Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

23 
 
müstəqil  elan  etməsi  və  hakimiyyəti  əllərinə  alması  faktıdır.  Bu,  yalnız  ―Tarix-i 
Şah İsmayıl Səfəvi‖ və ―Əhsənüt-təvarix‖  əsərlərində verilmiş, həmin hakimlərin 
adları,  həmçinin  onların  tabeliyində  olan  yerlər  bir-bir  göstərilmişdir  [62,  77b—
78b; 65, 62]. 
Həsən  bəy  Rumlu  bu  əsərdən  istifadə  edərkən  anonim  müəllifin 
məlumatlarını  mümkün  qədər  ixtisarla  köçürməyə  çalışmışdır.  Məsələn, 
Qızılbaşlarla osmanlılar arasında 1514-cü ildə baş verən Çaldıran döyüşü anonim 
müəllifdə  16  səhifədə  [62,  245b—253a]  Həsən  bəy  Rumluda  isə  6  səhifədə 
yazılmışdır [65, 143—149]. 
Anonim  müəllifdən  Həsən  bəy  Rumlunun  istifadə  etdiyini  əyani  olaraq 
aşağıdakı misaldan görmək olar: 
―Tarix-i Şah İsmayıl Səfəvi‖: [62, 65a] ―Süleyman şöhrətli xaqan Hüseyn 
bəy  Lələ,  Məhəmməd  bəy  Ustaclı,  Əbdi  bəy  Şamlu,  Xadim  bəy  Xüləfa  və  Qara 
Piri  bəy  Qacar  kimi  məğlubedilməz  dövlətin  sütunlarını  çağırıb  onlara  dedi  ki, 
Azərbaycan  paytaxtını  istəyirsiniz,  ya  Gülüstan  qalasını?  Onlar  dedilər  ki, 
Azərbaycanı.  O  həzrət  buyurdu  ki,  dünən  gecə  dinin  imamlarından  və  yəqinlik 
yolunun  göstəricilərindən  biri  mənə  dedi  ki,  əgər  Azərbaycanı  istəyirsənsə, 
Gülüstan  qalasının  mühasirəsindən  əl  çək.  Bu  üsulla  Azərbaycan  paytaxtına 
gedilməlidir‖. 
―Əhsənüt-təvarix‖:  [65,  47]  ―İskəndər  şöhrətli  xaqan  Hüseyn  bəy  Lələ, 
Abdal  bəy  Dədə,  Məhəmməd  bəy  Ustaclı,  Əbdi  bəy  Şamlu  və  Xadim  bəy  kimi 
məğlubedilməz dövlətin sütunlarını çağırıb onlara dedi ki, Azərbaycanı istəyirsiniz, 
ya Gülüstan qalasını? Onlar dedilər: Azərbaycanı. O həzrət buyurdu ki, dünən gecə 
yanıma dinin imamlarından və yəqinlik yolunun göstəricilərindən (biri) gəlib (dedi 
ki,)  əgər  Azərbaycanı  istəyirsənsə,  Gülüstan  qalasının  ətəyindən  qalx.  Bundan 
sonra o həzrət Azərbaycana yollandı‖. 
8.  ―Tarix-i  aləmara‖.  Uzun  Həsən  tərəfindən  böyük  oğlu  Sultan  Xəlilin 
vəliəhd  təyin  edilməsi  məsələsinin  izahında  Həsən  bəy  Rumlu  bu  əsərə  istinad 
etmiş [64, 140b], bir daha ―Tarix-i aləmara‖ haqqında danışmamışdır. Lakin 927 
(1520/21)-ci il hadisələrinin ―Ölümlər‖ bölməsində həmin əsərin müəllifinin Xacə 
Mövlana-yi  İsfahani  olmağı  barədə  Həsən  bəy  Rumlunun  məlumatı  vardır  [65, 
174] 
Göstərmək  lazımdır  ki,  ―Tarix-i  aləmara‖—―Tarix-i  aləmara-yi  Əmini‖ 
əsəri, Xacə Mövlana-yi İsfahani isə Fəzlullah ibn Ruzbehan Xunəcidir [43, 848]. 
Məlum olduğu kimi, bu əsərin farsca nüsxəsi SSRİ-də yoxdur, lakin V. F. Minorski 
onu  ingilis  dilinə  çevirmiş  və  nəşr  etmişdir.  Təəssüf  ki,  Paris  və  İstambulda 
saxlanılan bu əsərin fars mətni əlimizdə olmadığından ondan istifadə edə bilmədik. 
Buna  görə  də,  Həsən  bəy  Rumlunun  bu  əsərdən  nə  dərəcədə  faydalandığı 
müəyyənləşdirilmədi. 
Beləliklə  də,  ―Əhsənüt-təvarix‖  qələmə  alınarkən,  Həsən  bəy  Rumlunun 
müraciət etdiyi tarixi mənbələr onun öz qeydlərinə əsasən müəyyənləşdirildi, lakin 


24 
 
göstərməliyik  ki,  ―Əhsənüt-təvarix‖in  yazılmasında  başqa  mənbələrin  də  rolu 
olmuşdur.  Həsən  bəy  Rumlunun istifadə  etdiyi  ehtimal  olunan  əsərlərdən  biri  də 
Qazi Əhməd Qəffarinin ―Tarix-i cahanara‖ kitabıdır [120, 311]
10

―Tarix-i  cahanara‖  və  ―Əhsənüt-təvarix‖in  müqayisəsi  göstərir  ki,  Qazi 
Əhməd  Qəffarinin  kitabı  Həsən  bəy  Rumlu  üçün  tarixi  mənbə  rolu  oynamışdır, 
lakin  hadisələrin  təsviri  ―Əhsənüt-təvarix‖də  daha  genişdir.  Məsələn,  I  Şah 
Təhmasibin  1540-cı  ildə  Gürcüstana        hücumu  ―Əhsənüt-təvarix‖də  3  səhifədə 
[65,  296—298]  ―Tarix-i  cahanara‖da  isə  cəmi  bir  sətirdə  [88,  294]  təsvir 
olunmuşdur. Yenə həmin Səfəvi şahının 1546-cı ildə Gürcüstana olan ikinci yüruşü 
―Əhsənüt-təvarix‖də iki səhifə [65, 316—317], ―Tarix-i cahanara‖da iki sətir [88, 
23—24],  1551-si  ildə  baş  verən  3-cü  yürüş  ―Əhsənüt-təvarix‖də  5  səhifə:  [65, 
351—355], ―Tarix-i cahanara‖da 1 sətir [88, 300], 1554-cu ildə olan 4-cu yürüş isə 
birinci  əsərdə  11  səhifə  [65,  379—389],  ikinci  kitabda  iki  sətir  [88,  302]  yer 
tutmuşdur. 
Bundan  əlavə,  Azərbaycanla  əlaqədar  olan  bəzi  hadisələr  ―Əhsənüt-
təvarix‖  də  əhatə  edildiyinə  baxmayaraq,  ―Tarix-i  cahanara‖da  yoxdur.  Məsələn, 
944  (1537/38)-cü  ildə  Şirvanda  qızılbaşlara  qarşı  baş  verən  qələndər  dərvişin 
üsyanı [65, 282], 954 (1547/48)-cü il-də yenə də Şirvanda olan Bürhan Mirzənin 
üsyanı  [65,  326—327],  961  (1553/54)-ci  ildə  Şirvanı  ələ  keçirmək  üçün 
Türkiyədən  gələn  Qasım  Şirvaninin  Şirvan  hakimi  Abdulla  xan  Ustaclu  ilə  olan 
müvəffəqiyyətsiz  döyüşü  [65,  382—383]  ―Tarix-i  cahanara‖  əsərində 
verilməmişdir.  Lakin  bunlara  baxmayaraq,  Həsən  bəy  Rumlu,  fikrimizcə,  Qazi 
Əhməd  Qəffarinin  kitabından  istifadə  etmişdir.  Belə  ki,  aşağıdakı  cümlələr 
―Əhsənüt-təvarix‖in daha bir mənbəyini aşkar edir: 
―Əhsənüt-təvarix‖:  [65,  412]  ―Dinin  pənahı  olan  şah  Sultan  Bayazidlə 
bağda gəzirdi. Özünü dinin pənahı olan şaha çatdırıb dedi: ―İki kəlmə vacib sözüm 
var‖. 
―Tarix-i  cahanara‖:  [88,  305]  ―Alihəzrət  və  Sultan  Bayazid  Səadətabad 
bağında  seyrə  çıxmışdılar.  Özünü  onun  xidmətinə  çatdırıb,  yavaşdan  dedi:  ―İki 
kəlmə vacib sözüm var‖. 
Göstərmək  lazımdır  ki,  ―Əhsənüt-təvarix‖  özü  də  başqa  tarixi  əsərlərin 
yazılmasından ötrü dəyərli bir mənbə olmuşdur. ―Əhsənüt-təvarix‖ə böyük qiymət 
verən  İskəndər  bəy  Münşi  təvazökarlıqla  yazmışdır:  ―Rumlu  tarixçisi  mərhum 
Həsən bəy o həzrətin (I Şah Təhmasibin—Ş. F.) zamanında ―Əhsənüt-təvarix‖ adlı 
elə bir kitab yazmışdır ki... bizdə elə yazmaq bacarığı yoxdur‖ [58, 46]: 
Ümumiyyətlə,  İskəndər  bəy  Münşi  ―Əhsənüt-təvarix‖ə  tez-tez  müraciət 
etmişdir:  ―Əhsənüt-təvarix‖  də  yazılmışdır  ki...‖  [58,  31].  ―Tarixçi  Həsən  bəy 
                                                             
10
 Ç.N. Seddon bu haqda yazır: ―Ola bilsin ki, Həsən bəy Rumlu Qazi Əhməd əl-Qəffarinin ―Cahanara‖ 
əsərindən də faydalanmışdır, lakin bu qəti deyildir‖ [120, 311]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə