Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

45
            “Xalçadakı  ilahənin  qarnı  iki  kameralı  əsvi  edilmişdir.Bunda  məqsəd  bir 
yandan  onun  hamilə  olduğunu  diqqətə  çatdırmaq,digər  yandan  diqqəti  buna 
çəkərək  söhbətin  Umaydan  getdiyini  vurğulamaqdır.Çünki,artıq  qeyd  etdiyimiz 
kimi  qədim  türk  dilində  qadın  bətninə  “umay”  deyilirdi.Ən  maraqlı  cəhətlərdən 
biri  isə  odur  ki,  bu  təsvirdə  ağac  ilahənin  qarın  nahiyəsində  deyil,  boğaz 
nayihəsində təsvir edilmişdir.Bunun da səbəbini bilmək üçün qədim türk dilindəki 
omonimlər sistemindən xəbərdar olmaq lazımdır.
            Məsələ  burasındadır  ki,  qədim  türk  dilində  “boğaz”  kəlməsi  təkcə  insan 
bədəninin gövdəsini başla birləşdirən hissəsinə deməmişlər,eyni zamanda bu kəlmə 
ilə  hamiləliyi  də  ifadə  emişlər.Bu  gün  də  Azərbaycan  türkcəsində  hamiləlik 
mənasında “boğaz” kəlməsi işlənməkdədir.Eyni kəlmə əski türk yazılı abidələrində 
daha məhsuldar olmuşdur.”
           Ekranda  “Oğuznamə”nin  uyğur  variantının  birinci  səhifəsinin  təsviri 
görüntülənir.
            Diktor mətni:
            “Məsələn,“Oğuznamənin  uyğur  variantında  bu  kəlməyə  “töl  boğaz”  söz 
birləşməsi şəklində rast gəlirik.”
                                                              
            Ekrandakı təsvirin fonunda yazılır:
            “TÖL  BOĞAZ  BULDİ,  KÜNLERDEN  SONQ,KECƏLƏRDƏN  SONQ  
YARUDİ.”
            Bir  qədər  aşağıda  isə  bu  cümləni  Azərbaycan  türkcəsindəki  tərcüməsi 
yazılır:
            “O,DÖL BOĞAZ  OLDU,GÜNLƏR,GECƏLƏR    SONRA  YÜKÜNÜ  YERƏ 
QOYDU.”
             Diktor hər iki cümləni oxuyur.
                                                                
             Ekranda yenidən Quba xalçası görünür.
             Diktor mətni:
             “Bu  xalçada  diqqəti  çəkən  daha  bir  maraqlı  məqam  Umay  ilahəsini 
ətrafını 22 çiçəyə bənzər elementin bəzəməsidir.Çox güman ki,bu,22 oğuz boyuna 
işarədir.Məsələ  burasındadır  ki,oğuz  boylarının  sayını  24  kimi  qeyd  edən 
Yazıçıoğlu Əlidən fərqli olaraq Mahmud Kaşğarlı onların sayını 22 göstərmişdir.”
                                                                


46
             Ekrandakı  xalça  təsvirini  bir  vaxtlar  Macarıstanın  paytaxtı  Budapeştdəki 
əntiq  mallar  mağazasında  saxlanılan,19-cu əsrə  aid Şirvan xalçasının təsviri əvəz 
edir.
             Diktor mətni:
             “Bir  vazxtlar  Macarıstanın  paytaxtı  Budapeşt  şəhərindəki  əntiq  mallar 
mağazasında  saxlanılan  və  haqqında  Azərbaycan  elmi  ictimaiyyətinə  sənətşünas 
alim  Rasim  Əfəndi  tərəfindən  məlumat  verilən,19-cu  əsrdə  toxunmuş  Şirvan 
xalçasında da oğuz boylarına işarə edilməkdədir.Beləki bu xalçanın üzərindəki 3 
romba  bənzəyən  8  bucaqlı  fiqurlardan ən  altdakında  24  qarmaqvari  işarə  gözə 
dəyir.Ola bilsin ki,bunlar 24 oğuz boyunu təmsil edir.
             Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki 
dəfə təkrarlanan 3 oxdur.Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan 
üçoxları təmsil edir. “Oğuznamə”də  deyilir...”
                                                              
             Ekrandakı  xalça  təsvirinin  fonunda  peyda  olan  aktyor  əlindəki  kitabdan 
oxuyur:
            “Oğuz Kağanın yanında ağ saqqallı,ağ saçlı bir kişi vardı.Xeyirxah,müdrik 
bir  kişi  idi,yuxu  yozan,qeybdən  xəbər  verəndi.Onun  adı  Uluğ  Türük  idi.Günlərin 
bir  günü  o,yuxuda  bir  qızıl  yayla  üç  gümüş  ox  gödü.Bu  qızıl  yay  gündoğandan  
günbatanacan uzanmışdı,üç gümüş ox isə quzeyə tərəf qanadlanmışdı.Oyandıqdan 
sonra Uluq Türük yuxuda gördüklərini Oğuz kağana bildirdi.Söylədi:
            -Ay  Kağanım,sənin  ömrün  olsun  uzun!Ay  Kağanım,qoy  ədalət  olsun  sənə 
qanun!Göy  Tanrı  mənə  yuxumda  bildirdi.Qoy    yuxum  çin  olsun!Aldığın  torpağı 
sənin uruğuna versin!
             Oğuz Kağan Uluq Türükün sözünü bəyəndi,öyüdünü dinlədi,öyüdünü tutub 
əməl  elədi.Sonra  sabah  olunca,böyük  qardaşları,kiçik  qardaşları  çağırtdırıb 
gətirtdi.Onlara belə söylədi:
            -Könlüm  ov  istəyir.Qocalıqdan  yox  məndə  daha  taqət.Gün,Ay,Ulduz,siz 
gündoğana tərəf gedin,Göy,Dağ,Dəniz,siz də günbatana tərəf gedin.
            Bundan sonra üçü gündoğana,üçü də günbatana doğru getdi.Gün,Ay,Ulduz 
çoxlu  vəhşi  heyvan,çoxlu  quş  ovlayıb,sonra  yoldan  qızıl  bir  yay  tapdılar.Yayı 
götürüb,atalarının  yanına  gəldilər.Oğuz  Kağan  sevindi,güldü,onu  üç  hissəyə 
böldü. Dedi:
            -Ay böyük qardaşlar,yay sizin olsun.Oxları göylərə atın!
            Bundan sonra Göy,Dağ,Dəniz çoxlu vəhşi heyvan,çoxlu quş ovlayıb,sonra 
yoldan üç gümüş ox tapdılar.Götürdülər,atalarına verdilər.
            Oğuz  Kağan  sevindi,güldü,oxları  hər  üçünün  arasında  bölüşdürdü.Belə 
söylədi:
            -Ay kiçik qardaşlar oxlar sizin olsun.Yay oxu atdı.Sizlər olun oxlar tək.”
                                                               
            Ekranda Şirvan xalçasının üzərindəki üç ox təsviri iri planda görüntülənir.
            Diktor mətni:


47
            “Dastandan  belə  məlum  olur  ki,Oğuz  Kağan  yayı  verdiyi  oğullarının 
nəslini 
Bozoklar,oxları 
verdiyi 
oğullarının 
nəslini 
isə 
Üçoklar 
adlandırmışdır.Deməli,sözügedən  Quba  xalçası  üçok,  yəni  üçox  tayfasının 
yaratdığı çeşnilərdəndir.”
                                                             
            Ekrandakı təsviri 24 xanalı Anadolu türkmən xalçasının təsviri əvəz edir.
            Diktor mətni:
            “Anadoluda geniş yayılmış 24 xanalı türkmən-oğuz xalılarındakı xanaların 
sayı da 24 oğuz boyunu ifadə etməkdədir.”
                                                               
            Ekrandakı  24  xanalı  Anadolu  xalısını  Altaydakı  Pazırıq  kurqanından 
tapılan xalçanın ümumi görüntüsü və ayrı-ayrı elementlərinin təsvirləri əvəz edir.
            Diktor mətni:
            “20-ci  əsrin  ortalarında  Altayda  yerli  türklərin  “Pazırıq”,yəni  “Basırıq” 
ad-landırdıqları  yerdə  qazıntı  aparan  rus  arxeoloqları  iskitlərə  aid  qədim  bir 
kurqandan Hamını heyrələndirən əşyalar tapdılar.iskit-saqa boylarına məxsus bu 
sənət  nümunələri  içərisində  salamat  qalmış  və  rəngini  itirməmiş  bir  xalı  da  var 
idi.”
                                                              
            Ekranda dilçi alim Firidun Ağasıoğlu peyda olur.Ekranın alt tərəfində onun 
adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
             “Pazırıq xalısı adı altında bu gün Sakt-Peterburqun “Ermitaj”muzeyində 
saxlanılan  və  nümayiş  etdirilən  bu  xalının  yaşı  miladdan  əvvəl  5-ci  əsrə  aid 
edilir.180 x 200 santimetr ölçüsündə olan Pazırıq xalısını üzərindəki naxışların-at 
və  maralların ortasındakı çərçivədəki 24 xananın anlamı  bir çox  alimin  tədqiqat 
mövzusuna çevrilmişdir.”
                                                             
             Ekranda yenidən Pazırıq xalısının ümumu görüntüsü çanlanır.                                                     
            Firidun Ağasıoğlu kadr arxasından deyir:
            “Tədqiqatçılar bir-birindn xəbərsiz  bunun 24 oğuz boyu ilə bağlı olduğunu 
söyləmişlər.”
                                                              
           Ekranda Nəsir Rzayev görünür və deyir:
            “Qədim  Şərqdə  yazı  mədəniyyəti  üç  inkişaf  mərhələsi  keçmişdir.Birinci 
mərhələ piktoqrafik yazıların,yəni təsvirli yazıların yaranması və inkişaf dövrüdür. 
Bu dövrdə piktoqrafik yazıların ortaya çıxması qədim insanların magik  təfəkkürü 
ilə üzvü surətdə bağlı olmuşdur.Piktoqramlar magik təfəkkürün məhsuludur.Magik 
təfəkkür isə ibtidai şüur səviyyəsində olan insanların təxmini və şərti anlayışlarının 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə