Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə106/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

265
Xaçmaz (Köhnə)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Müşkür kənd inzibati-ərazi dairəsinə daxildir.
Xaçmaz (Yeni)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xaçmaz 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  şəhər, 
Quba  qəzası  rayonlara  bölündükdən  sonra  1930-cu  ildə 
yaradılmış  eyniadlı rayonun inzibati mərkəzi. 
Xanlıq-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Çarxı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Çarxı kənd inzibati-ərazi dairəsinə daxildir.
Xaspolad (Xasbulat)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xaçmaz 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə daxildir.
Хəlilli (Xəlillər)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Quşçu 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Çölquşçu  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Xırdalan
-  Bakı  qəzasında  kənd,  Bakı  şəhər  dairəsinin  6-cı  polis 
nahiyəsinin  eyniadlı  cəmiyyətinə  daxil  idi,  talana  məruz 
qalıb.  1936-cı  ildən  şəhər  tipli  qəsəbə,  2006-cı  ildə  şəhər 
statusu almışdır. Hazırda Azərbaycan Respublikası Abşeron 
rayonunun inzibati mərkəzi.
Xırda-Oymaq
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Çarxı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Ağalıq  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Xuc-Bala
-  Quba  qəzasında  kənd,  5-ci    Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Xudat
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Xudat şəhər inzibati-ərazi dairəsinə daxildir.
Xudat-Stansiya
-  Vladikavkaz  dəmiryolunda  stansiya  və  Quba  qəzasında 
stansiyanın  ətrafında  eyniadlı  kənd.  Müşkür  polis  nahi-
yəsinin  Xaçmaz  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb. 
Hazırda Xudat şəhəri ilə birləşib.
Xürəl
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Avaran 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Avaran kənd inzibati-ərazi dairəsinə daxildir.
Xаçmaz-Stansiya
-  Vladiqafqaz  dəmiryolunda  stansiya  və  Quba  qəzasında 
stansiyanın  ətrafında  eyniadlı  kənd,  talana  məruz  qalıb. 
Hazırda Xaçmaz şəhərinə birləşib.
İnzibati-coğrafi adların göstəricisi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
266
İqrığ
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda 
Quba rayonunun Alekseyevka kənd inzibati-ərazi dairəsinə 
daxildir.
İlxıçı-Каzennı
- (İlxıçı Həsən Əfəndi) Quba qəzasında kənd,  Müşkür po-
lis nahiyəsinin Cağatay cəmiyyətinə daxil idi, talana məruz 
qalıb.  Hazırda  Xaçmaz  rayonunun  Niyazoba  kənd  inzibati-
ərazi dairəsinə daxildir.
İmamqulu 
(İmamqulukənd) 
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar  
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
İspat-oba
-  Quba  qəzasında  kənd,    Müşkür  polis  nahiyəsinin  Xudat 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyil.
İspik
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Möhüc  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda 
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-
xildir. 
Kelva -Kilvar
-  Quba  qəzasında  erməni  kəndi,  Dəvəçi  polis  nahiyəsinin 
eyniadlı  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalmayıb. 
Hazırda  Şabran  (keçmiş  Dəvəçi)  rayonunun  Pirəbədil  kənd 
inzibati-ərazi dairəsinə daxildir.
Kolanı
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Taqay 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun Yenikənd kənd inzibati-ərazi dairəsinə daxildir.
Konstantinopol
-  şəhər,  İstanbulun  tarixi  adı,  330-395-ci  illərdə  Rum,  395-
1204-cü və 1261-1453-cü illərdə Bizans, yaxud Şərqi Rum, 
1204-1261-ci  illərdə  Latın  və  1453-1922-ci  illərdə  Osmanlı 
imperiyalarının  paytaxtı  olmuşdur.  Şəhərin  adları–Vizantiy, 
Yeni Rim (patriarxın titulunun tərkibinə daxildir), Konstanti-
nopol, Sarqrad (slavyanlarda) və İstanbul. “Konstantinopol” 
adı müasir yunan, “Sarqrad” – cənub slavyan dillərində qoru-
nub saxlanıb. Rəsmi olaraq 1930-cu ildə Atatürkün islahatları 
zamanı İstanbul adlandırılıb.
Köhnə Xudat
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.                       
Köhnə İqrığ (Əski 
İqrığ) 
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Am-
sar cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Quba 
rayonunun Quba şəhər inzibati-ərazi dairəsinə daxildir.


267
Kuzun
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun  Zindanmuruq  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Kümen-Qışlaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Küpçal
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Üçgün  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda 
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Qafqaz
-  Avropa  və  Asiya  qitələrinin  sərhəddində,  Qara,  Azov  və 
Xəzər dənizləri arasında yerləşən coğrafi region.
Böyük Qafqaz sıra dağları bölgəni Şimali Qafqaz (Ön Qaf-
qaz) və Cənubi Qafqaza (Zaqafqaziya) ayırır. Şimali Qafqaz, 
Gürcüstana  mənsub  olan  bir  neçə  dərə  istisna  olmaqla, 
bütünlüklə Rusiya Federasiyasının tərkibinə daxildir. Cənubi 
Qafqaz Azərbaycan, Ermənistan və Abxaziya və Cənubi Ose-
tiya da daxil olmaqla Gürcüstan arasında bölünmüşdür. 
Qarabaği (Qarabağlı)  - Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Cığatay 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Niyazoba kənd inzibati-ərazi dairəsinə daxildir. 
Qaracəllı
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Xaçmaz 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Əhmədoba kənd inzibati-ərazi dairəsinə daxildir.
Qara-Çay
  -  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Hacı-Qaib Qışlaq cəmiyyətinə daxil idi, talana məruz qalıb. 
Hazırda Quba rayonunun Birinci Nügədi kənd inzibati-ərazi 
dairəsinə daxildir.
Qaraçaylı
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Çarxı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Ağalıq  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Qaraçı
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Qaraqur-
dlu cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qaraqaşlı
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Quşçu 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə