Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

30
             “Məlum olduğu kimi qədim insanlar ilk dəfə məhz Eneolit dövründə yaşa-
yış evləri tikməyə başlamışlar.Bundan öncə isə onlar üçün ev rolunu təbii mağara-
lar oynamaqda idi.Ana dilimizdə “mağara”kəlməsinin bir neçə sinonimi var.”
                                                              
             Ekrandakı kadrlar itir və onun əvəzinə yazılır:
              " OVUQ------OVULMUŞ YER
               OYUQ ---- OYULMUŞ YER
               EŞİK   ----- EŞİLMİŞ YER”
             Kadr arxasından diktor sözünə davam edərək deyir:
             “Ovuq,yəni ovulmuş yer. Oyuq,yəni oyulmuş yer.Eşik,yəni eşilmiş yer.Bü-
tün bu  sözlər  fel  bildirən  kökə artırılan sözdüzəldici şəkilçi  vasitəsi  ilə düzəlmiş-
dir.”
                                                            
              Ekrandakı yazıları aşağıdakı yazılar əvəz edir:
              “OV+UQ= OVUQ
                OY+UQ= OYUQ
                EŞ+ İK =  EŞİK”
              Diktor mətni aralıqsız davam edir:
              “Ov kökü və uq şəkilçisi.Oy kökü və yenə uq şəkilçisi.Eş və ik şəkilçisi.”
                                                               30
              Ekrandakı yazılar dəyişir:
              “OV(MAQ)
              OY(MAQ)
             EŞ(MƏK)”
              Diktor mətni:
              “  Söz  kökləri  bunlardır:ov,oy  və  eş.Maraqlıdır  ki,əcdadlarımız 
mağaralar-dan  özlərinin  qurduqları  evlərə  köçərkən,əski  evlərinin,yəni 
mağaraların adlarını yeni yaşayış yerlərinə daşımışlar.Beləcə,ana dilimizdə “ev” 
termini və onun müx-təlif şivə variantları və sinonimləri meydana çıxmışdır.”
                                                             
              Ekrandakı yazılar yeniləri ilə əvəz olur:
              “OV ---- EV
                OY ---- ÖY
                EŞ ----  EŞİK ---- EV-EŞİK”


31
              Diktor mətni yenə aralıqsız davam edir:
              “Ov kökü bir qədər dəyişərək “ev”sözünə,oy kökü cüzi dəyişikliklə “öy”
kəlməsinə, eş kökü isə  “eşik” kəlməsinə və “ev-eşik”termininə başlanğıc  vermiş-
dir.Bu isə o deməkdir ki,dilimizdə bu gün də eyni mənada işlənməkdə olan həmin
terminlərin ən azı 6-8 min il yaşı var. Və bunlar eyni dövrdə formalaşan və günü-
müzədək yaşayan yeganə terminlər deyil.
                                                              
               Ekrandakı yazıları Eneolit dövrünə aid saxsı qabların təsvirləri əvəz edir.
               Ekran arxasından diktorun səsi gəlməkdə davam edir:
               “Eneolit  dövründə  əcdadlarımızın  məişətinəinə  daxil  olan  yeniliklərdən 
biri də, artıq qeyd edildiyi kimi, saxsı qablar olmuşdur.Bəs,görəsən, saxsı qablar 
kəşf  edilməmişdən  öncə  insanlar  müxtəlif  ərzaq  növlərini,xüsusən  də  suyu  nədə 
saxlayır və bir yerdən digər yerə necə daşıyırdılar.Quru ərzağı hələ Neolit dövrün-
dən məlum olan toxuma səbətlərdə saxlamaq və daşımaq mümkün olsa da, su üçün 
bu imkansızdır.”
                                                                 
               Ekranda balqabaq və kudu təsvirləri fonunda xarici görkəmcə onları xa-
tırladan gil qabların təsvirləri çanlanır.Diktorun səsi sözünə davam edərək deyir:
                “Ən qədim qabların formalarının qabağın məlum iki formasını-balqabaq 
və kudu formalarını xatırlatması ,eləcə də yaxın vaxtlara qədər məişətdə içi oyul-
muş  qabaq  qabıqlarından  qab  kimi istifadə edilməsi Enrolit dövrü gil qablarının 
prototipinin məhz içi ovulmuş qabaq olduğunu söyləməyə əsas verir.”
                Ekranda  pedaqoq  alim  Allahverdi  Eminov  peyda  olur.Ekranın  altında 
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir.
                 “Azərbaycanda  tərəkəmələrin məişətində  içi ovulmuş balqabaqdan ya-
xın zamanlara qədər qab kimi istifadə edilmişdir. Mən bu halı ikinci dünya müha-
ribəsi dövründə Balakən rayonunda görmüşəm.”
                                                               
                 Ekranda yenidən öncəki şəkillər peyda olur.
                 Diktor mətni:
                 “Deməli,Eneolit  dövründə  yaşamış  əcdadlarımız  dulusçuluq  sənətini 
kəşf etməmişdən öncə qab kimi içi ovulmuş qabaqdan istifadə edərmişlər.Və bu,
gil qabların istifadəyə girməsindən sonra da uzun əsrlər boyu məişətdə davam et-
mişdir.”
                 Ekrandakı təsvirləri aşağıdakı yazı əvəz edir:


32
                 “QABAQ ----- QAB
                   QABIQ ----- QAPAQ
                 Diktorun səsi sözünə davam edir:      
                 “Bu  fakt  dilimizdəki  “qab”  və  “qapaq”  kimi  terminlərin  “qabaq”  və 
“qabıq”kimi sözlərdən törədiyini və sözügedən yeni terminlərin məhz Eneolit döv-
ründə,yəni ən azı 6-8 min il öncə yarandığını sübut edir.
                 Madam ki,dilimizdə bu gün də ən azı 6-8 min il bundan öncə yaranmış
sözlərimiz heç bir əhəmiyyətli dəyişikliyə uğramadan yaşayır və fəal şəkildə işlə-
nir,deməli,o dövrün ovsun mətnlərinin günümüzədək cüzi dəyişikliklərlə gəlib çat-
masında təəccüblü bir şey olmamalıdır.”
                                                             
                Ekranda Nəsir Rzayev görünür və deyir:
                “Ovsunçuluq  qədim  mədəniyyətimizdə,folklorumuzda  dərin  köklər  sal-
dığı  üçün onun ənənəvi davam edən izləri dövrümüzədək  gəlib çıxmışdır.Bu izlər 
təsərrüfat həyatında,təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi 
ilə,dilimizə  canlı  və  cansız  varlıqları  ovsunlayan  sözlər  gətirmişdir.Azərbaycan 
ərazisində,son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı-ayrı formaları,daha doğ-
rusu,fraqmentləri  icra  edilirmiş.Ovçuluq,maldarlıq,əkinçilik  təsərrüfatlarına  dair 
bir  neçə  ovsun  ayini  nümunəsi  göstərək.Ovçu  gələcək  ovun  müvəffəqiyyətlə  keç-
məsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:
                  Haş getdi, 
                  Huş getdi,
                  Bu ox sənə
                  Tuş getdi.
                  Maldar mal-qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bü-
külmüş halda parçaya sarıyaraq deyir:
                  Qurdun ağzını bağladım.”
                                                             
                  Ekranda tarixçi alim Nəcəf Müseyibli peyda olur və deyir:
                   “Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də
“Qurd ağzı bağlama” ovsunudur.Maraqlıdır ki,Gəmiqaya təsvirləri içərisində rast 
gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır.”
                                                               
                  Ekranda Gəmiqaya təsvirlərindən biri-üzərində qurd,qoyun  və  yumağa 
dönüşən  ip  şəkli  cızılmış  petroqlif  görünür.Alim  kadr  arxasından  sözünə  davam 
edir:
                   “Sözügedən  petroqlifdə  qurd  və  qoyun,eləcə  də  onların  arasından 
keçə-rək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə