Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

48
nəticəsi  idi.Qədim  insanların  magik  təfəkkürü  müxtəlif  vaxtlarda  formalaşdığı 
üçün piktoqramlar qədim xalqların hamısında eyni vaxtda yaradılmamışdır.Misal 
üçün,təsvirli yazılar Çin,Hindistan,Misir kimi qədim ölkələrdə yeni Daş dövründə 
meydana  çıxdığı  halda,bu  mədəniyyət  Azərbaycanda  daha  əvvəl,orta  Daş 
dövründə  yaranmağa  başlamış,Mis-Daş  dövründə  isə  özünün  ikinci  mərhələsinə-
ideoqrafik yazı mərhələsinə keçmişdir.”
                                                             
             Ekranda İohannes Fridrixin öncə öz,daha sonra isə “Yazı tarixi” kitabını üz
qabığının təsvirləri görüntülənir.
             Diktor mətni:
             “İohannes Fridrixin yazdığına görə,piktoqrafik yazı vasitəsi ilə yalnız baş 
vermiş  hadisə  barədə  ümumi  məlumat  çatdırılır  və  buradakı  şəkillər  ayrı-ayrı 
sözləri ifadə etmir.İdeoqrafik yazıda isə hər bir şəkil və ya işarə,tamğa konkret bir 
sözü bildirir.Alim qeyd edir ki,bu iki yazı növündən daha qədim yazı növü əşya 
yazısı  olmuşdur.Bu  yazı  növündə  şəkillərin  yerinə  sözləri  ayrıayrı  əşyalar  ifadə 
etməkdə idi.”
                                                              
          Ekranda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bir qalanın sirri 
filmindən Mətanətin Elşənə bir boxçada əşya yazısı təqdim etməsi və gəncin onu 
oxuması səhnəsini əks etdirən süjet canlanır.
                                                               
         Ekranda  “Azərbaycan  nağılları”  kitabının  üz  qabığı  görünür.O  acılır  və 
səhifələr bir-birini əvəz edir.
         Diktor mətni:
         “Azərbaycanda  piktoqrafiya  və  ideoqrafiya  mərhələlərindən  öncə  əşya 
yazısının da mövcud olmuş olması barədə Azərbaycan folklorunda,ilk növbədə də 
nağıllarımızda  kifayət  qədər  məlumat  vardır.  Bu  baxımdan  Daşdəmirin  nağılı 
deyilənlərə ən gözəl misaldır.”
                                                               
          Ekranda peyda olan aktyor əlində tutduğu kitabdan oxuyur:
          “...Qadın  çadrasının  altından  bir  boşqab  çıxarıb  Daşdəmirin  qabağına 
qoydu.Daşdəmir  baxıb  gördü  ki,boşqabda  bir  nar,bir  top  iynə,bir  qayçı  var,bir 
vərəq kağız var,bir tikə ət var,bir də bıçaq var.
           Qadın dedi:
           -Əgər  Mirzə  Möhsündən  öyrəndiklərin  yadından  çıxmayıbsa  bu  şeylərdə 
gərək çətinlik çəkməyəsən.
           Daşdəmir heç  bir  söz  demədi.Bıçağı  götürüb  əti  tikə-tikə  doğradı.Qayçını 
götürüb  kağızı  kəsik-kəsik  elədi,sonra  iynələri  bircə-bircə  nara  sancıb  boşqaba 
qoydu.Qadın güldü,dedi:
           -Afərin!Ancaq de görüm bununla nə demək istəyirsən?
          Daşdəmir dedi:


49
           -Xanım,mən başa düşdüm ki,sən mənə gizli bir sirr demək istəyirsən,ancaq 
qorxursan.Mən  bununla  demək  istəyirəm  ki,əgər  mənim  bədənimi  bu  ət  parçası 
kimi  parçalasalar,bu  kağız  kimi  tikə-tikə  doğrasalar,bu  nar  kimi  oxla  doldur-
salar,yenə də bu sirri heç kəsə açmaram.Qorxma,danış!
           Bunu  deyəndə  qadın  üzünü  açdı.Daşdəmir  baxdı  ki,Mirzə  Möhsünün  qızı 
nardandı.
           Daşdəmir soruşdu:
           “Bu nə haldı,atan haradadı?  
           Nardan dedi..”
                                                               
           Ekranda aktyorların ifasında milli geyimli Nardan və Daşdəmir görünür.On-
lar gül-cicəkli bir bağçada ayaq üstə dayanmışlar.Qız deyir:
           “Dayan!Elə bunun üçün gəlmişəm.”
           Nardan yerdəki üzərinə döşəkçə və mütəkkələr döşənmiş xalçanın üstündəki 
döşəkçələrdən birini üstünə oturur və deyir:
           “Daşdəmir,o  gün  ki,atam  saraya,padşahın  yanına  getdi,daha  geri 
qayıtmadı.Bu  günə  qədər  də  başına  nə  gəldiyini  bilmirəm.Ancaq  elə  haman  gün 
bizim  qonşumuz  mənə  bir  şey  gətirdi  ki,atan  bazarda  məni  gördü,bu  şeyləri  alıb 
verdi ki,sənə çatdıram.
            Mən  şübhələndim  ki,atamın  başına  bir  iş  gəlib.Odur  ki,daha  o  evdə 
qalmayıb,gecə  ilə  köçdüm.Atamın  göndərdiyi  şeylərdən  üçünü  başa 
düşürəm,ikisini  başa  düşə  bilmirəm.Səni  buna  görə  axtarırdım  ki,mənə  kömək 
eyləyəsən.”
           Daşdəmir də oturub soruşur:
           “Atanın göndərdiyi şeylər nədi?
           Qız cavab verir:
           “Atam  bir  armud,bir  gavalı,bir  əl  dəyirmanı,bir  parça  dəmir,bir  dənə  də 
daş  göndərib.Əl  dəyirmanı  ovdandır.Daşla  dəmir  də  sənsən.Amma  armudla 
gavalını  başa  düşə  bilmirəm.(O,çadrasının  altından  bir  armud  və  gavalı  çıxarıb 
oölana verir.)
           Daşdəmir meyvələrə baxır,gülür və deyir:
           “Sən düz tapıbsan.Daş,dəmir,əl dəyirmanı sən dediyin kimidi.Ancaq mən bu 
meyvələri də tapdım.”
           Nardan soruşur:


50
           “Nədi?” 
           Daşdəmir armudu qıza göstərib deyir: 
           “Nardan,bu armudun adı Abbasbəyi armududur.Bu gavalıya da bağbanlar 
“Vəzir Alı” deyirlər.Atan demək istəyir ki,Daşdəmirin xaraba dəyirmanda başına 
gələn iş padşahın qoşun böyüyü Abbas bəylə,bir də vəzirlə əlaqədardır.”
                                                             
           Ekranda yenidən İohannes Fridrixin şəkli görünür.
           Diktor mətni:
           “Yazı  tarixinin  gözəl  bilicisi,tanınmış  alman  alimi  İohannas  Fridrixin 
sözlərinə görə,ideoqrafik yazı əşya yazısının bazasında,yazıda istifadə olunan 
əşyaların  şəklinin  çəkilməyə  başlaması  ilə  ortaya  çıxmışdır  və  bu  yazılardan 
birincisindən  ikincisinə  keçidin  nə  zaman  baş  verdiyini,eləcə  də  onlar  arasında 
sərhədi müəyyən etmək çətindir.Fəqət “Daşdəmirin nağılı”ndakı bir epizod bunun 
tədricən  baş  verdiyini  və  bir  müddət  əşya  yazısı  elementləri  ilə  ideoqrafik  yazı 
elementlərinin  birlikdə işlədildiyini söyləməyə əsas verir.”
                                                              
           Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
           “Daşdəmiri  məclisə  apardılar.Padşah  çevrəni  ona  göstərib  cavab 
istədi.Daşdəmir əlinə bir ağac alıb,çevrəni ortadan iki yerə boldü.Düşmən tərəf işi 
belə görəndə gətirib çevrənin bir tərəfində bir ox qoydular.Daşdəmir də padşahın 
qılıncını  götürüb  ikinci tərəfə qoydu.Belə olanda  düşmən  tərəf çevrənin  içinə  bir 
ovuc  darı  tökdü.Daşdəmir  tez  əmr  elədi,bir  xoruz  tutub  gətirgilər.Xoruz  bütün 
darını dənlədi.Düşmən tərəf heç nə deməyib,yola düzəldi.
            Bu danışıqsız sual-cavaba hamı məəttəl qalmışdı.
            Padşah soruşdu:Daşdəmir,mən heç nə başa düşmədim.De görüm onlar nə 
soruşdu,sən nə cavab verdin?
            Daşdəmir dedi:
            -Padşah sağ olsun,o çevrəni ki,onlar çəkmişlər,demək istəyirdilər ki,bütün 
dünya gərək bizim ola.Mən də arada xətt çəkib dedim ki,bizim bu dünyada öz   
yerimiz  var,heç  kəsi  ora  qoymarıq.Sonra  onlar  oraya  ox  qoydular  ki,əgər  belə 
olsa,  biz  dava  eləyəcəyik.Mən  də  sənin  qılıncını  çəkib  onların  qabağına  qoydum 
ki,biz sizdən qorxmuruq.Sonra onlar çevrəyə darı tökdülər ki,bizim qoşunumuzun 
sayı-hesabı  yoxdu.Mən  də  bütün  darını  bir  xoruza  dənlətdim  ki,bizdə  də  belə 
oğlanlar var.Ona görə də durub getdilər.”
                                                          
           Ekranda Azərbaycan xalcaları və Qobustan təsvirləri sıra ilə bir-birini əvəz 
edir.
           Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə