Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

39
             “Məşhur  türkoloq  Radlovun  türk  xalqlarından  topladığı  ağız  ədəbiyyatı 
materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki,türk xalqlarının şifahi 
ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin 
sonu-20-ci əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərin-
dən  topladığı  materiallarda  deyilir:Biz  ilkin  atamız  Ülgendən  törədiyimiz  zaman 
bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir.”
           Ekranda qarın nayihəsində ağac təsviri cızılmış qadın heykəlciyi peyda olur.
           Diktor mətni:
           “Bu  sitatdan  göründüyü  kimi,qədim  türklər  ağacın  doğum ilahəsi  Umayla 
birgə endiyinə inanmışlar.Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə 
tərzi  ilə  bağlı  olduğunu  və  həmin  düşüncə  tərzinin  də  ən  azı  Eneolit  dövündə 
formalaşdığını sübut edir.Deməli,bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı 
əks etdirir.
           Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da hüykəlcik-
lərin  məhz  Umaya  aid  olduğunu  sübut  edir.Məsələ  burasındadır  ki,qədim  türk 
dilində  ana  bətninə,yəni  qadın  uşaqlığına  “umay”  deyilmişdir.Bu  fakt  Radlovun 
“Qədim türk lüğəti”ində də təsbit edilmişdir.Bu səbəbdən də ilahə heykəlciklərinin 
qarnında  cızılan  ağac  təsvirləri  ideoqrafiya  nümunəsi  kimi  də  gözdən  keçirilə 
bilər.”
                                                                 
            Ekranda  Orxon-Yenisey  abidələrinin  təsvirləri  bir-birini  əvəz  edir.Sonda
ekrana Kül Təkin abidəsinin şərq tərəfi gəlir.
             Diktor mətni:
             “Kökü  minilliklərin  dərinliklərinə  enən  Umaya  inamınn  izlərinə  Orxon-
Yenisey  abidələrində  də  rast  gəlimnməkdədir.Belə  ki,Kül  Təkin  abidəsinin  şərq 
tərəfində,31-ci  sətirdə  yazılıb:Umay  tək  ögim  katun  kutunqa  inim  Kül  Tiqin  at 
bultı.Yəni, Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül Təkin ad qazandı.”
             Ekrandakı təsviri Tonyukuk abidəsinin qərb tərəfinin təsviri əvəz edir.
             Diktor mətni:
             “Tonyukuk  abidəsinin  qərb  tərəfində,38-ci  sətirdə  belə  deyilir:Tenqri, 
Umay,ıduk Yer-Sub basa berti erinc.Yəni,Tanrı,Umay və müqəddəs Yer-Su qələbə 
bəxş etdilər.”
               
Ekranda Azərbaycanın müxtəlif xalça çeşnilərinin təsvirləri bir- birini əvəz 
edir.
              Diktor mətni:
              “Eneolit  dövründə  təşəkkül  tapmış  toxuculuq  sənəti  daha  da  inkişaf  et-
mişdi.Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1,Hacı Firuz,İlanlıtə-


40
pə,Babadərviş,Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları,habelə Əlikömək-
təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.
                                                               
               Ekranda İngilis arxeoloqu Jeyms Mellartın şəkli görüntülənir.
               Diktor mətni:
               “Əldə  olan  məlumatlar  xalçaçılıq  sənətinin  artıq  Neolit-Eneolit 
dövrlərin-də  formalaşdığını  sübut  etməkdədir.Məşhur  ingilis  arxeoloqu  Jeyms 
Mellart Anadolu ərazisində yerləşən Çatal-Hüyük abidəsində qazıntılar apararkən 
kö-mürləşmiş  xalı  qalıqlarına  rast  gəlmiş  və  həmin  xalının  üzərindəki  naxışların 
qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi.Lakin qazıntıların son-
rakı  mərhələsində  o  son  Eneoli  dövrünə  aid  yaşayış  binasının  divarında  xalça 
naxışlarını  xatırladan  naxışlara  rast  gəlmiş,bu  naxışların  bu  günə  qədər 
Anadoluda  toxunmaqda  olan  türk  xalçalrının    naxışları  ilə  tam  eyni  olduğunu 
görüb təəccüb-lənmişdi.”   
                                                
                 Ekranda rus arxeoloqu Sarianidinin şəkli peyda olur.
                 Diktor mətni:
                 “Eyni  halla  cənubi  Türkmənistanda  qazıntılar  aparan  tanınmış  rus 
arxeoloqu Sarianidi də üzləşmişdi.O,tapdığı son Eneolit-erkən Tunc dövrlərinə aid 
saxsı  qabların  üzərindəki  naxışların  bu  gün  də  həmin  ərazidə  toxunmaqda  olan 
türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini  görüb son dərəcə heyrət-
lənmişdi.”
                                                                
                  Ekranda  türkmən  xalcası  fonunda  Türkmənistan  ərazisindən  tapılmış 
qabların təsvirləri canlanır.
                   Diktor mətni:
                   “Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə 
aldıqları  “Qaraqum:Sivilizasiyanın  ilk  şəfəqi”  adlı  kitabında  bu  mövzuya 
toxunaraq yazır.”
                                                                 
                   Ekranda  peyda  olan  aktyor  eyni  təsvirlərin  fonunda  sözügedən  kitab-
dan oxuyur:
                   “Eramızdan  əvvəl    3-cü  minilliyin  ikinci  yarısından  etibarən  Cənubi 
Türkmənistan  qəbilələrinin  dulusçuluq  sənətində böyük  dəyişikliklər baş  verməyə 
başladı.Zoomorf  motivlərin  yerini  həndəsi  naxışlar  tutdu.Bu  naxışlar  ağlasığmaz 
bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır.”
                                                                  
                   Ekranda  sənətşünas  alim  Kübra  Əliyeva  görünür.Ekranın  aşağı 
tərəfində onun adı,soy adı,elmi dərəcəsi yazılır.O deyir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə