Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

25
         Ekranda H.Cəfərov görünür və deyir:
         “Mis-Daş dövrünün son mərhələsində yeni qab növləri,habelə naxışlanmada 
yeni üsul və motivlər yaranırdı.Bu yeniliklər Eneolit dövründən erkən Tunc dövrü-
nə keçid mərhələsi üçün səciyyəvidir.
         Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də 
müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən 
qaralmış  daş  topasını  tədqiqatçılar  quraqlıq  zamanı  yağış  “çağırmaq”mərasimi 
ilə bağlayırlar.”
                                                           
         Ekranda  yenidən  dəvə  karvanı  ilə  bağlı  süjet  canlanır  və  yenə  də  bu  süjeti 
Soltan  Hacıbəyovun  “Karvan”simfonik  suitası  müşayiət  edir.Süjet  bitər  –bitməz 
ekranda Lev Qumilyovun  şəkli və ardınca da onun “Qədim türklər” kitabının üz 
qabığı görüntülənir.
         Diktor mətni:
         “Böyük  rus  türkoloqu  Lev  Qumilyov  özünün  məşhur  “Qədim  türklər”kita-
bında  ən  qədim  zamanlardan  etibarən  türklər  arasında  “yada  daşı”  ,yəni  cadu 
daşı  adlanan  magik  daşların  köməyi  ilə  quraqlıq  zamanı  yağış  yağdırmağın 
mümkünlü-yünə  inamın  mövcud  olduğunu  qeyd  etmiş  və  türklərin  bu  sənətlə 
məşğul  olduqları  barədə  müxtəlif  qaynaqlarda  məlumatlar  bulunduğunu 
yazmışdır.” 
                                                           
         Ekranda Lev Qumilyovun sözügedən kitabını tutmuş aktyor peyda olur.O,ki-
tabdan oxuyur:
        “Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran  
cadugərlərdən  söhbət  açılır.Jujanlarla  döyüş  zamanı  yueban  cadugərləri  qarlı 
fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər.Bənzər rəvayəti Turlu Qriqori 
də  nəql  etmişdir.Avarların  franklarla  döyüşü  zamanı  avar  cadugərləri  şimşəkli 
tufan  yarat-mış,şimşək  frank  düşərgəsini  vurmuş  və  onlar  bunun  nəticəsində 
məğlub  olmuşdu-lar.Eyni  cadu  gücü  naymanlara  da  aid  edilmişdir.Rəşidəddin 
yazır  ki,Çingiz  xana  qarşı  döyüşən  və  başında  Camuxanın  durduğu  soy 
birləşməsinin  cadugərləri  də  tufan  yaratmış,fəqət  hesablamada  səhvə  yol 
verdiklərindən tufan öz başlarına çaxmışdır.”
                                                           
          Ekaranda  yenidən  öncə  Qumilyovun  şəkli,sonra  isə  sözügedən kitabı  görü-
nür.Kadr arxasında diktor deyir:
          “Türklərin  yağış  yağdırmaq  gücünə sahib  olan daşlardan  istifadə  etdikləri 
barədə  bir  çox  müəlliflərin,o  cümlədən  Təbəri,Səəlibi,Balimi,Firdovsi,Mirxond, 
Sebos və başqalarıının əsərlərində,eləcə də 7-ci əsrin anonim Suriya və 10-cu əsr 
fars  anonim mənbələrində  çox sayda  məlumat olduğunu   söyləyən Lev  Qumilyov 


26
daha sonra yazır ki,yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri 
kütləvi hiptnoz kimi şərh etmişdir.Qədim türklərin bu sənəti “yada”,yəni cadu ad-
landırdıqlarını  diqqətə  catdıran  müəllifin  bildirdiyinə  görə,ayrı-ayrı  türk 
xalqların-da bu inam 20-ci əsrin əvvəllərinə qədər davam etmişdir.”
                                                            
         Ekranda  dilçi  alim  Firudun  Ağasıoğlu  peyda  olur.Ekranın  altında  onun  adı,
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
         “Təbərinin yazdığına görə,Həzrət Nuh peyğəmbərin oğlu,türklərin ulu babası
hesab  edilən  Yafəs  türk  xalqına  yağış  yağdıran  yada  daşı  vermişdir.Başqa  bir 
rəva-yətdə  isə  həmin  daşın  türklərə  Həzrət  İbrahim  peyğəmbərdən  miras  qaldığı 
bildiri-lir.”
                                              
         Ekranda İbn Əl-Fəqih Əl-Həmadaninin “Əxbar əl-buldan”kitabının üz qabəğı
görüntülənir.
        Diktor mətni:
         “Türklərin  yada  daşının  köməyi  ilə  yağış  yağdırdıqları  barədə  məlumat 
verən  müəlliflərdən  biri  də  10-cu  əsrdə  yaşamış  məşhur  alim  İbn  Əl-Fəqih  Əl-
Həməda-nidir.O,ərəb  dilində  qələmə  aldığı  “Əxbar  əl-buldan”,yəni  “Ölkələr 
haqqında  xə-bərlər”  adlı  kitabının  “Türklər,onların  ölkəsi  və  bu  ölkədəki 
möcüzələr  haqqında  “başlıqlı  bölümündə  mövzu  ilə  bağlı  maraqlı  fikirlər 
söyləmişdir.”
                                                         
         Ekranda  peyda olan  aktyor  sözügedən  müəllifin  sözügedən  kitabından oxu-
yur:
         “Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış,
qar,dolu  yağdırdıqları  və  istədikləri  digər  bənzər  təbiət  hadisələrini  meydana 
gətirə  bildikləri  daşlardır.Onlarda  bu  daşlar  böyük  önəmə  sahibdirlər  və  geniş 
istifadə  edilməkdədirlər.Bunu  türklərin  heç  biri  inkar  etmir,fəqət  həmin  daşlar
doqquzo-ğuzlar arasında daha çox qiymətləndirilir.”
                                                          
         Ekranda qavaldaşda çalınan ritmlərin fonunda Qobustanın qaya təsvirləri bir-
birini əvəz edir.Daha sonra  bu  təsvirlərin yerini  müəllifi  məlum  olmayan  “Əcaib
əd-dünya”kitabının üz qabığı tutur.
         Diktor mətni:
         “Müəllifi  məlum  olmayan,13-cü  əsrdə  fars  dilində  qələmə  alındığı  bilinən 
“Əcaib əd-dünya”,yəni “Dünyanın qəribəlikləri”adlı kitabda da maraqlı bir qeydə 
rast  gəlmək mümkündür.”
          Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə