırır. Ona görə də, kartel uzunmüddətli dövr üçün özünə yüksək gəlir təmin 

etmək naminə rəqiblərin verilən sahəyə  müdaxiləsini məhdudlaĢdırmalıdır. Kartellər 

çox zaman həm milli iqtisadiyyat, həm də beynəlxalq səviyyədə fəliyyət göstərirlər. 

Buna  uyğun  olaraq  onları  daxili,  ixrac,  idxal  və  beynəlxalq  kartellərə  bölürlər. 

Kartellər 

bazar 


mexanizmlərini 

əngəlləyir  və  bununla  da  antiinhisar 

qanunvericiliyinin  təsiri  altına  düĢür.  Lakin  əksəriyyət  ölkələrdə  kartellərə  qadağan 

qoyulmasına  baxmayaraq,  bəzi  ölkələrdə  onlar  qanunla  qorunur  və  məcburi 

qeydiyyata  düĢməlidir.  Bir  sıra  hallarda  dövlət  onlardan  tamamilə  leqal  Ģəkildə 

sənaye  siyasətini  həyata  keçirmək  üçün  bir  alət  kimi  istifadə  edir.  Belə  ki,  ikinci 

dünya  müharibəsindən  sonra  Yaponiya  hökməti  sənayenin  yenidən  qurulması, 

materialların  və  dəstləĢdiricilərin  standartlaĢması,  xırda  təchizatı  firmalar  arasında 

rəqabətin  məhdudlaĢdırılması,  onların  diversifikasiyası  səviyyəsini  azaltmaq  və 

müasir  texniki  səviyyəyə  keçmək  məqsədilə  ―kartel  rasionallaĢdırılmasını‖ 

dəstəkləyirdi. 80-cı illərin əvvəllərində Yaponiyada hətta depressiv sahələrdə də belə, 

kartellərin  yaradılması  müsbət  qarĢılanırdı.Kartellər  Almaniyada  daha  çox 

yayilmiĢdir.  ABġ  da  zəhmətkeĢ  kütlələrin  kartellər  əleyhinə  mübarizəsi  yuridik 

qaydada  rəsmiləĢdirilmiĢ  kartel  saziĢinə  qarĢi  yönəldilmiĢ  trestlər  əleyhinə 

qanunvericiliyin əmələ gəlməsinə səbəb olmuĢdur. Karteldə olduğu kimi əsasən eyni 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə