Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

65
          Ekranda professor Tofiq Hacıyev görünür.Ekranın alt tərəfində onun adı,soy 
adı və elmi dərəcəsi yazılır.O deyir:
                                                               
           “Şumercədə bəzi mütəxəssislər 4,bəziləri 6 sait qəbul edirlər.18 camit qeydə 
alınmışdır.Bunlar  müasir  türk  dilinin  sait-samit  sisteminə  uyğun  deyildir,ancaq 
həmin  səslərin  hamısı  türk  dilində  var.Əlbəttə,bu,  tipoloji  uyğunluqdur  və  kök 
sözlərdə,iki heca həcmində yalnız eyni sait çıxış edir.Bu,ahəng qanununun ardıcıl 
izlənməsi  deməkdir.Bu  prinsip  yalnız  alınma  sözlərdə  pozulur.Samitlərin 
inkişafında,əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki
p-b,  t-d-z,  s-z,  s-ş  və  sairə  səs  uyğunluqları  türk  dillərində  də  mövcuddur.Hətta 
müvafiq səs uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında 
etimoloji əlaqə alınır.Məsələn,şumercə də Tuş və suş,yəni düşmək,oturmaq,türkcə-
də  tüş  və  düş.Burada  əlaqə  birbaşa  görünür.Şumer  dilində  sipa,yəni  çoban 
kəlməsini götürək.Həm şumercədə,həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını 
qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.
            Bu  dillər  arasında  bir  sıra  maraqlı  fonetik-morfoloji  uyğunluqlar  da 
müşahidə  edilir.Şumer  dilindəki  “tibira”,yəni  misgər  sözü  türk  dillərindəki 
“təmir”,“dəmir” sözü ilə bir kökdəndir.Buradakı “t” səsi qeyri sabitdir.Eyni hal 
səma  ,göy  mənasını  verən  “an”  kəlməsində  də  görünür.Bu  sözə  “t”  səsini 
artırmaqla göy anlamına gələn “tan” sözü alınır.”
                                                              
           Ekranda mixi yazılar görüntülənir.
           Diktor mətni:
           “Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi,eləcə də Qobustandakı şumer 
gəmi  təsvirlərinin  və  Ağstafa  rayonu  ərazisindəki  arxeoloji  tapıntıların  da  sübut 
etdiyi  kimi,qədim  şumerlər  bugünkü  İraq  ərazisinə  məhz  Azərbaycandan 
köçmüşdülər.Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.”
                                                            
          Ekrandakı təsvirlər Gəmiqayadan tapılmış araba təsvirləri ilə əvəz olunur.
          Diktor mətni:
          “Alimlər  təkəri  və  arabanı  şumerlərin  kəşf  etdiklərini  bildirməkdə-
dirlər.Gəmiqayadan  tapılan  bu  rəsm  sözügedən  kəşfin  Azərbaycan  əazisində 
edildiyini,şümerlərin  də  bu  sahədə  bilikləri  İkiçayarasına  Azərbaycandan 
apardıqlarını söyləməyə əsas verir.”
                                                             
          Ekrandakı  təsviri  “Oğuznamə”nin  uyğur  variantının  birinci  səhifəsinin 
təsviri əvəz edir.
          Diktor mətni:
          ““Oğuznamə”nin  verdiyi  bir  məlumatdan  belə  aydın  olur  ki,arabnın  kəşfi 
məhz türk-oğuz mühitində baş vermişdir.”
                                                              


66
          Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
          “Vuruşdan  sonra  Oğuz  Kağanın  ordusuna,əsgərlərinə,el-gününə  o 
qədər çox qənimət düşdü ki,yükləyib daşımağa at,qatır,öküz azlıq etdi.Oğuz 
Kağanın ordusunda təcrübəli,usta bir kişi vardı.Onun adı Barmaqluq Cosun 
Bilik  idi.Bu  usta  bir  araba  qayırdı.Arabanın  üstünə  cansız  qənimətləri 
qoydu,canlı qənimətləri arabaya qoşdu.Dartdılar,getdilər.Əsgərlər,el-gün 
bunu  görüb  mat  qaldı.Arabalar  düzəltdilər.Kanğa,kanğa  deməklə  kanğa 
sözü belə yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.”
                                                      
         Ekranda Gəmiqayadakı araba təsviri görüntülənir.
         Diktor mətni:
         “Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq 
adlandırırlar.Bu  fakt  da  şumerlərin  türk-oğuz  mühitindən  qopduqlarını  və
Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir.Elə bu üzdən də şumer 
dili  və  ədəbiyyatının  öyrənilməsi  bizim  üçün  böyük  önəm  daşıyır.Çünki  bu 
yolla 5 min il öncəki dil və ədəbiyyatımı barədə müəyyən təsəvvür əldə etmiş 
oluruq.Eyni  zamanda  bu  gün  də  yaşamaqda  olan  bəzi  adət  və  ənənələ-
rimizin kökləri barədə dolğun məlumat almış oluruq.
                     Ekranda karvanın getməsini əks etdirən süjet canlanır.Süjeti Soltan           
            Hacıbəyovun “Karvan simfonik” suitası müşayiət edir və süjetin fonunda 
            yazılır:
                                
İKİNCİ SERİYANIN SONU
3-cü seriya
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                             
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə