Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   104   105   106   107   108   109   110   111   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
272
Seyidlər
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xudat 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Köhnə - Xudat kənd inzibati-ərazi dairəsinə da-
xildir.  
Sədan
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin    eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Siyəzən 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Sincanboyad
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonu  Təzəkənd  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Siyəzən 
(Qara Siyəzən və 
Ağ Siyəzən)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Siyəzən 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Sonradan  iki 
kənd  birləşdirilərək  1940-cı  ildə  yaradılmış  eyniadlı  rayo-
nun  mərkəzi  olmuşdur.  1959-cu  ildə  Siyəzən  rayonu  ləğv 
olunmuş  və  yenidən  Dəvəçi  rayonunun  tərkibinə  daxil 
edilmişdir. 1992-ci ildə rayon bərpa olunmuşdur. Hazırda – 
şəhər, Azərbaycan Respublikası Siyəzən rayonunun inzibati 
mərkəzidir. 
Söhüb
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Sühüb 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Rük kənd inzibati-ərazi dairəsinə daxildir.
Sumqayıt
-  Bakı  qəzasında  kənd,  Saray  polis  nahiyəsinin  Pirəkəşkül 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  1949-cu  ilin 
noyabrında  şəhər  statusu  verilib.  Hazırda  –  Azərbaycan 
Respublikasında  şəhər.
Surra
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əmirxanlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keşmiş  Dəvəçi)  rayonunun  şəhər  inzibati-ərazi  dairəsinə 
daxildir.
Susay
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə dax-
ildir.
Suvazlı
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Şamaxı şəhər. 
Qədim adları
- Şarvan, Aşşmax, Şirvan, Şah-Mah. VIII-XVI əsrlərdə Şirvan-
şahlar  dövlətinin    paytaxtı,    XVIII—XIX    əsrlərdə    Şirvan  
(Şamaxı)       
xanlığının  paytaxtı.  1840-cı  ildən  1846-cı  ilədək  Xəzər 
vilayətinin,  1859-cu  ilədək  Şamaxı  quberniyasının  inzibati 
mərkəzi.  Hazırda  şəhər,  Azərbaycan  Respublikasında  eyni 
adlı rayonun inzibati mərkəzi.


273
Şıxlar
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Qıraqlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qımılqışlaq kənd inzibati-ərazi dairəsinə daxildir.
Şirvan
-  Cənubi  Qafqazda,  Xəzər  dənizinin  qərb  sahilində  tarixi 
vilayət və dövlət, şimalda Dərbənddən başlayaraq cənubda 
Kür  çayının  deltasına  qədərki  sahədə  yerləşirdi.  Hazırda 
Azərbaycanın ərazisinin bir hissəsi. 799-1538-ci illərdə Şirvan 
bir neçə şirvanşahlar sülaləsi tərəfindən idarə olunub. Paytaxtı 
–  Şamaxı  şəhəri.  1948-ci  ildə  Şirvanın  ərazisində  Şirvan 
(Şamaxı) xanlığı yaranıb, 1813-cü ildə Gülüstan müqaviləsinə 
əsasən Rusiya imperiyasının tərkibinə daxil edilib və əyalətə 
çevrilib.  1840-cı  ildə  qəza  qismində  yeni  təşkil  olunmuş 
Xəzər  vilayətinə  daxil  edilib,  1846-cı  ildə  Şamaxı  şəhəri 
paytaxt olmaqla eyniadlı quberniyaya çevrilib. 1859-cu ilin 
mayında baş verən zəlzələdən sonra quberniyanın paytaxtı 
Bakı  şəhərinə  köçürülərək  Bakı  quberniyası  adlandırılıb. 
Şamaxı  qəza  qismində  Bakı  quberniyası  tərkibində  qalıb. 
1930-cu ilin avqustunda Şamaxı qəzası eyniadlı rayona çev-
rilib. Hazırda – Azərbaycan Respublikasında rayon. 2009-cu 
ildə  qədim  Şirvanın  Ərəbşahverdili  (sonradan  –  Zubrovka) 
kəndi ərazisində 1954-cü ildə yaradılmış Əlibayramlı şəhəri 
Şirvan adlandırılmışdır.
Şollar
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xudat 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun  Susayqışlaq  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Tahircal (Yeni Tarcal)
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalmayıb. Əhali silahla 
müdafiə  olunub,  bəzi  sakinləri  Quba  şəhərində  öldürülüb. 
Hazırda  Qusar  rayonunun  Samur  qəsəbə  inzibati-ərazi 
dairəsinə daxildir.
Talabi
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Talabiqışlaqkənd inzibati-ərazi dairəsinə daxildir.
Təkə (Təkə-Şıxı)
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
Möhüç cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu 
kənd  mövcud deyildir.
Tuğay (Tağay)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun Yenikənd kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
274
Türkiyə
- bir hissəsi Asiyanın cənub-qərbində, digər hissəsi cənubi 
Avropada yerləşən dövlət. Rəsmi adı – Türkiyə Respublikası. 
1920-ci  ildə  Osmanlı  imperiyasının  süqutu,  monarxiyanın 
devrilməsi və türk etnosunun üstünlük təşkil etdiyi ərazinin 
türk  milli  dövlətinə  çevrilməsi  nəticəsində  yaranmışdır. 
Ölkənin  əsas  hissəsi  Qara  və  Aralıq  dənizləri  arasındakı 
Anadolu  yarımadasının  (Kiçik  Asiya  yarımadası)  payına 
düşür.  Şərqdə  Azərbaycan,  Gürcüstan,  Ermənistan  və  İran, 
cənubda  İraq  və  Suriya,  qərbdə  Yunanıstan  və  Bolqarıstan 
ilə həmsərhəddir.
Ukur-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Üçgün 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Yalama kənd inzibati-ərazi dairəsinə daxildir.
Urva
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Avaran 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Ustacalilli (Ustarcal-
Ustacallı-)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqurd-
lu cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun  Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Uzunqışlaq-Boyat 
(Uzunboyat)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Rəhimli  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Üçgün (Üçgün 
Qışlaqlı)
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba  rayonunun  Kupçal  kənd  inzibati-ərazi  dairəsinə  da-
xildir.
Yalama
-  Vladikavkaz  dəmiryolunda  stansiya  və  Quba  qəzasında 
stansiyanın  ətrafında  eyniadlı  kənd.  Müşkür  polis  nahi-
yəsinin  eyniadlı  cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb. 
Hazırda  Xaçmaz  rayonunun  eyniadlı  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Yasab
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Yenikənd – 
(Yeni-kənd)
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba rayo-
nunun Tüləkəran kənd inzibati-ərazi dairəsinə daxildir.
Yergüc
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Yəhudi qəsəbəsi 
(Qırmızı qəsəbə)
  -  Quba  şəhərində  dağ  yəhudilərinin  kompakt  yaşadıqları 
qəsəbə.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə