Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   2   3   4   5   6   7   8   9   ...   27

10 

 

himayəsindən  istifadə  kimi  məsələlədir.  Bunuda  qeyd  etmək  lazımdır  ki,  qеyri-



sаğlаm rəqаbət bir çох hаllаrdа сinаyətlə nətiсələnir. Rəqabət bazar iqtisadiyyatının 

əsas  qanunlarındandır.  Bu  təbii  prosesdir.  MəĢhur  ingilis  iqtisadçısı  Adam  Smith 

bazar  iqtisadiyyatında  rəqabəti  bazarı  hərəkətə  gətirən  ―gizli  əl‖  adlandırmıĢdır. 

Təkmil  rəqabət  bazarınnın  xüsusiyyətlərinə  görə  müəyyən  bir  əmtəə  vəya  xidmətin 

təklifi və onlara olan tələb heç bir məhdudiyyət olmadan qarĢı-qarĢıya gələ bilər. Belə 

olan  halda,  bazarda  bir  əmtəənin  qiyməti,  o  əmtəəni  satmaq  istəyənlərlə  almaq 

istəyənlərin  razılaĢması  nəticəsində  əmələ  gələcəkdir.Tələb  və  təklif  bazarda  qarĢı-

qarĢıya  gəldiyi  zaman,  təkilf  edilən  miqdarlarla  tələb  edilən  miqdarları  bir-birinə 

tarazlaĢdıran qiymət, təkmil rəqabət bazarı qiyməti (tarazlıq qiyməti) olacaq. Əmtəə 

təklifi  qiymət  dəyiĢiklikləriylə  eyni  istiqamətdə,  tələb  edilən  əmtəə  isə  əks 

istiqamətdə hərəkət  etdikləri üçün ikisi  də  müəyyən  bir  qiymət  səviyyəsində  mütləq 

bir-birinə bərabər olacaqdır.Təkmil rəqabət bazarında tarazlıq qiyməti eyni zamanda 

bazar  üçün  maksimum  ticarət  həcmini  təmin  edir.  Təkmil  rəqabət  bazarında 

formalaĢan bu qiymətdən əmtəələri istehlak etmək istəyənlər olduğuna üçün istehsal 

edilən  bütün  məhsullar  satılar.  Yəni  bu  vəziyyətdə,  istehsalçıların  istehsal  edərkən 

əldə  etmək  istədikləri  mənfəətin,  istehlakçıların  isə  istehlak  edərkən  əldə  etmək 

istədikləri faydanın maksimum səviyyədə reallaĢması mümkün olur. Rəqabət bir sıra 

funksiyalar  yerinə  yetirir.  Məsələn,  rəqabət    əmtəələrin  istehsalı  və  istehlakı  üçün 

normal  bazar  Ģəraitinin  yaranmasını  təmin  etməlidir.  Həmçinin  rəqabət  bazarda 

qiymətlərin  tarazlaĢmasının  əsəs  səbəbidir  ki,  buna  yuxarıda  geniĢ  izahat  verildi. 

Daha  sonra  rəqabət,  elmi  texniki  tərəqqini  ve  iqtisadi  artımı  stimullaĢdıran  bir 

faktordur.  Rəqabətin  digər  funksiyası  isə  rəqаbət  sоsiаl-iqtisаdi  təbəqələĢməni 

güсləndirməsidir.  Rəqаbətin  nətiсəsində  iqtisаdi  сəhətdən  zəif  оlаnlаr  sırаdаn  çıхır, 

güсlülər  isə  dаhа  dа  vаrlаnır,  güсlənir.  Bütün  bunlar  isə  bazar  Ģəraitində  bazarın 

formalaĢdığı  yerdə  baĢ  verir.  Bazar,  əmtəə  və  xidmətlərə  olan  tələblə  onların 

təklifinin qarĢılaĢdığı yerdir. Daha aydın desək istehlakçılarla istehsalçıların bir yerə 

gəldikləri  yerdir,  məkandır.  Ġqtisadçılar  bazar  və  onun  növləri  haqqında  tədqiqat 

apararakən  məkan  anlayıĢında  fərqli  olaraq  müxtəlif  amillərə  üstünlük  verirlər. 




11 

 

 



 

Ġqtisadçılar  üçün  bazar  ilə  əlaqəli  ən  mühüm  amil  tələb  və  təklif  edənlərin 

xüsusiyyətləri və bazardakı rəqabətdir Ģəraiti və səviyyəsidir. 

Bu baxımdan, iqtisad elmində bazarların iki əsas qrupda təsnifatı aparılır: 

 

Təkmil Rəqabət Bazarı, 



 

Qeyri Təkmil Rəqabət Bazarları 



 

Təkmil rəqabət bazarı müxtəlif özünəməxsus xüsusiyyətlərə malik olan və real 

həyatda  demək  olar  ki,  rast  gəlinməyən  və  hər  ölkənin  iqtisadiyyatında 

reallaĢdırılması istənən bazar növüdür. Təkmil rəqabət bazarın xüsusiyyətlərindən hər 

hansı  biri  reallaĢmadığı  zaman,  bu  bazar  qeyri-  təkmil  rəqabət  bazarları  olur.  Bu 

baxımdan,  tək  təkmil  rəqabət  bazarı  vardır,  lakin  rəkmil  rəqabət  bazarının  bir  sıra 

xüsusiyyətləri  vardır,  bu  xüsusiyyətlərdən  hər  hansı  birinin  pozulması  nəticəsində 

yeni  bir  qeyri-təkmil  rəqabət  bazarı  meydana  çıxır.Məhz  bu  xüsusiyyətlərə  görədə 

qeyri təkmil rəqabət bazarları çoxdur. Məhz buna görə, təkmil rəqabət bazarı ifadəsi 

sözün tək halında, qeyri təkmil rəqabət bazarları isə cəm halında iĢlədilən bir ifadədir. 

Hər  hansı  bir  bazarın  təkmil  rəqabət  bazarı  olmasından  bəhs  edə  bilməyimiz 

üçün o bazarın dörd əsas xüsusiyyətə malik olması lazımdır.Bunlar aĢağıdakılardır: 

Bazarda eyni məhsulu istehsal edən və satın almaq istəyən çox miqdarda (qeyri 



məhdud miqdarda) istehsalçı və istehlakçı mövcuddur, 

Təkmil  rəqabət  bazarında  təklif  olunan  və  ya  satılan  məhsullar  bircinslidir 



(Homogenlik və ya eynilik xüsusiyyəti), 

Ġstehlakçılar  və  istehsalçılar  bazar  haqqında  bütün  informasiyaya  malikdirlər 



(ġəffaflıq prinsipi), 

Təkmil  rəqabət  bazarında  istehlakçıların  və  istehsalçıların  bazara  giriĢləri  və 



çıxıĢları ilə əlaqəli heç bir məhdudiyyət və əngəl mövcud deyil; bu barədə istehlakçı 

və istehsalçı tamamilə sərbəstdir. 

 

Təkmil  rəqabət  bazarında  çox  miqdarda  alıcı  və  satıcı  mövcuddur.  Buna  görə 



də sadəcə bir istehsalçının istehsal və ya satıĢ miqdarı, o məhsulun bazardakı məcmu 

satıĢ miqdarının tərkibində əhəmiyyətsiz dərəcədə az bir paya malikdir. Beləliklə, bir 

firma  satıĢ  miqdarını  artırarsa  və  ya  azaldarsa,  hətta  sıfıra  qədər  də  azaldarsa, 



12 

 

məhsulun  qiymətində  hansısa  bir  dəyiĢmə  meydana  gəlməz.  Yəni  hər  bir  firma 



bazarda  formalaĢan  qiyməti  qəbul  etmək  məcburiyyətindədir.  Eyni  hal  alıcılara  da 

Ģamil  olunur.  Təkmil  rəqabət  bazarında  alıcılar  da  çox  miqdarda  olduğuna  üçün 

istehlakçılarda hər hansı birinin o məhsuldan daha çox və ya daha az satın alma qərarı 

məhsulun  qiymətinə  təsir  etməz.  Bunların  (istehlakçı  və  istehsalçı)  heç  biri  fərdi 

qaydada  bir  məsulun  bazarda  müəyyən  olunmuĢ  qiymətinə  təsir  edə  bilməz. 

Məhsulun  bazar  və  mübadilə  miqdarları  ancaq  və  ancaq  fərdlərin  hamısının  ümumi 

davranıĢına  bağlı  olaraq  reallaĢır.Homogenlik  xüsusiyyətli  bazarda,  müəyyən  bir 

əmtəə və ya xidməti istehsal edən çox miqdardda firma olsa da, istehsal olunan hər 

məhsul arasında obyektiv vəya sübjektif bir fərqin olmaması lazımdır. Buna görə də, 

təkmil rəqabət bazarında nə ticari marka və ünvan, nə reklam nə də bir birinə yaxın 

dərəcədə  əvəzləmə  əmtəələri  mövcuddur.  ġəffaflıq  prinsipinə  görə  alıcı  və  satıcılar 

bazarda baĢ verən bütün hadisələr haqqında kifayət qədər informasiyaya malikdirlər. 

Bu  xüsusiyyətə  görə  alıcı  və  satıcılar  əmtəə  və  xidmətlərin  qiymətləri,  istehsal 

miqdarları  və  keyfiyyətləri  haqqında  dolğun  məlumatlara  malik  olub,  bunlardan  hər 

hansı  birindəki  dəyiĢikliklərdən  anında  xəbərdar  olurlar.  Təkmil  rəqabət  bazarında 

istehlakçıların  və  istehsalçıların  bazara  giriĢləri  və  çıxıĢları  ilə  əlaqəli  heç  bir 

məhdudiyyət  və  əngəl  mövcud  deyil;  bu  barədə  istehlakçı  və  istehsalçı  tamamilə 

sərbəstdir. Bu xüxusiyyətə görə bütün istehsal  amillərinin, alıcı və satıcıların, əmtəə 

vəya  xidmətlərin  bütövlükdə  bazarda  müxtəlif  məqsədlərlə  iĢtirak  edən  bütün 

amillərin  bazara  giriĢləri  və  çıxıĢları  tamamilə  sərbəstdir.  Ġqtisadiyyatın  bir 

seqmentindən baĢqa bir seqmentə keçid heç bir əlavə xərc tələb etməz. Bu izahatlara 

istinadən təkmil rəqabət bazarının sadəcə nəzəri cəhətdən mövcud ola biləcəyini qeyd 

etmək  lazımdır.  Çünkü,  real  həyatda  bu  dörd  xüsusiyyətin  asanlıqla  eyni  vaxtda 

(bərəbər) reallaĢması qeyri mümkündür.   

―Ġnhisar‖  ərəb  dilindən  alinmiĢ  ―monopoliya‖  sözünün  alternativi  kimi 

iĢlədilir.‖  Ġnhisar‖  termini  öz  dilimizə,  hərfi  mənada  ―təkəl‖,‖təkəlçilik‖  mənasini 

verir  ki,bu  da  inhisarin  mahiyyətini  ifadə  edir.  Çünki  inhisar  və  inhisarçiliq  çoxlu 

istehsal  vasitələrinin  və  insan  qüvvəsinin  bir  əldə  cəmləĢdirilməsidir.  Ġnhisar 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə