Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

55
cümlədən  gil  kitabələrin  təsvirləri  əvəz  edir.)  bir-birindən  Nuh  tufanının  nəticəsi 
olan  qədim  lil  qatı  ayırır.Azərbaycanda  isə  bu  iki  mədəniyyət  iç-içədir  və  onlar 
arasında  qırılma  müşahidə  edilmir.Bu  isə  şumer  mədəniyyətinin  Azərbaycanda 
formalaşdığını  və  qədim  şumerlərin  Azərbaycan  ərazisindən  Messopatamiyaya 
köçdüyünü sübut edir.
            Şumerlər kimdir?
            Tədqiqatçılar  ilk  dəfə  “şumer”ifadəsinə  Aşşur  hökmdarı  Aşşurbanipal 
dövrünə  aid  mixi  yazıları  araşdırakən  rast  gəlmişlər.Əslində  bu  kəlmə 
“sumer”şəklində  qeyd  edilmişdir.Lakin  termin  rus  elmi  ədəbiyyatına  nədənsə 
“şumer”  şəklində  daxil  olmuş,azərbaycan  elmi  ədəbiyyatına  da  beləcə  daxil 
olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat 
vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə 
çıxan  və  Aşşur-Babil  mədəniyyətindən  də  qədim  olan  mədəniyyətə  “şumer 
mədəniyyəti”adı  verilmişdir.Alimlərin  şumer  adlandırdıqları  xalq  isə  özünü 
“kenqir”  və  ya  “kəngər”adlandırmış,  qonşuları  isə  onlara  “qarabaşlar”  və  ya 
“qarapapaqlar” demişlər.”
                                                           
             Ekranda  tarixçi  alim,mərhum  Yusif  Yusifovun  şəkli  və  ardınca  onun 
qələmə aldığı “Qədim Şərq tarixi”kitabının üz qabığı görüntülənir.
             Diktor mətni:
             “Tarix  elmləri  doktoru,mərhum  Yusif  Yusifov  şumerlərin  daşıdığı  və 
qonşuları  tərəfindən  onlara  şamil  edilmiş  bütün  adlara  sonrakı  minilliklərdə  də 
türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.”
                                                            
             Ekranda üzərində mixi yazılar olan gil kitabələr çanlanır.
             Diktor mətni:
             “Şumerlər  Messopatamiyanın,yəni  İkiçayarasının  adı  elmə  məlum  ən 
qədim  xalqı  idi.Onlar  bu  əraziyə  kənardan  gəlmişdilər.Belə  hesab  edilir 
ki,eramızdan əvvəl  4-cü  minilliyə aid  edilən  əl-Übeyd,eradan  əvvəl  3000-2800-ci 
illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-
Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.
             Ayrı-ayrı  alimlər  şumerlərin  Messopatamiyaya,başqa  sızlə  İkiçayarasına 
Anadoludan,Şərqi  Qafqazdan,yəni  şimali  Azərbaycandan,Cənubi  Azərbaycandakı 
Urmiya  gölü  sahillərindən,eləcə  də  Cənubi  Türkmənistandan  köçüb  gəldikləri 
baraədə  fikirlər  irəli  sürmüşlər.Bu  da  təbiidir.Cünki  alimlər  həm  Anadolu,həm 
Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-
üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.”
                                                            
            Ekranda  məşhur  amerikalı  arxeoloq  Samuel  Kramerin  şəkli  və  onun 
qələminə məxsus “Tarix Şumerdən başlayır” adlı kitabının üz qabığı göstərilir.
             Diktor mətni:


56
             “Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri,tanınmış arxeolq 
samuel  Kramer  özünün  “Tarix  Şumerdən  başlayır”  adlı  kitabında  şumerlərin 
İkiçayarasına  Cənubi  Azərbaycanda  yerləşən  Urmiya  gölü  sahillərindən 
köçdüyünü,bunu eradan əvvəl 4 –cü minillikdə baş verdiyini yazmaqdadır.”
                                                            
             Ekranda  məşhur  Norveç  səyyahı  və  alimi  Tur  Heyerdalın  şəkli  və 
Qobustandakı gəmi təsvirləri görünür.
             Diktor mətni:
             “Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təs-
virlərini  tədqiq  etdikdən  sonra  şumerlərin  Messopatamiyaya  buradan  köçüb 
getdiklərini bildirmişdir.”
                                                              
            Ekranda Nəsir Rzayev peyda olur və deyir: 
            “Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi,həm də 
Şimali  Azərbaycanda  rast  gəlinir.Bu  izlər  qadim  azərbaycanlıların  şumerlərlə 
qaynayıb  qarışmasının,etnik  yaxınlığının  bir  əlaməti  kimi  də  çox  maraqlıdır.Bu 
etnik  yaxınlığın  digər  bir  göstəricicsi  Aydın  Məmmədov  və  digər  dilçilərimizin 
dilimizdə  üzə  çıxardıqları  şumer  dili  paralelləridir.Bu  dil  qohumluğu  həm 
qədim,həm də uzun tarixi bir prosesin nəticəsidir.
            Qədim  əcdadlarımızın  şümerlərlə  olan  mədəni  yaxınlığından,qan 
qohumluğundan  xəbər  verən  bir  çox  maddi  mədəniyyət,incəsənət  abidələri 
içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.
            1981-ci  ildə  məşhur  səyyah  və  alim  Tur  Heyerdal  və  onu  müşayiət  edən 
SSRİ  Elmlər  Akademiyasının  Etnoqrafiya  institutunun  baş  elmi  işçisi  Henrix 
Anoxin Qobustan petroqliflərinə baxmış,eramızdan əvvəl 3-cü minilliyə aid günəş 
gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”
                                                              
            Ekranda  üzərində  mixi  yazılar  olan  gil  lövhələr  və  şumer  incəsənəti 
nümunələri bir-birini əvəz edir.
             Diktor mətni:
             “Qədim  şumer  yazılı abidələrindən  belə məlum  olur ki,Messopatamiyaya 
köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi,ilk 
şəhərləri  də  Kiş  şəhəri  olmuşdur.Buradakı  “Kiş”adının  Şəki  rayonu  ərazisindəki 
Kiş  çayı  və  Kiş  kəndinin  adı  ilə  üst-üstə  düşməsi  heç  də  təsadüfi 
deyildir.Görünür,qədim  şumerlər  Azərbaycandan  İkiçayarasına  köçərkən  əski 
yurdlarının  adlarını  da  özləri  ilə  aparmışlar.Məlumat  üçün  bildirək  ki,eyni  adlı 
çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.”
                                                                
             Ekranda “Tövrat”ın üz qbığının təsviri görünür.Kitab açılır və vərəqlər bir-
birini əvəz edir.
             Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə