Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   10   ...   100

15
qovularaq tələyə salınması (3№-li mağara,45№-li daş) və bu kimi dəyərli təsvirlər  
gözə dəyməkdədir.”
                                                        
           Ekrana yenidən yallı rəqsini ifa edənlərin təsviri (3№-li mağara,45№-li daş)
gəlir. Bu təsviri milli geyimdə yallı rəqsi ifa edən rəqqaslar əvəz edir.Yenə də eyni 
təsvir görüntülənir.
           Diktor mətni:
           “Böyükdaşın 3№-li mağarasındakı 45№-li daşın üzərindəki təsvirdən də gö-
ründüyü kimi,xalqımızın bu günə qədər sevə-sevə ifa etməkdə olduğu  yallı rəqslə-
rini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl  ifa etməyə başlamışlar.Bu isə o 
deməkdir ki,rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər uzanır.Elə
təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir.”
                                                 
          Ekranda 29№-li daşın şimal tərəfindəki çoxfiqurlu kompozisiya canlanır.
         Diktor mətni:
         “Qayalarda nisbətən dərin qazılmış ovçuların böyük fiqurlu siluet şəkilli təs-
virləri ilk Mezolit dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir.Belə rəsmlər-
dən ibarət böyük bir təsvir kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində,29№-li
daşın  şimal  tərəfində  qazılmışdır.Kompozisiyanın  mərkəzi  hissəsində  göstərilən 
ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti xarakter daşıyır,qulaq,burun,göz, 
ağız və sairə hissələr göstərilmir.Bu rəsmlər təxminən natural böyüklükdədir.Bura-
dakı insan fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilmə-
mişdir.Buna baxmayaraq,qədim rəssamlar ovçuların üç baxımdan—ön,yan və arxa
tərəfdən təsvir edilməsinə çalışmışlar.Bunu kamanların tam və yarımçıq şəkildə təs
-vir edilməsindən anlamaq olur.Arxa tərəfdən göstərilmiş ovçuların kamanları bü-
tövlüklə,ön  tərəfdən  rəsm  edilmiş  ovçuların  kamanlarının  isə  ancaq  kənar ucları 
təsvir  edilir.Bundan  başqa  bu  təsvirlərdəki  kamanların  yönləri  də  bir-birinin 
əksinə olan diaqonal xətlər istiqamətindədir.Arxa tərəfdən rəsm edilmiş ovçuların 
cinsi  əlamətləri  də  bir  qayda  olaraq  göstərilmir.Buradan  aydın  olur  ki,qədim 
rəssamlar Insanların ön və arxa baxımdan rəsm edilməsinə ancaq bu yolla nail ola 
bilmişlər.  Mezolit   rəssamlarının bu nailiyyətini  nəzərə   alaraq   həmin   daşın 
petroqliflərinə  diqqətlə  baxdıqda  aydın  olur  ki,burada  çevrə  boyu  düzülmüş 
ovçular təsvir edilmiş,dairəvi kompozisiya yaradılmışdır.Ona görə də bu petroqlif 
ibtidai  rəsm  xüsu-siyyətlərinə  baxmayaraq,Mezolit  dövründə  yardılmış  müəyyən  
kompozisiya tərtibatına malik çoxfiqurlu,monumental xarakterli nadir təsviri sənət 
əsəri kimi çox qiymətlidir.”
                                                       
            Ekrandakı təsvirin fonunda  sənətşünas alim Nəsir Rzayev peyda olur.Ekra-
nın altında onun adı,soy adı və elmi dərəcəsi yazılır. O,mövzunu davam etdirərək 
deyir:


16
            “Həmin  petroqlifin  mərkəzi  hissəsində  insan  təsvirlərinin  ayrı-ayrı  fraq-
mentlərinə bənzər rəsmlər görünür.Onlar bir necə ovçunun profildən primitiv şə-
kildə qazılmış təsvirləridir.Bu yarımçıq və  anlaşılmaz rəsmlər qədim rəssamların 
yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.
             Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki 
kamanlar  Mezolit  dövrünün  xarakterik  xüsusiyyətlərindəndir.Bu  dövrün  yetişdir-
diyi  təsvir  motivlərindən  biri  də  insan  fiqurlarında  əl  və  ayaqların  statik  və 
standart vəziyyətdə  verilməsidir.Əksər  hallarda  ovçuların  qolları yanlara  doğru 
açılmış  halda, qıçları  isə  yarımbükülü  vəziyyətdə  təsvir  edilir.Bu  təsvir  motivləri 
qanun şəklini alaraq sonrakı dövrlərdə də təkrar edilmişdir.
             Petroqlifin  mərkəzində görünən  ovçunun  qıçları  öz  kobudluğu  ilə  diqqəti 
çəkir.Bu onunla izah edilir ki,rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş 
vəziyyətdə  təsvir  etməyə  çalışmışdır.Ovçular  qısa  önlükdə  də  rəsm  edilir.Lakin 
petroqliflərə əsasən demək lazımdır ki,Mezolit ovçuları bəzi hallarda enli,dəri şal-
varlar geyirdilər.Belə şalvarda asan hərəkət etmək üçün ovçular diz və topuqlarını 
sarıyırdılar.”
                                                    
            Ekranda Böyükdaşın yuxarı mərtəbəsindəki 49№-li qayanın üzərindəki təs-
vir görüntülənir.
            Diktor məni:
            “Qobustanın Mezolit dövrü ovçuları ox və yayı ixtira etdikdən sonra yeni 
bir  çətinlik  qarşısında  qalmış  oldular.O  da  bundan  ibarət  idi  ki,daş  ucluqlu 
primitiv  oxla  uzaq  məsafədən  vəhşi  heyvanları  vurmaq  olmurdu.Ona  görə  də 
ovçular  hey-vanlara  daha  çox  yaxınlaşa  bilmək  üçün  və  onları  yaxın  məsafədən 
oxlamaq  üçün tədbirlər  axtararkən  yeni-yeni  kəşflər  etmiş  oldular.Qobustanın 
Mezolit  dövrünün qaya  təsvirlərində  o  dövrün  bir  sıra  kəşfləri  öz  əksini 
tapmışdır.Bu kəşflər  bizim qədim əcdadlarımızın –ovçuların fərasət və əməllərinin 
nəticəsi idi.”
                                                       
           Ekranda eyni təsvirin fonunda görünən Nəsir Rzayev deyir:
           “Bir  zamanlar  Almaniyanın  Frankfurt  şəhərinin  zooloji  qoruğunun 
direktoru olmuş professor Bernard Qrijmekin elmi kəşfi bizim üçün xüsusi maraq 
kəsb edir.
           Professor  Qrijmek  uzun  illərdən  bəri  müxtəlif  ölkələrdə  vəhşi  heyvanlar  
üzərində təcrübələr apararaq belə nəticəyə gəlmişdir ki,əksər heyvanlar özlərinin 
qüvvətli iy duymaq qabiliyyətindən daha çox pis görən zəif gözlərinə arxalanırlar 
və  etibar  edirlər.Alim  bu  məqsədlə  yüngül  materiallardan  hazırlatdırdığı  heyvan 
fiqurların-dan gizləncək kimi istifadə edərək çox asanlıqla heyvanlara yaxınlaşa və 
onların arasında gəzə bilmişdi.Qobustan təsvirlərindən isə belə görünür ki,alman 
alimin 20-ci əsrdə etdiyi kəşfi əcdadlarımız ondan 14 min il öncə ediblərmiş.
           Qobustan  ovçularının  düzəltdikləri  gizləncəklərin    yan  baxımdan  qazılmış 
daha böyük və aydın təsvirlərini Böyükdaşın yuxarı mərəbəsindəki 49№-li qayada 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə