Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

27
          “ Deyirlər ki,Ərdəbildə böyük daş var,əlinlə onu vurduqda xoş səs çıxarır.
Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır.
Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”
                                                            
          Ekranda  folklorşünas  alim  Azad  Nəbiyev  peyda  olur.Ekranın  alt  tərəfində 
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
          “Xalqımızın ilkin inam və etiqdlarının,ovçuluq,əkinçilik,maldarlıq həyatı ilə 
bağlı mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmış-
dır. Bu nümunələr improvizə edilmiş formalarda,əksər halda isə türkdilli xalqların 
poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır.Türk boy 
-larının  ilkin  magik  təsəvvürlərinin  poetikləşməsi  ,şifahi  bədii  yaradıcılıqda    əks 
olunması  dövrünün  məhsulu  olan  ovsunlar  müəyyən  mərhələdə  ibtidai  insanın 
gündəlik  həyatında,həyatı  dərketmə  və  öz  bildiyi  kimi  idarə  etmə  prosesində 
mühüm  mövqe  tutmuşdur.Zaman  keçdikcə,təbiətin  sirləri  insan  üçün  açıldıqca 
ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.
           Ovsun sözün gücünə inamı əks etdirən bir janrdır.Bu janrda oxşar səslər, 
sözlər vasitəsilə insan psixikasına təsir göstərilir,sözün gücü,təsiri inamın təntənə-
sinə çevrilir.
           Xalq  içərisində uzun  müddət  quraqlıq olarkən  müəyyən  “müqəddəs”ocaq-
lardan götürülmüş daşları ortadan dəlib suya salardılar.Məsələn, Quba – Qonaq-
kənd  zonasında  Baba  dağdan  gətirilmiş  daşları  suya  salıb  ipin  başını  sahildəki 
ağaclardan birinə bağlayardılar.İpin bağlandığı ağac adətən qarağac və ya fındıq 
ağacı olmalı idi.Daşlar suya salınarkən xorla oxuyardılar:
            Daş başım,
            Yaş başım,
            Yaş oldu           
            Üst-başım.
            Sonra daşı suya salardılar.Bu vaxt ovsun oxunardı”
                                                         
            Ekranda  çay  qırağında  durmuş  milli  geyimli  qızlar  görünür.Onlar  xorla 
deyirlər:
           “Suda daşım,
            Baba daşım,
            Gələr,getməz
            Yağışım.
             Suda daşım,
             Yaş başım,
             Yaş oldu
             Üst-başım.”
                                                          
             Ekranda yenidən Azad Nəbiyev  peyda olur və deyir:


28
             “Məlumdur ki,hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi 
çağırış  mərasimləri  xalq  arasında  geniş  yayılmışdı.İbtidai  insanlar  bu  görüşlə 
bağlı ovsunlar da yaratmışlar.Onlardan biri belədir :Günəşin çıxmasını arzulayan 
insanlar Baba dağından gətirilmiş daşları ocaqda,küldə basdırar və ocaqda xəşil 
bişirərdilər. Xəşili  ananın  ilki  çalmalı  idi.Ovsunçu  basdırılan  daşların    üstünə 
közləri yığa-yığa ovsun oxuyardı.”
                                                         
             Ekranda  ocaq  başına  yığışmış  milli  geyimli  qızlar  görünür.Onlardan  biri 
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
                                                            
           “Qodu daşı,
             Odu daşı,
             Qodu kəssin 
             Yağışı.”
            Sonra qızlar birlikdə oxuyurlar:
          “Budu daşı,
            Bulutların
            Kudu daşı,
            Bişirmişəm
            Xəmiraşı.
            Qonaq gəlsin 
            Godu başı,
            Gətirsin
            Qızıl günü,  
            Aparsın
            Yağışı.
            Qodu daşı,
            Odu daşı,
            Qodu kəssin 
            Yağışı.”
                                                            
             Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-
dan diktorun səsi eşidilir:
              “Qarğalar  təpəsindən  tapılan  ocaq  yeri  və  ocaqdan  qaralmış  daşlar  bu 
qə-dim  türk  inancının  köklərinin  ən  azı  Eneolit  dövrünə,yəni 6-8  min  il  öncələrə 
qədər uzandığını və bu  mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə 
aid po-etik nümunələr olduğunu sübut edir.Bu isə o deməkdir ki,Azərbaycanda türk 
xalq  teatr  sənətinin,ağız  ədəbiyyatının  və  xor  ifaçılığının  yaşı  minilliklərlə 
ölçülür.”
                                                            


29
              Ekranda bir-birini əvəz edən qaya təsvirləri görüntülənir.Kadr arxasından 
eşidilən diktor səsi deyir:
              “Deməli,şifahi  xalq  ədəbiyyatımızın  tarixi  də  Qobustanda  izlərinə 
rastladı-ğımız təsviri incəsənətimiz  və  rəqs mədəniyyətimiz qədər qədimdir.Lakin 
gerçək-dənmi əcdadlarımızın minillər öncə danışdıqları dil bu günkündən bu qədər 
az  fərqlənirmiş  və  6-8  min  il  öncə  işlənilən  sözlər  günümüzə  qədər  dəyişmədən 
gəlib çıxa bilmişdir?”
                                                              
               Ekranda Sayalı Sadıqovanın öncə qələmə aldığı “Azərbaycan dilində ter-
minologiyanın  təşəkkülü  və  inkişafı”kitabını  üz  qabığı,daha  sonra  müəllifin  özü 
görünür.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.Alim deyir:
              “İstehsalat prosesinin genişlənməsi,ictimai-iqtisadi həyatın,elmin inkişafı
terminologiyanın zənginləşməsində həlledici amildir.İstehsalatın inkişafı yeni-yeni 
əmək alətlərinin yaradılması və müntəzəm olaraq təkmilləşdirilməsi zərurətini ya-
radır.Yeni  yaradılan  və  təkmilləşdirilən  modellər  onların  adlandırılmasından 
doğan ehtiyac zəminində  hər bir dilin ayrı-ayrı leksik laylarının inkişafına səbəb 
olur.      
              Azərbaycan türkcəsində  terminologiyanın  təşəkkülü  və  inkişaf  tarixi 
qədimdir. Tədqiqatçıların  müəyyənləşdirdiklərinə  görə  hələ  Eneolit  dövründə 
Azərbaycanda  kənd  təsərrüfatı,əkinçilik.maldarlıq  kimi  sahələr  aparıcı  sahələr 
olmaqla, onun  iqtisadi  həyatının  əsasını  təşkil  etmişdir.Bu  dövr  Azərbaycan 
mədəniyyətinin  inkişaf    tarixi  baxımından  bir  sıra  əlamətdar  xüsusiyyətləri  ilə 
diqqəti çəkir.”
                                     
             Ekranda dilçi alim K.M.Musayev  görünür.Ekranın alt tərəfində onun  adı, 
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
             “Söhbət terminologiyadan gedəndə bir çox mütəxəssislər ilk növbədə yazı-
lı ədəbi dilə müraciət edirlər.Halbuki bir çox sahə terminologiyası yazısı olmayan 
dillərdə,həmçinin ədəbi dilin yazıyaqədərki dövrlərində də formalaşmışdır.”
                                                                
             Ekranda  dilçi  alim  Ağamusa  Axundov  peyda  olur  .Ekranın  altında  onun 
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
             “Ümumiyyətlə,terminoloji tədqiqatlara   və termin yaradıcılığına  da  yeni-
dən qayıtmağa ehtiyac var.Çünki cəmiyyətin tarixində baş verən bütün ictimai-si-
yasi dəyişikliklər,tarixi hadisə və proseslər dildə öz əksini tapır.”
                                                               
             Ekranda “Milyonuncu illər” filmindən mağara həyatını təsvir edən kadrlar 
canlanır.
             Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə