Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

249
Türkiyə  hakimiyyətinin  təqiblərindən  qorxaraq  İrəvana,  sonra  isə  Şuşa  şəhərinə 
getmişdir. 1905-1907-ci illərdə türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı 
qanlı  təcavüzkar  əməlləri  ilə  tanınmışdır.  1908-ci  ildə  digər  daşnak  xadimlərlə 
birlikdə  çar  hökuməti  tərəfindən  həbs  edilmiş  və  15  il  müddətinə  Sibirə  sürgün 
edilmişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914-
cü  ildə  Konstantinopola  getmişdir.  Birinci  dünya  müharibəsi  zamanı  3-cü  erməni 
könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və Xizən döyüşlərində 
iştirak etmiş, yerli  türk əhalisinə  qarşı  qırğınlar törətmişdir. 1917-ci ilin  fevralında 
Rusiyada, Alaşkert rayonunda polis dəstələrinin başçısı təyin edilmişdir. 1918-ci ilin 
əvvəlində Bakıya gəlmiş, burada erməni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda 
Erməni Milli Şurasının üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi 
1918-ci  il  mart-sentyabr  aylarında  Bakıda  və  Azərbaycanın  regionlarında  erməni 
silahlı  dəstələrinin  dinc  müsəlman  əhaliyə  qarşı  hücumlarına  rəhbərlik  etmişdir. 
1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman qırğınları törətmişdir. 
Xüsusi  qəddarlığı  ilə  ad  çıxarmışdır.  Başçılıq  etdiyi  silahlı  dəstəni  “cəza  dəstəsi”, 
özünü  erməni  xalqının  qəhrəmanı  və  onun  maraqlarının  müdafiəçisi  adlandırırdı. 
Hücuma keçən və 1918-ci ilin sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Or-
dusu və azərbaycanlıların hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini 
başsız  qoyaraq  İrana  qaçmışdır.  Birinci  dünya  müharibəsi  başa  çatdıqdan  sonra 
Ermənistana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri 
təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilmiş, 
1921-ci  ilin  fevralına  Yerevan  həbsxanasında  erməni  kommunistlər  tərəfindən 
öldürülmüşdür.
16
Sənəddə  Quba  qəzasında  zərərçəkən  kəndlərin  sayı  düzgün 
göstərilməmişdir.  FTK-nın  sənədlərinə  əsasən  müəyyən  edilmişdir  ki,  1918-ci  ilin 
aprel-may aylarında baş vermiş hadisələr zamanı Quba qəzasında ən azı 167 kəndə 
ziyan vurulmuşdur.
17
Quba qəzasının zərərçəkən kəndlərinin adlarında səhvlərə yol verilmişdir.
18
Sənəddə  1918-ci  il  aprel-may  aylarında  Quba  hadisələri  zamanı  qətlə 
yetirilənlərin  və  yaralananların  sayı  düzgün  göstərilməmişdir.  Yalnız  ayrı-ayrı 
cəmiyyətlərin starşinaları tərəfindən təqdim edilmiş adlar göstərilməklə düzülmüş 
siyahılar üzrə müəyyən edilmişdir ki, Quba qəzasının kəndlərində müsəlman qırğınları 
nəticəsində 580 nəfər qətlə yetirilmiş, 55 nəfər yaralanmış, dağlarda və meşələrdə 
sərgərdanlıq  vaxtı qorxudan, xəstəliklərdən və aclıqdan 781 nəfər ölmüşdür.
19
Bu rəqəm, Novatskinin məruzəsində qeyd edildiyi kimi, ermənilər tərəfindən 
yalnız Quba qəzasının kəndlərinə vurulan zərəri əks etdirir. Sənəddə Quba şəhərinin 
sakinlərinə dəyən ziyanın  məbləği – 63 703 760 rubl ümumiyyətlə  göstərilməmişdir.
20
Şaumyan  Stepan  Georgiyeviç  –  (1878-1918),  tanınmış  bolşevik  xadimi. 
1900-cü  ildən  RSDFP-nin  üzvü.  1917-ci  ilin  mart  ayında  qiyabi  olaraq  Bakı  fəhlə 
deputatları  Sovetinin  sədri  seçilmiş,  Bakı  bolşevik  təşkilatının  rəhbərlərindən  biri 
olmuşdur. 1917-ci ildə “Bakinskiy raboçiy” və “Sosial-demokrat” bolşevik qəzetlərinin 
redaktoru.  1917-ci  ilin  oktyabr  ayının  əvvəllərində  hakimiyyətin  Sovetlərin  əlinə 
keçməsi uğrunda mübarizədə Cənubi Qafqaz bolşeviklərinin taktikasını hazırlayan 
Cənubi Qafqaz bolşevik təşkilatlarının birinci qurultayına rəhbərlik etmişdir. 1917-ci 
ilin dekabrında RSFSR xalq komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
250
Fövqəladə  komissar  təyin  edilmiş,  1918-ci  ilin  aprelindən  Bakı  Xalq  Komissarları 
Sovetinin sədri olmuşdur. Bakıda 1918-ci ilin mart hadisələri zamanı Bakı şəhərinin 
və  onun  ətraf  kəndlərinin,  habelə  Azərbaycanın  digər  qəzalarının  azərbaycanlı 
əhalisinin  kütləvi  şəkildə  qırılmasını  həyata  keçirən  bolşevik-erməni  qüvvələrini 
bilavasitə mərkəzdən idarə etmişdir. 1918-ci ilin aprel ayının sonlarında Amazaspın 
cəza  dəstəsinin  Quba  qəzasına  göndərilməsinin  və  orada  müsəlman  qırğınları 
törədilməsinin təşəbbüskarı olmuşdur. Bakıda Sovet hakimiyyəti yıxıldıqdan sonra 
1918-ci ilin iyul ayında “Sentrokaspi Diktaturası” hökuməti tərəfindən həbs edilmiş, 
sentyabrın  əvvəllərində  digər  komissarlarla  birlikdə  Bakıdan  qaçmağa  və  Rusi-
yaya getməyə cəhd göstərmiş, 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları 
sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
21
Korqanov  (Korqanyan)  Qriqoriy  Nikonoviç  –  (1886-1918),  tanınmış 
bolşevik  xadimi.  1917-ci  il  fevral  inqilabından  sonra  Qafqaz  inqilabi  ordu 
təşkilatlarının yaradılmasında fəal iştirak etmişdir. Bakıda 1918-ci ilin mart hadisələri 
zamanı şəhərin müsəlmanlar yaşayan məhəllələrində hərbi əməliyyatlar aparan və 
dinc azərbaycanlı əhalini qıran Qızıl Ordunun bolşevik-daşnak briqadalarının hərbi 
əməliyyatlarına  başçılıq  etmişdir.  1918-ci  ilin  aprelindən  Bakı  xalq  komissarları 
Sovetinin hərbi-donanma işləri üzrə xalq komissarı olmuşdur. Şaumyanla birlikdə 
hərbi komissar kimi Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilməsi və 
onların  məhz  erməni  əsgərlərindən  ibarət  olması  haqqında  qərar  qəbul  etmişdir. 
Türk-azərbaycanlı  qoşunlarının  Bakıya  hücumu  zamanı  şəhərin  müdafiəsinin 
təşkilatçılarından biri olmuşdur. 26 Bakı Komissarları sırasında güllələnmişdir.
22
Daşnaksütun  (İttifaq)  –  Erməni  milli-burjua  partiyası,  1890-cı  ildə  Tiflis-
də yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif təbəqələri, lider-
ləri  –  S.Zavaryan,  S.Zoryan  (Rostom),  Mikaelyan  və  d.  Yaradılarkən  partiyanın 
əsas  məqsədi  Türkiyə  ermənilərinin  azad  edilməsi  və  Türkiyə  ərazisində  müstəqil 
erməni  dövlətinin  yaradılması  ideyasında  ifadə  olunmuş,  bu  ideyanın  həyata 
keçirilməsi  uğrunda  bütün  mübarizə  üsulları,  silahlı  mübarizə  və  terror  da  daxil 
olmaqla, məqbul sayılmışdır. Birinci dünya müharibəsi dövründə çar hökumətinin 
militarist-hərbçi siyasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz 
cəbhəsi rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnaklar 
Osmanlı  imperiyasında  rus  çarizminin  nüfuzunun  agentləri  rolunu  oynamışlar. 
Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin “vahid, ümumi 
vətəninin” yaradılması ideyasını irəli sürməklə, silahlı çıxışlar və terror aktları yolu ilə, 
həmçinin qərb dövlətlərinin köməyi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, 
Türkiyənin  –  ərazıləri  hesabına  “Böyük  Ermənistan”  –  Xəzər  dənizindən  Aralıq 
dənizinədək  –  dövləti  yaratmağa  ümid  edirdilər.  1917-ci  il  Oktyabr  inqilabından 
sonra  Zaqafqaziya  Komissarlığının  və  Seyminin  yaradılmasında  iştirak  etmişlər. 
Partiyanın  Bakı  təşkilatının  öz  MK-sı  və  rus  dilində  “Vperyod”  çap  orqanı  var  idi. 
1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şurasının 50 üzvündən 17 
nəfəri  “Daşnaksütun”  partiyasının  nümayəndələri  olmuşdur.  Bakı  Kommunasının 
hakimiyyəti qurulan dövr S.Şaumyan başda olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 
1918-ci  ilin  mart  hadisələrində  birləşdirilmiş  qüvvələrlə  Bakı  və  Şamaxıda,  daha 
sonra Azərbaycanın digər qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 
1918-ci  ilin  may  ayında  Zaqafqaziya  dövləti  süqut  etdikdən  sonra  Ermənistan 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə