Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
260
1860-cı  ilin  mayında  Quba  qəzası  Bakı  quberniyasının 
tərkibinə daxil edilmişdir.  1867-ci ildə Nuxa və Şuşa qəzaları 
yeni  yaradılmış  Yelizavetpol  quberniyasına  daxil  edilmişdir. 
1918-ci ildə Bakı quberniyasına 6 qəza daxil idi: Bakı, Göyçay, 
Cavad,  Quba,  Lənkəran,  Şamaxı.  Bakı  quberniyası  1920-ci 
ildə ləğv olunmuşdur.
Bayoba
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Hacı-Qaib-Qışlaqı cəmiyyətinə daxil idi, talana məruz qalıb. 
Hazırda  Xaçmaz  rayonunun  Hacıəlibəy  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Bəbəli
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Xaçmaz 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun  Müşkür kənd inzibati-ərazi dairəsinə daxildir.
Bəy Qışlaq
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Biləcəri
-  Bakı  qəzasında  kənd,  Bakı  şəhər  polis  idarəsinin  6-cı 
nahiyəsinin eyniadlı kənd cəmiyyətə daxil idi, talana məruz 
qalıb.  Hazırda  Bakı  şəhərinin  eyniadlı  qəsəbə  inzibati-ərazi 
dairəsinə daxildir.
Boyat
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd 
mövcud deyil.
Böyük Muruq
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Düztahir  
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Əcəxur kənd inzibati-ərazi dairəsinə daxildir.
Buduq
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Bur-Bur 
(Bor-Bor)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Aygünlü 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(köhnə  Dəvəçi)  rayonunun  Rəhimli  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Bur-Qala 
(Bədir-Qala)
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həsən Qala 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Bala Qusar kənd inzibati-ərazi dairəsinə daxildir.
Cağatay (Cığatay)
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Cağatay 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Canaxır
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Hülövlü 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun  Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.


261
Canaxır (Canafir – 
Qışlaq)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Cek (Yuxarı Cek)
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Hacı Qaib Qışlaqlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. 
Hazırda Quba rayonunun Əlik kənd inzibati-ərazi dairəsinə 
daxildir.
Cek
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Əlik kənd inzibati-ərazi dairəsinə daxildir.
Cibir
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Həzrə 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalmayıb,  bəzi  sakin-
ləri Qubada öldürülüb. Hazırda Qusar rayonunun Piral kənd 
inzibati-ərazi dairəsinə daxildir. 
Cimi
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun  Qonaqkənd  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Çaxçaxlı
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xudat 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun  Susayqışlaq  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Çaxmaqlı
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cığatay 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Çarxana
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Sədan 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Siyəzən 
rayonunun Sədan kənd inzibati-ərazi dairəsinə daxildir.
Çarxı (Çarxıkənd)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Çətgün
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Kuzun 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun  Zindanmuruq  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Çiləgir
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Nərəcan 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Nərəcan kənd inzibati-ərazi dairəsinə daxildir.
Çiləgir-qışlaq 
(Çiləgir) 
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Avaran 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Urva kənd inzibati-ərazi  dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
262
Çinar-Tala
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qusarçay 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Çuxur-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qımılqışlaq kənd inzibati-ərazi dairəsinə daxildir.
Daşdı-Yataq 
(Daşlı Yataq)
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin İsnov 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Ağalıq  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Dədəli
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Dəndəlik
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Dərbənd
- Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra 
dağları arasında yerləşir. Dünyanın ən qədim şəhərlərindən 
biri, onun “Xəzər qapıları” olan ən qədim adı ilk dəfə e.ə.VI 
əsrdə çəkilir. Hazırda Rusiya Federasiyasının  şəhər statusu 
daşıyan ən cənub yaşayış məntəqəsidir.
Dərə Zarat 
(Dərəzarat)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Sədan 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun Beşdam kənd inzibati-ərazi dairəsinə daxildir.
Dəvəçi-Bazar
-  Quba  qəzasında  kənd,  eyniadlı  polis  nahiyəsinin  Dəvəçi 
cəmiyyətinə  daxil  idi, talana məruz qalıb. Sonralar Dəvəçi 
(indi – Şabran)  şəhəri ilə  birləşib.
Digah
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Al-
pan cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Quba 
rayonunun Amsar kənd inzibati-ərazi dairəsinə daxildir.
Diviçi – (Dəvəçi)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Şəhər kimi, Quba 
qəzasının  1930-cu  ildə  rayonlara  bölündüyündən  sonra 
yaranmış,  eyniadlı  rayonun  mərkəzi  olmuşdur.  14  aprel 
2010-cu ildə rayon və şəhərin adları  müvafiq olaraq Şabran 
rayonu və Şabran şəhərinə dəyişdirilib.
Düstahir (Duztayır)
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Eynibulaq
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Əlixanlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə