Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

253
tikintisi üçün 27 milyon rubl məbləğində beş faizli istiqrazların buraxılması haqda 
qərar qəbul edildikdən sonra layihə təsdiq edilmişdir. 1911-ci ildə kəmərin birinci 
növbəsinin tikintisinə başlanmış, Bakı neft sənayeçiləri H.Z.Tağıyevdən ibrət alaraq 
bu işə böyük məbləğdə pullar ayırmışlar. 1916-cı ilin sonlarında Bakıyadək 175 km. 
uzunluğunda  saxsı  borulardan  ibarət  yeraltı  su  kəmərinin  tikintisi  başa  çatmışdır. 
Şollar su kəməri 1917-ci ilin yanvar ayında istifadəyə verilmiş, bu hadisə şəhərdə 
təntənə ilə qeyd olunmuşdur.  
30
Novruz  Bayramı  –  Türk  və  İran  xalqlarında  bahar  bayramı  və  yeni  ilin 
başlanması.  Fars  dilindən  tərcümədə  “yeni  gün”  deməkdir.  Astronomik  yazın 
başlandığı,  gecə-gündüz  bərabərliyi  günündə  (martın  20-si,  21-i  və  ya  22-də) 
keçirilir: Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Türkiyə və 
Özbəkistanda,  habelə  Qazaxıstanda,    Tacikistanda  və  Qırğızıstanda  dövlət  səviy-
yəsində, Tatarıstanda, Başqırdıstanda və Rusiya Federasiyasının digər muxtar dövlət 
qurumlarında yerli səviyyədə bayram edilir.
31
Bakı hadisələri – 1918-ci ilin mart ayında Bakı və onun ətraf kəndlərində 
baş vermiş kütləvi talanlar nəzərdə tutulur. Bolşevik-erməni birləşmələri və qismən 
Bakının erməni əhalisi tərəfindən 3 gün ərzində (30 mart axşamından 2 aprelədək) 
törədilmiş  azərbaycanlı  qırğınları  nəticəsində  12  mindən  çox  dinc  əhali  -  əsasən 
azərbaycanlılar  –  həlak  olmuşdur.  Müsəlman  məhəllələrində  on  minlərlə  ev, 
müsəlmanlara  məxsus  sənaye,  mülki,  ticarət  obyektləri,  habelə  azərbaycanlıların 
sosial-mədəni və mənəvi-dini mərkəzlərini təcəssüm edən bir çox binalar yandırılmış 
və talan edilmişdir. Şəhərin müsəlman əhalisinə vurulan maddi zərər bir neçə yüz 
milyon rubl təşkil etmişdir.
32
1905-ci  il  –  1905-ci  ilin  fevral  ayında  Bakıda  erməni  və  müsəlman 
(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz ərazisini 
əhatə  edərək  erməni-müsəlman  qırğınlarına  çevrilən  silahlı  toqquşmalar  nəzərdə 
tutulur.  1905-1907-ci  illərdə  Bakı,  Yelizavetpol  və  İrəvan  quberniyalarında  158 
azərbaycanlı  və  128  erməni  kəndi  dağıdılmış,  müxtəlif  hesablamalara  görə  Bakı, 
Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 
3 mindən 10 minədək insan, o cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.  
33
Manuylov Matvey Aleksandroviç – (? - ?), Quba şöbəsi barışdırıcı haki-
min köməkçisi, Şabran istintaq bölməsinin rəisi. 1918-ci ilin aprelində D.Gelovaninin 
dəstəsi  ilə  danışıqlar  aparmaq  üçün  Quba  ictimaiyyəti  tərəfindən  göndərilmiş 
nümayəndə heyətinin tərkibində olmuşdur. Gelovaninin dəstələri Quba şəhərindən 
geri çəkilərkən şəhəri tərk etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il 
tarixli qərarına əsasən 1918-ci ilin 1 iyul tarixindən vəzifəsindən və xidmətdən azad 
edilmişdir. Sonrakı taleyi məlum deyildir.
34
Bağırov  Mir  Cəfər  Abbas  oğlu  –  (1895-1956),  nəzərdə  tutulur. 
Azərbaycanın  tanınmış  dövlət  xadimi,  Azərbaycanın  və  Azərbaycan  SSR-in  xüsusi 
xidmət orqanlarının rəhbəri, Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi Komitəsinin 
1-ci katibi (1933-1953), Sov. İKP MK Rəyasət heyətinə üzvlüyə namizəd (1953). Quba 
şəhərində kəndli ailəsində doğulmuşdur. Kənd məktəbində müəllim işləmişdir. Onun 
tərcümeyi-halında 1917-1918-ci illər haqqında məlumatlar ziddiyyətlidir, öz dediyinə 
görə, 1917-ci ildə ÜKP (b) sıralarına daxil olmuş və Quba İnqilab Komitəsi sədrinin 
müavini olmuşdur. Hərçənd məlumdur ki, bu vaxt o, Quba şəhərinin ikinci (yəhudi) 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
254
hissəsinin milis rəisi, sonra isə Zaqafqaziya Seyminə tabe olan Qəza komissarının 
köməkçisi olmuşdur. Amma, artıq 1918-ci ilin martında onun adı Fövqəladə Təhqiqat 
Komissiyasının Quba hadisələrinə aid sənədlərində həm Gelovani, həm də Amaza-
spla əməkdaşlıq edən “bolşevik” kimi çəkilir. Bağırovun etirafına görə, o, həqiqətən 
həmin hadisələrin qeyri-ixtiyari iştirakçısı olmuşdur. Ehtimal olunur ki, Amazaspın 
dəstələrinin  vəhşilikləri  barəsində  onun  tərəfindən  Caparidzeyə  göndərilən  tele-
qram  Quba  qəzasında  müsəlman  qırğınlarının  dayandırılmasında  müəyyən  rol 
oynamışdır. 1918-ci ildə Qubadan gedərək bolşeviklərin sıralarına qoşulmuş, 1919-
cu ildə S.M.Kirovun başçılığı ilə Həştərxan üsyanının yatırılmasında iştirak etmişdir. 
Azərbaycana sovet hakimiyyəti qurulduqdan sonra qayıtmış, 1920-ci ildə Qarabağ 
vilayətinin İnqilab komitəsinin sədr müavini, sonra Azərbaycan atıcılıq diviziyasının 
hərbi  komissarı,  Azərbaycan  atıcılıq  diviziyasının  Hərbi Tribunalının  sədri  və  11-ci 
Ordunun Hərbi tribunalının sədr müavini olmuşdur. 1921-1930-cu illərdə Az.DİXK 
Azərbaycan  Fövqəladə  Komitəsi  -  Dövlət  Siyasi  İdarəsinin  sədri,  Daxili  İşlər  xalq 
komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini (təsərrüfat 
sahəsində işlədiyi 1927-1929-cu illərdəki fasilə nəzərə alınmaqla ) olmuşdur. 1932-ci 
ildən – Azərbaycan SSR XKS-nin sədri. 1933-cü il 15 dekabr tarixdə Azərbaycan KP 
MK-nın və partiyanın Bakı şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1940-cı ilə qədər 
Bağırov tərəfindən Azərbaycanda həyata keçirilmiş Stalin repressiyaları nəticəsində 
on minlərlə azərbaycanlı və digər millətlərin nümayəndələri həlak olmuşdur. 1937-
1953-cü illərdə ÜK(b)P MK-nın üzvü (1934-cü ildən namizəd olmuşdur), 6 mart-7 
iyul 1953-cü il tarixdə Sov.İKP MK Rəyasət heyəti üzvlüyünə namizəd, 1953-cü il 6 
aprel tarixdə Az.KP birinci katibi vəzifəsindən azad edilmiş, Azərbaycan SSR Nazirlər 
Sovetinin sədri seçilmişdir (avqust ayına qədər). Beriya həbs edildikdən sonra, Sov.
İKP  MK-nın  iyul  Plenumunda  (1953-cü  il)  ona  qarşı  tənqidlə  çıxış  etmişdir.  Buna 
baxmayaraq, Sov.İKP MK-nın tərkibindən və Sov.İKP MK Rəyasət heyətinə üzvlüyə 
namizədlikdən azad edilmişdir. 1953-cü ilin oktyabrında SSRİ Neft Sənayesi Nazirliyi 
“Kuybışevneft” birliyinin rəis müavini təyin edilmişdir. 13 mart 1954-cü il tarixdə Sov.
İKP MK yanında PNK-nın qərarı ilə partiyadan və Sov.İKP MK üzvlüyündən çıxarılmış 
və həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 26 aprel 1956-cı il 
tarixli qərarı ilə sosialist qanunçuluğunu pozduğuna görə ölümə məhkum edilmişdir. 
Sov.İKP MK Rəyasət Heyəti 7 may 1956-cı ildə bu qərarla razılaşmış, 12 may 1956-
cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti onun əfv edilməsi haqqında ərizəsini rədd 
etmişdir. 26 may 1956-cı ildə güllələnmişdir.
35
Estman  Eduard  Lüdviqoviç  –  (?-?),  barışdırıcı  hakimin  köməkçisi,  Quba 
qəza istintaq sahəsinin rəisi. Gelovaninin dəstələri Qubadan gedərkən şəhəri tərk 
etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən 1 iyul 
1918-ci il tarixdən vəzifədən və xidmətdən azad edilmişdir. Sonrakı taleyi məlum 
deyildir.
36
Caparidze  Prokofiy  (Alyoşa)  Apraksionoviç  –  (1880–1918),  tanınmış 
bolşevik xadimi, 1917-ci il Fevral inqilabından sonra RSDFP Bakı Komitəsinin və Bakı 
fəhlə  və  əsgər  deputatları  sovetinin  tərkibinə  daxil  olmuşdur.  1917-ci  ilin  iyulun-
da RSDFP-nın VI qurultayında Bakı bolşevik təşkilatından nümayəndə. 1917-ci ilin 
sentyabrında Bakı neft sənayesi fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. 1917-
ci il dekabr ayından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci il yanvar 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə