Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

33
              
                 Ekranda qavaldaşda ifa edilən ritmlərin  müşayiəti ilə Gəmiqaya  təsvir-
ləri  bir-birini əvəz edir və sonda  yenidən öncəki  epizoddakı təsvir,yəni  qoyun və 
qurdun birlikdə olduğu petroqlif  peyda olur.
                  Diktor mətni:
                  “Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki,onun ifadə 
etdiyi təsviri informasiyanın səsli-sözlü variantı da dövrümüzədək gəlib çatmışdır 
və o da “yağış çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasın-
dadır.
                   Yağladım,       
                    Dağladım,
                    Qurdun ağzın
                    Bağladım.
                                                                                   
                   İstər  bu  fakt,istərsə  də  Qarğalı  abidəsindən  tapılan  magik  daşlar  və 
müvafiq  ovsun  mətnləri  folklor  ədəbiyyatımızın,şerimizin  ən  qədim  formasının 
məhz bayatı forması olduğunu,byatı yaradıcılığının ən azı 6-8 min il bundan öncə 
formalaşdığını sübut edir. 
                  Ekranda yenidən Nəsir Rzayev görünür.O deyir:
                  “İlk  Azərbaycan  piktoqramını  qədim  Qobustan  rəssamları  hələ  orta 
Daş dövründə yaratmağa,yazmağa cəhd etmişlər.”
                                                               
                    Ekranda Böyükdaşın yuxarı mərtəbəsində 78 №-li daşın üzərindəki “ 7 
gözəl” təsviri canlanır.Alim ekran arxasından sözünə davam edir:
                  “Bu baxımdan Böyükdaşın yuxarı mərtəbəsindəki 78 №-li daşın üzərin-
dəki təsvir deyilənlərə ən gözəl misaldır.Qobustan rəssamları Mis-Daş dövründən 
başlayaraq öz əsərlərində təsvirli yazılara daha tez-tez müraciət etmişlər.”
                                                                
                  Ekranda görünən Nəsir Rzayev daha sonra deyir:
                  "Totemistik  sehrkarlıq  ayinlərinin  keçirilməsi  haqqında  xəbər 
verən,xronikal  səciyyəli,  qəbilənin  gündəlik  həyatında  baş  verən  hadisələri  nəql 
edən  təsvirli  yazılara,yəni  piktoqramlara  bu  dövrün  petroqliflərində  rast 
gəlirik.Totemistik ovsunlama ayini keçirərkən ovçu və ya maldarların iki cərgədə 
sərbəst vəziyyətdə rəqs etdiklərini Böyükdaşın yuxarı mərtəbəsindəki 67 №-li daşın 
təsvirlərində görürük.”
                                                                
                  Ekranda Böyükdaşın yuxarı mərtəbəsindəki 67 №-li daşın təsviri canla-
nır.Alimin səsi kadr arxasından eşidilir.O,sözünə davam edərək deyir:


34
                  “Burada  aşağı  cərgənin  ortasında  üç  fiqurun  üzündə  müxtəlif 
totemlərin  maskası  görünür.Demək,bu  sehrkarlıq  ayini  rəqsində  üç  adam  totem 
obrazında çıxış edir.Ovlanacaq və ya sayı çoxaldılmalı olan əhliləşdirilmiş heyvan 
rəsmlərinin  ovsunlanmasına  həsr  edilmiş  bu  ayin  rəqsində  totemin    iştirakı  bu 
sehrkarlıq  tədbirinin  müvəffəqiyyətlə  nəticələnməsi  üçün  mühüm  amil  hesab 
edilirdi.”
                               
                  Ekrandakı təsvir itir,onun yerini Nəsir  Rzayev tutur.O.sözünə belə da-
vam edir:
                  “Belə ovsunlanma ayini keçirilməmişdən öncə ovlanılacaq və ya bəslə-
nərək  artırılacaq  mal-qaranın  rəsmləri  qayada  cızılırdı.Bundan  sonra  qəbilə 
üzvləri bu  təsvirlərin  qarşısında  rəqs  edir,ovsun  duası  oxuyur,mərasim 
keçirirdilər.”
                                                                 
                 Ekranda Böyükdaşın yuxarı mərtəbəsindəki 46№-li daşın (cənub tərəfi)
üzərindəki təsvir  görüntülənir.Alimin səsi ekran arxasından eşidilir:
                 
“Misal üçün Böyükdaşın yuxarı mərtəbəsində,46№-li daşın cənub tərə-
findəki təsvirdə qəbilə atlarını təmsil edən çox sayda at düz xətlərlə ovsunlanmış 
vəziyyətdə gözə dəyir.Bir atın balalı halda rəsm edilməsi göstərir ki,bu təsvirlər 
atların çoxalması üçün ovsunlanmalı imiş.Xronikal səciyyəli bu tipli piktoqramlar 
həmin hadisələri nəql edirlər.”
                                                                
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda yazılır: “ 1-ci seriyanın sonu."  Bütün bunlar Soltan Hacı-
bəyovun “Karvan” simfonik suitasının müşayiəti ilə cərəyan edir.
                     
2-ci seriya
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                             
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə