Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

57
             “Allah  –Təalanın  Həzrət  Musa  əleyhissəlama  və  onun  vasitəsilə  İsrail 
oğullarına  endirdiyi  müqəddəs  “Tövrat”da  Nuh  tufanından,Həzrət  Nuh  əleyhis-
səlamın oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ 
çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs 
edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir.”
                                                                 
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            “Yer  üzndə  bir  dil  və  bir  ləhcə  var  idi.Nuh  övladları  Şərqdən  hərəkətə 
keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar.”
                                                                  
            Ekranda yenidən “Tövrat” görünür.O açılır və vərəqlər bir-birini əvəz edir.
             Diktor mətni:
             “Gördüyümüz  kimi,  Tövratda  şumerlrin  Şumer  ölkəsinə  Şərq  ölkəsindən 
gəldiyi bildirilir.Qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən 
Musa  Kağankatlının  “Alban  tarixi”kitabında  “Şərq  ölkəsi”  deyilərkən  şimali 
Azərbaycan ərazisi nəzərdə tutulur.”
                                                                
            Ekranda Musa Kağankatlının “Alban tarixi” kitabının üz qabığı göstərilir.
            Diktor mətni:
            “Musa  Kağankatlı  eyni  zamanda  Şəkidəki  Kiş  kəndinin  Şərq  ölkəsində 
olduğunu qeyd edərək yazır:Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız 
qurban verir.Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır...
            Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi 
bir  məlumat  da  çox  maraqlıdır.Onun  yazdığından  belə  aydın  olur  ki,qədim 
Çol,yəni  Dərbənd  şəhəri  də  Şərq  ölkəsinə  daxil  olmuşdur.Deməli,şumerlər 
İkicayarasına,başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki,yəni Azərbaycandakı 
Kiş çayı hövzəsindən köçmüşdülər.”
                                                                 
             Ekranda yanidən mixi yazılı gil kitabə təsvirləri və qədim şumer incəsənəti 
nümunələri bir-birini əvəz edir.
              Diktor mətni:
              “Əski  şumer  mənbələrinin  yazdığına  görə,  Kiş  sülaləsinin  və  Şumer 
dövlətinin ilk hökmdarı  Etana olmuşdur.Bu  adın bir türk  adı olduğu,Anadolunun 
bir parçasında bir müddət bəylik etmiş türk sülalələrdən birinin Eretana oğulları 
ad-landığı məlumdur.Qədim şumerlr Etana ilə bağlı bir dastan da qoşmuşdular və 
bu  dastanın süjeti  Azərbaycanda  çox  məşhur olan  Məlikməmməd nağılının süjeti 
ilə  ağlasığmaz  dərəcədə  üst-üstə  düşür.Dastanda  əbədi  həyat  çiçəyini  tapmaq 
qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür.O 
orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi 


58
olur  və  ilanı  öldürür.  Etana  qartalın  belinə  minib  göyə  qalxır.Göyə  qalxanda 
Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun 
nəyə  oxşadığını  təsvir  etməyi  təklif  edir.Etana  yeri  öncə  xəlbirlə,sonra  çörəklə 
müqayisə edir.”
                                                                 
             Ekranda zümrüd quşunun üstündə uçan Məlikməmmədin şəkli təsvir edilir.
             Diktor mətni:
             “Dastanın  yazıldığı  gil  lövhə  qırıldığından  onun  ardı  məlum  deyil.Lakin 
elə  bu  qədər  də  söhbətin  “Məlikməmmədin”  şumer  variantından,daha  dəqiq 
desək,prototipindən  getdiyinə  heç  bir  şübhə  oyatmır.Beləki,bizim  qəhrəman  da 
əbədi həyat çiçəyi axtaran Etana kimi,cavanlaşdırıcı almanın dalınca gedir.O da 
quyuya  düşür.O  da  əjdaha  ilə  zümrüd  quşunun  konfliktinin  şahidi  olur.O  da 
əjdahanı öldürür və quşun belində uçur.Ona da quş yerə baxmağı və nə gördüyünü 
söyləməyi təklif edir.Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.”
                                                                                                                                    
            Ekranda  Erix  Tserenin  “Bibliya  təpələri”adlı  kitabının  üz  qabığının 
təsviri,daha sonra isə müəllifin şəkli görünür.
            Diktor mətni:
            ““Bibliya  təpələri”  kitabının  müəllifi,qədim  Şərq  tarixinin  böyük  bilicisi 
Erix Tseren vaxtilə yazmışdır: “Alimlərin çoxu şumer dilini türk dili saymış və bu 
gün də saymaqda davam edirlər.””
                                                                  
            Ekranda mixi yazılı gil kitabə təsvir olunur.
            Diktor mətni:
            “Şumer  və  türk  dillərinin  qohumluğu  müddəasını  ilk  dəfə  irəli  sürənlər 
görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar.Sonralar bu fikir Əhməd Cavad 
,Naili Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir.Bu iş sonrakı 
dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın 
Məmmədov  və  tanınmış  qazax  alimi  Amanjolov,məşhur  qazax  şairi  Oljas 
Süleymenov,qaraçay-balkar alimi Miziyev,türkiyəli tədqiqatçı Osman Nədim Tuna 
və başqalarını əməyini xüsusi qeyd etmək lazımdır.”
                                                                  
            Ekranda növbə ilə Hommel, Qroznı və Amonjolovun şəkilləri görüntülənir.
            Diktor mətni:
            “Hommel və Qroznı bu dillərin genetik qohumluğu müddəasını ilk növbədə 
həmin dillərin hər ikisinin aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər.Amanjolov 
da bu  yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə eyniliyini fonetik 
qanunauyğunluqlar əsasında  açıb göstərmişdir.”
                                                                   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə