Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə103/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

257
47
İran  təbəələri,  etnik  türklər  -  azərbaycanlılar  nəzərdə  tutulur.  XIX  əsrin 
ortalarından başlayaraq İranın Azərbaycan vilayətlərindən kütləvi surətdə Qafqaza 
iş dalınca gəlirdilər.
48
Hacı-İrzayev  Abbas  Əli  bəy  –  (?-?),  hüquqşünas,  dövlət  qulluğunda 
işləməyib. 1919-cu il 27 yanvardan AXC hökuməti tərəfindən yaradılmış Fövqəladə 
Təhqiqat  Komissiyasının  tərkibinə  daxil  edilmiş,  Komissiyanın  işinin  azalması  ilə 
əlaqədar  1  may  1919-cu  il  tarixdən  FTK  üzvlüyündən  azad  olunmuşdur.  Sonrakı 
taleyi məlum deyil.  
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
258
İNZİBATİ-COĞRAFİ ADLARIN 
GÖSTƏRİCİSİ 
Afurca
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Giləzi kənd inzibati-ərazi dairəsinə daxildir.
Ağa-Rəhim-oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek  
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun  Qasım  Qışlaq  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
 Ağasıbəyli
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Taqay 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Ağ-Yazı 
(Ağyazı Buduq)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Buduq 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hacıbəyli kənd inzibati-ərazi dairəsinə daxildir.
Alpan
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Amsar
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Andrey-Abad
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Aygünlü 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Aşağı Əlik (Əlik)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Aşağı Xuc
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba rayonunun Xucbala  kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Aşağı Quşçu (Köhnə 
Quşçu)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Quşçu 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun Ərziküş kənd inzibati-ərazi dairəsinə daxildir.
Aşağı Zeyxur (Aşağı 
Zeyxur
- Orta оbа, Оrtаоbа) - Quba qəzasında kənd,  Müşkür po-
lis nahiyəsinin eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz 
qalıb. Hazırda Xaçmaz rayonunun Yalama kənd inzibati-ərazi 
dairəsinə daxildir.
 Aşağı-Çiçi
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  Çiçi 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Çiçi kənd inzibati-ərazi dairəsinə daxildir.


259
Aşağı-Ləgər
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Avaran
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı  
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Aygünlü
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Gəndov  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Babaşlu
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Xaçmaz 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Bakı
-  Zaqafqaziya  diyarının  quberniya  (vilayət)  şəhəri,    Bakı 
quberniyası  Bakı  qəzasının  mərkəzi.  1723-cü  ildə  uzun 
sürən  mühasirədən  sonra  admiral  Matyuşkinin  eskad-
rasına təslim  olmuş  və  Rusiyaya  birləşdirilmiş,  1735-ci  ildə 
yenidən İrana verilmişdir. Bakı xanları tərəfindən idarə olu-
nurdu. 3 oktyabr 1806-cı ildə  Bakı rus qoşunları tərəfindən 
işğal olunduqdan sonra əvvəlcə qəza, 1859-cu ildə isə qu-
berniya  şəhəri  olmuşdur.  1918-ci  ilin  mart  ayında  talan-
lara  məruz  qalmışdır.  1918-1920-ci  illər  Azərbaycan  Xalq 
Cümhuriyyətinin,  1920-1991-ci  illər  Azərbaycan  Sovet  So-
sialist  Respublikasının  paytaxtı  olmuşdur.  1991-ci  ildən  – 
Azərbaycan Respublikasının paytaxtıdır.
Bakı Quberniyası
-  1859-1920-ci  illərdə  Rusiya  imperiyasında  inzibati  vahid, 
şimalda Dağıstan vilayəti, qərbdə – Yelizavetpol quberniyası, 
cənubda  –  İran  ilə  həmsərhəd  idi.  1813-cü  ildə  Gülüstan 
müqaviləsinə əsasən Rusiyanın tabeliyinə keçmiş sabiq Bakı, 
Şamaxı, Quba və Lənkəran xanlıqlarının, sonradan eyniadlı 
əyalətlər, daha sonra qəzalar adlandırılan əraziləri əhatə ed-
irdi. Zaqafqaziya üzrə 10 aprel 1840-cı il tarixli İnzibati isla-
hat qanununa əsasən Bakı, Dərbənd, Quba, Lənkəran, Nuxa, 
Şamaxı,  Şuşa  qəzaları  yeni  təşkil  olunmuş  Xəzər  vilayətinə 
daxil  edilmişlər.  1846-cı  ildə  Zaqafqaziyanın  quberniyalara 
bölünməsinə dair  yeni inzibati bölgü aparılmış və göstərilən 
qəzalar, Quba qəzası istisna olmaqla, Şamaxı quberniyasına  
daxil edilmişlər. 
Quberniyanın  mərkəzi  Şamaxı  şəhəri  idi.  Quba  qəzası 
Dərbənd  quberniyasına    daxil  olmuşdur.  Şamaxı  şəhəri  
30  may  1859-cu  il  tarixdə  baş  vermiş  zəlzələ  nəticəsində 
dağıldıqdan  sonra  quberniyanın  mərkəzi  Bakı  şəhərinə 
köçürülmüş,  Şamaxı  quberniyası  Bakı  quberniyası  adlan-
mağa başlanmışdır.
İnzibati-coğrafi adların göstəricisi


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə