Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   36   37   38   39   40   41   42   43   ...   129

107 
 
əyanları  sırasına  daxil  edilmişdilər.  O  zaman  İspaniya  dənizlərdə  aparıcı  rol 
oynayır və tədricən dünya ticarətinə nəzarəti öz əlinə alırdı. Onun güclü ticarət və 
hərbi  donanmaya  malik  olması  Səfəvi  şahının  diqqətini  cəlb  etməyə  bilməzdi. 
Kralın  əyanları  olmuş  keçmiş  müsəlmanlar  isə  onun  diqqətini  məhz  Şərqə  tərəf 
yönəltməli idilər. 
Oruc  bəy  Bayat  xristianlığı  qəbul  edərkən  kraliça  Marqarita  onun  xaç 
anası olmuş və "Don Xuan (bəzi mənbələrdə Don Juan) Persidski" adını da Oruc 
bəyə  o  vermişdir.  Səfəvi  dövlətini  ümumən  "İran  dövləti"  adlandıran  avropalılar 
onun  vətəndaşlarına  da  fars  kimi  baxırdılar.  Lakin  Oruc  bəy  haqqında  qalmış 
sənədlərdə  onun  "türk"  olması  xüsusi  qeyd  edilmişdir.  Kral  III  Filippin  əyanları 
sırasına  daxil  edilən  Oruc  bəy  Don  Xuan  ən  yüksək  dairələrdə  hörmətlə 
qarşılanırmış.  Onun  dövlət  məmurları,  din  adamları,  hərbçilər,  mədəniyyət 
xadimləri arasında çoxlu dost və tanışları var imiş. 
Avropada  Səfəvi  dövləti  haqqında  olan  mənfi  təsəvvürləri  təkzib  etmək 
məqsədi ilə Oruc bəy "Oruc bəyin kitabı" adlı tarixi əsər yazmışdır. Kitabda onun 
iştirak  etdiyi  səfirlik  haqqında,  fəaliyyətlərinin  məqsədi  barədə  söhbət  açılır, 
Azərbaycan və İranın ən qədim dövrlərdən başlamış tarixi qısa və parlaq formada 
nəql  edilir,  sonra  isə  Səfəvilər  dövləti,  onun  tarixi,  quruluşu,  iqtisadiyyatı,  etnik 
tərkibi, adət-ənənələri, ordusu haqqında geniş məlumatlar verilir. Səfəvilər dövləti 
barədə  məlumatlar  sanki  xristian  oxucuların  gözləri  ilə  təsvir  edilib.  Bu  bir  daha 
göstərir  ki,    kitab  xristian  Avropasının  oxucuları  üçün  nəzərdə  tutulmuşdur. 
Avropada  Azərbaycana  münasibətin  müsbət  tərəfə  dəyişilməsində  bu  kitabın 
böyük rolu olmuşdur.  
Arxiv  sənədlərinə  istinad  edən  fransız            şərqşünası  Le-Strenc  Oruc  bəyin 
1605-ci il mayın  15-də Valyadoliddə öldürüldüyünü bildirir. Onun qətlinin nə ilə 
bağlı olması məlum deyil. Kim bilir, bəlkə də ispanlar  onun şahın xəfiyyəsi olması 
faktının üstünü açmışdılar, ona görə... 
 
 
 
 
 
 
 
 
 
 
 
 


108 
 
Azərbaycan 
tarixində 
birmənalı 
qarşılanmayan  tarixi  şəxsiyyətlərdən  biri  də 
Nadir  şah  Əfşardır.  XVIII  əsrin  I  yarısında 
Azərbaycanın rus  və osmanlı işğalından  azad  
edilməsi  kimi  vacib  tarixi  hadisələr  Nadir  
şahın  sayəsində  mümkün    olmuşdur.  Lakin 
eyni  zamanda  Azərbaycan    ərazisində  erməni 
məliklərin  yerləşdirilməsi,  Borçalı,  Qazaxın 
Gürcüstana  verilməsi,  həmçinin  mənasız  
müharibələrdə  insan  itkiləri  və  maliyyə 
xərclərinin  durmadan  artması,  əhaliyə  böyük 
vergilərin  qoyulması  da  onun  adı  ilə  bağlıdır. 
Azərbaycan  kimi münbit tirpaqları olan səfalı 
bir  yerdə  aclığın  fəlakət  həddinə  çatması 
Nadir şahın əməllərinin  nəticəsi olmuşdur.  
Nadir  şah  Əfşarın  adı  ilə  ölkəmizin 
tarixində Azərbaycanı yadellilərdən azad edən 
görkəmli  sərkərdə  və  qəddar    hökmdar    kimi 
qalacaqdır. 
 
     Nadir  şah Əfşar  
         (1688 -1747) 
Nadir  xan  Əfşar  1688-ci  ildə  Xorasanın  Dərəgöz  şəhərində  əfşarlar 
tayfasında zadəgan ailəsində anadan olub. Hələ gənc yaşlarında tayfanın tərkibində 
Xorasanda  hərbi  xidmətdə  olan  Nadir  xan  fitri  hərbçi  istedadı  ilə  həmyaşıdları 
arasında  seçilməyə  başlayıb.  Müxtəlif  quldur  dəstələri  ilə  mübarizədə,  sərhəd 
xəttinin  Orta  Asiya  istiqamətindən  yönələn  zərbələrdən  qorunmasında,  qiyamçı 
feodallara qarşı müharibələrdə Nadir xan yeni-yeni hərb üsulları tətbiq edər, kiçik 
itkilərlə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərmiş. 
XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin tənəzzül dövrünü yaşayır, 
bütün sahələrdə rüşvətxorluq və özbaşınalıq baş alıb gedirdi. Mərkəzi hakimiyyətin 
zəifliyindən istifadə edən iri feodallar separatçılığa meyl edir, hətta bəzi vilayətlər 
artıq  şaha  tabe  olmurdu.  Bu  vəziyyətdən  istifadə  edən  Rusiya  imperiyası 
Azərbaycana  yürüş  edir  və  1722  -  1723-cü  illərdə  Azərbaycanın  Xəzəryanı 
torpaqlarını, o cümlədən Dərbənd, Bakı, Quba, Salyan şəhərlərini tutur. İmperator I 
Pyotrun  əmri  ilə  azərbaycanlılar  doğma  torpaqlarından  qovulur,  onların  əvəzinə 
Bakı və Dərbənddə ermənilər yerləşdirilməyə başlanır. 
Səfəvilərin 
zəifliyini 
görən  və  Rusiyanın  Cənubi  Qafqazda 
möhkəmlənməsindən  ehtiyat  edən  Osmanlı  imperiyası  da  Azərbaycana  hücum 
edir.  Nəticədə  bütün  Şimali  Azərbaycan  və  Cənubi  Azərbaycanın  böyük  əraziləri 


109 
 
osmanlılar  tərəfindən  tutulur.  Yerli  əhali  həm  ruslara,  həm  də  osmanlılara  qarşı 
mübarizə  aparsa  da,  pərakəndəlik  ucbatından  məğlub  olurdu.  Zəif  iradəli  şah  II 
Təhmasib  Rusiya  və  Osmanlı  dövlətlərinin  işğallarını  qanuniləşdirən  müqavilələr 
imzalayıb,  vaxt  qazansa  da,  hərbi  islahatlar  keçirə  bilməmişdi.  Üstəlik,  Səfəvilər 
dövlətinin  şərqində  əfqan  tayfaları  və  türkmənlər  də  qiyamlar  qaldırırdılar.  Belə 
şəraitdə dövlətin parçalanması labüd idi. 
Şah  II  Təhmasib  Xorasanda  peşəkar  hərbçi  kimi  ad  çıxarmış  Nadir  xan 
Əfşarı dövlətin paytaxtı İsfahana çağırır və onu qoşun komandanı təyin edir. 1726-
cı  ildən  Səfəvi  qoşunlarının  komandanı  təyin  olunmuş  Nadir  xan  ciddi,  bəzən 
qəddar tədbirlərlə qoşunlarda nizam-intizamı bərpa edir, qoşunların silah-sursat və 
ərzaqla  təminatını  yaxşılaşdırır. Təhmasib-Qulu  xan (yəni "Təhmasibin qulu olan 
xan")  adını  özünə  təxəllüs  götürən  Nadir  xan  1726  -  1727-ci  illərdə  əfqanların 
qiyamını yatırır, onları Mərkəzi İran vilayətlərində məğlub edərək Məşhəd şəhərini 
azad edir. Əlavə qoşunlar tərtib edərək o, 1729-cu ildə Əfqanıstana hücum edir və 
Herat  şəhərini  götürür.  Nadir  xan  türkmən  tayfalarının  Xorasana  hücumlarının 
qarşısını da alır. 
Əfqanlar  üzərində  qələbələrdən  sonra  ölkənin  qərbinə  göndərilən  Nadir 
xan  osmanlıları  ölkədən  qovmaq  əmri  alır.  Belə  ki,  İstanbula  danışıqlara 
göndərilmiş  Səfəvi  səfiri  həbs  edildiyindən  əlində  bəhanə  olan  şah  Osmanlı 
dövlətinə müharibə elan edir. Nadir xan sürətli hücumları ilə Marağanı, Ərdəbili və 
1730-cu  ilin  sentyabrında  Təbrizi  azad  edir.  Türkiyədə  dövlət  çevrilişinin  baş 
verməsi  tezliklə  tam  qələbə  qazanılacağı  təəssüratı  yaratdığı  üçün  öz  nüfuzunu 
qaldırmaq istəyən II Təhmasib Nadir xanı Xorasana göndərir, özü isə osmanlılara 
qarşı hücuma keçir. Lakin hərb işindən başı çıxmayan şah 1731-ci il döyüşlərində 
məğlub  olur  və  geri  çəkilməyə  başlayır.  Nəticədə  Təbriz  və  Ərdəbil  itirilir.  Şahın 
tələsik  imzaladığı  Kirmanşah  müqaviləsinə  (1732)  əsasən  Şimali  Azərbaycan 
osmanlılara, Cənubi Azərbaycan səfəvilərə verilməli idi. 
Belə təslimçi müqavilənin imzalanması xəbəri Nadir xanı qəzəbləndirir və 
o  tezliklə  Xorasandan  qayıdaraq  hərbi  əyanların  köməyi  ilə  II  Təhmasibi  devirir, 
onun oğlu körpə  III Abbası şah elan edir. Beləliklə, Nadir xan qəyyum qismində 
dövləti idarə etməyə başlayır. İlk öncə o, Kirmanşah müqaviləsindən imtina edərək 
hücuma  keçir  və  1733-cü  ildə  Bağdad  qələbəsini  qazanır.  İran  körfəzinədək 
əraziləri azad etdikdən sonra Nadir xan Şimali Azərbaycana keçir və osmanlıların 
dayaq nöqtəsi olan Gəncəni mühasirəyə alır. Mühasirə ilə eyni zamanda Rusiya ilə 
danışıqlar  aparan  Nadir  xan  Azərbaycanın  Xəzəryanı  torpaqlarından  rus 
qoşunlarının  çıxarılmasını  tələb  edir.  Bu  dövrdə  tənəzzül  keçirən  və  müharibə 
aparmaq  iqtidarında  olmayan  Rusiya  1735-ci  ilin  martında  Gəncə  müqaviləsini 
imzalamaqla  Azərbaycandan  öz  qoşunlarını  çıxarır.  Xəzəryanı  bölgələrdə 
möhkəmləndikdən  sonra  Nadir  xan  Gəncəni  azad  edir,  1735-ci  ilin  iyununda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə