Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

251
hökumətini təşkil və ona başçılıq etmişlər. AXC dövründə  öz mövqeyini və təsirini 
itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrıca fraksiya ilə təmsil 
olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixdə Ermənistan Respublikasının ha-
kim partiyası olmuşdur. Ermənistan sovetləşdirildikdən sonra qeyri-leqal vəziyyətə 
keçmiş, üzvlərinin əsas hissəsi mühacirət etmişdir.
23
Şamaxı hadisələri nəzərdə tutulur. 1918-ci il 30 (18) mart Bakı hadisələri 
ilə demək olar ki, eyni vaxtda Şamaxı qəzasında azərbaycanlı qırğınları başlanmışdır. 
Şamaxı şəhəri iki dəfə - əvvəlcə Bakıdan göndərilmiş bolşevik-erməni qoşunları və 
yerli erməni və molokan əhalisindən ibarət hərbi birləşmələr tərəfindən irimiqyaslı 
hücuma məruz qalmış, şəhərinin müsəlmanlar yaşayan hissəsi əsasən yandırılmış, 
3  minə  yaxın  azərbaycanlı  əhali  vəhşicəsinə  qətlə  yetirilmiş  və  qarət  edilmişdir. 
Qırğınlardan  4  gün  sonra  İsmayıl  Xan  Ziyadxanovun  başçılıq  etdiyi  bir  neçə 
yüz  atlıdan  ibarət  Gəncə  qoşunları  Şamaxıya  köməyə  gəlmiş,  erməni-molokan 
dəstələri şəhəri tələsik tərk etmişlər. Gəncə qoşunları erməniləri təqib etmiş, onların 
qərargahının  yerləşdiyi  Mədrəsə  kəndində  onlarla  vuruşmuş,  ermənilər  molokan 
kəndi Qozlu-Çaya çəkilmişlər. İsmayıl Xanın molokanlarla ermənilər təhvil verilməsi 
və  müsəlmanlara  qarşı  hərbi  əməliyyatların  dayandırılması  haqqında  molokan-
larla apardığı danışıqlar nəticə verməmişdir. Bakıdan Şamaxıya böyük sayda hərbi 
sursat  və  yaxşı  silahlanmış  3  minlik  erməni  ordusunun  gəldiyini  öyrənən  İsmayıl 
Xan,  qoşunları  ilə  birgə  Şamaxını  tərk  etməyə  məcbur  olmuş,  Şamaxının  bütün 
müsəlman əhalisinə müvəqqəti olaraq şəhərdən çıxmağı məsləhət görmüş, əhalinin 
böyük hissəsi Gəncə qoşunları ilə birlikdə getmişdir. 1918-ci il aprel ayının təxminən 
10-da  Stepan  Lalayev,  Tatevos  Əmirov  və  d.  başçılıq  etdiyi  seçmə  erməni  hərbi 
birləşmələri  Şamaxıya  ikinci  dəfə  hücum  edərək  bütün  müsəlman  məhəllələrini, 
azərbaycanlıların  erməni  məhəlləsində  olan  evlərini,  şəhərdəki  bütün  13  məscidi, 
o cümlədən 800 illik tarixi olan məşhur Cümə məscidini, azərbaycanlılara məxsus 
bütün ticarət və mülki obyektlərini tamamilə yandıraraq qədim şəhəri xarabazarlığa 
çevirmişlər. Şəhərdə 5 min evdən yalnız 4-5 bina, o cümlədən erməni və rus kilsələri 
salamat qalmışdır. Minlərlə dinc azərbaycanlı əhali, o cümlədən qadınlar, uşaqlar, 
qocalar görünməmiş qəddarlıqla qətlə yetirilmiş, evlərində və sığınacaq tapdıqları 
məscidlərdə diri-diri yandırılmışlar. Şamaxı şəhərinin 21.127 min müsəlman əhalisinin 
8 min nəfərdən çoxu öldürülmüş, şəhərə və sakinlərə vurulan maddi zərər 1 milyard 
manatdan artıq təşkil etmişdir. Qırğınlar həmçinin Şamaxı qəzasının kəndlərini də 
əhatə etmiş, ümumilikdə 110 azərbaycanlı kəndi yandırılmış, dağıdılmışdır və ziyan 
çəkmişdir. Kəndlərdə yalnız hücumlar nəticəsində və əsirlikdə, 4359 nəfəri qadın və 
uşaq olmaqla, 10.341 min nəfər dinc sakin qətlə yetirilmişdir. Bir neçə ay dağlarda, 
meşələrdə,  çöllərdə  sərgərdanlıq  edən  kənd  əhalisi,  həmçinin  başqa  şəhər  və 
qəzalara üz tutmuş qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəlikdən ölənlərin 
sayı on minlərlə ölçülürdü. Şamaxının müsəlman kəndlərinin əhalisinə vurulan mad-
di zərər 607.167.420 rubl. təşkil etmişdir. 
24
Aleksandroviç  (Litovski)  Aley  Adamoviç  –  (1882-?),  hüquqşünas, 
milliyətcə litva tatarlarından. 1919-cu ilin sentyabrında Azərbaycan dairə Məhkəmə 
Palatasının andlı iclasçılar sırasına daxil edilmişdir. 5 dekabr 1918-ci ildə Məmməd 
Xan Təkinskinin məsləhəti ilə AXC Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-
siyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı qrupunda işləmişdir, Komissiyanın 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
252
yazışmalarını  aparmışdır,  dövlət  qulluğunda  işləməmişdir.  Komissiya  1919-cu  ilin 
noyabrında  ləğv  edilənədək  onun  tərkibində  qalmışdır.  Sovet  hakimiyyətinin  ilk 
illərində Ali Tribunal yanında İstintaq Komissiyasının üzvü olmuşdur. Sonrakı taleyi 
məlum deyil.
25
Qeyd Sovet hakimiyyəti dövründə edilmişdir.
26
Cəfərov Məmməd Yusif Hacıbala oğlu – (1885-1938), görkəmli ictimai-si-
yasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti sədrinin köməkçisi. 
Bakı kişi gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. IV 
Dövlət Dumasının deputatı, Rusiyada Fevral inqilabından sonra Müvəqqəti hökumət 
tərəfindən yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları 
qurultayının işində iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya 
Komissarlığında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman 
fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Müvəqqəti Milli 
Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci il tarixdə Azərbaycanın 
müstəqilliyi  haqqında  Akt  qəbul  etmiş  Azərbaycan  Milli  Şurasının  üzvlərindən 
biri.  Birinci  Azərbaycan  Hökumətində  ticarət  və  sənaye  naziri,  1918-ci  ilin  iyu-
nunda  hökumət  istefaya  getdikdən  sonra  Azərbaycanın  Gürcüstanda  diplomatik 
nümayəndəsi (iyun 1918-ci il – mart 1919-cu il). Dördüncü Azərbaycan Hökumətində 
Xarici  işlər  naziri.  1920-ci  ilin  fevralından  aprel  ayınadək  Azərbaycan  Parlamenti 
Sədrinin birinci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan son-
ra təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı şəhərində 
vəfat etmişdir.
27
Vəkilov  Məmməd  Ağa  Mustafa  Ağa  oğlu  –  (1862-1941),  maarifçi,  ic-
timai  xadim.  Qazax  qəzasının  Salahlı  kəndində  anadan  olmuş,  1883-cü  ildə  Qori 
gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori seminariyasında 
müəllim  işləmişdir.  Kutaisi  hərbi  Qubernatorluğunda  mülki  müşavir  rütbəsində, 
Qafqaz  Canişininin  dəftərxanasında,  hərbi-xalq  məsələləri  üzrə  İdarənin  Xüsusi 
şöbəsində  mülki  kollec  asessoru  rütbəsində  tərcüməçi  işləmişdir.  Qafqaz  canişini 
Vorontsovun təşəbbüsü ilə 20 fevral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman 
danışıqlarında  Qafqaz  türk-müsəlman  xalqlarının  nümayəndə  heyətinə  daxil  idi. 
1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş, 
birinci  dünya  müharibəsi  dövründə  müxtəlif  tədris  müəssisələrində  müəllimlik 
etmişdir.  1918-1920-ci  illərdə  Azərbaycan  Parlamentində  dəftərxana  müdiri 
olmuşdur.  Sovet  hakimiyyətinin  ilk  illərində  qızlar  gimnaziyasında  dərs  vermiş, 
təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.
28
İl düzgün göstərilməyib, 1921-ci il olmalıdır.
29
Şollar su kəməri – Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin 
Tağıyevin  təşəbbüsü  və  qismən  vəsaiti  ilə  tikilmişdir.  1899-cu  ildə  bu  məqsədlə 
Frankfurt-Maynda şəhərindən Avropa şəhərlərində su kəməri çəkilməsi sahəsində 
təcrübəsi olan tanınmış mühəndis Vilyam Lindley Tağıyev tərəfindən Bakıya dəvət 
edilmişdir.  Müəyyən  axtarışlardan  sonra  Lindley  Quba  ətrafında,  Şollar  kəndində 
şəhərin su təchizatı üçün tam kifayət edəcək çox saylı və bol sulu artezian quyuları 
olan su mənbəyi tapmışdır. 1904-cü ildə su kəmərinin tikintisi haqda qərar qəbul 
edilmiş,  işə  qubernatorluq  və  şəhər  duması  da  cəlb  olunmuş  və  yalnız  Rusiya 
imperiyası  nazirlər  şurası  tərəfindən  1909-cu  ilin  sonlarında  Bakı  su  kəmərinin 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə