Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

21 
 
Faruq Sümer ―Kitab-i Diyarbəkriyyə‖yə yazdığı müqəddimədə ―Əhsənüt-
təvarix‖in  IX  cildinin  ən  mühüm  mənbəyinin  ―Mətləüs-sədeyn...‖  olduğunu 
göstərmişdir [56, VIII]. 
3.
 
―Rövzətüs-səfa‖.  Bu  kitab  Həsən  bəy  Rumlunun  istifadə  etdiyi 
mənbələrdən  biridir.  Bizim  müəllif  əsasən,  Xorasan  şahları  və  onların  varisləri 
haqqında ümumi məlumat verərkən həmin kitaba müraciət edir [64, 226a]. Lakin 
göstərmək  lazımdır  ki,  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  haqqında  ötəri 
məlumat  verilən  ―Rövzətüs-səfa‖dan  fərqli  olaraq,  ―Əhsənüt-təvarix‖  əsərinin 
bütün  bir  cildi  bu  dövlətlərin  tarixinə  və  onların  qonşu  ölkələrlə  münasibətlərinə 
həsr  edilmişdir.  XV  əsr  Azərbaycan  feodal  dövlətlərinin  tarixini  yazarkən,  Həsən 
bəy  Rumlunun  ən  çox  istifadə  etdiyi  mənbələr,  əsasən,  ―Mətləüs-sədeyn...‖  və 
―Kitab-i  Diyarbəkriyyə‖  olmuşdur.  Bu  əsərlərə  nisbətən  ―Rövzətüs-səfa‖  dövr 
tarixi baxımından ikinci dərəcəli mənbə olduğundan (bu kitabda teymuri Xorasan 
dövlətini  tarixi  müfəssəl  şərh  edilmişdir)  ―Əhsənüt-təvarix‖lə  onun  təsvirləri 
arasında  yaxınlıq  azdır.  Buna  görə  də,  Mirxond  və  Həsən  bəy  Rumlunun 
əsərlərinin müqayisəsi barəsində az danışmağı lazım bildik. 
4.
 
―Tarix-i Dövlətşahi‖. Həsən bəy Rumlunun belə adlandırdığı əsər 
Dövlətşah Səmərqəndinin ―Təzkirətüş-şüəra‖ kitabıdır. ―Əhsənüt-təvarix‖də çoxlu 
şer  parçaları  verilmiş,  habelə  onlarca  şairin  tərcümeyi-halı  işıqlandırılmışdır.  Bu 
işdə  Dövlətşah  Səmərqəndinin  məlum  əsərinin  Həsən  bəy  Rumluya  köməyi 
dəymişdir. Azərbaycanlı şair Şah Qasim Ənvar [64, 224b, 225b; 73, 346 - 352] və 
Cahanşah  Həqiqinin  tərcümeyi-halından  bəzi  məlumatlar  [64,  168a,  169a,  175a; 
73,  457  -  461],  onların  şerlərindən  parçalar  məhz  ―Təzkirətüş-şüəra‖  kitabından 
götürülüb ―Əhsənüt-təvarix‖ə daxil edilmişdir. 
5.
 
―Tarix-i Həsən padşah‖. ―Əhsənüt-təvarix‖in yazılmasında tarixi 
bir  mənbə  kimi  böyük  əhəmiyyəti  olan  əsərlərdən  biri  də  Əbubəkr  Tehraninin 
Həsən  bəy  Rumlu  tərəfindən  ―Tarix-i  Həsən  padşah‖  adlandırılan  [64,  213b] 
―Kitab-i Diyarbəkriyyə‖ əsəridir. 1962 – 1964-cü illərdə Türkiyədə nəşr edilən iki 
hissədən  ibarət  bu  kitabın  tərtibçilərindən  biri  olan  F.Sümer  yazır:  ―Həsən  bəy 
Rumlu  ―Kitab-i  Diyarbəkriyyə‖-dəki  məlumatı  bəzən  eyni  ilə,  bəzən  qısaltmaq, 
cümlə və ibarələri dəyişdirmək, ədəbi mahiyyətdə olan mənsur və mənzum yerləri 
tam  atmaqla  əsərinə  artırmışdır‖  [56,  XXII].  Doğrudan  da, bu  fikrin  sübutu  üçün 
aşağıdakı müqayisə kifayətdir:  
―Əhsənüt-təvarix‖  :  [64,  188b]  ―Cəllad  onun  qanını  tökməyə  hazırlaşdı. 
(O,)  göstərilən  qılıncı  qəbul  etmədi  və  Arıq  Məhəmməd  Tuşmalın  qılıncını  tələb 
edib dedi: ―Məni bu qılıncla öldürün‖. 
―Kitabi  Diyarbəkriyyə‖  :  [56,  279  -  280]  ―Cəllad  onun  qanını  tökməyə 
hazırlaşdı.  (O,)  göstərilən  qılıncı  qəbul  etmədi  və  Arıq  Məhəmməd  Tuşmalın 
qılıncını tələb edib dedi: ―Məni bu qılıncla öldürün‖. 
Göründüyü  kimi,  bu  misalların  hər  ikisi  eynidir,  lakin  hər  iki  müəllifin 
cümlələrindəki maraqlı cəhət ―arıq‖ sözünün yazılışıdır. Bu söz Əbubəkr Tehrani 


22 
 
tərəfindən (―əruq‖), Həsən bəy Rumlu tərəfindən isə (―arıq‖) şəklində yazılmışdır 
ki,  bu  da  azərbaycanlı  müəllifin  başqa  əsərlərindən  götürdüyü  sözləri  təshih 
etməsinə bir misaldır. 
Cahanşahın 862 (1457/58)-ci ildə Xorasana hərbi yürüşü [64, 192a, 193a; 
56, 347 - 353], onun oğlu Həsənəlinin yenə həmin ildə həbsxanadan çıxaraq Təbriz 
taxtını ələ keçirməyi [64, 188a – 189a; 56, 358 - 359], Cahanşahın qətlindən sonra 
hakimiyyətə  çıxmaq  uğrunda  şahzadə  və  əmirlərin  mübarizəsi  [64,  169a  –  165b; 
56,  434 -  439]  və  əsasən,  Uzun  Həsənlə əlaqədar məlumatların izahında  ―Kitab-i 
Diyarbəkriyyə‖nin Həsən bəy Rumluya müstəsna köməyi dəymişdir. 
6.
 
―Həbibüs-siyər‖. ―Əhsənüt-təvarix‖in X cildindəki hadisələrin bir 
hissəsinin (xüsusilə I Şah İsmayılın siyasi fəaliyyətinin) təsvirində ―Həbibüs-siyər‖ 
kitabının da dövrün tarixi mənbəyi kimi əhəmiyyəti olmuşdur. Hakimiyyət uğrunda 
son Ağqoyunlu şahlarının mübarizəsi [65, 13- 14, 16 – 17, 19 – 22; 84, 440 - 446], 
Səfəvi  dövlətini  təşkilində  I  Şah  İsmayılın  rolu,  onun  Şirvan,  Şəki  və  qonşu 
dövlətlərlə  münasibətləri  və  s.  başqa  məsələlər  ―Həbibüs-siyər‖ə  əsasən  qələmə 
alınmışdır. Lakin bizi müəllif Xandəmirə nisbətən əhəmiyyəti o qədər çox olmayan 
hadisələrin  təsvirini  yığcam  göstərməyə  çalışmışdır.  Bu  fikrin  sübutu  üçün 
aşağıdakı misal münasibdir: 
―Əhsənüt-təvarix‖:  [65,  109]  ―O  həzrətin  şərafətli  babasını  torpaqdan 
çıxarıb,  tabuta  qoydular  və  əcdadının  məqbərəsində  dəfn  etdilər.  Çox  vaxt 
keçməsinə baxmayaraq, onun cəsədi çürüməmişdi‖.  
―Həbibüs-siyər‖: [84, 502 - 503] ―O həzrətin pak bədənini 22 il keçdikdən 
sonra qəbirdən çıxardılar və tabuta qoyaraq, əcdadının işıqlı məqbərəsinə apardılar. 
İndi,  çoxlu  vaxt  keçməsinə  baxmayaraq,  onun  cəsədi  çürüməmiş  və  rəngi 
solmamışdı‖. 
Bu  və  ya  digər  hadisəni  ―Həbibüs-siyər‖dən  götürən  Həsən  bəy  Rumlu 
həmin  əsərə  tənqidi  münasibət  də  bəsləmişdir  ki,  bu  haqda  bir  qədər  əvvəl 
danışıldı
8

7.  ―Tarix-i  Şah  İsmayıl  Səfəvi‖.  Şah  İsmayılın  həyatını  qələmə  alarkən, 
Həsən bəy Rumlu anonim müəllifin ―Tarix-i Şah İsmayıl Səfəvi‖ əsərindən də əsas 
məxəz  kimi  istifadə  etmişdir  [62]
9
.  Bizim  müəllif    906  (1501)-cı  ildə  Bakı 
qalasının qızılbaşlar tərəfindən alınmasını bu əsərdən əxz etmiş, hadisəni bir qədər 
ixtisarla öz salnaməsinə daxil etmişdir. Bundan başqa, qızılbaşların Şirvana 1506 
və 1509-cu illərdəki yürüşləri də bu kitabdan götürülmüşdür. 
Dövrün digər mənbələrində təsadüf olunmayan maraqlı bir fakt da nəzəri 
cəlb  edir  ki,  bu,  XV  əsrin  sonu—XVI  əsrin  əvvəllərində  Ağqoyunlu  dövlətinin 
dağılmağa başlaması nəticəsində Azərbaycan və İranda 12 feodal hakimin özlərini 
                                                             
8
 Bax: Əsərin I fəsli, səh. 17 - 18 
9
  Bu  mənbənin  fotosurətini  istifadəmizə  verdiyi  üçün  tarix  elmləri  doktoru  O.  Ə.  Əfəndiyevə 
minnətdarıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə