Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

23
ərazisində  1-ci  Töyrətəpə,Şomutəpə,Babadərviş,Qarğalar  təpəsi  və  sairə  çox 
zəngindirlər.”
                                                       
        Ekranda Eneolit  dövrü  yaşayış evlərinin qrafik təsvirləri canlanır.Kadr  arxa-
sından  muzeyin əməkdaşının səsi gəlir:
        “Eneolit dövrünün yaşayış məskənləri əsasən hündür təpələr formasında olub 
müxtəlif  ölçülüdürlər.Bu  məskənlərə  həm  düzən,həm  də  dağətəyi  zonalarda  təsa-
düf edilir.Həmin məskənlər mədəni təbəqələrin qalınlığı ilə səciyyələnir.Bu isə öz-
lüyündə oturaq həyat tərzinin güclü olması ilə bağlıdır.”
                                                       
         Ekrandakı  təsvir  itir.Yenidən  peyda  olan  muzey  əməkdaşı  sözünə  davam 
edərək deyir:
         “Azərbaycanda qədim oturaq əkinçilik və maldarlıq mədəniyyətini öyrənmək 
üçün mövcud abidələri tədqiqatçılar iki qrupa bölürlər.Naxçıvanda öyrənilmiş  1-
ci Kültəpənin alt təbəqəsi,Mil-Qarabağ və Muğan düzlərindəki yaşayış məskənləri 
bi-rinci  qrupa  aid  edilir.İkinci  qrup  abidələrə  Kiçik  Qafqaz  dağ  silsiləsi  ilə  Kür 
çayı arasında yerləşən yaşayış məskənləri daxildir.”
                                                       
         Ekranda Eneolit dövrünə aid yaşayış məskəninin qrafik planı canlanır.
         Diktor mətni:
         “Yaşayış sahələri 0,5-2 hektar ərazini əhatə edirdi.Eneolitin ilk mərhələsində
evlər möhrə və ya kərpicdən dairəvi formada tikilirdisə,son mərhələdə dördbucaqlı 
evlər də tikilməyə başlamışdır.Bundan başqa qazma tipli evlər də mövcud olmuş-
dur.Yaşayış  binaları  10-15  kvadratmetr,bəzən  24 -28  kvadratmetrə  kimi  sahəyə 
malik,təsərrüfat  tikililəri  isə  kiçik  ölçülü  idi.Vahid  planda  deyil,pərakəndə  halda 
tikilən  yaşayış  binalarının  davamlılığını  artırmaq  üçün  evlərin  divarların 
qarşısında xüsusi dayaqlar hörülürdü.
          Eyni  dövrə  aid  eyni  mədəniyyətin  izlərinə  Şərqi  Anadolu  və  Cənubi  Azər-
baycanda  da  rast  gəlinmişdir.Bu  baxımdan  cənubda  Urmiya  gölü  bölgəsində  və 
Təbriz  yaxınlığında  öyrənilmişYanıqtəpə,Dolmatəpə,Göytəpə,Anadoludakı  Çatal-
Hüyük və sairə Eneolit dövrü məskənlərini misal çəkmək mümkündür.”
                                                            
         Ekranda tarixçi alim H.Cəfərov peyda olur və deyir:
                                                               
        “Həmin dövrdə gön-dəri  emalı və bununla bağlı sahələrin də  inkişaf etməsi 
nəticəsində aşılanmış dəridən ayaqqabı,paltar və sairə də hazırlayırdılar.
        Hələ  Eneolit  dövründə  təşəkkül  tapmış  toxuculuq  sənəti  daha da  inkişaf  et-
mişdi.Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1,Hacı Firuz,İlanlıtə-
pə,Babadərviş,Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları,habelə Əlikömək-
təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.


24
        Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha 
kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi.Neolit dövrünün bəsit və kobud qabla-
rından  fərqli  olaraq  Eneolit  dövründə  istehsal  olunmuş  saxsı  qablar  həm 
forma,həm də  hazırlanma  texnologiyasına  görə  diqqəti  cəlb  edir.Əhalinin  artan 
tələbatına uy-ğun yeni qab növlərinin istehsalı mənimsənilirdi.”
                                                            
         Ekranda Eneolit dövrünə aid dulusçuluq məmulatlarının təsvirləri görüntülə-
nir.H.Cəfərovun səsi bu dəfə kadr arxasından eşidilir:
         “Onların davamlılığını artırmaq  və keyfiyyətini yüksəltmək üçün yeni texni-
ki  üsullardan  istifadə  olunurdu.Bu  dövrdə  ən  mühüm  yeniliklərdən  biri  saxsı 
qabların  bişirilməsi  üçün  dulus  kürələrinin  meydana  gəlməsidir .Kültəpə,
Şomutəpə,  İlanlıtəpə,Əliköməktəpə,Çalağantəpə  yaşayış  məskənlərində  dulus 
kürələri  qalıqlarına  da  çox  təsadüf  edilmişdir.Burada  dulus  kürələri  əsasən  iki 
qatlıdır.Alt qatda ocaq qalanır,üst qatda isə saxsı qablar yığılırmış.Əliköməktəpə 
və Leyletəpə abidələrində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi.”
                                                            
          Ekrandakı təsvir itir.Yenidən görünən H.Cəfərov sözünə davam edir:
          “ Tədqiqatçıların fikrincə,bu faktı eramızdan əvvəl  5-ci minilliyin axırı və 4 
– cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının”varlığı kimi qiy-
mətləndirmək lazımdır.Maraqlıdır ki,bu abidələrdə tapılmış saxsı qabların bir qis-
mi sadə quruluşlu dulus çarxında hazırlanmışdır.”
                                                            
          Ekranda dulus çarxında qab hazırlayan usta və ardınca da hazırlanmış saxsı 
qabların təsviri peyda olur.Kadr arxasından diktorun səsi eşidilir:
          “Öncələr  elə  hesab  edilirdi  ki,Azərbaycanda  dulus  çarxı  yalnız  son  Tunc 
dövründən tətbiq edilməyə başlamışdır..Dulus çarxının kəşf və ilk dəfə tətbiq edil-
diyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi.Ölkəmizin ərazisindən əl-
də edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib,tətbiq edildiyi mə-
kanın  məhz  Azərbaycan  ərazisi  olduğunu  söyləməyə  əsas  verir  və  bu,məhz  son 
Eneolit dövründə baş vermişdir.Maraqlıdır ki,qədim yunan müəllifləri dulus çarxı-
nın kəşfini  iskitlərə,başqa sözlə türklərə aid etmişlər.Məsələn,Posidoniy və  Sene-
ka  saxsı  qabların  hazırlanmasında  istifadə  olunan  dulus  çarxını  iskit  Anaxarın 
icad  etdiyini  yazmışlar.O  da  maraqlıdır  ki,Eneolit,yəni  Mis-Daş  dövrünün 
başlamasına  səbəb  olan  misin  kəşfi  məsələsində  də  qədim  yunanlar  birinciliyi 
iskitlərin ayağına yazmışlar.(Ekrandakı təsvirləri mis və metal əşyaların təsvirləri 
əvəz  edir.) Məsələn, Pliniy  Sekund  misgərlik  sənətinin  əsasını  iskit  xaqanı  Lidin 
qoyduğunu bildir-mişdir.Qədim yunanlara görə,ümumiyyətlə,metallurgiyanın kəşfi 
iskitlərlə,yəni  türklərlə  bağlıdır.Belə  ki,Esxil  İskitlər  ölkəsini  dəmirin  doğulduğu 
ölkə  adlandır-mış, Mitelenli  Hellanik  isə  ilk  dəmir  alətləri  iskitlərin  xaqanı 
Sansvinin qayırdığını yazmışdır.” 
                                                          


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə