Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

43
                 Dikor mətni:
                 “Ornamentlərinin hər biri “gizli yazı”nın ayrı-ayrı kəlmələri kimi çıxış 
edən,yəni  ideoqrafik  işarə  rolunu  ifa  edən    Azərbaycan  xalçalarından  biri  də 
“Damğalı” tipli xalça növüdür.Adından da göründüyü kimi bu xalçanın naxışları 
kimi qədim türk tamğaları çıxış etməkdədir.”
                 Ekrandakı xalçanın  fonunda sənətşünas  alim  Rasim  Əfəndi  peyda  olur 
və deyir:
                 “Orijinallıq baxımından 1960-cı ildə Almaniyanın Münhen şəhərindəki 
əntiq mallar mağazasında nümayiş etdirilən Qazax xalçası da diqqəi cəlb edir.Bu 
xalça  da  əksər  xalçalarımız  kimi  üç  haşiyəli  yelən  və  enli  arasahədən 
ibarətdir.Uzunu  235  santimetr,eni  168  santimetr  olan  bu  xalçanın  arasahəsi 
xüsusən  bəzəkli  və  rəngarəngdir.Xalçanın  al  qırmızı  yerliyində  ardıcıl  olaraq 
təkrarlanan rəngli 7 göy sxematik xonça yerləşdirilmişdir.
                 Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış,ucları 4 müx-
təlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, 
sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir.Bu ornament elementinə biz 
təkcə  “Damğalı”adını  almış  bu  tipli  Qazax  xalçalarında  deyil,dekorativ-tətbiqi 
sənətimizin başqa növlərində də rast gəlirik.
                Azərbaycan dekorativ-tətbiqi sənət tarixinin,demək olar ki, bütün mərhə-
lələrində  bu  bəzək  həmişə  səma  cisimlərinin  “şahı“  sayılan  günəşi  təmsil 
etmişdir.”
                                                             
               Alim ekrandan itir,xalça təsviri isə qalır.
                Diktor mətni:
                “Damğalı”  tipli  xalçalarda  diqqəti  cəlb  edən  ikinci  element  latın 
əlifbasındakı “S”hərfini xatırladn elementdir.”
                                                              
                Ekrandakı  xalçanın  üzərində  yer  alan  sözügedən  element  böyüdülmüş 
vəziyyətdə təsvir edilir.
                Diktor mətni:
                “Folklorşünas  alim  Məhəmməd  Hatəmi  Tantəkin  və  sənətşünas  alim 
Kübra  xanım  Əliyevanın  yazdıqlarına  görə,bu  element  əjdahanı  təmsil  etməkdə-
dir.
                Xalçada  diqqəti  çəkən  üçüncü  element  isə  qoç  buynuzlarını  xatırladan 
naxışdır.”
                                                             
                Ekranda sözügedən naxışın böyüdülmüş şəkli təqdim olunur.
                Diktor mətni:


44
                “Sənətşünas  alim,Azərbaycan  xalçalarının  ən  gözəl  bilicisi  Lətif  Kəri-
mov bu naxışın “qoç”,”qoyun”mənaları verdiyini bildirmişdir.”
                                                             
               Ekranda yenidən “Damğalı” xalçası təsvir olunur.
                Diktor mətni:
               “Deməli  qarşımızda  üç  ideoqrafik  elementli  bir  “yazı”  vardır.Bu 
“yazı”nı əski tük dilinin sinonim və omonimlər sistemini bilmədən “oxuya” bilmək 
qeyri-mümkündür.Öncə  günəşi  təmsil  edən  svastikavari  ideoqramla    əjdahanı 
əmsil  edən  “S”vari  ideoqramın  birlikdə  nə  məna  ifadə  etdiklərini  anlamağa 
çalışaq.
            Məlum  olduğu  kimi  türk  xalqlarının,o  cümlədən  Azərbaycan  türklərinin
folklorunda əjdahanın günəşi udması ilə bağlı süjet geniş yayılmışdır.Bu süjet türk 
xalqlarından digər xalqların da folkloruna keçmişdir.Şübhəsiz ki,bu mifoloji 
süjetin  əsasını  günəşin  üzünün  qara  buludlar  tərfindən  örtülməsi  kim  real  təbiət 
ha-disəsi  təşkil  etməkdədir.(Eranda  qara  buludun  günəşi  örtməsi  ilə  bağlı  süjet 
göstərilir və bu süjet yenidən həmin xalça təsviri ilə əvəz olunur.) Buludun əjdaha 
ilə eyniləşdirilməsinin səbəbi isə odur ki,qədim türk dilində həm buluda,həm də əj-
dahaya  “buka”deyilmişdir.Yəni  “buka”ifadəsi  həm  “bulud”,həm  də  “əjdaha 
sözünün sinonimi idi.Üstəlik də bulud mənasındakı “buka” ilə əjdaha mənasındakı 
“buka”omonim sözlər idi.
            İndi isə üçüncü elementə keçək və hər üç elementi birlikdə “oxumağa”çalı-
şaq.İlk öncə qeyd etmək lazımdır ki,qədim türk dilində “qoyun” sözünün “koy” və
“ud” kimi sinonimləri olmuşdur. Bu sinonimlərdən “ud” eyni zamanda “udmaq” 
felinin kökü olan “ud” kəlməsi ilə omonimdir. Deməli, buradakı “qoç”işarəsi ilə 
“ud”kəlməsi “yazılmış və bu kəlmə udmaq mənasında işlənmişdir.Odur ki,xalcadkı 
ideoqrafik yazı belə oxunmalıdır: Buka,yəni bulud və ya əjdaha günəşi uddu.
            Bu  baxımdan  başqa  bir  Azərbaycan  xalçası  da  özündə  çox  maraqlı  bir 
mifoloji  informasiya  daşımaqdadır.Söhbət  Nyu-Yorkda  Berq  Andonyanın  şəxsi 
kolleksiyasında saxlanılan 19-cu əsrə aid bir Quba xalçasından gedir.”
                                                              
             Ekranda sözügedən xalçanın təsviri görünülənir. 
             Diktor mətni:
             “Minilliklər  boyu  nəsildən  nəslə  ötürülərək  dövrümüzədək  ulaşmış  bu 
motivi bizim üçün maraqlı edən xalçada, sxematik şəkildə də olsa, əllərini yuxarı 
qaldırmış bir qadın təsvirinin boğaz nayihəsini bəzəyən ağac təsviri ilə birlikdə əks 
edilməsidir  ki,bu  da  Eneolt  dövrünə  aid  olan,qarın  nahiyələrində  ağac  təsvir 
edilən,  Umay  ilahəsini  təmsil  edən  heykəlciklərlə  eyni  semantik  məna  yükünü 
daşımasıdır.”
                                                             
            Ekrandakı  xalçanın  fonunda  Eneolit  dövrünə  aid  olan,qarın  nahiyələrində 
ağac təsviri bulunan heykəlcik təsvirləri peyda olur və qısa müddət sonra itir.
            Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə