downloaded from KitabYurdu.az
109
sözlərindəndir. Ad “kolak” (əslində isə kulak) və “say” hissələrindən ibarətdir.
―Kulak‖ ko mponenti qədim türkcə kul – ―xan titulu‖ sözü (müqayis ə et: türk
xaqanı Ku ltəkin, ―Kitabi Dədə Qorqud‖ da Kulbaş və s.), ―a‖ birləşdirici səsindən
və qədim türk dillərində hakim nəslə mənsub şahzadələr üçün t itul b ildirən “k u”
(149, 128) sözündən ibarətdir. Deməli, bizcə Herodotun ―Kolak‖ kimi yazd ığı
ko mponent əslində ―Kula ku‖ o lmaqla hun xaqanı Xuluqu (er.əv. 85-68 –ci illər),
Şərqi türk xaqanlığ ının xanı Ku luq- Çur (VII əsrin 80-ci illəri) və XIII əsrdə
Çingizxan ın nəslindən Hulaku çəxs adları ilə müqayisə oluna bilər. Qədim türkcə
―kuluq‖ isə (məsələn, XI əsrdə qədim uyğurca) kuu – ―şöhrət‖, ―şan‖ və
mənsubiyyət bildirən –luk şəkilç isindən ibarət olmaqla (qut və -luq şəkilçisindən
ibarət Qut luq ş əxs adı kimi) ―kuulu‖ mənasındadır. De mə li, Kola ksay adının
birinci ko mponenti türk- monqol d illərindəki kuluq – ―qəhrəman‖, ―ig id‖, ―şanlı‖,
―məşhur‖ sözündəndir.
Adın sonunu təşkil edən “say” sözü türkcə ―gənc‖, ―yeniyetmə‖ (160, IV,
I, 219) de mə kdir. Tədqiqatçıla r onda səhv etmişlər ki, adın ―ko lak (u)‖ hiss əsinin
son səsi olan ―k‖ səsini adın ―say‖ hiss əsinə birləşdirə rək “k say” formasını a lmış
və sonra da onu qədim farsca “hşay” (şah) sözü hesab etmişlər.
L i p o k s a y. Çar Tarqitayın oğlunun adı. Adın sonu nda “ksay”
ko mponenti farsca ―şah‖ sözü hesab edilir, lakin “lipo” hissəsinin İran mənşəli
olmadığı yazılır (39). Türkcə elip, A ltay türklərində, tatarlarda, xakaslarda elip,
alıp (alp sözünün bir forması) – ―qəhrəman‖, ―cəsur‖, ―nəhəng gövdəli‖ , uk –
―varis‖, ―oğul‖ və say – ―gənc‖, ―yeniyetmə‖, ―cavan‖ sözlərindəndir.
A r p a k s a y. Çar Tarq itayın oğlunun adı. İran mənşəli ad sayılır və
―suyun dərinliklərinin padşahı‖ mənasını verdiyi göstərilir (39). Türkcə ər – ―kişi‖,
―igid‖, ―döyüşçü‖ bak – ―bəy‖, ―tayfa başçısı‖ və say – ―gənc‖, ―cavan‖,
―yeniyetmə‖ sözlərindəndir. Quruluşca Midiyada Arbak ş əxs adı ilə müqayisə
olunur.
S k i f a r b. Skiflərdə bir çarın adı (Ktesiy,§16). İran mənşəli ad sayılır
(39). Türkcə es – ―ağıllı‖, ―zəkalı‖, ―dərrakəli‖, kat – ―möhkəm‖, ―bərk‖, ər –
―fərasətli‖, ―işcil‖ (166, I, 207) sözlərindəndir. Bütünlüklə ad ―Ağıllı, möhkəm və
fərasətli igid‖ mənasını verir.
O k l a b a. Skiflərdə b ir hakimin adı. (Appian. Mitridatın müharibələ ri, 79).
Türkcə uluq – ―ulu‖, ―böyük‖ və abay – ―ata‖, ―əmi‖, ―baba‖ (166, I, 54-55)
sözlərindəndir. Quruluşca dondarların Oltak (Plutarx, Lu kull, XI) çarının (oğul
yaxud ulu və tak ―kimi‖ , ―sanki o‖ sözlərindən) adı ilə eynidir.
T a l e s t r a. Skiflə rdə ama zonka ların çariçasının adı. (III əsrdə yaşamış
antik müəllif Yustin yazır ki, albanların qonşuluğunda yaşayan amazonkaların
çariçası Talestriya Makedoniyalı İskəndərdən xahiş etmişdi ki, onunla görüşsün.
Ehtimal ki, məh z bu rəvayət Niza minin ―İskəndərna mə‖sində Nüşabə surətinin
yaranmasına səbəb olmuşdur. Bu məlu matda ―albanların qonşuluğunda‖ dedikdə
Kürdən cənubdakı Alban ərazisi nəzərdə tutulur, çünki antik müəlliflərin
downloaded from KitabYurdu.az
110
mə lu matla rında A lban çarlığ ı Küürdən şima lda göstərildiy inə görə ―qonşuluqda‖ -
Kürdən cənubda olmalıdır). Türkcə bala – ―ötkəm‖, ―məğrur‖, ―cəsarətli‖, ―ürəkli‖,
işi – ―ali mənsəbli qadın‖ və törə - ―doğulmuş‖, ―törənmiş‖ sözlərindən ibarətdir.
Quruluşca saklarda Sparetra qadın adı ilə eynidir.
L i q. Skiflə rdə bir ça rın adı. Türkcə eliq – ―məğrur‖ , ―vüqarlı‖ (166, I),
yaxud elik – ―hökmran‖, ―hakim‖ (100, 170) sözündəndir. Attilanın oğlu İlək, VI
əsrin ortalarında türk sabirlərin (suvarların) xaqanı İliqər (eliq və ər – ―kişi‖, ―ig id‖,
―döyüşçü‖ sözlərindən), Türkəş xaqanı Uç – Elik (699 - 709) şəxs adları ilə
müqayisə olunur.
A q e r o s. Skiflərdə bir ça rın ad ı (39, 289). İran mənşəli ad sayılır və
―Avesta‖ dilində kar, osetin dilində ikal – ―özünü gümrah kimi aparan‖ kimi izah
edirlə r (39, 289). Türkcə aq və ər – ―kişi‖, ―ig id‖, ―döyüşçü‖ sözlərindəndir.
M a r s a q e t. Skiflərdə şə xs adı (Ktesiy,§16). Türkcə bars - ―bəbir‖ (b –
m əvəzlən məsinə görə) və qed, k ed – ―qüvvətli‖, ― möhkə m‖, ―seçmə‖ (100, 292)
sözlərindəndir.
S o b o d a k. Skiflə rdə şəxs adı (Appian. M itridatın müharibə ləri, s. 79).
Adın mənasını aydın laşdıra bilmədik. Lakin Çingiz xan ın məşhur sərkərdəsi
Subutayın adı ilə quruluşca və məzmunca eynidir.
P a n a s a q o r. Skiflərdə b ir çarın adı (Po mpey Troq, kitab II , 4). Əsl
forması: Banasaqur. Türk dillərində m - b
əvəzləməsinə görə Manasoğur. Manas və türkcə ğur ―dərəcə‖, ―rütbə‖,
―şərəf‖ sözlərindəndir.
X a r a s i n. (Qa ra dənizin şimal çöllərində skiflərdə b ir çarın adı). V. İ.
Abayev adın İran dillərində ―boz eşşək‖ mənasını verdiyin i yazmış və deməli, onu
farsca xər – ―eşşək‖ sözü ilə ə laqələndirmişdir (39, 309). Fikirləş mə mişdir ki, heç
bir ata- ana körpəsini ―boz eşş ək‖ adlandırmazd ı. Əslində ad monqolca xaru,
qədim türkcə k aru – ―əziz‖, ―sevimli‖ və Altay d illərində o xşarlıq bildirən sin, çin,
şin sözlərindən ibarətdir. Qədim türk mənşəli şəxs adlarında sin (çin, şin) sözü
―kimi‖, ―sanki‖ mənalarında id i. Şərqi Hun xaqanlığında Metedən sonra (er.əv.
207- 174) Kunçin, Çingiz xan ın əsl adı olan Te muç in və b. şə xs adlarında bu söz
vardır.
D a v k e t. Skiflə rdə şəxs adı (39, 289). Türkcə day – ―dayı‖ (ananın
qardaşı) və qed, get - ―bacarıqlı‖, ―qüvvətli‖, ―seçmə‖, ―möhkəm‖ (100, 292)
(Marsaqet adında olduğu kimi) sözlərindəndir. A lbanlarda Davdak şəxs adı ilə
müqayisə olunur.
Biz skiflə rin mənbələrdə çə kilən şəxs adlarının yalnız b ir hiss əsini
nəzərdən keç irtdik. Göründüyü kimi, əslində skif şəxs adla rın ın heç biri
İran mənşəli deyil.
Skif toponi mləri
Dostları ilə paylaş: |