Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə98/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

247
dəstələrinə qarşı silahlı müqavimətin təşkil edilməsində fəal rol oynamışdır. 1918-
ci il Quba hadisələrini təhqiq edən Fövqəladə Təhqiqat Komissiyasının işində fəal 
iştirak etmiş, özü ətraflı şəhadət vermişdir. Sovet hakimiyyətinin ilk günlərində həbs 
edilmiş,  bütün  mülkiyyəti  müsadirə  olunmuş,  lakin  özü  az  sonra  azad  edilmişdir. 
1929-cu ildə “keçmiş qolçomaq” kimi seçki hüququndan məhrum edilmiş, lakin ay 
yarımdan sonra hüququnun bərpa edilməsinə nail olmuşdur. Quba qəzasında vəkil 
fəaliyyəti ilə məşğul olmuş, həbs olunana qədər Azərbaycan Sovet Respublikasının 
Müdafiəçilər Kollegiyasının üzvü olmuş, Az.SSR Ədliyyə Xalq Komissarlığı sistemində 
bütün  “təmizləmə”  proseslərindən  keçmişdir.  6  avqust  1937-ci  il  tarixdə  Az.DİXK 
Quba  Rayon  Şöbəsi  tərəfindən  həbs  edilmiş,  antisovet  təbliğat  aparmaqda  itti-
ham olunmuşdur. Özünü müqəssir bilməmişdir. 26 avqust 1937-ci il tarixdə Az.SSR 
DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzaya-güllələnməyə məhkum edilmişdir. 
Ölümündən sonra bəraət almışdır.
11
Xanbudaqov Əyyub bəy Şirin bəy oğlu  –  (1893-1937), Gəncədə bəy ailəsində 
anadan olmuş, orada ibtidai təhsil almışdır. Bakı dənizçilik məktəbini bitirdikdən sonra 
sərnişin gəmisində xidmət etmişdir. AXC hakimiyyəti dövründə Ədliyyə Nazirliyində 
tərcüməçi işləmiş, Quba şəhərinin və Quba qəzasının talan edilməsi haqqında cinayət 
işini araşdıran FTK istintaq qrupunun üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti 
qurulduqdan  sonra  sürətlə  yüksək  siyasi  mənsəblərə  çatmışdır.  19  oktyabr  1920  - 
19 fevral 1921-ci il tarixdə Azərbaycan Fövqəladə  Komitəsinin (FK) sədri olmuşdur. 
Nəriman  Nərimanovun  tövsiyəsi  ilə  1921-ci  ildə  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi Komitəsinin sədri seçilmişdir. Moskva Akademiyasını bitirdikdən sonra Za-
qafqaziya Sosialist Federativ Sovet Respublikasına (ZSFSR) işə göndərilmiş, 1936-cı 
ilədək Yüngül Sənaye Xalq Komissarının müavini, habelə Daxili Ticarət Xalq Komissarı 
vəzifələrində  işləmişdir. 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra “Azərittifaq”ın sədr 
müavini olmuşdur. 19 dekabr 1936-cı ildə millətçilikdə ittiham olunaraq Azərbaycan 
Daxili İşlər Xalq Komissarlığı tərəfindən həbs edilmişdir. 23 iyul 1937-ci ildə SSRİ Daxili 
İşlər Xalq Komissarlığının fövqəladə yığıncağında 5 il müddətinə azadlıqdan məhrum 
edilmiş, sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il ta-
rixli səyyar sessiyasında qəbul edilmiş qərarı ilə ölümə məhkum edilmişdir. SSRİ Ali 
Məhkəməsinin 26 dekabr 1957-ci il tarixli qərarı ilə ölümündən sonra bəraət almışdır.
12
Zizikski  Əli  bəy  Harun  bəy  oğlu  –  (1876-1929),  AXC  dövrü  milli-
azadlıq  hərəkatının  fəal  iştirakçılarından  biri,  Azərbaycan  Parlamentinin  üzvü. 
Quba  qəzasında  tanınmış  bəy  nəslindən,  iri  mülkədar,  keçmiş  çar  zabiti,  Quba 
ictimaiyyətinin görkəmli nümayəndələrindən biri, Fevral inqilabından sonra Quba 
qəzasının komissarı. Bu dövr Az.SSR-in gələcək rəhbəri M.C.Bağırova himayədarlıq 
edərək onu Quba şəhərinin 2-ci hissəsinin komissarı, sonra isə öz köməkçisi təyin 
etmişdir.  Qəzanın  ictimai-siyasi  həyatında  fəal  rol  oynamış,  “İttihad”  partiyasının 
Quba  şöbəsinin  yaradıcılarından  olmuşdur.  Bakıda  və  Şamaxıda  1918-ci  ilin  mart 
hadisələrindən sonra Ə.b.Zizikskinin silahlı dəstələri dağıstanlı Nəcməddin Qotsins-
kinin dəstələri ilə birlikdə Bakını və onun müsəlman əhalisini azad etmək məqsədilə 
şəhər  üzərinə  hücumlar  etmiş,  Bakının  girəcəyində  -  Xırdalanda  bolşevik-daşnak 
qoşunları ilə vuruşmuş, Qızıl Ordunun sayca bir neçə dəfə üstünlüyü qarşısında geri 
çəkilməli olmuşlar. Zizikskinin dəstələri Quba şəhəri birinci dəfə, 1918-ci ilin aprel 
ayının  ortalarında  Gelovaninin  bolşevik-daşnak  dəstələrindən  azad  edilməsində 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
248
iştirak etmişdir. Amazaspın silahlı dəstələrinin Qubaya hücumu zamanı Zizikskinin 
dəstələri  onları  qəzanın  digər  iri  yaşayış  nahiyələrinə  buraxmamaq  üçün,  Quba 
şəhərinin girəcəyində vuruşmuşlar. Ə.B.Zizikski AXC hökuməti tərəfindən yaradılmış 
Fövqəladə  Təhqiqat  Komissiyası  tərəfindən  dindirilməmişdir.  AXC  hakimiyyəti 
dövründə  polkovnik  rütbəsində  paytaxtın  şəhər  rəisinin  müavini  təyin  edilmiş, 
onun dəstəsinin üzvlərinin əksəriyyəti yenidən yaradılmış Milli Ordunun sıralarına 
daxil  olmuşlar.  Quba  qəzasından  Azərbaycan  Parlamentinə  üzv  seçilmiş,  “İttihad” 
partiyasının fraksiyasına daxil olmuşdur. Həmin partiyanın I (1919-cu il, aprel) və II 
(1920-ci il, yanvar) qurultaylarında onun Mərkəzi Komitəsinə üzv seçilmişdir. 1920-
ci  ilin  aprelində  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  müqavimət 
hərəkatında iştirak etmiş, hərəkat yatırıldıqdan sonra bir müddət gizlənmiş, sonra 
İrana  (Ərdəbil  ş.)  getmişdir.  1923-ci  ildə  geri  qayıtmış,  həmin  dövr  Azərbaycanın 
Fövqəladə Komitəsinin (FK) sədri olan M.C.Bağırovun köməkliyi ilə bəraət qazanmış 
və Bakıda yaşamışdır. 1926-cı ildə həbs edilmiş, Sovet hökumətinə qarşı fəaliyyətdə 
ittiham  edilmiş,  1929-cu  il  sentyabrın  17-dən  18-nə  keçən  gecə  güllələnmişdir. 
Azərbaycan  Respublikasının  “Siyasi  repressiya  qurbanlarına  bəraət  verilməsi  haq-
qında” 15 mart 1996-cı il tarixli qanununa əsasən repressiya qurbanı hesab edilmiş, 
5.11.2002-ci ildə bəraət almışdır.
13
Xoyski Əmiraslan xan Cahangir xan oğlu – (1888-1954), Azərbaycan milli 
istiqlal hərəkatının fəal iştirakçılarından biri, Fətəli xan Xoyskinin böyük qardaşı. AXC 
dövründə Bakı qubernatorunun birinci müavini, sonra Gəncə qəzasının rəisi, AXC 
hökuməti DİN Qazax qəzası üzrə xüsusi səlahiyyətli nümayəndəsi, Quba qəzasının 
rəisi. 1920-ci il may ayında Gəncə üsyanının əsas təşkilatçılarından biri olmuş, üsyan 
yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir. 
14
Gelovani  David  Aleksandroviç  –  (1888-1919),  1918-ci  ilin  Quba  hadi-
sələrinin əsas iştirakçılarından biri, gürcü knyazlarının nəslindən, sosial-demokrat-
menşevik.  İnqilabi  fəaliyyətinə  görə  çar  hökuməti  tərəfindən  həbs  edilmiş,  Sibirə 
sürgünə  göndərilmişdir.  Fevral  inqilabından  sonra  azad  edilmiş,  1918-ci  ilin 
əvvəllərində Qafqaza, sonra Bakıya gəlmişdir. Caparidze vasitəsilə milis işçisi kimi 
xidmətə başlamış. 1918-ci ilin aprel ayının ortalarında 200 nəfərlik dəstə ilə Qubaya 
gəlmiş, qubalılara Sovet hakimiyyətini tanımaq tələbi ilə ultimatum vermişdir. Ulti-
matum qəbul edildikdən sonra özünü qəza komissarı elan etmişdir. 9 gündən sonra 
Quba ləzgilərinin silahlı dəstələrinin təzyiqi altında Quba şəhərini tərk etməli olmuş, 
geri  çəkilərkən  Qubanın  xristian  əhalisinin  böyük  hissəsini  zorla  özü  ilə  aparmış, 
atışma  zamanı  onların  bir  hissəsi  öldürülmüşdür.  Bu  hadisə,  Amazaspın  3000-lik 
silahlı dəstələrinin Qubaya irimiqyaslı hücumu üçün bəhanə olmuş, həmin dəstələr 
şəhərin özündə və Quba qəzasının 167 kəndində müsəlman qırğınları törətmişlər. 
Gelovani Azərbaycan hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərə-
findən dindirilmiş, iki dəfə ifadə vermiş, lakin müqəssir kimi tanınmamışdır 1918-
ci  ilin  iyulunda  Bakı  Sovetinin  hakimiyyəti  yıxıldıqdan  sonra  Bakıda  qalmış,  AXC 
Hökuməti yanında Əmək Müfəttişliyində işləmişdir. 1919-cu ildə erməni Sərkis Te-
runts tərəfindən öldürülmüşdür.
15
Srvantsyan  Amazasp  –  (1873-1921),  rus  ordusunun  keçmiş  zabiti, 
“Daşnaksütun”  partiyasının  üzvü,  qatı  millətçi.  Osmanlı  İmperiyası  Van  şəhərində 
anadan olmuşdur. Gənc yaşlarından erməni millətçi-terror hərəkatında iştirak etmiş, 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə