Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

53
digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən 
keyfiyyət  baxımından  fərqlənən  saxsı  qablara  rast  gəlinmişdi.Buradan 
tapılan,dulus  çarxında  hazırlanmış  yüksək  keyfiyyəli  qablar  Messopatamiyadan 
tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi.Sonralar eyni bölgədə 
bənzər mədəniyyətin izləri Çinartəpə,Şomutəpə və  Abdal Əziztəpə abidələrdən də 
üzə çıxarıldı.
             Leylatəpə  və  digər  analoji  abidələrin  tədqiqi  nəticəsində  Güney  Qafqaz 
üçün  yeni  mərhələ  olan  və  son  Eneolit  dövrünə  uyğun  gələn  mədəniyyət  ortaya 
çıxmış  oldu.20-ci  əsrin  80-ci  illərində  analoji  mədəniyyətin  izlərinə  Gürcüstan 
ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.
             2004-2005-ci  illərdə  Bakı-Tiflis-Ceyhan  neft  və  Bakı-Tiflis-Ərzurum  qaz 
kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa 
rayonu  ərazisində  daha  bir  neçə  Leylatəpə  tipli  abidə  aşkar  edilərək  tədqiq 
edildi.Bu,sözügedən  marşrutun  409-kilometrindəki  Poylu  1  və  Poylu  2,eləcə  də 
438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.
            Bu  dövrə  qədər  bütün  Güney  Qafqaz,o  cümlədən  Azərbaycan  ərazisində 
Eneolit  dövrünə  aid  xüsusi  məzar  yerlərinə  rast  gəlinməmişdi.Tapılmış  bütün 
məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi.Yəni 
Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.”  
                                                                                                                                       
           Ekranda rəşid Göyüşov peyda olur və deyir:
           “Eneolit  dövründə  hətta  dəfn  adətlərindən  də  danışmaq  olar.Məsələn,Kür 
çayının  orta  axarında  yaşayan  əhali  öz  ölülərini  yaşayış  yerlərindən  xeyli 
kənarda,Azərbaycanın  cənub  rayonlarında  yaşayan  əhali  isə  bilavasitə  yaşayış 
yerlərinin  özündə-evlərin  arasında,döşəmənin  altında  və  yaxud  da  həyətdə  dəfn 
etmişdir.Çox  vaxt  ölü  tək  və  bükülü  vəziyyətdə  basdırılmışdır,ancaq  az  da  olsa 
kollektiv  dəfn  adətinə  rast  gəlmək  mümkündür.1-ci  Kültəpədə  olduğu 
kimi,Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır.”
                                                               
          Ekranda yenidən Nəcəf Müseyibli görünür.O deyir:
          “Son  Eneolit  dövrünə  aid  olan  kurqan  qəbirlər  böyük  maraq  kəsb 
etməkdədir.Biz  bu  kurqanları  2004  –cü  ildə,neft  və  qaz  kəmərlərinin  432-ci 
kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit 
etdik.Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir 
hissəsi qorunmuşdur.Onların sayı otuza qədərdir.”
                                                              
          Ekranda kurqan təsvirləri görüntülənir.
          Diktor mətni:
          “Elmi  ədəbiyyata  Soyuqbulaq  kurqanları  kimi  düşən  bu  kurqanlar  təkcə 
Qafqazda deyil,eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır.


54
Onların  tarix  səhnəsinə  çıxışı  yerli  əhalinin  dini  dünyagörüşündə  baş  verən 
dəyişikliklər ilə bağlı olmuşdur.”  
                                                              
          Ekranda  tarixçi  alim  Q.Qoşqarlı  peyda  olur.Ekranın  alt  tərəfində  onun  adı, 
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
          “2004-2005-ci  illərdə  Bakı-Tiflis-Ceyhan  neft  və  Bakı-Tiflis-Ərzurum  qaz 
kəmərlərinin  marşrutu  boyunca  aparılan  arxeoloji  qazıntılar  zamanı  son 
Eneolitdən  orta  əsrlərə  qədərki  geniş  bir  dövrü  əhatə  edən  otuzdan  artıq  qədim 
yaşayış  və  məzar  yeri  tədqiq  edilmişdir.2002-2003-cü  illərdən  fərqli  olaraq 
qazıntılar  daha  çox  ən  qədim  maldarlıq  və  əkinçilik  mədəniyyətlərinin  izlərinə 
sahib Kür boyu ərazilərdə aparılırdı.Sözügedən marşrut üzrə aparılan qazıntılar 
zamanı  tapılan  xro-noloji  baxımdan  ən  qədim  məskənlər  Eneolit  dövrünə  aid 
məskənlər  olmuşdur  ki,  onlar  Böyük  Kəsik  1,Böyük  Kəsik  2,  Poylu  1,Poylu  2  və 
Ağılı  Dərədən  üzə  çıxmışdır.Bunların  içərisində  daha  geniş  tədqiqatlar  Böyük 
Kəsik 1 ərazisində aparılmışdır.Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri 
ilə eynilik təşkil edən  mədəni qata sahib olduğu məlum idi.Fəqət yeni qazıntılar 
buradakı  Əl-Übüeyd  və  erkən  Uruk  mədəniyyəti  ilə  eyni  olan  mədəni  təbəqələr 
barədəki biliklərimizi daha da artırmış oldu.”
                                                              
         Ekranda  tarixçi  alim  F.Quliyev  görünür.Ekranın  alt  tərəfində  onun 
adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
         “Ağstafa  rayonunun  Böyük  Kəsik  qəsəbəsində  1,5  kilometr  aralıda  60-70 
metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır.Bu qalıntılar yer səthindən 
80  santimetr  aşağıda  yerləşən  mədəni  təbəqədən  aşkar  edilmişdir.Tapılan 
keramika  nümunələri  bir  neçə  tipə  bölünür.Onlar  küp,nimçə,su  qabı  və  müxtəlif 
qablardır.Buradakı  keramika  ilə  Uruk  keramikası  arasındakı  eynilik  etnik 
birlikdən xəbər verməkdədir.”
                                                              
         Ekranda Ağstafa rayonu ərazisindən tapılmış son Eneolit dövrünə aid maddi 
mədəniyyət nümunələri əks olunur:  
         Diktor mətni:
        “Məlumat  üçün  bildirək  ki,  “Əl-Übeyd  mədəniyyəti”  adı  ilə  məşhur  olan 
mədəniyyət  qədim  Messopatamiyanın,yəni  bu  günkü  İraq  ərazisində,  Dəclə  və 
Fərat  cayları  arasında  Nuh  tufanından  öncə  yaşamış  insanların  yaratdıqları  və 
tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən 
Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya 
köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış 
olduqları  zəngin  mədəniyyətin  adıdır.Tədqiqatçılar  Əl-Übeyd  mədəniyyətinin 
şumer,yəni  erkən  Uruk  mədəniyyətinin  sələfi  olduğunu,ikincinin  birincisinin 
üzərində ucaldığını söyləyirlər.Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti 
(Ekrandakı  təsvirləri  şumer  mədəniyyətinə  aid  maddi  mədəniyyət  abidələrinin,o 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə