Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

51
           “Nağılın  bu  epizodunda  hər  iki  yazı  növünün  elementi  birlikdə  çıxış  edir. 
Beləki,düşmənlərin  yerdə  çəkdikləri  çevrə  və  Daşdəmirin  çəkdiyi  xətt  ideoqrafik, 
tərəflərin  istifadə  etdikləri  ox,qılınc,darı  və  xoruz  isə  əşya  yazısının  elementləri-
dir.”
                                                            
            Ekranda Herodotun “Tarix”kitabının üz qabığının təsviri görünür.
            Diktor mətni:
            “Herodotun  fars  şahı  Daranın  iskitlər  ölkəsinə  hücumu  zamanı  iskit 
türklərinin  ona  göndərdikləri  əşya  yazısı  barədə  verdiyi  məlumat  da  çox 
maraqlıdır.”
                                                           
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            “İskit  xanları  vəziyyəti  belə  görüb  Daraya  qasidlə  quş,siçan,qurbağa  və 
beş  ədəd  ox  göndərdilər.Farslar  qasiddən  bunların  mənasını  soruşdular,fəqət 
qasid ona yalnız bu şeyləri çatdırmaq və dərhal geri dönmək əmr edildiyini söylədi 
və dedi ki,əgər ağlınız varsa,onların mənasını özünüz başa düşərsiniz.Bunu eşidən 
farslar  məsləhətə  toplandılar.Dara  belə  düşündü  ki,iskitlər  bununla  ona  boyun 
əyməyə hazır olduqlarını bildirmək istəmişlər.Lakin Qobriy bu fikrə qarşı çıxdı və 
dedi  ki,  iskitlərin  bununla  söyləmək  istədikləri  budur:  Əgər  siz-farslar  quş  olub 
göyə  qalx-masanız,siçan  olub  yerin  altına  girməsəniz  və  ya  da  qurbağa  olub 
bataqlığın  dərinliklərinə  enməsəniz,geri  qayıda  bilməyəcək,bizim  oxlarımızdan 
məhv olacaqsınız.”  
                                                          
          Ekranda Araz çayı görünür.
           Diktor mətni:
           “Qədim  yunanlar,artıq  qeyd  etdiyimiz  kimi,Eneolit dövrünün  başlanğıcına 
start verən hadisəni,yəni misin kəşfini iskitlərlə bağlamışlar.Həm Herodot,həm də 
Siciliyalı  Diador  iskitlərin  ilk  öncə  Araz  çayı  sahilində  yaşadıqlarını,sonradan 
Avrasiyanın  geniş  torpaqlarına  yayıldıqlarını  bildirmişlər.Bu  qədim  türk  xalqı 
haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl  7-6-cı əsrlərə aid
Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz aç-
maqdadır.Təbi ki,Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi 
və yox idi də.Lakin fakt budur ki,bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan 
ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.”
                                                            
             Ekranda  tarixçi  alim  A.Seyidov  peyda  olur.Ekranın  alt  tərəfində  onun 
adı,atasını adı və elmi dərəcəsi yazılır.O deyir:
              “Naxçıvan  ərazisi  çox-çox  qədim  zamanlardan,eramızdan  əvvəl  6-cı 
minillikdən başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-
dən  biri  kimi  çıxış  etmişdir.Burada  çox  sayda  qədim  metal  məmulatı  nümu-


52
nəsi,eləcə  də  metal  emalı  sənayesi  qalıqları  tapılmışdır  ki,bu  da  Naxçıvanda  ən 
qədim  zamanlardan  metallurgiya  sahəsində  bilik  və  vərdişlrin  ortaya  çıxdığını 
sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə 
yardım edir.
             Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələ-
rindən  olan  Kültəpə  abidəsindən  əldə  edilmiş  ilk  metal  məmulatlarının  spektral 
analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu 
üzə  çıxarmışdır.Kültəpənin  erkən  Eneolit  dövründən  son  Tunc  dövrünə  qədərki 
bütün  mərhələlərini  əks  etdirən  və  qalınlığı  22,2  metr  olan  mədəni  təbəqəsindən 
tapılan  məmulatların  təhlili  əsasında  edilmiş  bu  böyük  kəşf  sayəsində 
Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen 
mərhələsinin olduğu dünyaya məlum oldu.”
                                                             
              Ekranda  Naxçıvan  mənzərələri  görüntülənir.Alimin  səsi  kadr  arxasından 
eşidilir:
               “Məlum olduğu kimi,metallurgiyanın yaranması və inkişafı üçün xammal 
bazasının  olması  vacibdir.Naxçıvan  ərazisində  belə  bir  baza  vardır.Bu,mis,arsen 
və  polimetal  yataqlarıdır.Azərbaycanda  qalaydan  başqa  bütün  zəruri  metal 
yataqları mövcuddur.Və bu yataqlarda malaxit ,azurit, xalkopirit ,helenit ,sfalerit
,antimonit  və  sairə  minerallara  da  rast  gəlinir.Onların  erkən  dövrlərdən  emal 
edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri 
tapılmışdır.”
                                                            
              Ekranda yenidən A.Seyidov görünür və sözünə davam edir:
              “Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ , Dizixçay,Parağaçay, 
Göy-göl,Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”
                                                             
       
Ekranda kurqanlar görünür.
               Diktor mətni:
               “İslama qədərki türklərin,o cümlədən iskitlərin ayrılmaz atributlarından 
biri də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz 
ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmiş-
lər.Eyni  hal  qədim  şumer  mədəniyyətinə  də  xasdır.Maraqlıdır  ki,yer  üzündə  ən 
qədim  kurqan  qəbirlərinin  izlərinə  məhz  Azərbaycan  ərazisində  rast 
gəlinmişdir.Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.”
                                                               
            Ekranda tarixçi alim Nəcəf Müseyibli peyda olur.Ekranın alt tərəfində onun 
adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
             “20-ci  əsrin 80-ci illərində  Azərbaycanda,Ağdam  rayonu ərazisində,aran 
Qarabağda  son  Eneolit dövrünə  aid  Leylatəpə məskəni  tədqiq  edilərkən,buradan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə