Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

17 
 
Beləliklə, ―Əhsənüt-təvarix‖ əsərinin sovet tarixçiləri tərəfindən belə səylə 
öyrənilməsi onun tarix elminə gətirdiyi məlumatların son dərəcə gərəkli olduğunu 
sübut edir. 
Həsən  bəy  Rumlunun  salnaməsi  bir  çox  Şərq  ölkələri  alimlərinin  də 
diqqətini  cəlb  etmişdir.  Türk  tədqiqatçısı  Bəgir  Sidqi  Kütükoğlu  Türkiyə-İran 
siyasi  münasibətlərini  araşdırarkən,  bir  sıra  hadisələrin  izahında  ―Əhsənüt-
təvarix‖dən müqayisəli sürətdə istifadə etmişdir. Onu maraqlandıran məsələlərdən 
biri  I  Şah  Təhmasibin  sirli  ölümü  və  bunun  səbəbləri  olmuşdur  ki,  bu  barədə  o 
yazır: ―Müəllif (İskəndər bəy Münşi – Ş.F) şahın gecə xəstələnib ertəsi günü vəfat 
etdiyini  qeyd  edirlərsə  də,  vaxtının  səfər  ayının  hansı  gününə  təsadüf  etdiyini 
göstərməkdə tərəddüd edir... Ancaq Həsən bəy Rumlu aşkar olaraq 15 səfər tarixini 
göstərir ki, təqvimə əsasən də vaxtı 15 səfərə (15 mayis, 1576) təsadüf edir‖ [101, 
14]. 
Başqa  türk  alimi  Faruq  Sümer  876  (1471/72)  – 877  (1472/73)-ci  illərdə 
baş  verən  ağqoyunlu-osmanlı  müharibəsinin  təsvirini  ―Əhsənüt-təvarix‖dən 
götürərək,  Anqarada  nəşr  etdirdiyi  ―Kitab-i  Diyarbəkriyyə‖  əsərini  sonuna  əlavə 
etmişdir  [56].  Məlum  olduğu  kimi,  ―Kitab-i  Diyarbəkriyyə‖  bu  əsərin  yeganə 
natamam əlyazma nüsxəsi əsasında nəşr edilmişdir. F. Sümer Həsən bəy Rumlunun 
məlumatını  Əbubəkr  Tehraninin  əsərinə  artırmaqla  bir  tərəfdən  ―Əhsənüt-
təvarix‖in  ilk  mənbə  olmayan  IX  cildinin  əhəmiyyətini  nümayiş  etdirmiş,  digər 
tərəfdən ―Kitab-i Diyarbəkriyyə‖ni müəyyən qədər tamamlamışdır. 
İran  tədqiqatçısı  Nizaməddin  Mücir  Şeybani  Səfəvi  dövlətinin  təşkil 
edilməsinə  həsr  etdiyi  kitabda  I  Şah  İsmayılın  tacqoyma  mərasimi  vaxtındakı 
İranın  12  hökmdar  tərəfindən  idarə  olunduğundan  və  onların  hər  birinin  hökmü 
altındakı  ölkələrdən  danışarkən,  ―Əhsənüt-təvarix‖dən  etibarlı  bir  mənbə  kimi 
məlumat götürmüşdür [94, 51, 98]. 
Rəhimzade-ye Səfəvi ―Şah İsmayıl Səfəvinin həyatı‖ əsərində Qiyasəddin 
Xandəmir,  Qazi  Əhməd  Qəffari  və  Həsən  bəy  Rumlunun  məlum  əsərlərinə 
müraciət etmiş və əksər hadisənin təsvirində ―Əhsənüt-təvarix‖in müəllifinə haqq 
qazandırmışdır [72, 119, 183 - 184]. 
Əbdülhüseyn  Nəvayi  tərtib  etdiyi  ―Şah  İsmayıl  Səfəvi‖  kitabının  II 
cildində Səfəvi dövlətinin banisi haqqında dəqiq məlumat verən əsərlərdən birinin 
məhz    ―Əhsənüt-təvarix‖  olduğunu  göstərir  [79,  41].  Onlarca  sənəd  və  tarixi 
məktubu özündə cəmləşdirən bu kitabın tərtibçisi bir sıra məktubların mətninin və 
bəzi hadisələrin Həsən bəy Rumludan götürüldüyünü qeyd edir [79, 20]. Ə. Nəvayi 
yazır:  ―Bu  kitabın  (yəni  özünün  tərtib  etdiyi  məcmuənin  –  Ş.F)  I  cildində 
ağqoyunlu  sultanlarının  məktubları  və  həmin  məktublara  yazılan  cavablar  dərc 
edilmişdir.  II  Sultan  Bayazid  və  Əlvənd  ibn  Yusif  bəy  ibn  Uzun  Həsən  ilə 
maraqlanırlar... Həsən Rumlunun ―Əhsənüt-təvarix‖ kitabına müraciət edə bilərlər‖ 
[79, 20]. 


18 
 
Əfqan  tarixçisi  Əbülhəy  Həbibi  ―Əhsənüt-təvarix‖  əsəri  haqqında  yazır: 
―Çarlz  Norman  Seddonun  1931-ci  ildə  nəşr  etdirdiyi  ―Əhsənüt-təvarix‖  əsəri 
səfəvilər dövrünün ilk hadisələrini öyrənmək cəhətincə faydalıdır‖ [71, 3]. 
Kabul  universitetinin  humanitar  elmlər  fakültəsinin  orqanı  olan  ―Ədəb‖ 
jurnalında ―Həsən bəy Rumlu kimi böyük bir tarixçi‖ tərəfindən Kahi adlı bir şairin 
mərsiyəsinin ―Əhsənüt-təvarix‖də verildiyi göstərildikdən sonra həmin salnamənin 
985  (1577/78)-ci  ildə  yazıldığı  qeyd  olunur  [91,  34].  Doğrudur,  Həsən  bəy 
Rumlunun  əsəri  985-ci  il  hadisələrini  də  təsvir  edir,  lakin  bu  heç  də  o  demək 
deyildir  ki, müəllif  əsərini  yalnız həmin  ildə  qələmə  almışdır.  ―Əhsənüt-təvarix‖i 
mütaliə edərkən aydın olur ki, müəllif onun son iki cildi üzərində 980 (1572/72)-cı 
[64,  140b,  187a;  65,  301,  356]  və  985  (1577/78)-cı  illərdə  [65,  465,  503] 
işləmişdir. 
―Əhsənüt-təvarix‖in  IX  və  X  cildlərinin  yazılma  tarixini  bildirən  bu  iki 
rəqəmdən  başqa  əsərdə  özgə  bir  tarix  göstərilməmişdir.  Salnamənin  IX  cildinin 
bütünlüklə,  həmçinin  X  cildin  yarıdan  çoxunun  yalnız  980  (1572/73)-cı  ildə 
yazıldığını nəzərə alsaq, bu nəticəyə gəlmək mümkündür ki, həmin il  Həsən bəy 
Rumlunun yaradıcılığında ən məhsuldar il olmuşdur. Müəllifin öz sözlərinə əsasən 
qətiyyətlə  demək  olar  ki,  ―Ədəb‖  jurnalında  ―Əhsənüt-təvarix‖in  yazılma  tarixini 
bildirən  985  (1577/78)-ci  il  əsərin  hər  iki  cildinə  yox,  yalnız  X  cildin  son  149 
səhifəsinə  (yəni  958  (1551/52)-  (1577/78)-ci  illər  hadisələrinin  təsvirinə)  aid 
olmalıdır.  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon  nəşrinin  356-cı  səhifəsində  axırıncı 
dəfə  olaraq  980  (1572/73)-cı  il tarixi  yazılır.  Həsən  bəy  Rumlu  göstərir  ki,  I  Şah 
Təhmasibin  vəziri  olan  Xacə  Əmir  bəy  Keçəçi  hələ  çox  illər  əvvəl  həbs  edilmiş, 
əvvəlcə  Qəhqəhə,  sonra  isə  Ələmut  qalasına  salınmışdır.  Bizim  müəllifin 
məlumatına görə, ―Hicri tarixlə 980-cı il olan bu vaxta kimi uzun illər həbsxanada 
qalan  o  sabiq  vəzir  sağdır‖  [65,  356].  Bu  faktdan  aydın  olur  ki,  salnamənin  X 
cildinin  958  (1577/78)-ci  ildən  sonra  Həsən  bəy  Rumlu  bir  daha  bizə  məlum 
olmayan səbəblər üzündən əsərinin yazılışını davam etdirə bilməmişdir. 
Qeyd  etməliyik  ki,  bu  fəsildə  ―Əhsənüt-təvarix‖dən  istifadə  edən 
tədqiqatçıların hamısının adı çəkilmədi, lakin yuxarıda yazılanlara  əsasən belə bir 
nəticəyə  gəlmək  olur  ki,  Həsən  bəy  Rumlunun  ―Əhsənüt-təvarix‖  salnaməsi 
indiyədək tarixşünaslıqda müəyyən qədər tədqiq olunmuş və şübhəsiz, hələ bundan 
sonra da ona müraciət edənləri dəyərli bir mənbə kimi maraqlandıracaqdır. 
Müxtəlif ölkələrin onlarca tarixçisinin ictimai-iqtisadi və siyasi hadisələrə 
dair bir sıra məlumatları məhz ―Əhsənüt-təvarix‖  əsərindən əxz etmələri faktı bu 
əsərin  əhəmiyyətinin  əyani  şəkildə nəzərə  çatdıran  bir  cəhətdir.  Salnaməyə  isnad 
etmiş tədqiqatçıların əsərlərini mütaliə edərkən, əsasən, belə bir cəhət nəzəri cəlb 
edir: burjua tədqiqatçıları bir qayda olaraq, Həsən bəy Rumlunun əsərindəki siyasi 
hadisələrə  diqqət  yetirdikləri halda,  sovet  tarixçilərini  XV –  XVI  əsrlərin  bir  sıra 
ictimai-iqtisadi  məsələləri  də  maraqlandırmış  və  onlar  məhz  ―Əhsənüt-təvarix‖ 
əsəri əsasında fikir söyləməyə çalışmışlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə